Nədir bir şey? | Kurzgesagt

🎁Amazon Prime 📖Kindle Unlimited 🎧Audible Plus 🎵Amazon Music Unlimited 🌿iHerb 💰Binance

Video

Transkriptlər

Ən asan suallar cavablaması ən çətinlərdir.

Cisim nədir?

Cisimlər niyə yaranır?

və niyə belə yaranır?

Gəl suala addım-addım yanaşmağa çalışaq.

Sən nədən yaranmısan?

Sən- maddəsən. Elementar hissəciklərin təşkil

etdiyi atomların yaratdığı molekullardan ibarətsən.

Əgər elementar hissəciklər ən kiçiklərdirsə,

bəs onlar nədən təşkil olunublar?

Suala cavab verməyə sadə olaraq kainatı təmizləməklə başlayaq.

Materiyanı, antimateriyanı, radiyasiyanı, hissəcikləri..yəni var olan hər şeyi silək.

İndi “heç nə"yə daha yaxından baxaq.

Boş məkan nədir?

“Vakuum” adlandırdığımız budur?

Burda nə atomlar, nə materiya var. Heç nə!

O həqiqətən bomboşdur?

Heç nə bizə hər şey üçün tikinti materialı verir.

Bir mənada heçlik geniş, sakit bir okean kimidir.

Su durğun olanda qeyri-adi heç nə baş vermir,

sərt küləklər isə güclü dalğalar yaradır.

Bizim kainat da buna bənzəyir.

Kainatın hər yerində belə “okeanlar” var.

Fiziklər onları “sahələr” adlandırır.

Bu yeni və qəribə gələ bilər, amma

misal üçün radiasiyanı götürək.

Elektromaqnit sahəni həyəcanlandıranda

bizim foton adlandırdığımız kiçik qəribəlik yaranır.

Fotonlar bizim işıq kimi qavradığımız radiasiya daşıyıcılarıdır.

Bu ancaq işığa xas deyil.

Kainatdakı bütün hissəciklər belə yaranır.

Hər zərrəciyin öz qanunauyğun sahəsi var.

Məsələn, bütün elektromaqnit sahələrdə,

kainatın hər yerində elektron sahələri var

və bu sahələrin yaradıcıları elektronlardır.

Ümumilikdə, kainatın sahələri 3 kateqoriyaya bölünəbilən

17 hissəcik meydana gətirir.

Leptonlar, kvarklar və bozonlar.

Leptonları elektronlar, eləcə də onların qohumu olan müon və taular təşkil edir.

Hər birinin də uyğun olaraq öz neytrini var.

Kvarklar.

Kvarklar hissəciklərin atom ailəsidir

Onlar həmişə qrupla və cüt halda olub atomların

özəyi olan proton və neytronları yaradırlar.

Elektronlar və kvarklar birlikdə materiya hissəcikləridir.

Ətrafında gördüyün hər şeyi onlar yaradır:

nəfəs aldığın havanı,

səni isidən günəşi,

hal-hazırda yerinə yetirməli olduğun işdən səni yayındıran komputeri

Amma varlıqlar sadəcə mövcud deyillər,

onlar da işlər görürlər.

Filosofik olaraq desək, nəyinsə xassələri

onun varlığı qədər bir hissəsidir.

Burda bozonlar və onların sashələri oyuna daxil olur.

Baxmayaraq ki, kvarkları və leptonları materiya sahələri yaradır,

bozonlar qüvvə sahələri tərəfindən yaradılır.

Kainatın qaydası ‘qüvvə’ adlanır və 4 əsas

qüvvə kəşf olunub. Elektromaqnetizm,

qravitasiya, güclü və zəif nüvə qüvvələri.

Bu qüvvələr oynayanların hissəciklər

olduğu kainat oyununun

qayda kitabıdır.

Onlar hissəcikləri nəyi və necə edəcəklərini deyir.

Fil diaqonal, kütləsiz hissəciklər işıq sürətilə

at tullanaraq hərəkət edir, qravitasiya cəzb edir.

Qüvvələr hissəciklərin birləşməsi qaydalarıdır.

Kainatda gördüyümüz bütün böyük şeylərin

hissələrinin necə birləşməsini təmin edən ən əsas qaydalardır.

Qravitasiya ancaq Günəş orbiti və ya

ağacdan düşən almalar üçün olan qanun deyil.

O, bir qayda olaraq planet və ulduzları təşkil edən maddələri bir-birinə cəzb edir.

Elektromaqnetizm sadəcə maqnitlərin bir-birini cəzb etməsi

və ya itələməsi, ya da lampanın içindəki elektrik axını deyil.

O, atomik bağları idarə, bütün molekulları inşa edir.

Qüvvələr və hissəciklər birlikdə yaranışın bir cür inşası oyunudur.

Bozonlar xəbərçilər kimidir. Onlar maddə hissəciklərini

əlaqələndirir və necə hərkət

edəcəklərini deyir.

Hər bir hissəcik digər hissəciklərə təsir etmək üçün

müəyyən qüvvələrdən istifadə edir.

Məsələn, kvarklar bir-birilə elekromaqnit və

güclü nüvə qüvvələri vasitəsilə təsir edir.

Elektronlar isə güclü nüvə qüvvələri olmadan

yalnız elektromaqnit qüvvələrindən istifadə edir.

Kvarklar aralarında güclü atomik cəzbetmə ilə

əlaqə qurararaq üvvətli güc bosonlarını mübadilə edərkən,

kvarkların inşa etdiyi protonlar elektromaqnetizm hissəcikləri-

foton və elektronlarla qarşılıqlı təsirdə olurlar.

Elektrik cazibəsi yaradan atomlar

elektronları bağlı saxlayanda

kvarklar da nüvədə kilidli qalırlar.

Baxmayaraq ki, kainatın həyat kimi çoxlu dağınıq fenomenləri var,

supernova və komputerlər üzdə mürəkkəb görünsələr də

istənilən bir şeyi kifayət qədər yaxınlaşdıranda

4 qanunla oyun oynaraq əsas sahələri yaradan

17 hissəcik görürük.

Xülasə, ən sadə formada

cisim bunlardır.

Fiziklər bu nəzəriyyəni

Hissəcik Fizikasının Standart Modeli adlandırırlar.

Sadə desək, sən enirji tərəfindən hərəkətə gələn

və kainatın qanunlarını yaradan qüvvələr tərəfindən

yönələndirilən bir okeanda iğtişaşsan.

Amma niyə və qüvvə nədir?

Məsələni daha dərindən başa düşmək üçün

daha bir neçə sadə suala cavab tapmalıyıq.

Bu videodakı bəzi şəkillərdən divar kağızları düzəltmişik.

Onları patron.com saytından əldə edə bilərsən.

Sayt vasitəsilə bizə daha çox video

düzəltməyə də kömək edə bilərsən.

Biz sənin dəstəyini həqiqətən dəyərləndiririk!

Sən qərar verənə qədər, burda hazırladığımız başqa videolar da var.

Subtitles by the Amara.org community