Dünya qızıla dönərsə? - Qızıl apokalips | Kurzgesagt

🎁Amazon Prime 📖Kindle Unlimited 🎧Audible Plus 🎵Amazon Music Unlimited 🌿iHerb 💰Binance

Video

Transkriptlər

Biz Kurzgesagt laboratoriyalarında ancaq çox ciddi elmi problemlər üzərində işləyirik, məsələn “Nələrisə nüvə ilə partlatsaq, nə olar?” ya da “Bəlkə bu fili partladaq?”, ya da heç kimin yaddan çıxartmayacağı “Bu şeyə bax, çox böyükdür.”

Bu qürurverici ənənəni davam etdirərək, gəlin Yer birdən-birə qızıla çevrilərsə, başınıza nə gələcəyinin elmi sirrini araşdıraq!

“Midaspokalipsis” lənətləndiyi üçün toxunduğu hər şey qızıla çevrilən qədim Midas Kralı nağılına əsaslanır.

Bu ssenarini elm vasitəsilə araşdırmağa başlamazdan qabaq, əvvəlcə söhbətin nədən getdiyini müəyyənləşdirəcəyik.

Midas-ın lənəti sehr adlanan və bizə fizikanı dəyişdirməyə icazə verən çox xüsusi bir fenomendir.

Midas nəyəsə toxunaraq onu qızıla çevirəndə nə baş verir?

Qızıl atomunun nüvəsində 79 proton və 118 neytron var.

Ətrafındakı elektronların üzərindəki protonların elektrik qüvvəsi atomu formalaşdırır və qızıla kimyəvi xüsusiyyətlərini verir, məsələn, o paslanmır və bir növ parlaq və əyiləbilən formadadır.

Deməli, qızıl olmayan bir şeyi qızıla çevirmək üçün onun atomlarını dəyişməliyik.

Fərz edək ki, Midas bir ördəyə toxunur.

Hidrogen, karbon və oksigen kimi bütün yüngül elementlər qızıl olmaq üçün elektron, proton və neytron əldə edirlər.

Ördək birdən-birə 33 dəfə daha ağır və daha sıxdır.

Qızıl atomları, bir-birilərinə istədiklərindən daha yaxındır və bir-birlərini şiddətlə itələyərək qızıl ördəyin yarım ton TNT enerjisi ilə partlamasına səbəb olur və geriyə yalnız qızıl tozu və ölü bir Midas qalır.

Aydındır ki, Midasın gücünün işləməyi üçün bu yaxşı bir yol deyil.

Bəs bunun əvəzinə, Midasın gücü artıq mövcud olan atomlardan istifadə edərək sadəcə toxunduğu maddədəki bütün hissəcikləri qızıla çevirmək üçün onların yerlərini dəyişsə, necə olardı?

Heç bir maddə nə yaranır, nə də dağıdılır, sadəcə atomlar əriyir və proton, neytron və elektronlar qızıl əldə etmək üçün yenidən yığılır.

Lakin qızıl çox sıxdır, bir ördəkdən 20 dəfə daha sıx.

Heç bir maddə əlavə etməsək, qızıl ördək çoxlu mikroskopik boşluqları olan yöndəmsiz, köpüklü bir qızıl olardı.

O gülməli olsa da, partlamır. Bu isə inkişaf deməkdir.

Normal işləyən bir növ sehr yaratdığımıza görə, bəs Midas birdən büdrəyib Yerə toxunsa nə olar?

Gəlin bir anlıq vaxtı donduraq və Yerdəki bütün maddələri yenidən düzək.

Eynilə ördək kimi, Yer kürəsi də indi tamamilə qızıldır, lakin atom miqyaslı bir çox boşluq var.

Bu boşluqlar ördək üçün böyük problem olmasa da, Yer kürəsi üçün böyük problemdir.

Cazibə qüvvəsi Yer kürəsini sıxaraq bürün boşluqları bağlayacağı üçün, süngər kimi bir planet mövcud ola bilməz.

Nəticə olaraq, Yer kürəsi öz radiusunun üçdə ikisinə qədər balacalaşır.

Əgər Yerin səthində dayanmısınızsa, ayağınızın altındakı yer sürüşdüyü üçün birdən-birə özünüzü lunapark qatarındakı kimi sərbəst düşüşdə tapacaqsınız.

Ancaq ayağınızın altındakı yer də sizinlə bərabər düşdüyü üçün sizdən uzaqlaşmır, sanki kimsə cazibə qüvvəsini söndürüb və siz də daxil, hər şey havada üzməyə başlayır.

Ancaq bu səyahət həmişəlik davam etmir, hər şeyin yerə çırpılması sadəcə 10 dəqiqə vaxt alır, çox qəribə bir 10 dəqiqə.

Və sonra anidən başladığı kimi, anidən də dayanır.

Çökməkdə olan dünya istədiyi ölçüyə çatdı və cazibə qüvvəsi yenidən işə düşdü.

Ümid edirik ki, üzən dəqiqələrinizdən zövq aldınız, çünki Yer və onunla birlikdə saatda 30.000 kilometr sürətlə planetə çırpılaraq bədəniniz su şarı kimi partlayıb, səpələndi.

Bir an içərisində bəşəriyyətin hamısı qırmızı gölməçələrə çevrildi.

Amma bu, problemlərimizin yalnız başlanğıcıdır, çünki Yer kürəsi supersonik bir sürətlə içə doğru partladı.

Partlayışın kinetik enerjisi TNT-dən hazırlanmış bir planetin partlamağına bərabərdir.

İnanılmaz bir gücün altında əzilən Yerin özəyi milyon dərəcə Selsiyə çatır.

Bu, bir ulduzun özəyindəki temperatura Yer kürəsində gördüyümüz hər şeydən daha yaxındır.

Yer özünə çırpıldıqca, yuxarıya doğru sürətlə hər şeyi əzib keçən və atmosferi kosmosa doğru atıb-tutan nəhəng güclü bir şok dalğası yaradır.

Yer səthinin istiliyi yüz minlərlə dərəcəyə çatır və üzərindəki hər şey buxarlanaraq dərhal genişlənməyə başlayan qabarıq bir plazma buluduna çevrilir, amma çox da yox.

Yeni ola biləcək atomların çoxu bu buluda qarışır, digərləri isə qaynayaraq atmosferdən qaçıb yox olur.

Qızıl plazma günəşdən daha çox işıq saçır, nəhəng radiasiya isə tonlarla materialı fəzaya qaldırır.

Önümüzdəki günlərdə plazma buludu soyuyur və nəticədə parlaq, qızıl bir topa çevrilir.

Yaxşı, ola bilər ki, belə bir sehr işləmir.

Əgər atomları dəyişdirmək Yer kürəsini həddən artıq sıxlaşdırıb partladırsa və atomları söküb təzədən yığmaq Yer kürəsini çox az sıx edib onu çökdürürsə, bunların heç birinin baş vermədiyi zəif bir nöqtə olmalıdır.

Bəs Midasın gücü belə olsaydı, necə olardı: bir cisim birdən-birə bərk qızıldan hazırlanan eyni həcmli başqa bir cisimlə əvəz olunur.

Bu sehr daha çox sehrlidir və işimizi daha da asanlaşdırır.

Amma gəlin görək bu bizi hara aparacaq.

Beləliklə, Midas yenidən büdrəyir, yeni saf qızıl Yer kürəmiz isə genişlənib daralmasa da, birdən-birə daha ağır olub.

Qızılın sıxlığı yerdən 3.5 dəfə daha böyükdür, yəni Yer kürəsi də 3.5 dəfə daha ağır olacaq!

Başlanğıc üçün, indi hər kəs üç qat daha güclü olan cazibə qüvvəsinə müqavimət göstərməlidir.

Bədəninizdən bir neçə qat artıq yükü çiyinlərinizdə daşımağa öyrəşmiş bir ağırlıq qaldırma çempionu deyilsinizsə, çox güman ki, öz ağırlığınız sizi yerə çırpacaq.

Yer kürəsi qızıla çevrilən zaman harada dayandığınızdan asılı olaraq, bu sizi ciddi şəkildə yaralaya, hətta öldürə bilər.

Ağaclar və süni quruluşlar heç vaxt dayana bilməyəcəkləri bir basqı altında çökəcək, quşlar, təyyarələr və uça bilən hər şey isə yerə yıxılacaq.

Və daha böyük cazibə qüvvəsi altında əzilən yeganə şey siz deyilsiniz.

Atmosferin ağırlığı və təzyiqi təxmini 4 dəfə artır və bu da əgər yaşamağı sevirsinizsə, pis bir şeydir.

Bu, təkbaşına sizi öldürməyəcək.

Dalğıclar bir müddət bu təzyiqlərdə rahat nəfəs ala bilirlər, amma təəssüf ki, atmosferin sıxılmğı istiliyin 150 dərəcə Selsiyə qədər qalxmasına səbəb olur, bu da bir sobanın içərisi kimidir.

Bütün Yer səthi hər şeyi və hər kəsi qovuraraq bişirir.

Bundan qaçış yoxdur.

Qızıl bir metal ola bilər, ancaq poladdan təxminən üç dəfə zəif və yumşaqdır, bu isə onu çox pis bir dağ materialı edir.

Dəstəklənə biləcək ən yüksək dağlar indi yalnız iki kilometr yüksəklikdədir.

Yəni bütün dağ silsilələri öz ağırlıqları onları əzdiyi üçün kiçilir.

Bundan sonra nə baş verəcəyini demək çətindir.

Böyük ehtimal planet yeni bir formaya keçdiyi üçün nəhəng zəlzələlərə və torpaq sürüşmələrinə məruz qalacayıq.

Və bu dəyişikliklər təkcə dağ silsilələrində olmayacaq, qitələr və okeanlar arasındakı hündürlük fərqi eyniləşəcək. Bu da okean hövzələrinin aşaraq Yerin səthinə nəhəng dalğalar göndərməyinə səbəb olacaq.

Geriyə 3 km dərinlikdə okeanla örtülmüş qızıldan bir planet, çox isti bir atmosfer və çoxlu ölü insanlar qalacaq.

Hmm, bundan öyrənməli olduğumuz nəsə var, ancaq bunun nə olduğuna əmin deyilik.

Ancaq biz bütün hesablamaları etmişik, əgər baxmaq istəsəz, bu bizim mənbələr sənədimizdədir.

Əgər bu videodan nəsə öyrəndizsə, bunu bizə də deyin.

Bildiyiniz kimi, mağazamızda satdığımız şeylər pulsuz videolar paylaşa bilməyimizin səbəbidir.

Ancaq bizim üçün bundan daha artığıdır.

Buyurun, qısa bir hekayə…

Bir müddət əvvəl bu şəkli sırf gözəl görünən bir şey paylaşmaq üçün sosial media hesabımızda paylaşdıq, dərhal bir çox insan bundan əsəbiləşdi, çünki bu səhv idi və siz paylaşdığımız şeylərə ciddi yanaşırsınız.

Beləliklə, onu sildik və yeni və daha yaxşı bir şey etmək üçün mütəxəssislərlə əlaqə saxladıq.

Yüzlərlə saat araşdırma və illüstrasiyaya sərf edərək yeni və geniş bir təkamül xəritəsi- əvvəllər mövcud olmayan canlılar arasındakı əlaqələrin yeni bir vizual görüntüsünü yaratdıq.

Və bu çox stressli və ağır bir iş olsa da, həm də bu kanalda işləməyin nə üçün çox zövqlü olduğunu göstərir.

Çünki sizlər gördüyümüz işlə maraqlanırsınız və bu bizi daha çox çalışmağa və əvvəl bilmədiyimiz şeyləri öyrənməyə sövq edir.

Ona görə də, bizim çılğın idealarımızı və bəzən çılğı məhsullarımızı dəstəklədiyiniz üçün çox sağolun.

Sizin sayənizdə, videolarımızı hər kəs üçün pulsuz olaraq yayımlamağa davam edə bilərik və yeni konsepsiyalara yüzlərlə saat ayıra bilərik.

Bunun üçün çox minnətdarıq!

Mağazamızda yeni təkamül posterimizə və sevgi ilə hazırlanan digər bir çox şeyə baxa bilərsiniz.