Ət həqiqətən də o qədər pisdir? | Kurzgesagt

🎁Amazon Prime 📖Kindle Unlimited 🎧Audible Plus 🎵Amazon Music Unlimited 🌿iHerb 💰Binance

Video

Transkriptlər

Qida, çox güman ki, həyat olmağın ən gözəl tərəfidir.

Qidadan fərqli olaraq, bədən həzlərindən heç biri hər gün dəfələrlə olmur. Üstəlik də heç vaxt aktuallığını itirmir.

Bu, hansısa bir mədəniyyətin ifadəsi, valideynlərimizin sevgisi və şənlik və ya istirahət vasitəsidir.

Buna görə də sürətli iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün nəyi və necə yediyimizi dəyişməli olduğumuzu söylədikdə, bu, xüsusilə əsəbimizə toxunur.

Ən ləzzətli yeməklərdən biri olan ət ən sərt tənqidlərə məruz qalır.

Mövzunu özbaşına düzgün araşdırmağın həqiqətən çətin olması və mübahisələrin çox tez emosionallaşması da işləri çətinləşdirir.

Ancaq aydındır ki, elm bizə cavab verə bilər!

Reallıq odur ki, bu mövzu qəlizdir.

Gəlin ətə əks mövqedə olan və tez-tez işlədilən 3 iqlim arqumentinə baxaq və görək nə baş verir.

  1. Pəhrizimiz həqiqətən iqlim dəyişikliyində bu qədər böyük rol oynayırmı?

Emissiyalara səbəb olmadan milyardlarla insanı qidalandırmaq mümkün deyil.

Hətta bir gün sıfır karbonlu traktorlarımız, soyuducularımız və qidalarımızı daşımaq üçün bərpa olunan enerji ilə işləyən sobalarımız və elektrik yük maşınlarımız olsa belə, hələ də qarşısını ala bilməyəcəyimiz emissiyalarımız olacaq.

Məsələn, düyü metan buraxır.

Otlaqlara və əkinlərə yer açmaq üçün meşələri kəsirik.

Və gübrə və peyin istifadə edərkən də azot oksidi buraxırıq.

Dünya miqyasında qida istehsalı insanların yaratdığı bütün istixana qazları emissiyalarının təxminən 26%-nə cavabdehdir.

Bu da təəssüf edicidir, çünki qida istəyə bağlı bir şey deyil.

26% o qədər də pis səslənməsə də, bu o deməkdir ki, bu gün bütün digər emissiya mənbələrini söndürsək belə, təkcə qidadan gələn emissiyalar hələ də 2100-cü ilə qədər bütün karbon büdcəmizi istifadə edəcək.

Beləliklə, mövzunu necə fırladıb, çevirməyimizdən asılı olmayaraq, qida iqlim dəyişikliyinin əsl səbəblərindəndir.

Ancaq müxtəlif qida məhsullarından olan emissiyalar çox fərqlidir.

Ayrı-ayrılıqda onların karbon ayaq izlərini müqayisə etdikdə, işlər necə görünür?

Qidaların iqlimə təsiri çox vaxt “həyat dövrünün qiymətləndirilməsi”nə əsaslanır.

Bu, məhsulun istehsaldan tutmuş daşınma, qablaşdırma, istifadə və tullantıların idarə edilməsinə qədər bütün mövcudluğu boyunca emissiyalarını analiz edən bir təhlildir.

Bu günə qədərki həyat dövrü qiymətləndirmələrinin ən təfərrüatlı meta-analizində mal əti emissiyaları birinci yerdədir.

Orta hesabla bir kiloqram mal əti 71 kiloqram CO2 ekvivalenti emissiya edir.

Quzu əti də yüksəkdir, 40 kiloqrama bərabər.

Donuz əti 12, quşçuluq isə 10 kiloqram emissiya edir.

Siyahının ən aşağısında çoxlu bitki əsaslı qidalar var: məsələn, kartof mal ətindən təxminən 150 dəfə az emissiya edir.

Qidanın ən vacib cəhəti onun çəkisi deyil, qidalandırma sıxlığıdır.

Bir kiloqram mal əti sizi bir kiloqram kartofdan daha uzun müddət yaşada bilər – bəs kalori və ya zülal başına emissiyaları müqayisə etsək, sıralama necə dəyişir?

Elə də çox yox.

Heyvan zülalı hələ də ətraf mühit üçün ən baha başa gələn məhsuldur və mal və quzu əti də hər bir kaloriyə görə emissiyalarda yüksəkdir.

Bəs bu ədalətlidirmi?

Axı, bütün mal əti eyni deyil.

Təmiz ot qidalandırılmsından tutmuş fabrik əkinçiliyinə qədər mal-qara yetişdirməyin hər cür yolu var.

Ən pis mal əti 100 qram protein üçün 105 kiloqram emissiya edir, ən yaxşısı cəmi 9- on qat fərq.

Müqayisə üçün, əksər digər qidalar, xüsusən də bitki əsaslı olanlar daha dar spektruma malikdir.

Yenə də ən yaxşı mal əti ən pis bitkidən daha pisdir.

Yaxşı, amma bu, ümidverici görünür – onda düzgün mal əti alıb emissiyalarımızı azalda bilərikmi?

Bəlkə yerli mal əti almaqla karbon ayaq izimizi minimuma endirmək olar?

2. Yerli ərzaq almaq həqiqətən işə yarayırmı?

Çox müstəsna olduğu üçün, gəlin elə mal əti ilə də davam edək.

Yerli mal almaqla siz daşınma və qablaşdırma zamanı yaranan emissiyaların qarşısını almağa çalışırsınız.

Lakin məlum olur ki, bunlar mal ətinin ümumi emissiyalarının yalnız 0,5-2%-ni təşkil edir.

Əslində, daşınma və qablaşdırma birlikdə bütün qida emissiyalarının yalnız 11%-ni təşkil edir.

Demək olar ki, bütün qida daşınma emissiyaları bölgənizdəki bazarları və dükanları təmin edən yoldakı regional səyahətin son bir neçə milində istehsal olunur.

Beynəlxalq ərzaq daşımaları əsasən yük gəmilərində baş verir və bu, olduqca səmərəlidir.

Məsələn, Cənubi Amerikadan Avropaya bir kiloqram avokadonun daşınması daşınma emissiyalarında təxminən 0,3 kiloqram CO2 ekvivalenti və ümumilikdə təxminən 2,5 kiloqram CO2 ekvivalenti yaradır.

Halbuki yerli qəssabınızdan bir kiloqram mal əti CO2 ekvivalentində ən azı 18 kiloqram olacaq.

Belə ki, hətta böyük məsafələrə daşındıqda belə, demək olar ki, bütün bitki mənşəli qidaların emissiyaları yerli istehsal olunan heyvan məhsulları ilə müqayisədə daha az emissiyaya səbəb olur.

Yaxşı, bəs daşınma elə də böyük rol oynamırsa, mal ətindən böyük miqdarda emissiyaların yaranma səbəbi nədir?

Bu günə qədər mal əti emissiyalarının ən böyük payı birbaşa heyvanlar tərəfindən buraxılan metandan ibarətdir.

CO2 əsrlər boyu qaldığı halda, metan atmosferdə yalnız onilliklər ərzində qalır.

Ancaq bu qısa müddət ərzində belə, o çox güclüdür.

Bütövlükdə, metan indiyədək insan tərəfindən törədilən istiləşmənin 23-40%-nə səbəb olub.

Bunun tam olaraq nə qədər pis olduğu ilə bağlı mübahisələr var və biz burada çox dərinə dalmaq istəmirik – amma istənilən halda, hər hansı növ əlavə emissiya heç də yaxşı bir şey deyil.

Yenə də, bütün inəklər oxşar dərəcədə gəyirir və qaz buraxırlar – onda mal əti emissiyalarının spektrini nə izah edir?

Burada bir neçə məsələ var:

Mal ətinin südlük sürüdən və ya mal əti istehsalına həsr olunmuş bir sürüdən gəlməsi fərq yaradır.

Dünyadakı mal ətinin 44%-i südlük inəklərdən əldə edilir və öz izini süd məhsulları ilə bölüşür.

Südlük inəklər daha keyfiyyətli yem qəbul etməyə meyllidirlər ki, bu da onların daha sürətli böyüməsinə və daha az metan buraxmasına səbəb olur.

Burada coğrafiya da rol oynayır, çünki o, hansı əkinçilik üsullarının mümkün olduğunu müəyyən edir.

Buradakı ən pis amil kənd təsərrüfatı üçün meşələrin məhv edilməsidir.

Bu, nəinki florada birləşmiş CO2-ni buraxır, həm də torpaqda saxlanılan karbonu sərbəst buraxır və onun gələcəkdə saxlaya bilmək qabiliyyətini məhv edir.

Bu aspekt mal ətindəki tullantıların çox hissəsini təşkil edir: ən pis emissiyaçılar əkin sahələri üçün yağış meşələrini yandıran fermalardır, xüsusən də Braziliyada.

Burada gizlənmiş pis bir həqiqət var:

Heyvanlar nə qədər çox əziyyət çəkirlərsə, onlar iqlim dəyişikliyi baxımından bir o qədər yaxşıdırlar, çünki beləcə onlar daha səmərəli hala gəlir.

Onlar daha az torpaqdan istifadə edirlər və yeməkləri düz önlərinə gətirilir və buna görə də daha sürətli böyüyürlər və gəzinti kimi şeylərə enerji sərf etmirlər.

Heç vaxt otlaqlarda gəzə bilməyən fabrik fermasındakı mal-qara bəzən zəngin tropik meşələrdə dinc şəkildə otaran mal-qaradan iqlim üçün daha az dağıdıcı ola bilər.

Bəs inəkləri bu qədər şeytanlaşdırmaq reallıqdan bir qədər uzaq deyilmi?

Bu heyvanların otladığı torpaqların bir hissəsi onsuz da əkin üçün yararlı deyil.

Otlaqlarda gəzməklə onlar bizim həzm edə bilmədiyimiz şeyləri yeməyə çevirə bilərlər.

Heyvan yetişdirmək istifadə olunmayan resurslardan ən yaxşı şəkildə istifadə etmək üçün sadəcə ağıllı bir yol deyilmi?

#3 İnəklər əsasən kənd təsərrüfatı və ya başqa şeylər üçün istifadə edə bilmədiyimiz torpaqlardan istifadə etmirlərmi?

Dünyanın buzdan və səhradan azad torpaqlarının təxminən yarısı kənd təsərrüfatı üçün istifadə olunur ki, bu da bütün Amerika qitəsi və Çinin ölçüsünə bərabərdir.

Kənd təsərrüfatında istifadə olunan bütün torpaqların yarısı heyvanlara ayrılıb.

Bunun çox hissəsi çəmənliklərdir, onların 65%-i əkin sahəsinə çevrilə bilməz.

Ona görə də heyvanların otarılması əslində həmin ərazilərdən istifadənin çox səmərəli bir üsuludur, çünki biz onsuz da orada insan qidası yetişdirə bilmərik.

Lakin burada bir neçə məsələ var.

İnəklərin yararsız otu steykə çevirməsi fikri gözəl olsa da, bu bir marketinq yalanıdır.

Çox böyük olmasına baxmayaraq, təkcə otlaq sahəsi orada yaşayan gövşəyən heyvanları saxlaya bilməz.

Qlobal olaraq, otlaq sistemləri mal əti istehsalının yalnız 13%-ni təmin edir.

Beləliklə, 100% otla qidalanana keçsək, sadəcə olaraq daha az mal əti yemək məcburiyyətində qalacağıq – ABŞ-da mal əti istehsalı yalnız otla qidalansaydı, təxminən 70% azalardı.

Ətə olan yüksək tələbatımızı təmin etməyin yeganə yolu məhsul yetişdirmək və mal-qaramızı yemləməkdir.

Və biz yalnız yem bitkiləri ilə qidalanan toyuqlar və donuzlar haqqında hələ danışmamışıq.

Bu yem tələbi səbəbindən dünyanın dənli bitkilərinin yarısından az hissəsi birbaşa insan qidası kimi istifadə olunur.

41%-i heyvanlara verilir.

Eyni şey soya üçün də keçərlidir.

Amazonda soya istehsalı üçün meşələrin qırılması haqqında çox danışılır, bu da bizi soya südü və tofu haqqında düşündürür.

Lakin qlobal soya istehsalının yalnız 19%-i insanlar üçün olan məhsullara gedir.

Təxminən 77%-i isə heyvanları yemləmək üçün istifadə olunur.

Bundan əlavə, ərzaq bitkiləri olmayan torpaq avtomatik olaraq ekoloji cəhətdən yararsız deyil.

Mal əti olmayan pəhriz təqribən 2 milyard hektar ərazini, veqan pəhrizi isə təxminən 3 milyard hektar ərazini azad edərdi.

Biz bu torpaqdan meşələri böyütmək və ya vəhşi çəmənlikləri bərpa etmək üçün istifadə edə bilərik- yəni karbonu atmosferdən çıxara bilən hər şey üçün.

Əgər biz 3 milyard hektar əraziyə qənaət etsək, o, 100 il ərzində havadan təxminən 800 milyard ton CO2 çıxara bilər.

Müqayisə üçün, hazırda biz ildə təxminən 50 milyard ton CO2 ekvivalenti emissiya edirik.

Ok, yekunlaşdıraq.

Ərzaq emissiyaların böyük səbəblərindəndir.

Ət, lakin xüsusilə mal əti emissiya baxımından ən pis qidadır.

Yerli mal almaq istehlak etdiyiniz qida növü ilə müqayisədə qida emissiyalarına böyük təsir göstərmir.

Mal ətinə gəldikdə, otla bəslənən mal-qara bəzən hətta əks məhsuldar ola bilər, çünki onlara daha çox torpaq lazımdır.

Dünyanın ən ekoloji cəhətdən təmiz mal ətini tapsanız belə, yenə də burgeriniz vegetarian kotlet ilə müqayisədə xeyli yüksək karbon izi ilə gəlir.

Bu məlumatla nə etmək istədiyinizə özünüz qərar verə bilərsiniz.

Əslində, dəyişiklik etməkdən həmişə yalnız bir qərar qədər uzaqdasınız.

Bu gün yeni bir bacarıq öyrənməyə başlaya və ya yeni bir maraq dairəsinə girə bilərsiniz, bu sizdən asılıdır.

Kaş ki, ilk addımı atmaq o qədər də çətin olmasaydı.

Sizin üçün bunu bir az daha asanlaşdıra biləcək bir şeyimiz var.

Biz İllüstrasiya, Animasiya və ya Film və Video kimi tonlarla yaradıcı fənlər üzrə bütün bacarıq səviyyələri üçün minlərlə dərs təklif edən onlayn öyrənmə icması olan Skillshare-in böyük pərəstişkarlarıyıq.

Burada hər kəs üçün həqiqətən nəsə var.

Bütün dərslərə məhdudiyyətsiz giriş illik premium üzvlüklə ayda on dollardan azdır.

Videonun açıqlama hissəsindəki linkə klikləyən ilk 1000 izləyici Skillshare-in 1 aylıq pulsuz sınaq versiyasını əldə edəcək.

Skillshare ilə işləməyə başladığımızdan bəri siz, izləyicilərimiz 100.000 saatdan çox dərs almısınız, animasiyalarımızı necə hazırladığımıza dair öz üç Skillshare dərslərimiz də daxil olmaqla!

Bu dərslərdə siz layihə və təbəqələrinizi necə qurmaq kimi bütün əsasları öyrənəcəksiniz, həmçinin alətlər və vaxtla necə işlədiyimiz haqqında ətraflı məlumat əldə edəcəksiniz.

Siz bizim illüstrasiyalarımızla tipik Kurzgesagt səhnələrini yenidən yaradacaq və animatorlarımızın iş prosesinə qısaca nəzər salacaqsınız.

Əgər siz həmişə animasiya ilə maraqlanmısınızsa, cəhd edin.

Ancaq sizi həyəcanlandıran və yeni ideyalar alovlandıran hər şey əla bir ilk addımdır.

Yeni bacarıqlarla yaradıcı olmaq və Kurzgesagt-ı dəstəkləmək istəyirsinizsə, mütləq yoxlayın.