Ən yaxşı qarışıqçıların təkzibçisi. | Kurzgesagt

🎁Amazon Prime 📖Kindle Unlimited 🎧Audible Plus 🎵Amazon Music Unlimited 🌿iHerb 💰Binance

Video

Transkriptlər

İnternet konspirasiya* nəzəriyyələrinin törədiyi yer kimidir. *sui-qəsd

Bəziləri ancaq axmaq və gülməli ikən

digərləri cəhalət və zərərli inamsızlıq yaradır.

Ona görə də biz Kurzgesagt laboratoriyasına getdik və konspirasiya nəzəriyyələrinin hamısını olmasa da

çoxunu yox etmək üçün sadə bir

sistem yaratdıq. Həqiqətən çox sadədir, sadəcə özünüzdən soruşun:

Bu nəzəriyyə həqiqətən də zəngin və güclü insanlara təsir edir?

Cavab “bəli"dir? Onda böyük ehtimalla DOĞRU DEYİL

Gəlin 3 misal üzərində yoxlayaq

Nömrə 1: Xərçəng xəstəliyinin asan müalicəsi tapılıb, amma gizlədilir,

çünki dərman şirkətlərinin gəlirlərini yox edəcək.

Həqiqətən də varlı insanlar xərçəngdən ölür? Məsələn, Apple şirkətinin

köhnə prezidenti kimi?

Bəli?

Xərçəngin gizlədilən müalicə metodu yoxdur.

Nömrə 2: Kimyəvi izlər: Təyyarələrin əhalinin sayını nəzarətdə saxlamaq və başqa çılğın səbəblərə görə

havaya kimyəvi maddələr püskürtdüyü nəzəriyyəsi.

Həqiqətən də güclü insanlar hava ilə tənəffüs edir? Obama və Putin nəfəs alır? Bəli

Kimyəvi izlər deyə bir şey yoxdur

Nömrə 3: Qiyamət konspirasiya nəzəriyyələri.

Dünyanın sonu yaxınlaşır, çünki Dəccal, Mayalılar

Yadplanetlilər ya da başqaları elə deyir. Həqiqətən varlı və güclü insanlar

qaçınılmaz qiyamət nəzəriyyəsini göz ardı edir? Bəli?

Dünyanın sonu gəlmir.

Bu sistem təbii ki bütün konspirasiya nəzəriyyələri üçün işləmir,

Amma ən axmaqlarının bəziləri üçün işləyir. Növbəti dəfə biri sizi İllüminatinin

suyunuza nəsə əlavə etdiyinə inandırmağa çalışanda ona bu videonu göstərin.

Bir də “Facebook"da dostlarınızı seçərkən daha seçici olun.