Nə olar ki, siz bir qara çuxura düşsəniz? | Kurzgesagt

🎁Amazon Prime 📖Kindle Unlimited 🎧Audible Plus 🎵Amazon Music Unlimited 🌿iHerb 💰Binance

Video

Transkriptlər

Qara dəliklər kainatdakı ən güclü və ən ekstrim şeylərdir və onlar çox qəribə və qarşıqdır.

Əgər onlardan birinin içinə düşsəniz nə olar və ümumiyyətlə, onlar nədir?

Birinci növbədə, biz fəza və zaman haqqında danışmalıyıq: fəza və zaman kainat oyununun pərdələndiyi əsas səhnədir.

Ancaq fəza sabit bir səhnə deyil və zaman hamı üçün hər yerdə eyni cür keçmir.

Qısaca, onlar nisbidirlər.

Maddə fəzanı əyir və əyilmiş fəza maddəyə necə hərəkət eləməli olduğunu deyir.

Səhnəyə bir az ulduz və planet də qoysaq, onların altında sallanır.

Bu yöndəmsiz səhnə özünün bütün əyri və çökəklikləri ilə bizə cazibə qüvvəsini verir.

Qara dəliklər təkcə səhnəni əymirlər, onlar tələ qapıları kimidir.

Çox böyük kütləyə malik, kainatın “girmək olmaz” yazısı qoyduğu, qaydaların dəyişdiri yerlər.

Qara dəliklərin çoxu nəhəng ulduzlar öldükdə yaranır.

Bu prosesi neytron ulduz videomuzda ətraflı izah etmişik.

Bircə bunu bilməlisiniz ki, nəhəng ulduzlar son anlarında içəridən, təxminən ¼ işıq sürəti ilə partlayırlar.

Bu hadisə çox böyük bir kütləni bir yerə sıxır və çox sıx bir şey yaradaraq bir növ kainat səhnəsini qırır.

Günəşdən 10 dəfə ağır bir qara dəliyin eni cəmi 60 km ola bilər.

Qara dəliyə düz baxsaz, o heç nəyə oxşamır.

Onların nəzarətindəki fəza “Hadisə Üfüqü” adlanan görünməz, təktərəfli bir sərhəd tərəfindən bloklanıb.

Hadisə Üfüqü fəzanın bir ərazisi ətrafında qabıq formalaşdırır və ora girərkən kainatın geri qalanından həmişəlik gizlənmiş olursunuz.

Çünki qara dəlik - tələ qapısı fəzanı o qədər deformasiya edir ki, ordan hətta işıq da keçə bilmir.

İçərisindən məlumat ötürmək üçün heç nə qaça bilmədiyinə görə də onun nəyə oxşadığını demək imkansızdır.

Ancaq biz yenə də maddəyə olan təsirlərinə görə qara dəlikləri müşahidə edə bilirik.

Cismlər günəş və ya planetlərin ətrafında döndükləri kimi, qara dəliklərin də ətrafında dönə bilərlər.

Qara dəliklərin çoxu Hadisə Üfüqünün ətrafında fırlanan disklərə malikdir.

Bu maddə, yaxınlıqdakı orbitlər onun sürətini işıq sürətinin yarısı qədər artıra bildiyi üçün inanılmaz dərəcədə qaynar ola bilir və hissəciklər arasındakı kiçicik sürtünmə və toqquşmalar onları milyard dərəcəyə qədər qızdırır. Beləcə, ironik də olsa, qara dəlik ətrafındakı fəzanı inanılmaz dərəcədə işıqlı edir.

Qara dəliyə yaxınlaşmağa və hətta içinə girməyə çalışsaz, nə baş verər?

İlk növbədə, kainatdakı ən qəribə əyləncə güzgüsünü görərdiniz.

Qara dəliyin orbitində ancaq maddə yoxdur: yaxınlığındakı cazibə qüvvəsi o qədər güclüdür ki, işıq da orbitində ola bilər.

Əgər siz Hadisə Üfüqündən kənarda, fotosferada elə-belə dayansaz, istənilən istiqamətdə özünüzü görəcəksiniz.

Düz qabağınızda başınızın arxasını görəcəksiniz, çünki arxanızdakı işıq qara dəlik ətrafında fırlanıb gözlərinizə çatacaq.

Cazibə qüvvəsi də vaxtın axışını dəyişdirir.

Cazibə qüvvəsi güclü olduqca vaxt da yavaş keçir.

Siz başınızın üstündəki kainatı sürətlənmiş kimi izləsəz də, sizdən uzaqdakılar sizi yavaş hərəkətdə görəcəklər.

Əgər qara dəlikdən çıxsaz, görə bilərsiniz ki, kainatın geri qalanı üçün eonlar keçib, sevdiyiniz insanların çoxdan öldüyü qorxulu gələcəyə təkgedişli bir zaman səyahəti.

Lakin qara dəliyə yaxınlaşmaq inanılmaz təhlükəli ola bilər.

“Spagettiləşmə” ilə ağrılı bir ölüm sizi gözləyir.

Ayaqlarınız qara dəliyə başınızdan daha yaxın olduğu üçün onlar cazibə qüvvəsini daha güclü hiss edirlər, bədəninizi iki yerə ayıracaq qədər.

Aşağı endikcə vəziyyət daha da pisləşir, dartmanın gücü artır, bədəniniz getdikcə nazikləşir və düzləşir, son bir sovrulma ilə bir daha heç vaxt görünməmək şərtiylə qaynar bir plazma axınına çevrilir.

“Spagettiləşmə” riski ancaq balaca qara dəliklərdədir, çünki onların daha balaca radiusları var.

Əgər qalaktikanın mərkəzinə gedib super nəhəng bir qara dəlik tapsaz, Hadisə Üfüqünü keçmə imkanınız ola bilər.

Siz Hadisə Üfüqünə yaxınlaşdıqca kənardan baxan biri sizin içəri girdiyinizi yox, dayanıb yox olduğunuzu görəcək.

Saçdığınız son işıq getdikcə Hadisə Üfüqündə yoxa çıxacaq.

Bu vaxt sizin baxış bucağınızdan, qara dəliyin boşluğu sizlə görüşmək üçün yuxarı qalxacaq, çünki işıq sizə az istiqamətlərdən çata bilir.

Kainatdan görə bildiyiniz tək şey balaca bir işıq nöqtəsi olana qədər qaranlıq sizin ətrafınızı saracaq.

Burada, Hadisə Üfüqünün içərisində fəza və zaman o qədər qorxunc bir şəkildə pozulub ki, həqiqi zamanda səyahət mümkündür, buradan heç nəyin çıxmaması böyük ehtimal yaxşı şeydir.

Əgər buradan nəsə qaça bilsəydi, bu, kainatı pozacaq bütün növ zamanda səyahət paradokslarıvə problemləri yaradardı.

Hadisə Üfüqü nə qədər qorxulu olsa da, bizi o dramadan qoruyur.

Bura qədər sağ çıxıb-çıxmamağınız önəmli deyil, çünki indi yeganə şübhəsiz şey odur ki, sizi yaxın gələcəkdə əzici bir ölüm gözləyir.

Hadisə Üfüqünün içərisində kosmos-zaman o qədər əyilib və bükülüb ki, hansı istiqamətə getsəz, irəli atdığınız hər addım sizi ancaq qara dəliyin mərkəzinə gətirəcək.

Hər hansı bir istiqamətə getməyə çalışmaq sizi mərkəzə daha tez gətirəcək.

Daha uzun müddət sağ qalmaq üçün heç nə etməməlisiniz.

Qara dəliyin mərkəzində biz sinqulyarlığı tapırıq.

Bütün maddə ilə Hadisə Üfüqünü keçən, sonsuz balacalaşmış bir nöqtəni.

Ora gedən cismlərlə bağlı heç bir xatirə yoxdur, çünki cismlər qara dəlik tələ qapısından aşağı həmişəlik yox olurlar.

Sinqulyarlıq hər şeyi bərabər edir.

Bu əslində, kainatı çox maraqlı formalarda pozur.

Əgər daha çoxunu öyrənmək istəyirsinizsə, biz bu problem haqqında bütöv bir video hazırlamışıq.

Qısaca, ona çox yaxınlaşan hər şey sinqulyarlıqda cəmləşərək qara dəlik maddəsinə çevrilir.

Keçmişindən xatirəsi olmamağı o deməkdir ki, qara dəliyin yalnız 3 xüsusiyyəti var: kütləsi, fırlanmağı və elektrik yükü.

Qalan hər şey itib.

Onlar daha çox fundamental hissəciklər kimidir.

Bu əslində, o deməkdir ki, kainatdakı bütün qara dəliklər eynidir.

Sözsüz ki, onların kütlələri fərqlidir və bəziləri digərlərindən daha sürətlə fırlanır.

Ancaq biz onların bütün sinqulyarlıqlarını sehrli bir fizika muzeyinə qoya bilsəydik, onların hamısı elektronlar kimi eyni olardı.

Lakin fundamental hissəciklər kimi, sinqulyarlıq xassələrini kağız üzərində daha yaxşı təsvir edə bilərik, nəinki reallıqda.

Bizim kainat haqqında hazırki nəzəriyyələrimiz, məsələn, ümumi nisbilik nəzəriyyəsi, onları izah və ya təsvir edə bilmir.

Fəzanın əyriliyi və sıxlığı sonsuz olur və bizim qaydalarımız heç bir məna kəsb etmir.

Sinqulyarlığın səthi və ya ölçüsü yoxdur, kainatın sıfıra bölmə səhvi kimi bir şeydir.

Sinqulyarlıqlar bəlkə də heç mövcud deyil, ya da tamamilə başqa şeylərdir.

Ancaq əlimizdə olan proqnozlardan, fəza-zaman haqqındakı hazırki nəzəriyyəmizdən bildiyimiz ancaq budur.

Bir də qara dəliklər haqqında eşitdiyiniz hər şey, hətta bu videoda da, fırlanmayan nəzəri qara dəliklər haqqındadır, çünki onların hesablanması çox daha asandır.

Lakin qara dəliklər son anlarında kəskin sürətlə fırlanan, ölən ulduzlardan yarandığı üçün, bildiyimiz qədərilə, kainatdakı bütün qara dəliklər hal-hazırda fırlanmalıdırlar.

Həm də inanılmaz bir sürətlə, işıq sürətinin 90%-i qədər.

Bu o deməkdir ki, qara dəliklər bilindiklərindən daha dəhşətlidirlər.

Fırlanan qara dəliklərin sinqulyarlığı daha çılğındır.

Fırlanma onları ətafa dorğu şişməyə məcbur edir ki, bu nəticədə dairəvi sinqulyarlığa səbəb olur.

Bu fırlanma o qədər güclüdür ki, fəzanı özü də onunla fırlanır.

Bu, fırlanan qara dəliklərin ətrafında Erqosfera adlanan yeni bir region yaradır, nə qədər çox çalışsaz da, burada sabit dayanmaq mümkünsüzdür.

Sürətli bir fəza-zaman burulğanı kimi, axıntıya qarşı durmaq mümkün deyil və istəsəniz də, istəməsəniz də, qara dəlik sizi ətrafında fırlanmağa məcbur edir.

Yaxşı. Bəs kainat yaşlandıqca və ətraflarında ölməyə başladıqca qara dəliklərə nə olacaq?

Yenə, biz bunu bilmirik, ancaq indiki fizika anlayışımıza əsasən, bəzi ideyalarımız var:

Hokinq radiasiyası.

Kvantum sahəsi nəzəriyyəsində fəza vakuumu kvantum dalğalanmaları ilə qaynayır.

Bu dalğalanmalar yox olmamışdan əvvəl çox qısa bir müddət mövcud olan maddə və antimaddə hissəcikləri cütlərini yaradır.

Bu, qara dəliyin hadisə üfüqü yaxınlığında baş verən zaman hissəciklərdən biri içəri düşə və onların yox olmağını dayandıra bilər.

Həmin qaçan hissəcik Hokinq radiasiyasıdır.

Bu hissəciyin kütləsi qara dəlikdən gəlməlidir, ona görə də eonlar boyu qara dəliklər kiçiləcək və şüalanacaq.

Hokinq radiasiyası qara dəliyə düşən şey deyil, bu, kütləsini ondan oğurlayan təzə bir şeydir.

Qara dəlik kiçildikcə Hokinq radiasiyası güclənməyə və sürətlənməyə başlayır, ta ki geri qalan hər şey nüvə bombası kimi yüksək enerjili radiasiya ilə buxarlaşanadək.

Və sonra heç nə.

Ancaq bu, hələ uzun müddət baş verməyəcək.

Günəşin kütləsi qədər kütləyə malik qara dəliyin 10^67 il qədər ömrü var.

Bu o deməkdir ki, 10,000 milyard, milyard, milyard, milyard, milyard, milyard il vaxt lazımdır, o öz kütləsinin 0.0000001%-ini itirsin.

Ancaq qara dəliklərin əksəriyyəti günəşdən qat-qat daha ağırdır.

Qalaktikaların mərkəzindəki ən ağır super nəhəng qara dəliklərin ömrü 10^100 ildir.

Bu nə qədər uzun bir müddətdir?

Bir qum saatı təsəvvür edin, kainatdakı hər bir hissəciyin sayı qədər qum dənəsi ilə doldurulub.

Hər 10 milyard ildən bir tək bir qum dənəsi aşağı düşür.

Əgər bütün qumun aşağı düşməsini gözləsək, qara dəliklərin ömürlərinin hətta 1%-i belə keçməyəcək.

Beyinlərimizin bu vaxt miqyaslarını qavramağı üçün yaxşı bir məfhum mövcud deyil.

Görəsən, nə vaxtsa qara dəlikləri həqiqətən başa düşəcəyik?

Biləcəyik ki, onların içində nə var?

Bunu heç kim bilmir.

Biz ancaq onları xaricdən görə bilirik və içərisindəkilərlə bağlı nəzəriyyələrimiz də böyük ehtimal səhvdir.

Ancaq hər şeyi bilməmək normaldır.

Bu o deməkdir ki, üstündə işləməli çox iş var.

Bu o deməkdir ki, həll olunmalı çoxlu müəmmalar və haqqında fikirləşilməli böyük ideyalar var, insanlar məhz bu səbəbdən elmlə məşğul olurlar.

Sonda heç olmasa ondan əmin ola bilərik ki, axırıncısı əriyib yoxa çıxana qədər onlar haqqında fikirləşmək üçün çoxlu vaxtımız var.

Qara dəliklər haqqında fikirləşməyə davam etmək istəyirsizsə, Kurzgesagt komandasının sevgi ilə hazırladığı qara dəliklər haqqında olan şeylərdən birini almaqla bunu edə bilərsiniz.

Məsələn, sizə qara dəliyin bütün əsaslarını öyrədən Qara Dəlik İnfoqrafika Posterimiz.

Ya da sizi möhtəşəm bir səyahətə çıxarıb kimisə qucaqlamaq ehtiyacı yaradacaq Öz Qara Dəlik Macəranı Seç Posterimiz.

Buna görə biz Qara & Ağ Dəlik Oyuncağını da yaratmışıq.

Və bütün bunlar bəs deyilsə, biz təzəlikcə çox rahat Fəza Corablarımızı, parlaq Fəza Sancaqlarımızı, yeni Parça Çanta və Kisə setlərimizi və fəza ilə bağlı Kurzgesagtda sevgi və qayğı ilə dizayn olunmuş digər məhsullar hazırlamışıq.

Mağazamızdan nəsə almaq Kurzgesagt-ı dəstəkləməyin ən yaxşı yoludur, əvəzində isə qəşəng bir şeyə sahib olursunuz.

Sizin sayənizdə indi izlədiyiniz kimi ətraflı videolar hazırlaya və onları hamı üçün pulsuz paylaşa bilirik.

Dəstəyiniz üçün çox sağolun!