İnsanlıq Üçün Yeni Tarix - İnsanlıq Erası | Kurzgesagt

🎁Amazon Prime 📖Kindle Unlimited 🎧Audible Plus 🎵Amazon Music Unlimited 🌿iHerb 💰Binance

Video

Transkriptlər

İnsanlar təbiətin bir hissəsi olaraq milyonlarla ildir yaşayırlar.

Amma bəzi şeylər dəyişib.

və inanılmaz dərəcədə qısa bir müddətdə

planeti dəyişib, ehtiyaclarımızı ödəməsi üçün dizayn etmişik.

Bildiyimiz kimi, oyanaraq planeti ələ keçirən ilk canlılarıq.

Ovçuluq və yığıçılıqdan əkinçilik və quruculuğa keçid o qədər tez oldu ki,

bir çoxumuzun dünya haqda düşüncələri artıq yararlı deyil.

Ən köhnəlmiş fikirlərimizdən biri

ən çox istifadə olunan təqvimə görə 2016-cı ildə yaşamağımızdır.

Bu tariximiz haqda olan düşüncələrimizi təhrif edib, bizim irq olaraq kim olduğumuzu və

inanılmaz dərəcədə qısa bir vaxtda nə qədər inkişaf etdiyimizi anlamağı çətinləşdirir.

Bəlkədə artıq insanlıq üçün yeni 0-cı ili seçmək vaxtıdır.

0-cı il bütün irqləri və mədəniyyətləri təmsil etsin.

0-cı il yeni dünyanı köhnə dünyanın təpəsində qurduğumuz vaxtı göstərsin.

[İlk məbəd]

12 min il əvvəl yüzlərlə insan cənubi Anadolunun təpələrində yığışdılar.

Onlar əkinçilik və dəmirçilikdən xəbəri olmayan ovçu və yığıcılar idilər.

Onların sadəcə daş və ağacdan düzəldilmiş alətləri var idi.

Ama onlar bəşəriyyətin ilk böyük tikinti layihəsini inşa etdilər.

Misir piramidaları tikintisindən 7 min il əvvəl.

300 metrlik sahədə bizim atalarımız hərəsi 6 metr hündüyündə və

40 ton ağırlığında olan daş sütunları yüksəltdilər.

Piktoqramlarla və heyvanların və mifik varlıqların daş yonulmaları ilə bəzədilmişdi.

Bunu necə bacardıqları haqqında heç bir fikrimiz yoxdur.

Yəqin ki, bu daş dövrü üçün bir böyük bir layihədir və

onun hansı səviyyədə təşkil edilməsini biz bilmirik.

Bəs, bunu niyə tikdilər?

Ən məşhur nəzəriyyə buranın çoxdan unudulmuş tanrılar üçün inşa edilən bəşəriyyətin ilk məbədi olmasıdır.

Biz sadəcə onu bilirik ki, tarixdə ilk olan bu layihə, yeni bir eranın başlanğıcı oldu.

İnsanlar həmin dövrdə burada öz dünyalarını qurmağa başladılar.

Bu bizim tariximiz üçün, bizim təqvimimiz üçün uyğun bir başlanğıcdır.

Tarixdə bu aydındır ki, alim Cesare Emiliani bəşəriyyətə təklif etdi ki, təqvimlərimizə

10 min il əlavə edərək Qriqoriyan təqvimindən “Holocene” təqviminə keçək.

Öyrəşdiyimiz günləri və ayları dəyişməli deyilik, və hətta dini təqvimlər belə eyni qala bilər.

Amma əsas məqsəd bizim indiki ilimizin bəşəriyyət erasının 12016-cı ili olmasıdır.

Bu bizim tarix haqda düşüncələrimizi və hisslərimizi böyük ölçüdə dəyişəcək.

Gəlin yeni 0-cı ilimizdən yeni tariximizə qısaca baxıb, nəzərdən keçirək.

[Yeni insanlıq tarixi]

12 min il əvvəl bizim yeni tariximizi dəyişən ilk tikinti lahiyəsi başladı.

Təxminən 2000 ildir istifadə olunur.

Millennium sonra insanlığın ilk şəhəri ehtimal edilən Jericho-un yaranması, insanlığın erasının başlamasından sonra 1000 min il çəkdi.

Bu zaman çərçivəsində inkişaf hələki çox, çox yavaş idi.

Qarşıdakı 1000 il ərzində daha çox məskunlaşmalar yarandı.

və əkinçiliyin yayılmasıyla daha çox bitkilər və heyvanlar əhliləşdirildi.

Bu zaman çərçivəsində min kilometrlərlə uzanan ticarətin nişanları tapılıb.

Həmin vaxt tarixdə 5 milyon insan yaşayırdı.

Bugün London əhalisindən daha az.

Texnologiya dayanmadan, amma, yavaşca inkişaf etdi.

Dulusçuluq hər yerə yayıldı.

İlkin icmalar Çində, Hindistanda və Bərəkətli Hilalda yaranmağa başladı.

Təqribən 4 mininci ildə, bugündən 8 min il əvvəl, insanlar ilk dəfə metal işlətməyə başladılar.

Mis və tini qarışdırmağı öyrənib, bizim bürünc dövrü adlandırdığımız dövrü 5 min il əvvəl başlatdılar.

İlk yazı üsulu yarandı, təkər ixtira olundu.

Qədim Misirdən 2 min il əvvəl Cənubi Amerikada “Chinchado” mədəniyyəti ölüləri mumyalamağa başladı.

İlkin yüksək mədəniyyətlər 7000-ci ildə yaranmağa başladı.

Hind vadisi mədəniyyəti

Qədim Misir

Yunanıstanda Minoy mədəniyyəti

Və İkiçayarasında Şumerlər.

Britaniyada Stonehenge tikildi,

və Çində ilk sülalə hakimmiyətə gəldi.(Xia dynasty)

Buz adamı “Ötzi” həmin dövrdə yaşadı.

Hal-hazırda tarix adlandırdığımız bu şey başlayıb və

dünya əhalisinin 30 milyona çatması ilə hər şey sürətləndi.

Dünyanın hər yerində bir çox yüksək mədəniyyətlər yaranmağa başladı,

çoxu öz əfsanələrini yazdı.

Daha çox şəhərlər qurulmağa başladı.

Cənubi Amerikada Olmec mədəniyyəti yarandı.

Troya əfsanəsinin bu dövrdə baş verdiyi güman olunur.

Bundan qısa müddət sonra şərqi aralıq dənizində və Bərəkətli Hilalda

bürünc dövrü şiddətlə sona çatdı.

Misirdən başqa bütün bürünc dövrü mədəniyyəti müəmmalı işğalçılar tərəfindən məhv edildi.

Yüz illərlə yazı və inkişaf dayandı.

Təxminən 9500-ci ildə bizim adlandırdığımız “qərb mədəniyyəti” yarandı.

Yunan şəhər dövlətləri Fars işğalının qarşısını aldı

və 9700-ci ildə Makedoniyalı İsgəndər tərəfindən sonu qoyulan qızıl dövrlər başladı.

100 il sonra Roma Karfagen dövlətini məhv etdi

və dünyada dominant qüvvə oldu.

Sezar 9956-cı ildə qətlə yetirildi,

dünya əhalisi isə 300 milyona çatdı.

Və indi, 10 min il sonra

Qriqoryan təqvimi və indiki təqvimizin başladığı nöqtəyə çatdıq.

Bu andan cəmi 2000 il sonra

insanlar ayda yeriyəcəklər.

Əgər tarixi indi etdiyimiz kimi fikirləşsək

insanlığın 10 min ildə etdiyi inkişafı və tərəqqisini gözdən salacağıq.

Bunların hamsını təqvimimizə əlavə etmək keçmişimizi daha da görkəmli edir.

Bu inkişafın zamanla sürətlənməsini, bütün mədəniyyətlərdən olan insanları daxil etdiyini göstərir.

Bizim tariximiz üçün yeni sıfırıncı il

özümüz haqda necə düşüncəmizi dəyişə bilər.

12 min il əvvəl tikinti lahiyəsi olaraq başlayan bir proyekt:

ilk dəfə atalarımızın daş alətlərlə məbəd tikmək üçün, süxur oymaq üçün nə başlatdıqlarını bilmədən

bir yerə yığışdılar.

Bunun bizi irq olaraq hara aparacağını bilmədən.

İlk məbədi tikməkdən, ulduzların arasında uçana qədər.