Mavi balinaların kanser olmamasının sebebi - Peto'nun paradoksu. | Kurzgesagt

🎁Amazon Prime 📖Kindle Unlimited 🎧Audible Plus 🎵Amazon Music Unlimited 🌿iHerb 💰Binance

Video

Transkriptlər

Xərçəng qorxunc və sirli bir şeydir.

Onu başa düşmək və yox etməkdə daha uğurlu olmaq prosesində bu günə qədər həll edilməmiş bir bioloji paradoks kəşf etmişik:

Böyük heyvanlar xərçəngə qarşı immunitetlidirlər, bu isə məntiqli görünmür.

Məntiqlə bir canlı nə qədər böyükdürsə, bir o qədər çox xərçəng olmalıdır.

Bunun səbəbini başa düşmək üçün əvvəlcə xərçəngin təbiətinə nəzər salmalıyıq.

Hüceyrələrimiz yüz milyonlarla hissədən ibarət zülal robotlarıdır.

Onlar yalnız kimyəvi reaksiyaları rəhbər tutaraq strukturlar yaradır və sökürlər, enerji qazanmaq üçün maddələr mübadiləsini davam etdirirlər və ya özlərinin demək olar ki, mükəmməl surətlərini çıxarırlar.

Biz bu mürəkkəb kimyəvi reaksiyalara cığır yolları deyirik.

Onlar bir-birinə bağlanmış və üst-üstə yığılmış şəbəkələr üzərindəki biokimyəvi şəbəkələrdir.

Onların əksəriyyətini tək bir insan ağlı çətinliklə dərk edə bilir, lakin onlar mükəmməl işləyirlər…

Ta ki, işləməyənə qədər.

Uzun illər ərzində minlərlə şəbəkədə milyardlarla trilyon reaksiyalar baş verir.

Sual görəsən nəyinsə səhv gedəcəyi yox, bunun nə vaxt baş verəcəyidir.

Xırda səhvlər möhtəşəm mexanizm xarab olana qədər yığılır.

Bunun nəzarətdən çıxmaması üçün hüceyrələrimizdə onları intihara sövq edən öldürmə açarları var.

Ancaq bu öldürmə açarları qüsursuz deyil.

Əgər onlar uğursuz olsa, hansısa bir hüceyrə xərçəng hüceyrəsinə çevrilə bilər.

Onların əksəriyyəti immunitet sistemi tərəfindən çox tez öldürülür.

Ancaq bu bir rəqəmlər oyunudur.

Kifayət qədər vaxt verilsə, hüceyrə yetəri qədər səhvlər toplayır və diqqət çəkmədən özünün surətlərini yaratmağa başlayır.

Bütün heyvanlar bu problemlə rastlaşırlar.

Ümumiyyətlə, müxtəlif heyvanların hüceyrələri eyni ölçüdədir.

Siçanın hüceyrələri sizinkindən kiçik deyil.

Sadəcə olaraq onun toplam daha az hüceyrəsi var və ömrü daha qısadır.

Daha az hüceyrə və qısa ömür hər şeyin səhv getməsi və ya hüceyrələrin mutasiyaya uğraması şansının daha aşağı olması deməkdir və ya ən azından bu mənaya gəlməlidir.

İnsanlar siçanlardan təxminən 50 dəfə uzun yaşayır və 3000 dəfə daha çox hüceyrəyə malikdirlər, lakin xərçəngin dərəcəsi insanlarda və siçanlarda əsasən eynidir.

Daha da qəribəsi, insanlardan təqribən 3000 dəfə çox hüceyrəyə malik olan mavi balinalar xərçəngə tutulmur.

Bu, Peto Paradoksudur:

Böyük heyvanların lazım olduğundan çox daha az xərçəngə tutulmaqları çaşqınlıq doğuran bir gerçəkdir.

Alimlər bu paradoksu izah etməyin iki əsas yolu olduğunu düşünürlər; təkamül və hiper şişlər.

1-ci həll: təkamül et, ya da xərçəngin bir parçasına çevril.

Çoxhüceyrəli varlıqlar 600 milyon il əvvəl inkişaf etdikcə heyvanlar da böyüdülər.

Bu da onlara getdikcə daha çox hüceyrə əlavə etdi və beləliklə, hüceyrələrin xarab olma şansı getdikcə daha da artdı.

Buna görə də bu kollektiv xərçəngin müdafiəsinə daha yaxşı sərmayə qoymalı idi.

Bunu etməyənlər öldülər.

Ancaq xərçəng eləcə baş vermir.

Bu, eyni hüceyrə daxilində bir neçə spesifik gendə çoxlu fərdi səhvlər və mutasiyalar ehtiva edən bir prosesdir.

Bu genlərə proto-onkogenlər deyilir və onların mutasiyaya uğraması pis xəbər deməkdir.

Məsələn, əgər düzgün mutasiya olsa, hüceyrə özünü öldürmə qabiliyyətini itirir.

Başqa bir mutasiya ilə o, gizlənmə qabiliyyətini inkişaf etdirir.

Bir başqası ilə resurslar üçün çağırış göndərir.

Daha bir başqası ilə o, tezliklə çoxalır.

Ancaq bu onkogenlərin bir antaqonisti var: şiş basdırıcı genlər.

Onlar bu kritik mutasiyaların baş verməsinin qarşısını alır və ya bərpasının mümkün olmadığına qərar versə, hüceyrəyə özünü öldürməyi əmr edir.

Belə çıxır ki, böyük heyvanlarda bu genlərdən daha çox var.

Bu səbəbdən, fil hüceyrələri şiş inkişaf etdirmək üçün siçan hüceyrələrindən daha çox mutasiya tələb edir.

Onlar xərçəngə qarşı immun deyillər, lakin daha dözümlüdürlər.

Bu uyğunlaşma yəqin ki, müəyyən bir bədəl qarşılığında gəlir, lakin tədqiqatçılar hələ də bunun nə olduğundan əmin deyillər.

Ola bilsin ki, şiş basdırıcılar fillərin sonrakı yaşlarında daha tez qocalmasına səbəb olur və ya zədələrin sağalma sürətini ləngidir.

Biz bunu hələ bilmirik.

Ancaq bu paradoksun həlli əslində fərqli bir şey də ola bilər.

“Hiperşişlər”

2-ci həll yolu: Hiperşişlər

Bəli, həqiqətən

Hiperşişlər adı hiperparazitlərdən gəlir - parazitlərin parazitləri.

Hiperşişlər şişlərin şişləridir.

Xərçəngi bir əməkdaşlığın pozulması kimi düşünmək olar.

Normalda hüceyrələr orqanlar, toxumalar və ya immunitet sisteminin elementləri kimi strukturlar yaratmaq üçün birlikdə işləyirlər.

Lakin xərçəng hüceyrələri eqoistdir və yalnız öz qısamüddətli faydaları üçün çalışırlar.

Əgər onlar uğurlu olsa, yox etməyin çox çətin ola biləcəyi böyük xərçəng kollektivləri: şişlər əmələ gətirirlər.

Şiş əmələ gətirmək isə çətin işdir.

Milyonlarla və ya milyardlarla xərçəng hüceyrəsi sürətlə çoxalır ki, bu da çoxlu resurs və enerji tələb edir.

Bədəndən oğurlaya biləcəkləri qida miqdarı inkişaf üçün məhdudlaşdırıcı amilə çevrilir.

Beləliklə, şiş hüceyrələri bədəni aldadır ki, şişə birbaşa yeni qan damarları inşa etsin, onu öldürən şeyi qidalandırsın.

Və burada xərçəng hüceyrələrinin təbiəti onların öz məhvinə çevrilə bilər.

Xərçəng hüceyrələri təbiətcə qeyri-sabitdir və buna görə də mutasiyaya davam edə bilərlər.

Onların bəziləri dostlarından daha sürətlidir.

Onlar bir müddət bunu etsələr, bir anda orijinal xərçəng hüceyrəsinin nüsxələrinin nüsxələrindən biri qəfil özünü yenidən bir fərd kimi zənn edib əməkdaşlığı dayandıra bilər.

Bu o deməkdir ki, bədən kimi, orijinal şiş də birdən-birə düşmənə çevrilir, eyni qıt qida və resurslar üçün mübarizə aparır.

Beləcə, yenicə mutasiyaya uğramış hüceyrələr hiperşiş yarada bilərlər.

Onlar kömək etmək əvəzinə, keçmiş dostlarına qan tədarükünü kəsirlər ki, bu da onları aclığa məruz qoyur və orijinal xərçəng hüceyrələrini öldürür.

Xərçəng xərçəngi öldürür.

Bu proses dəfələrlə təkrarlana bilər və xərçəngin böyük orqanizm üçün problemə çevrilməsinin qarşısını ala bilər.

Mümkündür ki, böyük heyvanlarda bu hiper şişlər bizim təsəvvür etdiyimizdən daha çoxdur, onlar sadəcə fərq ediləcək qədər böyük olmaya bilərlər.

Bu da ağlabatandır, iki qramlıq şiş siçanın bədən çəkisinin 10%-ni təşkil edir, insanda isə bu, 0,002%-dən və mavi balinada 0,000002%-dən azdır.

Hər üç şiş eyni sayda hüceyrə bölünməsini tələb edir və eyni sayda hüceyrəyə malikdir.

Beləliklə, yaşlı mavi bir balina kiçik xərçənglərlə dolu ola və sadəcə buna əhəmiyyət verməyə bilər.

Peto paradoksu üçün başqa təklif olunan həllər də var, məsələn, müxtəlif metabolik dərəcələr və ya fərqli hüceyrə quruluşu.

Ancaq hazırda biz sadəcə olaraq bilmirik.

Alimlər bu sualın üzərində işləyirlər.

Böyük heyvanların bildiyimiz ən ölümcül xəstəliklərdən birinə qarşı necə bu qədər dözümlü olduqlarını öyrənmək yeni terapiyalara və müalicələrə yol aça bilər.

Xərçəng həmişə problem olub.

Bu gün biz nəhayət ki, bunu anlamağa başlayırıq və bunu etməklə, nəhayət, bir gün bunun öhdəsindən gələ bilərik.

Bu videoya sponsorluğu SİZ etdiniz!

Əgər bizə daha çox kömək etmək istəyirsinizsə, bunu Patreon-da bizə dəstək olmaqla və ya hazırladığımız gözəl şeylərdən birini əldə etməklə edə bilərsiniz, məsələn, yaradıcılığınızı ilhamlandırmaq üçün infoqrafik səhifələri və maraqlı rəsmləri olan Space Explorer dəftərimiz, infoqrafik poster paketimiz və ya Kurzgesagt sviterimiz, ya da ilk dəfə qaçırmışdınızsa, təşəkkür jurnalımızın ikinci buraxılışı.

Məhsullarımıza çoxlu vaxt və sevgi sərf edirik, çünki videolarımızda da olduğu kimi, biz yalnız özümüzü yaxşı hiss etdiyimiz şeyləri dünyaya vermək istəyirik.

Kurzgesagt əslində işləməməli olan bir layihədir.

İndicə baxdığınız kimi videoların bitməsi aylar çəkir və biz yalnız sizin birbaşa dəstəyiniz, baxdığınız və paylaşdığınız və qayğı göstərdiyiniz üçün buna bu qədər vaxt sərf edə bilirik.

İzlədiyiniz üçün təşəkkürlər!