What if We Nuke the Moon? | Kurzgesagt

🎁Amazon Prime 📖Kindle Unlimited 🎧Audible Plus 🎵Amazon Music Unlimited 🌿iHerb 💰Binance

Video

Transkriptlər

Ayda çox güclü bir nüvə silahını partlatsaydıq, nə olardı?

Partlayış Ayı öz orbitindən Yer kürəsinə tərəf itələyib, qabarma-çəkilməli dalğalara və miskinliyə səbəb olardımı?

Ay məhv edilərək Yer üzünə meteorik bir ölüm yağışı yağdıra bilərmi?

Soyuq müharibə zamanı Ay kosmik tədqiqatlar, həm də… hərbi bazalar üçün əsas hədəf idi.

Buna görə, ABŞ Hərbi Hava Qüvvələri nüvə partlayışının Ayın səthinə təsirini öyrənmək üçün ciddi bir araşdırma apardı.

Lakin yalnız sitat gətirmək darıxdırıcıdır, gəlin indiyə qədər partladılmış ən güclü bombadan iki dəfə güclü olan, 100 meqavatlıq xəyali bir termonüvə başlığı ilə çox vacib bir elmi təcrübə keçirək.

Həm də müşahidəçi olaraq, Ayın ətrafında bir neçə həvəsli astronavt yerləşdirəcəyik.

Gəlin düyməni sıxaq və vaxtı yavaşladaq.

İlk bir neçə milisaniyədə nüvə başlığının xarici hissəsində heç nə baş vermir.

Bu vaxt içəridə yüksək partlayıcı maddələr radioaktiv bir metal nüvəsinə zərbə dalğası göndərir və onu o qədər sıxır ki, kritik həddə çatır və nüvə parçalanma zənciri reaksiyasına başlayır.

Bu birinci mərhələdə yaradılan 100 milyon dərəcəli plazma ikinci mərhələni başladır və atom nüvələri bir ulduzun özəyindəki kimi əriyir.

Çox qısa bir müddətlik silahımız kainatdakı ən isti yerlərdən birinə malik olur.

Və yalnız indi, on milisaniyədən sonra, kainatın qalan hissəsi birdən-birə bir şeyin baş verdiyini öyrənir, çünki birdən-birə bomba partlayır və ölüm nüvəsinin alovlu ulduzu doğulur.

Bu ana qədər hələ ki, hər şey planlaşdırıldığı kimi gedir.

Ancaq bundan sonra baş verən hər şey Yer üzündə öyrəşdiyimizdən çox fərqlidir, çünki Ayda atmosfer yoxdur.

Alov topu parladıqca bütün istiqamətlərə doğru hərəkət edən, səssiz bir istilik dalğası olan rentgen şüaları və termal fotonlar buraxır.

Yer üzündə bu istilik ən azı 50 kilometr radiusda olan hər şeyi yandırıb, köz edərdi.

Ancaq atmosferin və oksigenlə zəngin havanın mövcud olmadığı Ayda heç bir yanğın baş vermir.

Çünki həm də orada yana biləcək heç nə yoxdur.

Ayın xırçıldayan üst təbəqəsi eonlar boyu meteoritlərin təsirləri nəticəsində toz halına salınmış silikat qaya və kiçik su izləri ilə qarışmış metallardan ibarətdir.

Partlayışla qızdırıldıqda, od topundan gələn rentgen şüaları Ay səthindən nazik bir qaya buludunu buxarlandırır, alov topunun içərisindəki uğursuz tozlar isə şüşəyə çevrilir.

Bu götüntünü təxminən 50 km məsafədən izləyən bütün astronavtlar qızardılmağa hazır ola bilərlər.

İndi isə Yer və fəzada partlayışlar arasında olan fərqlərin ən böyüyünü görməyə başlayırıq.

Yer üzündə atmosfer plazma köpüyünə müqavimət göstərir: Onun genişlənməsi atmosferin təzyiqi ilə genişlənməsi saniyələr ərzində şiddətli şəkildə dayandırılır.

Lakin bu, yaxşı xəbər deyil.

Alov topu atmosferə girəndə Yer üzündə nüvə partlayışının ən dağıdıcı hissəsini - şok dalğasını meydana gətirir.

Partlayışın ətrafındakı sıxılmış hava səs sürətindən daha sürətlə hərəkət edir, binaları darmadağın edir və o qədər gur olur ki, orqanları parçalayır.

Ancaq Ayda şok dalğası yoxdur.

Atmosferin olmamağı fəzada genişlənən partlayışı əngəlləyən heç bir şeyin olmamağı deməkdir.

Ayda alov topu sadəcə qorxunc bir səssizlik içində böyüyür, çünki onu dayandırmağa və ya ona səs verməyə heç bir atmosfer yoxdur.

Bunu təhlükəsiz məsafədən izləmək möhtəşəm olardı.

Təəssüf ki, Ayda nüvə partlayışını izləmək üçün heç bir təhlükəsiz baxış məsafəsi yoxdur.

DNT-ni qarışdıra biləcək qədər ölümcül, ionlaşdırıcı radiasiyanı zəiflədən bir atmosfer olmadan, yaxşı görmək üçün yaxın olan hər kəs ölümcül radiasiyaya məruz qalacaq.

Əlbəttə ki, bu hələ hər şey deyil.

Bütün bunlar baş verərkən, partlayış Aya qarşı zərbələr endirir və partlayış enerjisinin onda bir hissəsini seysmik dalğalara çevirərək güclü bir ay zəlzələsinə səbəb olur.

Ay Yer kürəsindən çox balacadır və bizim astronavtlarımız harada dayandıqlarından asılı olmadan, qaçılması mümkün olmayan, şiddətli silkələnmə hiss edəcəklər.

Rixter cədvəli üzrə 7 ballıq zəlzələ ilə müqayisə edilə biləcək bu titrəyiş, Ayın hər hansı bir yerində inşa edə biləcəyimiz infrastruktura ciddi ziyan vura bilər və hətta onu yerlə bir edə bilər.

Ayın uzaq tərəfində gizlənənlər bunun bir partlayış olduğunu bilməyəcəkdilər, zəlzələ Böyük Piramida böyüklüyündə bir asteroid Ay ilə toqquşduğu kimi hiss ediləcəkdi.

Və bu hələ son deyil: bomba partlayan zaman torpaq, gölməçəyə daş dəyəndə suyun sıçradığı kimi sıçrayır.

Partlayış Yerə doğru itələndikcə, təxmini 100 milyon m3 həcmində qum və qayanı yerdən qazaraq 1 km diametrində bir krater yaradır, Yerin alt süxurunu xırda daşlara çevirir.

Töküntülər hər istiqamətdə səmaya doğru səpələnir.

Atmosfer olmadığı üçün bunu yavaşladacaq da heç nə yoxdur.

Səpələnmiş töküntülərin çoxu heç vaxt Aya qayıtmır, çünki onlar qurtuluş sürətindən daha sürətlə səpələnmişdilər.

Bir neçə mikrometeorit günəş sisteminə səpələnmək üçün fəzaya göndərilmiş və bunların çoxu Yer üzərinə yağacaqdı, ancaq yalnız bir neçəsi çınqıldan böyük olacaq.

Yol üstündəki hər hansı bir peyk, astronavt və ya kosmik stansiya üçün bu heç də yaxşı olmayacaq.

Mikrometeoritlər Ayın bütün səthinə yayılmasına imkan verən bir neçə sürət və bucaq altında buraxılır.

Onlar bizim istəkli astronavtlarımızı harada dayandıqlarından asılı olmayaraq, güllə kimi deşib keçəcək.

Nəhayət ki, partlayışımız sona çatır.

Yer kürəsində isə, alov topu bir növ sap əmələ gətirərək isti hava balonu kimi yüksəlir; yuxarı qalxdıqca ətrafına daha sərin hava çəkilir və yuvarlaqlaşaraq göbələk buluduna çevrilir.

Ancaq Ayda, bildiyiniz kimi, nə atmosfer var, nə də göbələk.

Plazma böyüdükcə soyuyur və maraqlı, ya da qorxunc şeylər yaratmaq üçün daha az enerjisi olur.

Tətiyi çəkdikdən bir neçə saniyə sonra köpük qızarır və gözdən itir.

Partlayış dünyadan da görünür, sanki parıldayıb dərhal sönən bir ulduz kimi.

Bir qığılcım, sonra isə heç nə.

Kiçik tullantı buludu Ayın səthindən xeyli yüksəklərə çatdıqda, günəş onu bir neçə dəqiqəlik işıqlandırılır və bu mənzərəni izləyən hər kəsə ürküdücü bir gözəllik bəxş edir.

Bəs Ayın orbiti necə oldu?

O, demək olar dəyişməyib.

Ayı bomba ilə tərpətməyə çalışmaq, yük maşınını üfürərərk tərpətməyə çalışmaq kimidir.

Nüvə partlayışları böyük ola bilər, ancaq fəza daha böyükdür.

Bizim böyük partlayışımız sadəcə əlavə bir krater yaradır.

Milyonlardan biri kimi.

Yenə də Ayda olan hər kəs bundan əziyyət çəkməyə davam edəcək.

Aya geri yağan material radioaktivdir və onu yuyub basdırmaq üçün heç bir təbii proses olmasa, Ayın səthi çirklənmiş olaraq qalacaq.

Xoşbəxtlikdən, ən pis radiasiya belə, təxminən bir il ərzində kosmik şüalardan təbii səviyyələrlə müqayisə oluna biləcək bir səviyyədə çürüyəcək.

Sonda əminliklə deyə bilərik ki, Ayın özü nüvə bombasına əhəmiyyət verməsə və heç nə hiss etməsə də, Ayı nüvə sınağı meydanı kimi istifadə etmək, orada bir az vaxt keçirmək və ya faydalı bir şey qurmaq istəyən hər kəs üçün çox pis olacaq.

Ona görə də, bunu etməməliyik.

Bu bizim 2020-ci ildə son videomuz oldu və bütün mənfi və qəribə xüsusiyyətləri bərabər, maraqlı il oldu.

Amma şükürlər olsun, bu il sonda qaldı.

Bu videonu “çox sağ ol” deyərək sonlandırmaq istəyirik.

Bu kanalın üzərində işləməyimiz və çoxlu maraqlı videolar hazırlamağımızın səbəbi sizsiniz.

Bu il bizim almanca kanalımız bir milyon abunəçiyə çatdı. Bununla bərabər ispanca kanalımızı başlatdıq və tətbiqimizi təqdim etdik.

Hər şey yaxşı davam etsə biz üzümüzə gələn il indiyədək ərsəyə gətirdiyimiz ən böyük layihəmizi təqdim edə biləcəyik. Amma böyük şeylər söz verməkdə ehtiyatlıyıq.

Bunu edə bilməyimizin səbəbi sizin birbaşa dəstəyinizdir.

Sizə dərin təşəkkürümüzü bildiririk.

Səmimi olaraq bunu qiymətləndiririk.

Əgər bizə kömək edərək, əvəzində nəsə almaq istəyirsinizsə sizin üçün ay və onun nə qədər uzaqda olduğu haqda minimalistik infoqrafik poster hazırlamışıq.

Bundan əlavə balaca ördək oyuncağı, ördək və dostlarının təsvir edildiyi stəkanlar, dəftərlər və digər şeyləri sevgi və qayğı ilə hazırladıq.

Nəyi bəyəndiyinizi bizə bildirin ki, ondan daha çox hazırlayaq.

OK. Gəlin bu videonu və bu ili sonlandıraq.

İzlədiyiniz, paylaşdığınız, qayğımıza qaldığınız üçün çox sağ olun.

2021-ci ilə hüzur içində keçirməyinizi arzu edirik. Ümid edirik ki, darıxdırıcı bir il olacaq :)