Bu virus olmamalıdır (amma var). | Kurzgesagt

🎁Amazon Prime 📖Kindle Unlimited 🎧Audible Plus 🎵Amazon Music Unlimited 🌿iHerb 💰Binance

Video

Transkriptlər

Ətrafınızdakı mikro aləmdə gizlənmiş, bu planetin əsl hökmdarları - mikroorqanizmlər tərəfindən aparılan amansız bir müharibə var.

Amöblər, protistlər, bakteriyalar, arxeyalar və göbələklər resurslar və ərazilər üçün yarışırlar.

Və bir də digər hər kəsi ovlayan dəhşətli və qəribə viruslar var.

Onlara canlı belə olmayan, ancaq hər gün trilyonları öldürən yer üzündəki ən kiçik, ən bol və ən ölümcül varlıqlardır.

Resurslar onların vecinə deyil, onlar yalnız canlı varlıqları məğlub etməkdə maraqlıdırlar.

Ya da ki, indiyədək düşündüyümüz bu olub.

Əslində isə onlar həyatla ölüm arasındakı xətti qeyri-müəyyən edən nəhəng viruslardır və digər viruslar onları ovlayır.

Hüceyrələrinizdən və ya hətta bakteriyalardan da xeyli kiçik olan viruslar bir gövdə, kiçik bir genetik material və bir neçə zülaldan başqa bir şey deyil.

Metabolizmləri, özlərini hərəkət etdirəcək alətləri, iradə və ya ambisiyaları yoxdur.

Onlar məqsədsiz olaraq ətrafda uçuşurlar, yoluxdurmaq və ələ keçirmək üçün qurbanlarını tapmağı ümid edirlər.

Viruslar o qədər bəsitdirlər ki, canlı kimi sayılmalı olub-olmadıqlarını bilmirik.

Bəzi elm adamları virusların canlı olduğunu, bəziləri isə yoluxdurduqları hüceyrələrin həqiqi canlı viruslar- viral hüceyrələr adlanan hibrid orqanizmlər olduğunu və viral hissəciklərin toxum və ya spora bənzədiyini, bir çoxları isə virusların sadəcə ölü material olduğunu düşünürlər.

Virusların mənşəyi müəmmalıdır, çünki mövcud olmaq üçün qurbanlara ehtiyac duyan bir şey özü necə ortaya çıxa bilərdi?

Belə bir fikir də var ki, viruslar həyatın yaranmağındakı ən vacib addımlardan olub, ya da onlar öz kopyalarını yaratmaqda çox yaxşı olan, hüceyrələrdən qaçmış DNT kimi yaranıblar.

Bəlkə də onlar başqalarının onlar üçün bütün işlərini görməsinə imkan verən, həqiqətən tənbəl parazitlərin nəslindəndirlər.

İndiki düşüncə budur ki, viruslar, ehtimal ki, bir neçə dəfə müxtəlif mənşələrdən ortaya çıxıblar, ancaq bunu hələ dəqiq bilmirik.

Həqiqət nə olursa olsun, viruslar bu planetdəki ən uğurlu varlıqlardır.

Yer üzündə təxminən 10 000 milyard milyard milyard virus var.

Əgər onların hamısını bir-birinin yanına qoysaydıq, 100 milyon işıq ilinə qədər uzanardılar. 500 Süd Yolu qalaktikası enində.

Bu yaxınlarda elm adamları viruslardan daha da qəribə varlıqlar tapa biliblər - girus ləqəbli nəhəng viruslar tapdılar.

Bununla nəinki hər cür rekord qırıldı, həm də onların təbiəti ilə bağlı əlimizdə olan bir çox fərziyyələri şübhə altına aldı.

Girusların hətta öz parazitləri də var: virofajlar, digər virusları ovlayan viruslar, hansı ki, heç bir mənqitə sığmır.

Birincisini 2003-cü ildə təsbit etdiyimizi nəzərə alsaq, bu nəhənglərin gördüyümüz hər yerdə: okeanlarda, su qüllələrində, donuzların bağırsaqlarında və insanların ağızlarında olduğu və hətta düşündüyümüzdən də qəribə olduğu görünür.

Giruslar gülməli görünürlər, balaca, tüklü həndəsi formalar və ya mini turşular kimi.

Onlar daha əvvəl tanıdığımız bütün viruslardan daha böyükdürlər, bu da əsrlərdir göz önündə necə gizlənə bildiklərini izah edir.

Alimlər onları mikroskop altında görəndə düşünüblər ki, bunlar bakteriyadır.

Bu, birdən-birə hər yerdə fil ölçüsündə ördəklərin olduğunu kəşf etmək kimidir.

İndiyə qədər tapdığımız girusların çoxu amöb və digər təkhüceyrəli varlıqları ovlayırlar.

Onlar qurbanlarını tapanda onunla əlaqə qurur və hüceyrəyə daxil olmaq üçün öz təbii proseslərindən istifadə edirlər.

Digər bütün viruslar kimi məqsədləri qurbanın infrastrukturunu mənimsəmək və nəsil artırmaqdır.

Təsəvvür edin ki, bir siçan ağzınıza girir və bağırsaqlarınızdan, sümüklərinizdən və yağ toxumalarınızdan istifadə edərək siçan fabriki qurmağa çalışır.

Girus öz hücum zülallarını və genetik materialını hüceyrəyə boşaldır və onu içəridən dəyişir.

Onun struktur elementləri, zülal istehsal maşınları və enerji üçün böyük miqdarda mitoxondriyalar viroplazma adlanan həqiqi bir fabrika halına gətirilmək üçün dəyişdirilir.

Hətta bəzi giruslar hüceyrənin antiviral müdafiəsindən qorunmaq üçün membran da qururlar.

Bu bitdikdən sonra viroplazma qurbanı içəridən istifadə edərək, dolana qədər yeni giruslar yığmağa başlayır.

Nəhayət, işğalçı adətən hüceyrəyə özünü məhv etməyi əmr edir və yeni ov axtarmaq üçün yeni giruslar buraxır.

Ancaq girusları xüsusi edən nə onların işləmə rejimi, nə də ölçüləridir.

Onlar bir virus üçün mümkün ola biləcəyindən daha mürəkkəbdirlər.

Hüceyrələrinizdə təxminən 20.000 gen var.

Tipik bir bakteriyada bir neçə min gen var.

Koronavirusun təxminən 15, İİV və ya qripin isə təxminən 10 geni var.

Təkcə genlərin sayı hər şey demək deyil, məsələn, pomidorda 35.000 gen var, lakin biz, ümumiyyətlə həyatı kompleks bir sistem olaraq düşünürük.

Beləcə, müəyyən bir mürəkkəblik səviyyəsindən aşağı bir şey canlı orqanizmdən daha çox ölü materiala yaxın ola bilər.

Ancaq girusların yüzlərlə və ya minlərlə geni ola bilər ki, bu da canlı və ölü varlıqların arasındakı sərhədini pozur.

Və xüsusi olan təkcə sayları yox, həm də bu genlərin nə etdikləridir.

Biz virus genlərini sadəcə qurbanlarının müdafiəsini aşmaq və yeni viruslar yaratmaq üçün kifayət edən sadə təlimatlar olaraq düşünürdük.

Ancaq bir çox girus genləri tamamilə özünəməxsus, sirli genlərdir.

Daha da qarışıq olanı isə canlı varlıqların əsl əlamətləri olan böyük gen seçimləridir.

Qida qəbulunu, enerji istehsalını, işıq yığımını və replikasiyanı tənzimləyən və ya hüceyrələri canlı saxlamaq üçün lazım olan genlər.

Bəzi son araşdırmalar hətta çox mürəkkəb genomlu bəzi girusların maddələr mübadiləsinin əsas səviyyəsini tək başına saxlaya biləcəklərini irəli sürür, əgər bu doğru olarsa, viruslar haqqında düşündüklərimizi daha da sarsıdacaq.

Biz hələ də bunu dəqiq bilmirik.

Girus genləri haqqında bir fikir də budur ki, onlar qurbanlarının fiziologiyasını və təkamülünü öz genomlarını inteqrasiya edib, onları kimerik orqanizmlərə birləşdirərək kökündən dəyişdirə bilərlər.

Ya da əksinə, bəzi əsas genləri özlərilə götürür və onları özləri dəyişdirirlər.

Milyardlarla ildir ki, giruslar həyatın inkişafına görünməyən təsir göstərən hüceyrələrin yanında mövcud olmuş və onları yoluxdurmuş ola bilər.

Təkcə bir parazit kimi də deyil, genləri bütün istiqamətlərdə qarışdırıb, fərqli istiqamətlərdə təkamül edərək bunu etmiş ola bilərlər.

Bu da bizi virofajlar- girusları ovlayan viruslar haqqında başqa bir özünəməxsus xüsusiyyətə gətirir.

Konsepsiyanın özü bir az ağlasığmaz görünür.

Ehtimal ki, ölü olan bir şey necə başqa bir ölü şeyi ovlaya bilər?

Gəlin onlardan birinə baxaq.

Sputnik virofajı Mamavirus adlanan bir girusu ovlayır və onun özü isə amöbləri ovlayır.

Sputnik özünü kopyalamaq üçün heç bir genə və ya vasitəyə malik olmayan kiçik, minimalist bir virusdur.

Ancaq mamavirusların viroplazma fabriklərini oğurlama qabiliyyəti var.

Beləliklə, virofajların yoluxdurmaq üçün öncə öz qurbanına, yəni girusa, onun da öz qurbanına, yəni amöbə ehtiyacı var, sonra isə onu parazitləşdirə bilərlər.

Sputnik tərəfindən yoluxdurulan bir mamavirus viroplazması yalnız çox az sayda yeni girus istehsal edə bilir və bunların da bir çoxu deformasiyaya uğramış və qırılmış olur və başqa hüceyrələri yoluxdura bilmirlər.

Əvəzində isə o çoxlu sayda sputnik virofajları istehsal edir.

Digər virofajlar daha da hiyləgərdir.

Onlar bir viroplazmaya yoluxduqda, genetik kodlarını yuxu agentləri kimi yeni istehsal olunan giruslara birləşdirirlər.

Növbəti dəfə bu infiltrasiya olunmuş giruslardan biri hüceyrəni uğurla yoluxdurduqda onlar giruslar əvəzinə, daha çox virofaj əmələ gətirirlər.

Ancaq giruslar da tamamilə müdafiəsiz deyillər.

Bir neçə il əvvəl alimlər viruslara qarşı bir bakteriya müdafiə sistemi olan CRISPR-ı kəşf edəndə bütün dünya heyrət içində idi.

Daha sonra aydın oldu ki, bəzi giruslar da oxşar bir sistemə sahibdir, virofajlara qarşı bir növ girus immunitet sistemi.

Virofajlar da öz növbəsində canlı hüceyrələr tərəfindən antigirus müdafiə mexanizmi olaraq istifadə edilə bilərlər.

Virofajların genetik kodlarını öz genomlarına inteqrasiya edən və saxlayan bəzi protistlər də aşkar edilmişdir.

Protistlər giruslara yoluxduqda girus fabriklərini ələ keçirmək və virofajlar yaratmaq üçün koddan istifadə edirlər.

Sonda protistlər yenə də girus infeksiyası ilə öləcəklər, ancaq dostlarını öldürmək üçün girusları sərbəst buraxmaq əvəzinə, onları ovlamaq üçün virofajlar buraxırlar.

Bu videoda sizə söylədiklərimizin ən heyrətləndirici tərəfi budur ki, biz hələ çox başlanğıcdayıq.

Girusların və virofajların kəşf edilməsindən hələ 20 il belə keçməmişdir, mikro kainatında çox şeylər var.

Həyat tək bir hadisədən ibarət deyil, trilyonlarla orqanizm və virusdan ibarət stolüstü tennis oyunudur.

Kədərləndiyiniz və kəşf etmək üçün o qədər də yeni bir şey olmadığını düşündüyünüz zaman ətrafımızdakı girusları və digər fil ölçüsündəki ördəkləri düşünün.

Onlar biz daha yaxından baxana qədər görünməzdirlər.

Bəs dünyaya alim kimi baxmağı necə öyrənməlisiniz?

Ən yaxşı yol bəzi şeyləri özünüz üçün sınamaqdır.

Brilliant-dan olan dostlarımız marağınızı praktik bacarıqlara çevirmək üçün mükəmməl məşqçilərdir.

Brilliant praktik yanaşma ilə elmi əlçatan və problemləri həll edən bir veb sayt və tətbiqdir.

Burada 60-dan çox interaktiv kurs var və riyaziyyat, kompüter elmləri və mühəndislik problemlərini ev tapşırıqlarını yerinə yetirməkdən daha çox oyun oynayırmışsınız kimi hiss etdirəcək şəkildə həll etmək üçün sizə vasitələr verir.

Dərslər, əsasən sizi maraqlandıran və əyləndirən hər şeydən istifadə edərək hekayə danışma, kod yazma vəzifələri və interaktiv problemlərlə sizi təəccübləndirəcək.

Əsas diqqət sizin əylənməyinizə yönəlib.

Nəyisə öyrənməyiniz demək olar ki, siz fərqində olmadan baş verəcək.

Kiçik addımlarla uzun müddətli elm anlayışınızı inkişaf etdirəcək və əsas hədəflərinizə yaxınlaşacaqsınız.

Elm dünyasına fərqli bir aspektdən baxmağa başlamaq üçün brilliant.org/nutshell saytına daxil olun və pulsuz qeydiyyatdan keçin.

Və Kurzgesagt izləyiciləri üçün əlavə bir hədiyyələri var.

Linkdən istifadə edən ilk 200 nəfər riyaziyyat, elm və kompüter elmləri üzrə bütün kurslar üçün illik üzvlüyə 20% endirim qazanacaq.

Kurzgesagt-da məsələlərin dərininə getməyi sevirik.

Brilliant bu dərin dalışda sizə kömək edə bilər.