Siz düşüncələrinizi yükləyə və əbədi yaşaya bilərsiniz? | Kurzgesagt

🎁Amazon Prime 📖Kindle Unlimited 🎧Audible Plus 🎵Amazon Music Unlimited 🌿iHerb 💰Binance

Video

Transkriptlər

İnsan təcrübəsinin çərçivələrindən azad olma istəyi ilk hekayələrimiz qədər qədimdir.

Biz yalnız fizika qanunlarına bağlı olan sonsuz bir kainatda mövcuduq, amma şüurumuz ətdən hazırlanan fani maşınlarda ilişib qalıb.

Yenilik və tərəqqinin nəfəs kəsən partlayışı ilə, bədənimizi arxada qoyub düşüncələrimizi rəqəmsal bir utopiyaya yükləmək anlayışı nəhayət ki mümkün ola bilər, hətta bu, təkamül nərdivanımızdakı məntiqi növbəti addım kimi görünür.

Zehin yükləmə və rəqəmsal ölümsüzlük Cyberpunk 2077 oyununun əsas mövzularından biridir.

Oyun bəşəriyyətin bugünkü texnologiyadan çox irəli getdiyi və bunun bəşəriyyət üçün nə demək olduğunu araşdırdığı distopik bir gələcəkdə keçir.

Təxminən bir il əvvəl CD Projekt Red, bu fikirlərin bəziləri haqqında bir video çəkmək istəyib-istəmədiyimizi soruşdu və biz dərhal razılaşdıq.

Gəlin bu mövzunu birlikdə araşdıraq.

Zehnimizi bir kompütərə yükləmək mümkün ola bilərmi?

Bu, bir az mürəkkəb mövzudur.

Dəqiq olaraq, nəyi yükləmək?

Zehni bir söz olaraq müəyyənləşdirmək çox çətindir.

Belə düşünülür ki, o sizin şüurunuzun və zəkanızın kollektiv bacarıqlarıdır və sizə xəyal etməyə, tanımağa və yuxu görməyə imkan verir.

Zehin yüklənməsi daxili dünyamızın bir nüsxəsini çıxarmaq və şüurunuzu simulyasiya etmək üçün onu kompüterə köçürməyin hipotetik konseptidir.

Ancaq bunu da müəyyənləşdirmək getdikcə, daha sürətlə çətinləşir.

Zehin yükləmə ehtimalı üç fərziyyəyə əsaslanır.

Birinci fərziyyə: zehniniz beyninizin quruluş tənzimləməsində və biokimyadadır.

Ağılla bağlı hər şeyin beyində tapıla biləcəyi fikri fizikizm adlanır və müzakirələrimizi təbii qanunlar çərçivəsində saxlayır.

İkinci fərziyyə: nə vaxtsa beynimizi kifayət qədər yaxşı başa düşəcəyik və rəqəmsal bir zehin surəti çıxarmaq üçün beynin bütün cəhətlərini təqlid edə biləcək texnologiyaya sahib olacağıq.

Fərziyyə üç: kompüter proqram təminatı zehninizə sahiblik edə bilər, bu isə o deməkdir ki, zehin hesablana bilən bir şeydir.

Çoxlu kod tələb olunsa belə, beyində şüur da daxil olmaqla, dəqiq simulyasiya edilə bilməyən heç bir fiziki xüsusiyyət yoxdur.

Bütün bu fərziyyələr alimlər və filosoflar tərəfindən təklif olunub və onlar qızğın debat mövzuları olaraq qalırlar.

Hələ də cavablandırılmamış bir çox fundamental suallar səbəbiylə mövzunu kimisə əsəbləşdirmədən müzakirə etmək çətindir.

Mövqeyiniz nə olursa olsun, zehin yükləmə haqqında bütün müzakirələr beyinlə başlamalıdır.

Qısaca beyin haqqında.

Beyin bilinən ən mürəkkəb bioloji quruluşdur və bu haqda ayrıca bir videoya ehtiyac var.

Gəlin qısaca beynə baxaq.

Təxminən 100 milyard neyron, hər saniyədə min dəfəyə qədər çox siqnal göndərən bir milyon milyardlıq əlaqə vasitəsi ilə ünsiyyət qurur ki, bu da həyatınızın hər saniyəsində bir katrilyon hadisədir.

Və bunlar təkcə neytronlar deyil.

Fərqli vəzifələri yerinə yetirən, müxtəlif növ, milyardlarla dəstəkləyici və immun hüceyrələr var.

Makro səviyyədə, beyin nəfəs alma və ürəyin döyünməyindən, koordinasiya hərəkətinə və qeyri-iradi reflekslərə qədər fərqli rollara malik bölmələrə bölünə bilər.

Ən çox inkişaf etmiş hissələr olan neokorteks və ya beynin ən xarici təbəqəsi bizim xatirələrimizi, planlamaq, düşünmək, təsəvvür, ümid və xəyal etmək bacarıqlarımızı saxlayır.

Beynin “sən” hissəsinin dəqiq harada yerləşdiyi tam olaraq aydın deyil.

Biz bilirik ki, “precuneus korteksi” kimi hissələr şüurumuz üçün böyük təsirə malikdir, ancaq həm də bir neçə hissə birləşərək heç birinin təklikdə edə bilməyəcəyi vəzifələri bölüşə bilirlər.

Beyni əmələ gətirən bloklar da elə də sadə deyil.

Neyronlar ancaq məlumatı dəyişən və emal edən tellər deyil.

Siqnalların bir neyrondan digərinə ötürüldüyü sinapslar, onları xarici təsirlərə açan yüzlərlə kimyəvi siqnalın reseptorlarını ehtiva edir.

Bunların necə işləməyi ilə bağlı sadə anlayışımız var və onların davranışını kiçik ölçüdə dəqiqliklə proqnozlaşdıra bilirik, ancaq beyində sinir siqnallarından başqa daha çox şey var.

Hormonlar da böyük rol oynayır, məsələn, əhvalımıza təsir edən serotonin və ya öyrənməyimizə kömək edən histamin hormonları.

Beyin, ürək sinirlərindən bağırsaq bakteriyalarına qədər digər hissələrimizdən də təsirlənir.

Başlamağa belə çox mürəkkəb bir sistem kimi görünən şey, öyrəndikcə daha da çətinləşir.

Hüceyrələrin, ət və kimyəvi maddələrin çılğın şəkildə bir-birinə qarışmasını kompüterə daxil etmək üçün rəqəmsal dünyamızda simulyasiya edə biləcəyimiz bir model, bir növ skan lazımdır.

Təəssüf ki, FMRI maşınları kimi skan texnologiyamız belə bir şeyi sınamaq üçün yaxşı deyil.

Ancaq çox perspektivli görünən fərqli bir üsul mövcuddur.

Bütün hüceyrələrin və əlaqələrin dəqiq bir xəritəsini yaratmaq üçün bir beyni kiçik dilimlərə kəsib, yüksək keyfiyyətli elektron mikroskopla skan edə bilərik.

2019-cu ildə alimlər böyük bir qum dənəsi ölçüsündə bir kub millimetrlik siçan beyninin xəritəsini uğurla çıxartdılar.

O, bir milyard sinaps və dörd kilometr sinir lifləri olan 100,000 neyrondan ibarət idi.

Bu beyin hissəciyi 25,000 dilimə bölünmüşdü.

Beş elektron mikroskop beş ay davamlı olaraq çalışaraq 100 milyondan çox şəkil topladı.

Şəkilləri 3D modelinə çevirmək 3 aydan çox vaxt aldı.

Tamamlanmış data toplusu 2 milyon giqabayt bulud yaddaşını doldurur.

Bütün bir insan beynini skan etmək üçün bu işi milyon dəfə təkrarlamalı olacağıq, bunu isə demək etməkdən daha asandır.

Daha da pisi, beyni düzgün bir şəkildə simulyasiya etmək üçün, hüceyrə səviyyəsində gördüyümüz bütün davranışlara səbəb olan milyardlarla altda yatan zülalları və ya hətta ayrı-ayrı molekulları özündə cəmləşdirmək üçün daha kiçik tikinti bloklarını xəritəyə salmaq lazım gələ bilər.

Bu da Yer üzündəki bütün data anbarlarının saxlaya biləcəyindən daha çox data istehsal edə bilər.

Beyin suyundan şüur şərabına qədər - bütün bu məsələlər bezdirici olsa da, əsl sual beynin statik planını necə aktiv bir şeyə çevirməyimizdir.

Sinaps səviyyəsinə qədər skan edə bilsək belə, bu statik quruluşa həyat vermək və simulyasiyanı canlandırmaq üçün, elektrodinamikanın müxtəlif kimyəvi bağlanma qanunları ilə yeniləmək üçün kabel sxemini canlandıran qanunlara və qaydalara ehtiyacımız var.

Beləliklə, o zaman keçdikcə inkişaf edə bilən, düşünən, görə bilən və hərəkət edə bilən, bir mikrosaniyadan digərinə keçən bir beyin kimi dinamik, aktiv bir şeyə çevrilir.

Reallıq budur ki, biz sadəcə olaraq, bunu əldə etməyin mümkün olub-olmadığını bilmirik.

Texnologiyamızın həqiqi zehinlər yarada bilib-bilməyəcəyini də…

Bunların hamısı problemin təbiətindən asılıdır.

Beyin və zehin sadəcə başa düşmək üçün çox qəlizdir və etməli olduğumuz çox iş var, yoxsa o həll edə bilməyəcəyimiz qədər mürəkkəbdir?

Ən pis halda, şüurumuz beynimizin hələ fərqində olmadığımız hissələrinin cəmindən çoxdur.

Bu, yaxşı skanlar əldə edərək həll edə biləcəyimizdən daha mürəkkəbdir.

Yaxşı bir “şüur tortu” əldə etmək üçün sadəcə inqrediyentlərin siyahısına sahib olmaq kifayət etməyəcək.

Hal-hazırda konrket elmi nəticələrimiz və son məqsədimiz olan böyük bir başlanğıc nöqtəmiz var, amma əsl simulyasiyaya aparan yol aydın deyil və çoxlu yenilik və araşdırma tələb edir.

İnsanlar tarixən irəliləyiş tempini proqnozlaşdırmaqda uğursuz olublar.

Ən yaxşı halda işi yerinə yetirmək və düzgün həll yollarını tapmaq kifayətdir.

Hər bir hüceyrəni son atoma qədər simulyasiya etmək lazım olmaya bilər.

Bunun əvəzinə, idarə oluna bilən, sadə sistemdən istifadə edərək, beynin davranışına uyğun ola biləcək elementləri ehtimal modellərinə sadələşdirmək mümkün ola bilər.

İnsan zehnini yükləmək üçün beynimizi və şüurumuzu nə qədər yaxşı başa düşəcəyimizi həqiqətən bilmirik.

Ancaq elm realdır və araşdırmağa dəyər.

Ən azından özümüz haqqında çox şey öyrənəcəyik və bir çox yeni texnologiya inkişaf etdirəcəyik.

Uğur qazansaq, zehin yükləmə mövzusunda sürətlə inkişaf edən kompüter texnologiyamızın imkanları daxilində bu mümkün ola bilər.

Bu kainatda bəşəriyyətin və gələcəyimizin nəticələri çox geniş, ürpədici və heyrətamizdir.

Surət.

Uğurlu zehin yükləmə bir növ funksional ölümsüzlükdür.

Nüsxəsi bir yerdə saxlanıldığı müddətcə, zədələnməsə və ya silinməsə, mövcudluğunuz davam edəcək.

Əlbəttə ki, skanınız saysız-hesabsız yollarla zədələnərsə, zehniniz də pozula bilər.

Əbədi bir ağrı və ya paranoyada ola bilərsiniz və ya sonsuz bir psixotik böhran keçirə bilərsiniz.

Bu rəqəmsal zehnin məhz “siz” olmağınızla bağlı sual başqa bir qutu problem açır.

Hələlik rəqəmsal zehninizin ən azından sizin olduğunuzu hiss etdiyini düşünəcəyik.

Zehin yükləmə həyata olan baxışınızı necə dəyişərdi?

Biləndə ki, ölüm əslində, son deyil, özünüzü daha təhlükəsiz hiss edərdiniz?

Yoxsa ağlınızı yükləmədən ölməmək üçün daha çox ehtiyyatlı olmağa çalışardınız?

Skan texnologiyası kifayət qədər inkişaf edərsə, bioloji və rəqəmsal versiyalarınız birlikdə mövcud ola bilər.

Bioloji ömrünüzü daha zövqlü və nüsxənin gələcəyini daha etibarlı etməklə bir-birinizə kömək edə bilərsiniz.

Nə olursa olsun, zehninizin nüsxəsi ilk dəfə rəqəmsal gözlərini açdıqdan sonra tamamilə yeni bir həyata başlayacaq.

Funksional bədənə sahib olmaq əslində, olduqca gözəldir və siz buna çox öyrəşmisiniz.

Yemək, eşq, ağrı və yorğunluq, bunların hamısı birlikdə yaşamalı olduğumuz şeylərdir.

Ancaq nəticədə, bunların hamısı beyninizdəki neyronların yanıb-sönməyinin nəticəsidir.

Yəni simulyasiya olunmuş bir bədəndə yaşamağa qərar verə bilsəniz də, rəqəmsal bir zehin üçün bu, istəyə bağlı ola bilər.

Sadəcə bir düyməyə basmaqla əldə oluna bildiyinə görə, aşiq olmaq mənasını itirə bilər.

Bunun əvəzinə, yeni qeyri-adi təcrübələr axtarışına çıxa bilərsiniz.

Günəşin səthində gəzin, bir neçə cansıxıcı ayı keçmək üçün vaxtı sürətləndirin, keçmişin simulyasiyasını yaşayın.

Bu azad formada yaşamağa davam etdikcə baxışlarınız və prioritetləriniz dəyişəcək.

Rəqəmsal zehinlər nə qədər uzun mövcud olsa, nəticədə özləri haqqında daha çox məlumat əldə edəcək və öz məzmunlarını dəyişdirmə qabiliyyətinə sahib olacaqlar.

Bu, sizi narahat edən bir xatirəni silmək qədər sadə ola bilər.

Şəxsiyyətinizin kin, asılılıq və ya tənbəllik kimi cəhətlərini dəyişə bilərsiniz.

Bioloji məhdudiyyətlər olmadan, qabiliyyətləriniz texnologiya irəlilədikcə yüksələ bilər, ancaq əgər hələ də sağdırsa, prioritetləriniz və ya məqsədləriniz orijinal beyniniz üçün getdikcə daha çox yadlaşa bilər.

Rəqəmsal ölümsüzlüyün əsl potensialı ilə oyanmaq tədricən baş verəcək.

Tamamlanmağı bir ömürdən çox çəkəcək layihələrə başlaya bilərsiniz.

Alimlər dünyanı inqilab edə biləcək kəşflərə aparan inanılmaz miqdarda məlumat toplaya biləcəklər.

Macərapərəstlər özlərini kiçik kosmik gəmilərə yükləyə və bir anda minlərlə il fasilə verərək ulduzlara səyahətə başlaya bilərlər.

Lakin hər rəqəmsal ağlın insanlığın xeyrinə işləyəcəyi ehtimalı da yoxdur, çünki hazırkı ət versiyalarımız da bunu etmir.

Bəziləri güc və təsir axtarmağa başlayacaq və imperiyalar yaratmağa çalışmaq üçün əbədiyyətə sahib olacaqlar.

Başqaları isə eyni şeyi etməyə çalışan digər ağıllarla rəqabət apardıqları üçün, özlərinə mümkün qədər çox resurs toplamağa başlayacaqlar.

Nə qədər uzun yaşasalar, sadə ət varlıqlarına daha az simpatiya hiss edə bilərlər.

Ya da yalanlar təbliğ edərək dinləri yüz illər ərzində incə şəkildə tənzimləyən və təkmilləşdirən ölümsüz kult liderlərini təsəvvür edin.

Ola bilər ki, bunların heç biri baş verməsin.

Bəlkə də ağlımız ölümsüzlük üçün yaradılmayıb və rəqəmsal zehinlər istədikləri hər şeyi yaşadıqdan və çox uzun bir həyatdan sonra sabit və qeyri-məhsuldar olacaq və təqaüdə çıxacaq.

Özünü inkişaf etdirən bir zehnin yüzlərlə və ya minlərlə illik boş vaxtla nə qədər yaxşı və ya pis bir şey edə biləcəyini təxmin etmək çətindir.

Bütün möcüzələri və dəhşətləri ilə zehin yükləmək mövcud texnoloji imkanlarımızın xaricində olsa da, boş vaxtınızın bir hissəsini indiki vaxtda istifadə edə və Cyberpunk 2077-də gecə şəhərinin küçələrinə çıxaraq bu gələcəyin bir təfsirini dərhal yaşaya bilərsiniz.

Cyberpunk 2077, bizə Witcher seriyasını gətirən CD Projekt Red studiyası tərəfindən hazırlanmışdır və son bir neçə ilin ən maraqla gözlənilən oyunlarındandır.

İnanılmaz texnologiyanın kim və nə olduğumuzu yenidən təyin etdiyi qaranlıq bir distopik gələcəyə dalırsınız.

Heyranedici bir hekayə nəqli ilə müşayiət olunan bu heyrətamiz dərəcədə böyük dünyanın bir hissəsi ola bilərsiniz.

İş ondadır ki, biz hələ oyunu oynamamışıq, amma siz bu videoya baxanda yəqin ki, artıq bunu etmiş olacağıq.

Əgər CD Projekt Red-in keçmiş işləri hər hansı bir göstəricidirsə, bu inanılmaz bir oyun olacaq, buna görə də bu əməkdaşlığı etdik və bu video üzərində çox uzun müddət işlədik.

Əgər bu sizi maraqlandırdısa, mütləq oyuna bir göz atın.