İklim dəyişikliyini dayandırmaq üçün artıq gec deyil, amma məsələ çətinləşir. | Kurzgesagt

🎁Amazon Prime 📖Kindle Unlimited 🎧Audible Plus 🎵Amazon Music Unlimited 🌿iHerb 💰Binance

Video

Transkriptlər

Yaradıcı insanlar qoyun, cücə deyillər ki, fermaya yığdın, ağızlarını bağladın, onlar da orada yaşadı.

Elə deyil.

Sən kimsən e, sən dizaynersən, mən amma milyonluq şirkətin sahibiyəm, sən mənə ağıl verəcəksən?

Nə vaxt ki, bizim ölkədə insan mərkəzə qoyulsa,

hər şey də onun ətrafında qurulsa, daha rahat olacaq,

nəinki hər hansı bir sovetdən qalma bir iyerarxiyanın üzərinə düzəlmiş bir sistem yaransın.

DİZAYN, FRİLANSERLƏR VƏ YARADICI MÜHİT

Röyal, sən dizayn sahəsində kifayət qədər qısa müddətdə ad-san qazanmış azərbaycanlılardan birisən.

Yəni, həm lokal bazara, həm də xarici bazara çıxa bilən azsaylı dizaynerlərimizdən birisən

və bilirəm ki, sən bu sahəyə çox təsadüfən gəlmisən, sənin bir iddian, belə planın olmayıb, hətta təhsilin də olmayıb.

Mənə maraqlıdır ki, bu necə baş verdi?

Çünki çoxları üçün bu, böyük bir hazırlıq tələb edən sahə kimi görünür

və hal-hazırda nə işlə məşğulsan, bunu zəhmət olmasa mənə deyərdin.

Təsadüfi gəlməyim, çox yaxşı qeyd elədin, çünki mən “Futbol+“də işləyirdim o vaxt

və bizim dizaynerimizlə aramda olan yaradıcı, yəni səhifənin vörskası deyirlər ona el arasında, yəni səhifənin tərtibatı ilə bağlı balaca bir mübahisə yaranmışdı.

Mən onun elədiyini bəyənmirdim deyə, o da axırda mənə dedi ki, bəyənmirsənsə, özün elə.

Mən də onun acığına düşüb, özüm başladım öyrənməyə ki, mən özüm səhifənin dizaynını eləyim.

O vaxt Türkiyə futbolundan xəbərlərlə bağlı hissəni yazırdım,

yəni Türkiyə futbolundan xəbərlər və s.

Yəni, elə gəlmişəm təsadüfən, elə başlayıb artıq, necə deyərlər, praktiki olaraq dizaynla məşğul olmağım.

Daha sonralar, peşəkar formada məşğul olmağım, peşəkar formada bu işə cəlb olunmağım da, sırf jurnalistikanı atıb, birbaşa dizayna yönəlməyimlə başlayıb,

Daha sonralar.

Məncə, hörmətsizlik kimi qəbul eləməsin heç kim,

dizayn işi ilə məşğul olan və bu işdə 4 ilini xərcləyən, belə deyək universitet oxuyan uşaqlar və yaxud da daha sonra məşğul olanlar, dizayn elə bir sahədir ki,

orada əsas, önəmli olan nəzəriyyə yox, təcrübədir

və təcrübə ilə hər şeyi özündə alışdıra bilirsən, bir adətə çevirə bilirsən, dizayn adətinə çevirə bilirsən, bu da çox önəmlidir, məncə.

Ona görə də məncə bir dizaynerə lazım olan şey, nəzəri biliklərdən əlavə, dizayn intuisiyasının olmasıdır.

Yəni, sən birbaşa gözünün, yaxşı gözün olmağı məsələsi var da, belə deyirlər, yəni onun olmağıdır əsas məsələ.

Mən elə adamlar tanıyıram ki, dizaynerlərdən daha yaxşı anlayır dizaynı, dizayn seçimlərini, uğurlu dizaynın necə olmağını.

Nəzəriyyəsini bilməsə də, təcrübəsində çox gözəl izah eləyə bilir ki, nə çatışmır hər hansı bir tərtibatda və yaxud da nə inkişaf etdirilə bilər hər hansı bir tərtibatda.

Ona görə də hə, mənim kimi təsadüfən, belə deyək, dizayna gələn bir çox adamları tanıyıram, kifayət qədər uğurlu və kifayət qədər maraqlı işlər görürlər.

Elə bizim Azərbaycanda.

Bunu deyim.

Bəs indi nə işlə məşğulsan?

Hə, indi məşğul olduğum iş, Nyu-Yorka gələndən 1-2 il sonra

mən Google şirkətinin, Google deməyim, daha doğrusu, Alphabet şirkətinin tərtibatlarını

daha çox B to B, yəni Biznes to Biznes olan tərtibatlarını, daha doğrusu təqdimatlarının dizaynlarını hazırlayıram,

“presentation design” dediyimiz sahədir

və eləcə də event design ilə bağlı, həmin event-də olan təqdimatların dizaynlarını həll eləyirəm

müxtəlif cür, “B to B”, “B to C” və hər cür təqdimat,

ağlınıza gələ biləcək hər bir təqdimatın dizaynları ilə məşğul oluram, əsas gördüyüm işim odur, yəni.

Sən nəzəriyyəyə bir az skeptik yanaşdın, amma mən istəyirəm nəzəriyyəyə bir az toxunum.

Çünki bununla bağlı bir neçə məqalə və kitaba çalışdım baxım ki, ümumiyyətlə, dizaynın tərifi nədir.

Çünki dizayn anlayışı özü çox sürətlə dəyişən bir anlayışdır

və son tapdığım izahlar, təxminən, belə idi ki,

yəni dizayn bizim düşündüyümüz kimi rənglər, şrift, forma, ölçü deyil,

hətta heç dizayn həmin o elementlərin bizə verdiyi emosiya da deyil,

dizayn daha çox bir vəddir, bir iddiadır, bir düşüncə tərzidir

və eyni zamanda dizayn, səni qısa müddət ərzində qabağa aparıb və yaxud səni bütöv məhv eləyə bilər

və yaxud da yeni bazarlar aça bilər, elə gücə malik olan bir şeydir.

Yəni, mən dizayndan bir balaca xəbərdar olan insan kimi, bu, mənə çox maraqlı bir tərif kimi gəldi.

Çünki mən dizaynın necə böyük bir gücə malik olduğuna inanan bir insanam.

Amma nə müşahidə edirəm ən azından işləməyə başladığım gündən bu günə kimi, yəqin ki, 20 ilə yaxın bir dövrdə?

Bizdə 20 il əvvəl necə idisə, indi də təxminən təəssüf ki, o düşüncə var ki, dizayn ciddi bir şey deyil, dizayn elə bil ki, sadəcə köməkçi bir vasitədir.

Yəni, ən sonda onu düşünə bilərik də, əsas o deyil, əsas başqa şeylərdir.

Sonda əgər bizim vaxtımız, əlavə pulumuz varsa, əlavə adamımız varsa, ona ayırarıq.

Yəni, birincisi, nəyə görə dizayn bizdə - Azərbaycanda belə barmaqarası baxırlar?

və ikincisi, nəyə görə məhz dizaynın vacibliyini anlamalı olan insanlar, tutaq ki, biznes qurumları və yaxud təşkilatlar, hansı ki, ictimai əlaqələrlə çalışırlar, onlar bunu çox zəif görürlər,

yəni onlar buna çox zəif diqqət ayırırlar.

Bununla bağlı sənin bilirəm ki, təcrübən çoxdu Azərbaycan bazarı ilə, sən nə düşünürsən bununla bağlı?

Tərif məsələsi belədir ki, məncə, təriflə mənim razı olub-olmamağımın önəmi yoxdur.

Mən dizayna subyektiv bir amil kimi baxıram.

Yəni, hər bir insanın şəxsi mövqeyi olmalıdır dizaynda.

Yəni, fərqli ola bilər, yaxşı-pis ola bilər və bu ayırd olunmalıdır,

amma hər bir insanın dizaynla bağlı mövqeyi var.

Çünki subyektivdir və bu dəqiqə biz dizaynın tərifini axtarsaq Google-da, yəqin ki, bir yox, minlərlə fikir çıxacaq,

necə ki, məsələn, sənin xoşuna gələn, bu nəzəri bir anlayışı, elə bil birləşdirib, özündə o termin kimi deyən adamlar da çoxdur.

Mənim üçün dizayn dediyim kimi, subyektiv olduğuna görə, yəni mən onu qəlibə qoymağı sevmirəm, bir az yaradıcı yanaşma lazımdır orada.

Düzdür, dizaynın ən önəmli hissələrindən biri onun kommunikasiya aləti olmağıdır

və burada bunu yaddan çıxarmaq olmaz.

Amma dediyim kimi, subyektiv olduğuna görə, məncə, dizaynla bağlı fikirlər hər bir insanda fərqli ola bilər.

Yəni, sırf dizaynın nə olmağı ilə bağlı.

Bundan çıxış eləyərək, bayaq dediyim məsələyə görə, nəyə görə, Azərbaycanda dizayna bu qədər önəm verilmir,

yəni, hər hansı bir şeyin tərtibatını düzəldəndə, ona ikinci dərəcəli bir şey kimi baxırlar, önəmli olmayan bir şeymiş kimi.

Ona görə ki, dizayn subyektivdir yenə.

Sənin üçün yaxşı dizayn nədirsə, başqaları deyə bilir ki, məncə, bu, yaxşı dizayn deyil.

Yəni, elə bir sahədir ki, hər bir insanın bunun haqqında fikri var.

Hər bir insan, necə ki, məsələn, istənilən yaradıcı sahədə bununla qarşılaşırıq biz.

Kino sahəsində bu işin peşəkarı olmayan adamların ciddi fikir irəli sürmələri, tənqidləri,

eləcə də musiqi sahəsində bu işi peşəkar bilməyənlərin, eləcə də rəssamlıq və ədəbiyyat və də dizayn.

Dizaynda da bu var.

Bizdə də insanlar, yəni öz fikrini, məncə, yumşaq desək, özündə saxlamır, rahat deyə bilir

və təəssüf ki, bir çox marketinq sahəsində işləyən adamlar da, məncə, bunda mənimlə razılaşar,

bir çox şirkətlər, yəni dizayneri işə götürən adamlar, yəni dizaynerin sifarişçilərinin çoxu öz fikirlərini hər şeydən qabağa qoyur.

Məsələn, adam baxır deyir ki, sən kimsən e, sən dizaynersən, mən amma milyonluq şirkətin sahibiyəm, sən mənə ağıl verəcəksən?

Yəni, bu cür problem, məncə, hər sahədə var, tək dizaynda yox.

Məncə, bizim problemimiz sırf dizaynla yox, bu cür düşüncənin olmağı ilə bağlıdır.

Bu cür düşüncələr düzələndən sonra dizayna və dizaynerlərə, eləcə də dizaynın önəminə rol da dəyişəcək,

yəni daha doğrusu, vacibliyinə diqqət də dəyişəcək.

Bayaqkı nəzəriyyə mövzusuna uyğun sualın davamı olaraq, bir şeyi demək istəyirdim sənə.

Elə oxuduğum məqalənin birində tanınmış bir dizaynerçi-akademik var, Riçard Bukanan, o dizayn düşüncəsini 4 hissəyə bölmüşdü.

Mənə çox maraqlı gəldi o və birincisi, ikincisi hamımızın bildiyidir,

bu birinci qrafik dizayndır,

yəni görüntü, rənglər, bununla bağlı istiqamətdir, hansı ki, biz gündəlik həyatda rastlaşdığımız reklamlardır və s.

İkincisi, materiallar, yəni əşyaların dizaynı, bu da prinsipcə, bildiyimiz bir sahədir, tutaq ki, misal olaraq, Apple məhsulları.

Telefonların dizaynı, hansısa qacetlərin və yaxud da mebelin dizaynı və yaxud da nəyinsə dizaynı.

“Product design” dediyimiz sahə, aha.

Bu iki sahəni çox adam bilir, amma üç və dördüncü kateqoriyalar mənə çox maraqlı gəldi.

Üçüncü kateqoriya tədbirlər və bütövlükdə fəaliyyətlərdir.

Yəni, demək istəyir ki, burada, tutaq ki, misal üçün, dükana girəndə belə, alıcıların hara getməyindən tutmuş, böyük bir parkın dizaynına qədər, memarlığa qədər olan bir sahədir.

Bu da aydındır

və dördüncü istiqamət də, ümumiyyətlə, ətraf-mühit, artıq böyük şəhərlərin, böyük parkların qurulması,

yəni o qədər böyük bir sahəyə istiqamətlənmiş bir fəaliyyət növü və düşüncə tərzidir.

Yəni, bu, məni düşündürdü, əslində.

Mən başa düşdüm ki, yəni biz bəlkə də, gərək, həmin o qrafik və material düşüncədən bir az kənara çıxaq, dizayna daha böyük bir müstəvidə yanaşaq.

Bu mənada baxanda anlayırsan ki, dizayn düşüncə tərzi, yəni sən hüquqşünas olsan da belə, sən tutaq ki, mühasib olsan da belə, hansı ki, ənənəvi olaraq hesab olunur ki, ən darıxdırıcı sahələrdir,

çünki daha bürokratik sahəyə bənzəyir,

Amma orada belə, sənin qurduğun fəaliyyət belə, bunu dizayn etməyin belə, tutaq ki, sənədlər necə qurulmalıdır,

iş necə aparılmalıdır, bu artıq sənin dizayn düşüncəyə malik olduğunu göstərir,

və nəticə etibarilə bu düşüncə, sənin şirkətinə gəlir gətirə bilər və yaxud da ölkədə hansısa ictimai xidmətin təminatında effektivliyə gətirib çıxara bilər

daha az pul xərcləyə bilər dövlət və yaxud da daha çox insana xidmət göstərə bilər.

Yəni, bu düşüncə tərzinin verdiyi nəticə çoxsaylı insana birbaşa təsir edə bilər.

Mənə o maraqlıdır ki, yəni, bayaqkı o sual, “barmaqarası baxmaqla” bağlı, dizayn düşüncəyə daha böyük diqqət ayırmaqla müqayisə eləməyə çalışıram,

çünki mən düşünürəm ki, biz dizayn düşüncəsinə çox diqqət ayırsaq uşaqlarda, tələbələrdə, hətta şirkətlər və təşkilatlarda,

bu, ölkə olaraq, bizə çox səmərəliliyə gətirib çıxara bilər.

Birincisi, dizayn adi qrafik dizayn deyil, dizayn daha genişdir.

Yəni, o mənada, biz ölkə olaraq

həm təhsildə, həm tutaq ki, iş müəssisələrində və yaxud da dövlət müəssisələrində

bu cür düşüncəyə, birincisi, bu düşüncənin təbliğatına, ikincisi, bu düşüncənin mükafatlandırılması bəlkə də, bəlkə də daha çox istifadə olunması üçün nə etmək olar?

Nə cür nümunələr verə bilərsən sən bununla bağlı?

Çox maraqlı sualdır, əslində, həm də çoxşaxəlidir, buna çox geniş də cavab vermək olar.

Amma mən bir az qısaldıb danışmağa çalışım.

Birinci, hər şeydən əvvəl, çox gözəl qeyd elədin ki, yəni çox qəşəng məqama toxundun ki, dizayn məsələsi 2D, yəni səthi düşünmək olmaz, hər tərəfli baxmaq lazımdır.

Ümumiyyətlə, ideyanın belə dizaynı ola bilər, hər şeyin yəni, bu strategiyaya gedir artıq

və sənin dediyin konkret bəzi məsələlərə istifadəçi rahatlığı deyilir.

Mən belə tərcümə eləyirəm onu, UX dediyimiz məsələyə gəlir.

Yəni, hər bir insanın ətraf-mühitlə əlaqəsi, ətraf-mühitlə onun, belə deyək də, yenə ingilis dilində söz istifadə eləyəcəm, interaction-u.

Ünsiyyəti.

Hə, ünsiyyəti, ay sağ ol, çox sağ ol.

Bağışla, mən bir az burada yaşayandan sonra artıq Azərbaycan dilində olan bəzi sözləri, terminləri tez-tez unuduram.

Amma bəhanə deyil bu.

Yəni, bu, önəmlidir, dizayn tərəfinə baxanda istifadəçi rahatlığı önəmlidir.

Amma bundan əlavə, istifadəçi rahatlığının, bizim dediyimiz o dizaynın yerinə yetirilmə metodları da var.

Biz bilməliyik ki, nə uğurludur, nə uğursuzdur.

Yəni, nəticə etibarilə bizə hər hansı bir layihənin təqdimatında,

çox abstrakt danışmayım, tutaq ki, misal üçün deyirəm,

Bakı şəhərinin küçədəki işarələrinin, küçə adlarının tabloları və yaxud da hansısa formada Bakı metrosunun, tutaq ki, kommunikasiya vizuallarının rahatlığını götürək, düzdür?

Nyu-York metrosunda olanlar, yəqin ki, nə vaxtsa, kimsə olubsa, bilməyənlər üçün onu deyim ki, burada istifadəçi rahatlığı dizaynın gözəlliyindən daha üst plana qoyulur.

Çünki burada istifadəçi rahatlığının özü ön plana keçməlidir ki, sən onu rahat oxuya biləsən,

rahat başa düşə biləsən, rənglər sənə, eyni anda sənin axtardığın, gözünün rahatlığı yerində olsun,

yəni bunların hamısı çox nəzərə alınır, bunun əməlli bir mühəndis yanaşması var dizayna.

Yəni, nümunəni nəyə gətirirəm?

Bu cür düşüncəni insanların rahatlığı üzərinə quranda, birinci, yəni insanı mərkəzə qoyanda, dizaynın mərkəzinə insanı qoyanda onun ətrafında da hər şeyi rahat düzəltmək olur.

Məncə, yenə də, dediyim kimi, eyni şeyi, eyni fikri təkrarlamaq istəmirəm,

amma bizim ölkə ilə bağlı məsələni götürəndə

nə vaxt ki, bizim ölkədə insan və vətəndaşlar, o ölkənin ya sakinləri və yaxud da şəhərin sakinləri və yaxud da hər hansı bir icmanın, təşkilatın, məktəbin o insan faktoru mərkəzə qoyulsa,

hər şey də onun ətrafında qurulsa, daha rahat olacaq,

nəinki hər hansı bir sovetdən qalma bir iyerarxiyanın üzərinə düzəldilmiş bir sistem yaradılmaqla.

Dizayn da onun bir hissəsidir, yəni bu istifadəçi rahatlığının bir hissəsidir.

Yəni, şəhərlərin dizaynı olsun, ondan sonra hansısa formada o urbanistika ilə bağlı olan hansısa xırda detallar, elementlər və yaxud da parkların dizaynı - indi mən tam detallara getmək istəmirəm - yolların dizaynı və s. və ilaxır.

Yəni, insan faktoru.

Maşın yox, fabrika yox, yəni insan.

Yəni, bir insan mərkəzə qoyulsa, biz bir çox şeyə nail ola bilərik.

Məncə, düşüncənin özü belə olmalıdır.

Azərbaycanda biz dəyişmək istəyiriksə, filan dizayn yaxşıdır, filan dizayn pisdir demək lazım deyil.

“İnsanlara rahat ola biləcək dizayn hansıdır?”, yəni sual bu formada qoyulsa,

Yəni, anladım nə demək istədiyini.

Sual o olmalıdır ki, necə edək ki, insanlara rahat olsun

və o sualı qoyanda həll də artıq özünə gətirib çıxaracaq.

Öz yerinə düşək, hə.

Çünki biz buna, dediyim kimi səthi baxmamalıyıq.

Bir az 3D baxmalıyıq ki, biz başa düşək ki, bu ortadadır, mərkəzdə və ətrafında, aşağısında, yuxarısında bunun elementləri var ki, onlar da öz yerinə otursun.

Bu, çox maraqlı məqamdır.

Çünki mən dizaynla məşğul olanda biz dizaynın özünə yanlız, tutaq ki, 10 faiz vaxt sərf edirdik, 90 faiz araşdırmaya sərf edirdik

və araşdırma da düzgün sualdan başlayırdı.

Yəni, əslində, çox maraqlı məsələyə toxundun.

Əkinçinin videolarının birində bizim spikerimiz Anar Vəliyev idi

və o maraqlı bir mövzuya toxunmuşdu,

kreativ təbəqə və necə ola bilər ki, biz onu cəlb edə bilərik ölkəyə

və sən kreativ təbəqə ilə çox sıx ünsiyyətdə olan bir insansan və kreativ təbəqənin çox toplaşdığı bir yerdə yaşayırsan.

Yəni, Anar Vəliyev həmin videoda çox maraqlı təkliflər verdi.

Amma Anar müəllim nəzəriyyə tərəfdən bunu izah eləyib, sən bunu praktiki tərəfdən necə misallar verə bilərsən?

Necə eləmək olar ki, Azərbaycanda, Bakıda kreativ təbəqə üçün maraqlı bir məkan olsun,

orada onlar işləsinlər, yaratsınlar və gəlirlərindən vergi ödəsinlər, yəni bunun üçün nə edilə bilər?

Çox, çox qəşəng sualdır.

Mən bu haqda hətta bir neçə dəfə, layihələr hazırlamağa çalışmışam ki, ağlımda,

hansı formatda, ölkədə qruplaşma yaratmaq olar, təşkilatlanma yaratmaq olar,

yəni, bunun önəmini çox izah eləmədən bəzi misallar gətirərək,

məsələn, elə Nyu-Yorkdan danışdıq,

Nyu-Yorkun özünün əsrin əvvəllərində bir çox hərəkatları var idi, “Art” hərəkatları var idi ki,

yəni, bu müxtəlif dövrlərdə, nə bilim, Rutkonun takıldığı, belə deyək də, kobud formada, bir qruplaşması, öz tusovkası var idi,

ondan sonra Endi Vorholun Baskla biryerdə takıldığı öz tusovkası var idi və s.

Bunlar niyə önəmlidir?

Çünki nə qədər banal da çıxsa, tək əldən səs çıxmaz məsələsi var

və artistlər, yaradıcı adamlar, bu yaradıcı işlə məşğul olan adamlar çox vaxt azlıq təşkil eləyir cəmiyyətdə.

Onlar bir yerə yığılmalıdır ki, generasiya yaransın.

Nə mənada? Yəni, ideya generasiyası yaransın.

Hər hansı bir hərəkat yaransın, hər hansı bir təşkilatlanma olandan sonra bu da rahatlanır.

Məncə, bizdə siyasi-ictimai vəziyyət elədir ki, hazırda istənilən təşkilatlanma belə, mənfi qarşılanır,

istər dövlət strukturları tərəfindən, istər hakimiyyət tərəfindən şübhəli yanaşılır,

baxmayaraq ki, bu tam belə, necə deyərlər, o qədər təhlükəli olmayan, hər hansı bir siyasi iddiası olmayan yaradıcı birliklər olsa belə.

Bu, bir az dəyişməlidir, bu düşüncə dəyişməlidir.

Yaradıcı adamlara yanaşma dəyişməlidir ki, o insanlar da rahat bir yerə yığıla bilsin, yəni marjinalaşdırmamalıyıq.

Çünki biz nə qədər yaradıcı adamları bir yerə toplayıb, “gəlin siz burada yığılın, burada qalın” deməklə

süni hansısa bir məkan yaratmaqla

yəni, elə bir şey deyil də bu, belə deyim, yaradıcı insanlar qoyun, cücə deyillər ki, fermaya yığdın, ağızlarını bağladın, onlar da orada yaşadı.

Elə deyil.

Bunlar özləri çox orqanik formada bir yerə gəlməlidir.

Çünki hər bir yaradıcı insanın bir iddiası var, bir snobluğu var özü- özlüyündə

və ancaq onların müəyyən bir qruplaşmaları ola bilər, balaca qruplaşması, o birisinin bir az böyük qruplaşması, bir-birilə rəqabəti və s.

Bu da çox gözəl bir şeydir, o da yaradıcı sahədə inkişafı gətirən şeylərdən biridir.

Amma məncə, bunu süni eləmək lazım deyil, bu, tam təbii formada baş verməlidir,

Sadəcə, onların qarşısını kəsməyək, hansısa formada marjinallaşdırmayaq,

hansısa formada əngəl olmağa çalışmayaq və yaxud da onların qazanc yerlərini kəsməyə çalışmayaq.

Yəni, bunların hamısı olsa, məncə, bir az, yəni ictimai fəallıq məsələsində bir az o rahatlıq olsa, o boşalma olsa bir az, məncə, düzələr vəziyyət.

Yaradıcı işin mənim xoşuma gələn tərəfi odur ki, bu, sərhədi olmayan bir sahədir,

məhdudiyyətsiz bir sahədir, yəni sənin burada işləməyin üçün xüsusi diplom, sertifikat, iş icazəsi, viza lazım deyil.

Sən öz işinlə, öz bacarığınla dünyanın istədiyin yerində çalışa bilərsən.

Yəni, xüsusən də, indi, pandemiya dövründə bu məlum oldu ki, sən evdə oturaraq, Bakıda oturaraq Nyu-Yorkda və yaxud da Sinqapurda bir şirkət üçün çox keyfiyyətli bir iş görə bilərsən

və bu, özü-özlüyündə böyük bir sənayedir.

Necə etmək olar ki, Azərbaycan xaricə iş ixrac edən dizaynerlər məkanına çevrilsin?

Yəni, onların işini necə asanlaşdırmaq olar, necə bu sahəyə maraq oyatmaq olar?

Və indiki halda buna mane olan nədir?

Çünki sən bayaq dedin ki, bu, təbii olmalıdır.

Mən əminəm ki, təbii şəkildə son 20 ildə, ən azından gözümlə gördüyüm odur ki, inkişaf var bu sahədə.

Amma əminəm ki, xeyli sayda bariyerlər var, məhdudiyyətlər var.

Bunları necə aradan qaldırmaq olar?

Və bütövlükdə, bayaq dediyim kimi, necə etmək olar ki, biz də dünya dizayn bazarına rəqabətə davamlı dizaynerlər ixrac edə bilək?

Çox yaralı yerinə toxundun, yəqin ki, bizim dizaynerlərin.

Həqiqətən də, bu həvəsdə olan, bu iddiada olan bir çox dizaynerlər tanıyıram

ki, çox çalışırlar ki, xarici bazarlara iş görsünlər.

Amma bundan əlavə, biz nəzərdə saxlamalıyıq ki, artıq sistem dəyişib.

Yəni, dizayn anlayışı, dizaynerlərin işləmə prinsipi dəyişib.

Yəni, klassik reklam agentliyi, Azərbaycan Reklam Agentliyi var, o reklam agentliyinə hardansa sifariş gəlir,

dizayner də o işin bir hissəsini görür deyil.

Artıq bu sistem bir az dəyişib.

Frilanser dediyimiz bir anlayış - sənin də qeyd elədiyin kimi, Azərbaycanda otura-otura başqa bir ölkədən gələn sifarişi qəbul eləyə bilər.

Bunun üçün xarici alətlər var.

Bunun dünyada praktikası var və başqa ölkələr bundan kifayət qədər istifadə eləyir.

İstər Şərqi Avropa ölkələri olsun, istər Asiya ölkələrində yaşayan dizaynerlər olsun, istərsə də Amerikada yaşayan bir hansısa dizayner olsun

ki, həm daxili, həm də xarici bazara rahatlıqla işləyə bilirlər,

heç bir ortada reklam agentliyi və yaxud da hansısa bir agentlik, hansısa bir təşkilat olmadan, hansısa belə deyim, bir şirkət olmadan rahatlıqla işləyə bilirlər.

Amma bizdə o saytlar və yaxud da o alətlərdən istifadə üçün, pul qazanmaq üçün, pulu rahat qəbul eləmək üçün vasitələr yoxdur.

Yəni, məncə, bu, necə olmalıdır?

Hər şeydən əvvəl Azərbaycanda onlayn ödənişlər sadələşdirilməlidir,

dəhşət sadələşdirilməlidir, bir az buraxılmalı və rahatlaşdırılmalıdır.

Rusların yaxşı sözü var, отипл olmalıdır da, bir az zəifləmə olmalıdır, xüsusilə vergi məsələsində

və bu onlayn alış-verişlərin, onlayn ödənişlərin yerinə yetirilməsi məsələsində.

Məsəlçün, Azərbaycanda hələ də “PayPal ilə ödənişi qəbul eləmək mümkün deyil.

Halbuki PayPal yəqin ki, dünya üzrə ən çox onlayn tranzaksiyaların olduğu yerlərdən biridir, ən məşhurudur ən azı

və dizaynerlərin çox istifadə elədiyi, bir çox vebsaytların çox istifadə elədiyi yerlərdən biridir,

Bizdə burada PayPal-dan istifadə eləyə bilmirlər, yəni Paypal-dan pul qəbul eləyə bilmirlər.

İndi söhbət gedir ki, bəlkə bu yaxınlarda açıldı, necəsə PayPal-da pul qəbul eləmək oldu.

Birincisi, budur.

Yəni, bu alətlər rahatlanmalıdır.

Yəni, dövlətin özü, yenə də ona qayıdıram, dövlət strukturlarının özü rahatlaşdırılmalıdır, bu şərtləri asanlaşdırmalıdır.

İkinci, vergi imtiyazları.

Dizaynerlərə hər hansı biznes sahibi kimi baxmamaq, ondan sonra, onları elədiyi işlərə motivasiya eləmək üçün deyək ki,

onları həvəsləndirmək üçün hansısa formada vergi imtiyazları olmalıdır.

Mən bilirəm ki, bizdə, məsələn, Bakıdakı vergi faizi ilə digər bölgələrdəki vergi faizi eyni deyil.

Məsələn, bu çox əla bir şansdır yerli vergi orqanları üçün.

Tutaq ki, Mingəçevirdə hər hansı bir vergi orqanı üçün, deyə bilər ki, 2 il vergi vermirsiniz,

gəlin, buradan qeydiyyatdan keçin və s.

Və bu həm də nəyə kömək eləyə bilər?

Qara buxalteriyadan ağ buxalteriyaya çevirə bilər butün dizaynerlərin işini.

Yəni, bu yəqin ki, heç kimə sirr deyil ki, Azərbaycanda 99 faiz - dizayn işi ilə məşğul olanların çoxu, qara buxalteriyadan istifadə eləyir,

vergi hesabatını heç ora salmır,

çox cüzi miqdarda

və bu da vergidən yayınmaya gətirib çıxardır. Niyə?

Çünki inanıram ki, bu, tək dizayn məsələsində deyil, bir çox yerlərdə var.

Amma bunlar olsa, yəni mənim eşitdiyim, dizaynerlərin ən çox narazılıq elədiyi məsələlərdən biri budur.

Yəni Azərbaycandan xaricə,

belə deyək, Azərbaycanda X qiymətə görürdüsə, xaricə 2X qiymətə görürsə, 2X-in vergisini almasınlar dizaynerlərdən, belə deyim.

Bu rahatlıqlar olandan sonra onlar da artıq hər şeyə açılacaqlar.

Kifayət qədər potensial var.

Çox güclü iş görə biləcək, yəni, ən azı, o müəyyən standartlara uyğun iş görəcək dizaynerlərimiz bacarıqlı, çox da həvəsli uşaqlar çoxdur.

Çox sağ ol, Röyal, maraqlı müsahibəyə görə.

Sən sağ ol.