Bir şəhəri məhv etsək? | Kurzgesagt

🎁Amazon Prime 📖Kindle Unlimited 🎧Audible Plus 🎵Amazon Music Unlimited 🌿iHerb 💰Binance

Video

Transkriptlər

Video oyunlarda nüvə silahları ilə məzələnmək əyləncəlidir.

Müxtəlif şeyləri partlatmaqda, alov topları, şok dalğaları və radiasiya kimi şeyləri müşahidə etməkdə ərin bir sevinc və həzz hiss var.

Və bu, dağıdıcı gücümüzü perspektivə qoymağa kömək etsə də, nüvə partlayışının real təsirini başa düşməyin ən yaxşı yolu deyil.

Bu, hündür TNT-nin yığınları və ya partlayışın nə qədər gözqamaşdırıcı olması ilə əlaqəli deyil.

Nüvə silahları sizə təsiri olan məsələdir.

Beləliklə, biz Qızıl Xaç və Qızıl Aypara hərəkatı ilə əməkdaşlıq etdik ki, bu gün böyük bir şəhərdə nüvə silahı partladılsa, nə baş verəcəyini araşdıraq.

Nüvə müharibəsi yox, sadəcə bircə partlayış.

Hekayəmizə böyük bir şəhərin mərkəzinin ortasında başlayırıq.

İnsanlar işə gedir, imtahana hazırlaşır, başları düşüncələrinə və gündəlik həyatlarına qarışıb.

Məhz burada nüvə silahı partladılır və vaxt donur.

Partlayışın birinci fazası bir saniyədən az müddətdə baş verir.

Bir millisaniyədə Günəşdən daha isti olan bir plazma topu peyda olur və eni 2 kilometrdən çox olan alov topuna çevrilir.

Bu topun içində olan hər kəs sadəcə yox olur.

Çox isti bir tavaya su damcıladığını düşünün.

Bir cızıltı olur və sonra hər şey yoxa çıxır.

Əksər binalar, maşınlar, ağaclar, heykəllər və insanlar… … hamısı buxarlandı.

Əvvəlcə bir gur şüa: güclü işıq sunamisi şəhəri bir anda bürüyür.

Başınızı partlayış istiqamətinə yönəltsəniz, bir neçə saat kor olacaqsınız.

Bu işığın istiliyi o qədər enerjili və isti bir termal impuls əmələ gətirir ki, o, partlayış yerindən 13 kilometr məsafədə olan hər şeyi yandırır.

Bu o deməkdir ki, 500 kvadrat kilometr ərazidə yanmağa qadir olan hər şey yanmağa başlayır.

Plastik, ağac, parça, saç və dəri.

Təsadüfən termal impulsun əhatə dairəsində olsaz, bir an işə gedirdiniz, növbəti anda isə yanmağa başlayırsınız.

İndi isə ikinci faza başlayır.

Bu, bir neçə saniyə ərzində baş verir.

Əksər insanlar nəyinsə baş verdiyini ilk dəfə indi anlayacaqlar, lakin yüz minlərlə insan üçün artıq çox gecdir.

Partlayışın ardınca şok dalğası gəlir.

Alov topunun istiliyi və şüalanması onun ətrafında həddindən artıq qızdırılmış və çox sıxılmış hava qabarcığı yaradır ki, bu da indi partlayıcı şəkildə genişlənir.

Bu, səs sürətindən daha sürətli, qasırğa və tornadolardan daha güclü küləklər yaradır.

İnsan infrastrukturu onun qüdrətinə müqavimət göstərəcək gücdə deyil.

Alov topunun bir kilometrliyindəki böyük binaların əksəriyyəti bünövrəsinə qədər yerlə yeksan edilir.

Yalnız poladla möhkəmlənmiş beton təzyiqə qismən müqavimət göstərə bilər.

Təqaüdçülərin ördəkləri bəslədiyi parklarda ağaclar diş çubuğu kimi istidən qaraldıqdan bir saniyə sonra, tam yox olurlar.

Əgər çöldə olsanız, tornadodakı toz dənəsi kimi tolazlanacaqsınız.

Şok dalğası xaricə doğru irəlilədikcə zəifləyir, lakin yenə də təxminən 175 kvadrat kilometrlik evlər kartlardan düzəlmiş kimi dağılır və tədbir görməyə vaxtı olmayan on minlərlə insanı tələyə salır.

Yanacaqdoldurma məntəqələri partlayır və yanğın bütün dağıntılar boyu yayılır.

Alov topunun, tozun və külün qalıqlarından əmələ gələn göbələk buludları yaxın bir neçə dəqiqə ərzində kilometrlərlə səmaya qalxır və xarabalığa çevrilmiş şəhərin üzərinə tünd kölgə salır.

Bu, şəhəri əhatə edən təmiz havanı şiddətlə çəkərək, daha çox binanı məhv edir və bol oksigen təchiz edir.

Bundan sonra nə baş verəcəyi şəhərdən asılıdır.

Əgər şəhərdə kifayət qədər yanacaq varsa, yanğınlar dağıntıları, içəridə qapalı qalanları və dağıntılardan qaçmağa çalışan insanları yandıran odlu tufana çevrilə bilər.

Partlayışdan 21 kilometr aralıda, sizin kimi insanlar şok dalğasının hələ də üzərlərinə gəldiyindən, pəncərələrini sındıracağından və iti şüşədən çovğun yaradacağından xəbərsiz olaraq, göbələk buludunun şəklini çəkmək üçün pəncərələrinə tərəf tələsirlər.

Üçüncü faza yaxın saatlarda və günlərdə başlayır.

Biz fəlakətdən asılı olmayaraq, köməyin özünü çatdıracağı öyrəşmişik.

Bu dəfə isə vəziyyət fərqlidir: nüvə partlayışı hər bir təbii fəlakətin eyni anda baş verməsi kimidir.

Ciddi xəsarət alan yüz minlərlə və ya milyonlarla insan var: kəsiklər, sınıq sümüklər, ciddi yanıqlar.

Yaxın bir neçə dəqiqə və saatlarda bu xəsarətlər səbəbindən əlavə minlərlə insan öləcək.

Saysız-hesabsız insanlar zəlzələ baş vermiş kimi dağılmış binalarda qapalı qalıb, parıltıdan kor olub, partlayış dalğasından kar olub, dağıntılar və çöküntülər ucbatından keçilməz küçələrdən qaça bilmirlər.

Onlar dəhşət içində, çaşqındırlar və nə baş verdiyini və niyə baş verdiyini bilmirlər.

Çox güman ki, bir çox xəstəxanalar bütün digər binalarla birlikdə dağıdılıb və əksər tibb işçiləri hər kəslə birlikdə ya ölüb, ya da yaralanıb.

Yanmamaq və xəsarət almamaq üçün metro tunellərində və ya doğru yerdə dayanmaq şansı olan sağ qalanlar belə, zərərdən xilas ola bilməyəcəklər.

Silahın növündən, harada partladığından və hətta hava şəraitindən asılı olaraq dəhşətli qara yağış başlaya bilər, radioaktiv kül və toz şəhərə enir, hər şeyi və hər kəsin üstünü örtür.

Radiasiyanın görünməz, zərərli, səssiz dəhşəti öz növbəsini alır.

Hər nəfəs sağ qalanların ciyərlərinə zəhər aparır.

Yaxın günlərdə radiasiyanın ən yüksək dozasını alan insanlar öləcək.

Saatlarla, bəlkə də günlərlə belə heç bir kömək olmayacaq.

Sivilizasiya infrastrukturub tamamilə dağıldığı vaxt işləmir.

Yollar bağlanıb, qatar relsləri əyilib, uçuş-enmə zolaqları dağıntılarla doludur.

Nə su, nə elektrik, nə rabitə, nə də tədarükləri doldurmaq üçün mağazalar var.

Ətraf şəhərlərdən gələn yardımlar fəlakət zonasına daxil olmaqda çətinlik çəkəcək və imkan olsa belə, radioaktiv çirklənmə ora çox yaxınlaşmağı riskli edəcək.

Nüvə hücumundan sonra siz öz canınızın hayında olacaqsınız.

Yavaş-yavaş insanlar radioaktiv tullantılarla çirklənmiş dağıntılar altından çıxırlar, olan-qalan az-çox şeylərini daşıyırlar.

Onlar ləngdir, ağrı içindədir, travma alıblar və təcili şəkildə yeməyə, suya və tibbi müalicəyə ehtiyacları var.

Nüvə silahının vurduğu zərər isə yanğınlar söndükdən və tüstü təmizləndikdən sonra da bitmir.

Qonşu şəhərlərdəki xəstəxanalar bu miqyasda fəlakət üçün lazımi avadanlıqla təchiz olunmayıb və ağır yaralı on və ya yüz minlərlə xəstə ilə doludur.

Həftələr, aylar və illərdən sonra sağ qalanların çoxu leykemiya kimi xərçəng xəstəliklərinə düçar olacaq.

Heç bir hökumətin sizin bütün bunlar haqqında düşünməyinizi istəməməsinin səbəbi nüvə partlayışına heç bir mümkün ciddi humanitar reaksiyanın mövcud olmamasıdır.

Nüvə hücumunun birbaşa qurbanlarına həqiqətən kömək etmək üçün heç bir yol yoxdur.

Bu, qasırğa, meşə yanğını, zəlzələ və ya nüvə qəzası deyil.

O, bunların hamısının eyni vaxtda baş verməsidir, amma daha pisidir.

Yer üzündəki heç bir xalq bununla mübarizə aparmağa hazır deyil.

Son bir neçə ildə dünya dəyişib, dünya liderləri yenidən açıq və ictimai şəkildə bir-birlərini nüvə silahı ilə hədələyirlər.

Bir çox ekspertlər düşünür ki, nüvə hücumu təhlükəsi keçən onilliklər ərzində olduğundan daha yüksəkdir.

Hökumətlər öz vətəndaşlarına deyirlər ki, bizdə nüvə silahının olması yaxşıdır, amma başqalarının onları əldə etməsi pisdir.

Sanki öz təhlükəsizliyimizi qorumaq üçün başqalarını kütləvi qırğınla təhdid etmək vacibdir.

Bəs bu sizi təhlükəsiz hiss etdirirmi?

Ağlasığmaz nisbətlərdə bir fəlakəti ortaya çıxarmaq üçün balaca bir səhv addım və ya sadə bir anlaşılmazlıqda dəliyə dönmək gücü olan kiçik bir qrup insan kifayətdir.

Video oyunlarda nələrisə partlatmaq əyləncəlidir.

Real həyatda nələrisə partlatmaq isə heç də əyləncəli deyil.

Ancaq bir həll yolu mövcuddur!

Bütün nüvə silahlarını ləğv etmək və onları bir daha yaratmamağa and içmək.

2017-ci ildə yüzlərlə vətəndaş cəmiyyəti təşkilatı və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının dəstəklədiyi bütün dünya ölkələrinin demək olar ki, 2/3-ü nüvə silahlarını qadağan etmək və ləğv etmək barədə razılığa gəlib.

Söhbət kimin nüvə silahına malik olub-olmaması ilə bağlı deyil.

Problem silahların özləridir.

Onlar hərtərəfli əxlaqsızdır və hamımız üçün var olan təhlükədir.

Hansı ölkədən, siyasi tərəfdən oluruqsa olaq, onların əbədi olaraq yox olmasını tələb etməliyik.

Bu, basqısız baş verməyəcək.

Bu basqının bir hissəsi olmaq istəyirsinizsə, şəxsən edə biləcəyiniz şeylər var:

Nüvə silahları və onlar haqqında nə edə biləcəyinizi öyrənmək üçün notonukes.org saytına daxil olun.