İklim dəyişikliyini dayandırmaq üçün nüvə enerjisiə ehtiyacımız varmı? | Kurzgesagt

🎁Amazon Prime 📖Kindle Unlimited 🎧Audible Plus 🎵Amazon Music Unlimited 🌿iHerb 💰Binance

Video

Transkriptlər

İqlim dəyişikliyini dayandırmaq üçün nüvə enerjisinə ehtiyacımız varmı?

Son illərdə daha çox elm işçiləri, ətraf mühit aktivistləri və media belə deyir.

Ancaq bu nüvə enerjisinə və onun gətirdiyi problemlərə qarşı mübarizə aparanlara şok kimi gəlir.

Kim haqlıdır?

Bu bir az qarışıqdır.

Sürətli iqlim dəyişikliyini yavaşlatmaq üçün dünya istixana qaz emissiyalarını net sıfıra endirməlidir.

2018-ci ildə qlobal emissiyaların ¾-ü enerji istehsalından, xüsusilə də yanacaq yandırılmasından yaranıb.

Enerji, hər şeyi və ətrafdakı insanları hərəkət etdirməkdən tutmuş böyük və kiçik şeyləri bir yerə yığmağa və ya evlərimizi qızdırmağa qədər hər şeyi izah edən geniş bir termindir.

Hazırda dünyanın əsas enerjisinin 84 faizi fosil yanacaqdan, 33-ü neftdən, 27-si kömürdən və 24-ü qazdan gəlir.

Qlobal neft tədarükünün təxminən 10%-i, evlərimizi rahat və isti etmək üçün qazanlarda yandırılaraq istifadə olunur.

Qlobal enerjinin yalnız 16%-i aşağı emissiya mənbələrindən gəlir.

Təxminən 7%-i hidroelektrik, 5%-i günəş, külək, bioenerji, dalğa və geotermal, təxminən 4%-i isə nüvədən gəlir.

Beləliklə, biz bəşəriyyətimizin ayaqda qalması üçün kömür, neft və qazdan asılıyıq. Bu isə o deməkdir ki, onlardan qurtulmaq çox çətindir.

Bəşəriyyəti daş dövrünə qaytarmadan fosil yanacaqlardan xilas olmaq üçün edə biləcəyimiz ən təsirli işlərdən biri də mümkün qədər çox sektoru elektrikləşdirməkdir.

Elektrik Youtube-a baxa bilmək üçün nəyisə elektrik yuvasına taxanda yaranan sehr kimi bir şeydir.

Fosil yanacaqlardan elektrik enerjisinə keçə bilən hər bir sənaye bunu elektrikli avtomobillərdən tutmuş elektrikli qızdırıcılara qədər hər sahədə etməlidir.

Nə üçün elektrikə bu qədər bel bağlamalıyıq?

Çünki biz elektrik enerjisini günəş, külək və ya nüvə kimi aşağı emissiyalı texnologiyalardan istehsal edə bilirik, ona görə də elektrik radikal dəyişiklik üçün əsl vasitədir.

Ancaq bəzi problemlər var ki, bu dəyişikliyi çox çətinləşdirir.

Birincisi, dünyanın bir çox yerində elektrik hələ də fosil yanacaqlarını yandırmaqla əldə olunur və tək problem bu da deyil.

Keçən 20 il ərzində dünyanın elektrik istifadəsi mütləq şəkildə 73% artıb.

Yenilənə bilən enerjini rekord sürətdə quraşdırarkən, eyni zamanda elektrik enerjisi üçün yandırdığımız fosil yanacaq miqdarı da ildən-ilə artmaqda davam edir.

Bərpa olunan enerji mənbələri bugünə qədər yeni elektrik enerjisinə olan tələbatı ödəyə bilməyiblər və bu səbəbdən də irəliləməyimizə baxmayaraq, elektrik enerjisi emissiyaları dünya səviyyəsində hələ də artmaqdadır.

Fosil yanacaqlara başqa bir alternativ nüvə enerjisidir və o bərpa olunmasa da, istixana qaz emissiyaları nələrisə yandırmaqla müqayisədə çox azdır.

Ancaq son 20 ildə nüvə enerjisi demək olar durğunlaşıb.

Çin, Hindistan, Cənubi Koreya kimi ölkələr yeni reaktorlar quraşdırsa da, Almaniya və Yaponiya aktiv şəkildə nüvə elektrik stansiyalarını bağlayıblar.

Nəzərə alsaq ki, dünyadakı ən aşağı karbonlu elektrikə malik ölkələr öz enerjilərini əsas iki mənbədən alıblar: nüvə və hidroenerji, bu bir az qəribə görünür.

Məsələn, Fransa və İsveç.

Fransada yalnız 10% enerji fosil yanacaqlardan gəlir, 67% nüvə enerjisindən, 23% isə bərpa oluna bilən enerjidən, əsas da hidroenerjidən gəlir.

İsveçdə təxmini 30% enerji nüvə enerjisindən, 45% isə hidroenerjidən əldə olunur.

Yəni nüvə enerjisinin böyük miqyasda işləyə biləcəyini bilirik.

Texniki tərəfdən, son bir neçə onillikdə investisiya və yenilik olmadığından, dünyanın nüvə reaktorlarının əksəriyyəti olduqca köhnəlib və bunlar dəyişdirilməsi çox baha başa gələn texnologiyalardır.

Bir çox Qərb ölkələrində nüvə reaktorlarını quraşdırmaq onları necə inşa etmək lazım olduğunu bilməmək, siyasət dəyişiklikləri və artan tənzimləmə məhdudiyyətləri kimi müxtəlif səbəblərdən çox bahalaşıb.

Beləliklə, yalnız bir elektrik stansiyasını bitirmək on il və ya daha uzun vaxt ala bilər.

Bunun əksinə olaraq, Cənubi Koreya, Çin, Hindistan və Rusiya kimi ölkələr yeni nüvə reaktorlarını nisbətən sürətli və daha az xərclə qura bilirlər.

Ümumiyyətlə, Qərbdə mövcud nəsil nüvə stansiyalarının qurulması və saxlanılması digər fosil yanacaq alternativlərindən daha bahalıdır.

Nüvə tullantıları və qəza qorxusu ilə bağlı narahatlıqlar da var, ancaq digər videoda bunları daha ətraflı əhatə etmişik.

Problemlərinin çoxunu həll edə bilən nüvə reaktorları dizaynlarımız var, məsələn, işə başlamaq üçün daha az vaxt və pul xərcləyən kiçik reaktorlar.

Hətta radioaktiv tullantıları yeni yanacağa çevirə biləcək yeni nəsil texnologiyalar da var, lakin bu günə qədər bunlar nüvə sektoruna əhəmiyyətli dərəcədə təsir göstərə biləcək bir miqyasda istifadə olunmayıb.

Bütün bu qeyri-müəyyənlikləri nəzərə alaraq, bəzi insanlar iddia edir ki, nüvə enerjisi keçmişin təhlükəli bir yadigarıdır və biz onu buraxıb bərpa oluna bilən enerji üzərinə fokuslanmalıyıq.

Yenilənə bilən enerji mənbələri, şübhəsiz ki, elektrik enerjisinin gələcəyi olsa da, onlar özləri hələ elektrik şəbəkəsinin böyük əksəriyyətini ələ almamışdan əvvəl həll etməli olduqları böyük problemlər yaşayırlar.

Əsas problem etibarlılıq və davamlılıqdır.

Külək həmişə əsmir və günəş həmişə parıldamır, xüsusilə də insanların elektrikə ən çox ehtiyacları olan səhər və axşam vaxtlarında.

Fəsillər arasındakı dəyişikliklər də bu problemi asanlaşdırmır.

Yenilənə bilən enerjiləri etibarlı etmək və elektrik kəsilməsi riskini yox etmək üçün günəş və ya küləyin ən məhsuldar vaxtında enerjini yığıb saxlaya və daha sonra ehtiyacımız olanda istifadə edə biləcəyimiz nəhəng saxlama həcmlərinə ehtiyacımız var.

Bu mümkün olana qədər, digər elektrik mənbələri sivilizasiyamızın lazımi qaydada işləməyi üçün etibarlı və kontrol edilə bilən miqdarda enerji tədarük etməlidirlər.

Nə vaxtsa yenilənə bilən enerjilərlə bunu edə biləcəyik, ancaq çoxlu batareyalara və ya anbar elektrik stansiyasına ehtiyacımız olacaq.

Hal-hazırda bu keçidi sürətli şəkildə edərək fosil yanacaqları əvəzləyəcək texnologiya və imkanlarımız yoxdur.

Ancaq bunu bacara bilsək belə, nəzərə almalı olduğumuz başqa bir cəhət var.

Biz təkcə fosil yanacaqlarını elektrik enerjisindən qovmağa çalışmırıq, biz enerjini elektriklə əvəzləməyə çalışırıq.

Əgər hal-hazırda maşın və ya istilik kimi fosil yanacaqlardan istifadə edən sektorları elektrikləşdirəcəyiksə, dünyanın hər yerində istifadə etdiyimizdən daha çox elektrik enerjisinə ehtiyacımız olacaq.

Və əgər dünya əhalisinin son 20 ildə olduğu kimi elektrikə olan tələbatı artacaqsa, onda daha çoxuna ehtiyacımız olacaq.

Bunların hamısı bir mənaya gəlir: heç bir enerji mənbəyi mükəmməl deyil.

Hamısının özünəməxsus problemləri var.

Bərpa oluna bilən enerji və nüvə enerjisinin hər ikisi üçün vaxt, investisiya və texnoloji innovasiya lazımdır.

Təkbaşına heç biri elektrik şəbəkəmizdən fosil yanacaqları çıxarmağa hazır deyil.

Ancaq hər iki tərəfdən aktivistlər iddia edirlər ki, onlar bunu bacararlar.

Nəticədə sual budur ki, bütün bu problemləri necə həll etmək istəyirik?

Nüvədən dərhal əlimizi üzüb hələlik yüksək emissiyaları qəbul etməliyikmi?

Yenilənə bilən enerjinin çatışmazlıqlarını həll edərkən həm də mövcud nüvə reaktorlarının ömrünü uzatmağa və sonra onları bağlamağa çalışaqmı?

Yoxsa daha ucuz və daha təhlükəsiz yeni nüvə reaktorları əldə etmək üçün yeni nüvə texnologiyasına sərmayə qoyaq?

Bəlkə hər ikisini də edək?

Rəy hissəsi buradan başlayır.

İqlim dəyişikliyinin biosfer və bəşəriyyət üçün yaratdığı riskləri nəzərə alaraq, həll yoluna töhfə vermək şansı olan hər bir texnologiyadan istifadə edilməlidir.

Bu sadəcə olaraq, yaxşı risk menecmenti və strategiyasıdır.

Əgər məqsədimiz sürətli iqlim dəyişikliyinin mümkün qədər tez qarşısını almaqdırsa, nüvə və bərpa olunan enerji mənbələrini rəqib yox, tərəfdaş kimi görmək yaxşı fikir ola bilər.

İtirməyə vaxtımızın olmadığını bilirik, buna görə də bütün aşağı missiya oyunçularınızı meydanda saxlamalıyıq.

Nüvə və bərpa olunan enerjilərin yeniliyə və investisiyaya ehtiyacı var.

Ancaq hansı texnologiyanın nə qədər tez hazır olacağını hələ bilmiriksə, nə üçün hər ikisinə də investisiya qoyub nə baş verdiyini görməyək?

Hazırki imkanlardan söz düşmüşkən, əgər nüvə enerjisindən indi imtina etsək, onun yeri müəyyən qədər fosil yanacaqlarla əvəz olunacaq.

Qərbdə yeni nüvə elektrik stansiyaları uzunmüddətli perspektivdə bahalı olsa belə, daha çox fosil yanacaq tutumunun artmasının qarşısını aldıqları və sürətli iqlim dəyişikliyinin nəticələrini azaltdıqları müddətdə onları tikmək daha ucuz ola bilər.

Yəni nüvə enerjisinə ehtiyacımız varmı?

Bu, işləri özümüz üçün nə qədər çətinləşdirməyimizdən asılıdır.

Və fosil yanacaqlardan imtina etmək üçün onsuz da çətin anlar yaşayan bir dünyada niyə işləri lazım olduğundan daha çətinləşdirməliyik?

Dəyişiklik prosesinə başlamaq və yeni şeylər sınamaq həmişə çətindir.

Xoşbəxtlikdən, bunun hamısını tək etməli deyilsiniz.

Əgər rutininizdən kənara çıxmaq istəyirsinizsə, sizin üçün əlimizdə bir şey var.

Biz Skillshare-in böyük pərəstişkarlarıyıq: illüstrasiya, animasiya, film və ya video kimi bütün bacarıq səviyyələri və tonlarla yaradıcı fənlər üçün minlərlə dərs təklif edən bir onlayn öyrənmə icması.

Ya da ev dekorasiyası, bitki yetişdirmək və ya gitara çalmaq üçün dərslər sınaya bilərsiniz, burada hamı üçün nəsə var.

Bütün dərslər üçün limitsiz giriş, illik premium üzvlüklə birlikdə aylıq 10 dollardan daha azdır.

Və aşağıdakı linkə daxil olacaq ilk 1000 Kurzgesagt izləyiciləri pulsuz sınaq qazanacaqlar.

Skillshare ilə işləməyə başladığımızdan bəri izləyicilərimiz ümumilikdə 100 000 saatlıq dərslər götürüblər, bura animasiya düzəltməklə bağlı özümüzün 3 dərsi də aiddir.

Motion graphics-lə bağlı daha çox öyrənmək istəyirsinizsə, onları sınayın.

Başlamaq üçün sizə bir az əlavə təkan lazımdırsa, motivasiya və ilhamla bağlı məsləhətləri yoxlaya bilərsiniz.

Biz Kendyll Hillegas’ın “The Scientific Methods for Artists: Find Inspiration, Get Motivation and Grow Your Creative Skills” dərsini çox bəyəndik.

Bu dərsdə Kendyll bir sənətkar kimi istiqamətinizi araşdırmaq və müəyyənləşdirmək üçün dörd fazalı prosesi izah edir.

Bu, bizim üçün nələrsə yaratmaq axınına girmək üçün əla bir yol idi.

Ancaq sizi həyəcanlandıran və yeni fikirlər yaradan hər şey əla bir ilk addımdır.

Yeni bacarıqlarla yaradıcı olmaq və Kurzgesagt-a dəstək vermək istəyirsinizsə, mütləq sınayın.