Həyatınızla nə edirsiniz? Axırıncı hissə. | Kurzgesagt

🎁Amazon Prime 📖Kindle Unlimited 🎧Audible Plus 🎵Amazon Music Unlimited 🌿iHerb 💰Binance

Video

Transkriptlər

Həyatınız haqqında düşünmək olduqca çətindir, çünki boğaza qədər onun içindəsiniz.

Bu, üzməyi öyrənərkən okeanı başa düşməyə cəhd etmək kimidir.

Günlərin çoxunu başınızı suyun üstündə tutmaqla məşğulsunuz.

Ona görə də həyatınızla nə etməli və vaxtınızı necə keçirməli olduğunuzu aydınlaşdırmaq elə də asan deyil.

Fikrinizi yayındıran milyonlarla şey var.

Ailəniz, dostlarınız, romantik partnyorlarınız, sıxıcı işiniz və həyəcanlı layihələriniz.

Oynamalı olduğunuz video oyunlar və oxumalı olduğunuz kitablar.

Və üstündə kiminsə uzanmalı olduğu divanınız.

Başınızı itirmək çox asandır.

Gəlin bir addım geri çəkilək və həyata kənardan baxaq.

Orta Kurzgesagt izləyicisinin təxminən 25 yaşı var.

Bu bir çox insanın həyatında çox yaxşı bir vaxtdır: yeniyetməlik illərindəki özünə-inamsızlıq artıq azalmağa başlayıb.

Bəlkə də özünüz üçün bir iş və ya uzunmüddətli bir münasibət tapmısınız.

Bəlkə də yeni ailə qurmusunuz, ya da ali dərəcə almaq üçün çalışırsınız.

Bəlkə də bunların heç birini etmirsiniz, ancaq yenə də həyatdan zövq almaq istəyirsiniz, bu sizin üçün hər nəyi ifadə edirsə.

Ya da özünüzü ilişib qalmış hiss edirsiniz və hələ hara getməli olduğunuzu bilmirsiniz.

Bu videonu izləyən insanların hər 20 nəfərindən biri 100 ilə qədər yaşaya biləcək.

Gəlin elə fərz edək ki, siz də o şanslı insanlardan birisiniz, bu da o deməkdir ki, doğulduğunuz an yaşayacağınız 5200 həftə var idi.

Həyatınızın ilk 600 həftəsini uşaq, 400-ünü isə yeniyetmə olmağa xərcləmisiniz.

Bu vaxt ərzində cəmiyyət üçün faydasız idiniz və öz qərarlarınızı verməkdə elə də azad deyildiniz.

Bunun əvəzində isə yetişkin olmağın nəticə və məsuliyyətlərindən bir qədər azad idiniz.

Çünki qayğınıza qalan yetişkinlər tökdüklərinizi təmizləyərək sizi qoruyurdular və sizə özünüzü tapmaq üçün vaxt verirdilər.

Bu zaman periodu, ən azından nəzəriyyədə sizi məhsuldar bir fərdə çevirmək üçün vacibdir.

Halbuki bir çox insan yeniyetməlikdən sonra belə hiss etmir.

İstənilən halda 20 yaşına çatdığınız vaxt 5200 həftənizdən 1000-ini artıq yaşamış olursunuz.

Nə istədiyinizdən asılı olaraq, artıq ya işləməyə başlamısınız, ya da ali təhsil alırsınız.

Həyatınızın bu dövründə əylənmək üçün seçimləriniz çox müxtəlifdir.

Əgər öz işinizə başlamısınızsa və ya özünüzə, ya da başqalarına dəstək almaq üçün işləməyə ehtiyacınız varsa, həyatın ciddi tərəfi sizin üçün erkən başlayıb.

Əgər universitetə gedirsinizsə, iş həyatına başlamağı bir az gecikdirə bilərsiniz.

İstənilən halda insanların çoxu həqiqətən işləməyə ən gec 20 yaşlarında başlayırlar.

Bu da həyatınızın məhsuldar, ya da ehtimal ki, çətin və ya ruhunuzu əzən periodunun başlanğıcına təsadüf edir.

İnsanlar adətən, 65 yaşa qədər işləyirlər.

Bu da o deməkdir ki, həyatınızın ən az 2000 həftəsini ciddi yetkin işi ilə keçirəcəksiniz.

Ümid edirik ki, bu iş təqdir edildiyiniz, sizi özünüzə yaxşı hiss etdirəcək və ya dünyanı daha yaxşıya dəyişəcəyiniz bir iş olacaq.

Bu çox vacib məsələdir, ona görə başqa bir videoda iş və sizi qane edəcək karyera qurmağın yolları haqqında danışacağıq.

Bu, insanların çoxu üçün həyatın əsas hissəsidir - uşaq dünyaya gətirə biləcəyiniz, səyahət edə biləcəyiniz, karyera nərdivanında addımlaya biləcəyiniz, bir evə sahib ola biləcəyiniz, ya da boşanıb yenidən aşiq ola biləcəyiniz bir vaxt periodu.

Bu mərhələdə siz gənclikdən orta yaşlılığa və yaşlılığa keçid edirsiniz - elə də yaşlı yox, yaşlı, amma 60-lı yaşlarınızın “gənc yaşlısı”.

65 yaşında siz 5200 həftənizdən 3400-üzünü artıq istifadə etmisiniz.

Ömrünüzün son dövrü başlayır.

Əgər təqaüdə çıxmaq üçün kifayət qədər sərvət yığa bilmisinizsə, nəzəri olaraq, 1800 həftə ərzində istədiyinizi etməkdə azadsınız.

Lakin əlbəttə ki, bu videonu izləyənlərin çoxu üçün bu belə deyil,

hər 20 insandan 19-u 100 yaşa qədər yaşamayacaq.

ABŞ-da orta ömür yaşı 79-dur.

Bu, Almaniyada 81,

Yaponiyada 84,

Braziliyada isə 75-dir.

Əgər 80 yaşda ölsəz, ki əslində bu elə də pis deyil, təqaüdə çıxandan sonra cəmi 780 həftə azad vaxtınız olacaq.

Yaşlılıq vaxtı keçirəcəyiniz həmin bu azad vaxt, təxminən uşaq olaraq keçirdiyiniz vaxta bərabərdir.

Təəssüf ki, xəstəliklər və yaşlılıqla əlaqəli yorğunluq sizi burada axsadacaq, çünki yaşlandıqca insan bədəni sürətlə çökməyə başlayır.

Məsələn, xərçəng xəstəliyi ilə əlaqəli ölümlərin böyük əksəriyyəti 70 yaş üstü insanlarda baş verir.

Əgər əlinizdəki bütün əyləncəli kartları təqaüd zamanı azad və xoşbəxt olmağa mərc gəlsəniz, çox pis məyus ola bilərsiniz.

Və bütün bunlar hələ sadəcə gümandır ki, işlər yolunda gedəcək və siz qocala biləcəksiniz.

7 yaşında hovuzda boğula, 32 yaşında xərçəng xəstəliyinə yoluxa, 48 yaşında yol qəzasında ölə bilərsiniz.

60 yaşında nərdivandan yıxıla bilərsiniz.

Kainat hər gün hər bir insan üçün çoxlu zər atır və hər gün bu planetdə, haradasa kimsə uduzur və həyatları həmin gün başa çatır.

Yaşlandıqca sizin üçün atılan zərlərin sayı da artır.

Adətən, həyatınız olan okeanda üzərkən bunlar haqqında çox da düşünmürsünüz və bu normaldır.

Həyat özü yetərincə cəlbedicidir və gələcək qeyri-müəyyən, qəribə bir şeydir.

Ancaq bu haqda hərdən düşünmək sizə etmək istədiklərinizə fokuslanmaq və geriyə baxanda keçirəcəyiniz peşmanlıq hisslərini azaltmağa kömək edir.

Və sizə xatırladır ki, əgər vaxtınızdan bu gün istifadə etməsəniz, sabah o şansınız olmaya bilər.

Həyat qəlizdir, bütün bu şeylərin və sizin üçün vacib olan insanların arasında qərarlar vermək çətindir.

Bu, milyardla insana Koronavirus pandemiyası dövründə əzablı şəkildə aydın oldu.

Əgər sosial məsafə saxlamağa diqqət göstərmişdinizsə, bizim üçün bu günə qədər təbii olan bir çox şey artıq mümkün deyildi.

Səyahət etmək, ictimai məkanlar, çöldə yemək yemək, dostlarla görüşmək və yeni insanlar tanımaq.

Birlikdə vaxt keçirmək limitli və çox dəyərli bir şeyə çevrildi.

Ancaq əslində, sevdiyiniz insanlarla keçirdiyiniz vaxt onsuz da çox dəyərlidir.

Valideynlərinizi düşünün.

Uşaq ikən demək olar hər gününüzü onlarla keçirirsiniz.

Birlikdə keçirdiyiniz vaxt siz böyüdükcə, yeniyetmə vaxtı və öz şəxsiyyətinizi inkişaf etdirmək üçün mübarizə apardığınız zaman azalmağa başlayır.

Ancaq yeniyetmə vaxtı yəqin ki, siz hələ də davamlı olaraq onları görürsünüz, 20 yaşlarında, çox insanın evdən köçdüyü vaxt bu dəyişməyə başlayır.

Universitet və ya iş, ya da sadəcə özləri üçün.

Əgər valideynlərinizin ömürlərinin axırına qədər hər il, iki bütöv həftə yanlarında olmaq üçün səy göstərirsinizsə, bura əsas bayramlar, ad günləri və bir az da əlavə vaxt daxildir, onlar çox qocalsalar belə, yenə də onlarla keçirə biləcəyiniz vaxtın 90 %-dən çoxunu birlikdə keçirmiş olursunuz.

Əgər onlar tez ölsələr, ya da siz onları il ərzində ancaq bir neçə gün görürsünüzsə, bu rəqəm bir az da kiçilir.

Yəni istənilən halda valideylərinizlə keçirə biləcəyiniz vaxtın böyük bir hissəsi artıq keçib.

Eyni şey bacı-qardaşlarınız, ölkənin başqa yerinə köçən köhnə dostlarınız üçün də keçərlidir.

Həyatınızdakı ən vacib insanlarla sahib olduğunuz vaxtın ən sonuncu hissəsindəsiniz.

Bir gün onları axırıncı dəfə görəcəksiniz.

Və bu, digər hər şey üçün də eynidir.

Nəyisə sonuncu dəfə etmək anlayışı qorxulu səslənir, sanki bunu ancaq ölüm ayağında və ya çox qoca olduğunuz vaxt təcrübə etməlisiniz.

Lakin bu, həmişə baş verir.

Elə bir xobbiniz varmı ki, uzun müddətdir onu etməyə tənbəllik edirsiniz?

Bəlkə hələ də rəngləmək istədiyiniz balaca Warhammer oyuncaqlarınız qalıb?

10 il əvvəl əla vaxt keçirdiyiniz o yeri həmişə yenidən görmək istəyirsiniz?

Elə bir adam varmı ki, çoxdandır əlaqə yaratmaq istəyirsiniz, ancaq hələ də etməmisiniz?

Ya da yeni dostlar qazanmaq üçün o idman növünə yenidən başlamaq?

Bəlkə də bunların heç birini bir də etməyəcəksiniz, çünki həyat araya girir və bir gün artıq çox gec olacaq.

Qlobal pandemiya başa çatdıqca tezliklə bir-birimizi yenidən görmək və birlikdə əyləncəli şeylər etmək imkanımız olacaq.

Hansısa dostla və ya potensial bir dostla hal-əhval tutmaq, onlarla vaxt keçirmək istədiyinizi bildirmək üçün heç vaxt gec deyil.

Fərqi yoxdur siz bu videonu nə vaxt izləyirsiniz: həyatımız inanılmaz bir hədiyyədir və edə biləcəyimiz çoxlu əyləncəli, cəlbedici və zövq verən şeylər var.

Nəyin və kimin sizin üçün vacib olduğuna özünüz qərar verirsiniz.

Ən əsas odur ki, vaxtaşırı həqiqətən nələrəsə qərar verəsiniz.

Bu video internetdəki ən yaxşı bloqdan - “Bir Dəqiqə, Niyə Ki?” bloqundan olan dostumuz Tim Urbanın məqaləsindən ilhamlanıb və ona əsasən hazırlanıb.

Bir çox şey haqqında yeni perspektivlər qazanmaq üçün ona mütləq göz atın.

Həyatda etmək istədiyiniz şeylər üçün xatırlatma istəyirsinizsə, Timin icazəsi ilə “Həyatınızın Təqvimi”-nin kurzgesagt versiyasını hazırlamışıq, bu sizə həyatınızın artıq xərclədiyiniz və geri qalan həftələrini izləməyə imkan verir.

Həftələri rəngləyərək onlardan necə istifadə etdiyinizi də görə bilərsiniz.

Sadəcə bəzi şeyləri perspektivə qoymaq üçün vizual xatırlatmaya ehtiyacınız varsa, sizin üçün “Həyatınızın Vaxt Qrafiki”-ni hazırlamışıq.

Yüksək keyfiyyətli kağızda canlı, neon rənglərlə çap olunub və divarınızda sənət əsəri kimi çox qəşəng görünəcək.

Digər bütün məhsullarımız kimi bu posterlər də biz tərəfindən sevgi və qayğı ilə hazırlanıb.

Kanalımıza dəstək olmaq və qarşılığıda gözəl bir şey əldə etmək üçün ən yaxşı yol mağazamızdan nəsə almaqdır.

Sizin sayənizdə indi izlədiyiniz kimi diqqətlə hazırlanmış videolar hazırlaya və onları hamı üçün pulsuz paylaşa bilirik.

Dəstəyiniz üçün çox təşəkkürlər!