Qəhrəman Antların Krallığı | Kurzgesagt

🎁Amazon Prime 📖Kindle Unlimited 🎧Audible Plus 🎵Amazon Music Unlimited 🌿iHerb 💰Binance

Video

Transkriptlər

Tropik cəngəlliklərin dərinliklərində gözəl və ölümcül ustadlar tərəfindən idarə olunan, üzən krallıqlar var.

Onlar qarışqa krallıqlarının yüksək elfləridirlər; qalalar və şəhər dövlətləri yaradan istedadlı memarlar.

Ancaq onlar həm də hiddətli və ekspansionist döyüşçülərdir və onların krallıqları sağ qalmaq üçün bitməyən bir müharibəyə bürünüb.

Oecophylla Toxucu Qarışqaları

Oecophylla toxucuları uzun ayaqları üzərində gəzirlər, incə bədənləri və böyük gözləri var ki, bu da onları olduqca şirin göstərir.

Baxmayaraq ki, güclü çənələri və turşu vurma qabiliyyəti də onları öldürməkdə olduqca yaxşı edir.

Ancaq bu haqda daha sonra.

Onların koloniyalarının ölçüləri kəskin şəkildə dəyişən iki-üç işçi sinifləri var: böyüklər, kiçiklər və bəzən hətta, xırda işçilər.

Yerindən və növündən asılı olaraq, rəngləri tünd qəhvəyi rəngdən zümrüd yaşıl rəngə qədər dəyişir.

Toxuculara xas görünüşlərindən başqa onları krallıq-qurma işində olmaları da özünəməxsus edir.

Onlar yerdən bir neçə santimetr yüksəklikdəki çalılardan başlayaraq, ağac örtüyündə 10 metrə qədər olan bütün yüksəkliklərdə tikməyi sevirlər.

Lakin onlar ancaq bir bitkiyə hökmranlıq etməkdən məmnun deyillər.

Toxucular boşluğu digər ağaclarla bağlayan budaqlar və ya lianalar axtarır və çata biləcəkləri hər bitkiyə qədər uzanırlar.

Bu şəkildə koloniyalar ağacların üstündən yuxarı və yan tərəfə doğru yayılır.

Bildiyimiz ən böyük toxucu qarışqa krallıqları 1600 kvadrat metrə qədər sahəni, dörd basketbol meydançasını, kiçik qarışqalarla örtüləcək qədər çoxlu sahəni və idarə etmək çətin olan yerləri tuturlar.

Beləliklə, toxucu qarışqalar bütün ərazilərinə səpələnmiş onlarla yuva qururlar: krallığı müdafiə etmək üçün dayaqlar, yarpaqlardan hazırlanmış borular və ya toplar və xəfif ipək çarşaflar.

Bu yüksək qarışqa memarlığı şahəsərləri böyük toxucu qarışqalar tərəfindən yaradılmışdır, onlar daha təhlükəli işlər olan döyüşmək, yem toplamaq və yuva qurmaqdan məsuldurlar.

Yeni yuva qurmaq üçün böyük qarışqa ətrafındakı müxtəlif yarpaqları bir boru kimi bükməyə çalışır.

Yarpaqlardan biri kifayət qədər elastik olarsa, kömək etmək üçün daha çox işçi gələcək.

İşçi sıraları yarpağın kənarlarını bir-birinə çəkir və ya boşluqlara çataraq tikintiyə əlavə etmək üçün uzaq yarpaqları tutur.

Bükmə və çəkmə davam edərkən digər işçilər sürfələri ən yaxın yuvadan tikinti sahəsinə aparırlar.

Adətən, qarışqa sürfələri qorunmaq üçün özlərini baramada fırladırlar.

Ancaq toxucu qarışqa sürfələri bütün ipəklərini tikinti materialı olaraq koloniyaya verir.

Beləliklə, işçilər sürfələrin başlarını yarpağa vuranda onlar yapışqan iplərini kiçik, sevimli yapışqan silahları kimi buraxırlar.

Bu yolla işçilər əyilmiş yarpağı özlərinə tikirlər ki, o bir də açılmasın.

Bu, ətrafına sarılmış 300-ə qədər yarpaq üçün əsas kimi istifadə olunan mərkəzi bir otaq yaradır.

Birlikdə onlar kiçik ciblər yaradırlar və yeni gələnlər üçün əlavə otaq rolunu oynayırlar.

Bunu daha da rahat etmək üçün kiçik işçilər sürfələrdən istifadə edərək əlavə mərtəbələr və otaqlar toxuyurlar.

Yuvalar adətən ərazilərin sərhədində kazarma kimi və ya qida ehtiyyatı üçün sığınacaq kimi tikilir.

Bu şəkildə qarışqaların qərargaha qədər böyük məsafələr qət etməsinə ehtiyac yoxdur, hər hansı bir potensial münaqişə nöqtəsinə yaxın yerdə əsgərləri var.

Kraliça və onun mühafizəçiləri üçün ayrılmış, şəbəkənin ortasındakı xüsusi bir yuvadan başqa.

Burada o gündə yüzlərlə yumurta istehsal edir, bu da bala yuvaları ilə uyğun yuvalara köçürülür.

Yəni bir koloniya yarpaqlardan, lianalardan və budaqlardan hazırlanmış, asma körpülərlə bağlanmış kiçik qalalar və xəndəklər şəbəkəsidir.

Təsis edilmiş bir koloniyada asanlıqla qidalanmağa ehtiyacı olan yarım milyon fərd var.

Xoşbəxtlikdən, toxucu qarışqalar ev sahibləri ilə- çalılar və ağaclar ilə çox yaxın və faydalı əlaqələr quracaq qədər inkişaf ediblər.

Ağac qarışqalara yaşamaq üçün ev və içmək üçün şirin şirəyə çıxış imkanı verir.

Ancaq daha da önəmlisi, onlar üçün bal qurusu istehsal edən, bitkilər və ya tırtıllar kimi “mal-qara” yetişdirməyə imkan verir.

Əslində, adətən bu, ağaca zərər verər, ancaq bu böcəklər kiçik bir VIP qrupa aiddir.

Meyvə ağacına yalnız bir neçə seçilmiş qonşu və qarışqa mal-qarasına icazə verilir.

Bir çox digər həşərat və hətta daha böyük otyeyənlər qorxur, hətta öldürülür və yeyilir.

Belə ki, əksər hallarda ağac daha təhlükəli zərərvericilərdən qorunarkən, qəbul edilə bilən zərər səviyyəsinə dözməlidir.

Başqa krallıqlarla rəqabət olmasaydı, toxucu qarışqa krallığı əsl qarışqa cənnəti ola bilərdi.

Orta əsr insanları kimi, hər bir kraliça başqalarını fəth etmək və torpaqlarını özünkü etmək istəyir.

Meşədə sağ qalmağın açarı bərəkətli torpaqlara nəzarət etməkdir.

Və əgər bir krallıq onların çoxusunu itirərsə, o kiçilir, dağılır və acından ölür.

Koloniyanın sağ qalması üçün onun sərhədlərini genişləndirmək və müdafiə etmək çox vacibdir.

Bir krallıq digərini işğal edəndə, o ilk növbədə bir neçə min böyük qarışqalardan ibarət ordu yığır və əks koloniyaya doğru yola düşür.

Məqsəd bir az ərazi oğurlamaq və onu ələ keçirməkdir.

Müdafiədəki toxuculuq patrulları təcavüzkarları tez bir zamanda görür və dərhal həyəcan verici bir feromon buraxır.

Bəziləri müdafiə üçün cəbhəyə tələsir, digərləri isə kömək üçün ən yaxın məntəqələrə qaçaraq öz marşrutunu feromonlarla işarələyir.

Onlar başqa bacıları ilə görüşəndə, cəbhə xəttinə feromon izi ilə getmələrini bildirmək üçün sanki döyüşürlər kimi bədənlərini silkələyirlər.

Döyüş yerində, hər iki tərəfin böyükləri bədənlərini qaldırır, çənələrini geniş açaraq bir-birlərini dairəyə alır və rəqiblərini ələ keçirməyə çalışırlar.

Əgər bir qarışqa öz rəqibini tutarsa, qurban müttəfiq qarışqalar tərəfindən əhatə olunur və əzilir.

Qarışqalar daha sonra qurbanı parçalayırlar, antenlərini və ayaqlarını kəsirlər və qarınlarını dilimləyirlər.

Təcavüzkarların irəliləməsini yavaşlatmaq üçün müdafiədə olan böyüklər hədəflərini kimyəvi olaraq yandırmaq üçün döyüş sahəsinə formik turşu tökürlər.

Bir müddət sonra təcavüzkarlar tərəfindən cavab da eyni olur.

Xaotik döyüşdə, hər iki tərəf də getdikcə turşuluğu artan döyüş meydanında sonsuz sayda döyüşçü itirir.

Bir neçə dəqiqədən sonra əlavə ehtiyyat hissə gəlir və uğurlu hücum üçün vaxt aralığı yavaş-yavaş azalır.

Bu döyüşdəki çevrilmə anıdır.

Müdafiəçilər yavaş-yavaş hücum edən tərəfi geri çəkirlər.

Axırda hücumçular davam gətirə bilmirlər və geri çəkilməli olurlar.

Hər iki tərəf üçün də bu itkili bir döyüş idi.

Döyüş meydanının altında minlərlə cəsəd yığılıb qalıb və bir çox qarışqa ağır yaralanıb.

Müdafiə olunan koloniyanın yuvaları və balaları isə təhlükəsizdir.

Təcavüzkarların yeni dəyərli əraziləri oğurlamaq cəhdləri uğursuz oldu …

… bu gün üçün.

Onlar tezliklə yenidən cəhd edəcək.

Ancaq krallıq buna hazır olacaq.

Üzən krallıqların yüksək qarışqaları üçün müharibə xüsusi bir şey deyil.

Bu, sadəcə həyatın bir faktıdır.

Çünki bilirik ki, imperiyalar heç vaxt qane olmurlar.

Toxucu qarışqalar isə döyüşməyə hazırdır.

Bu video, abunə streaming xidməti olan CuriosityStream-in dəstəyi ilə minlərlə sənədli və qeyri-bədii başlıq ilə hazırlanmış bir seriyanın üçüncü hissəsidir.

CuriosityStream, Discovery Channel-i yaradan insanlar tərəfindən qurulub, buna görə də, hamısı elm, təbiət, tarix, texnologiya və düşünə biləcəyiniz başqa mövzular ilə bağlı sənədli filmlərdir.

Əgər siz də bizim kimisinizsə və əyləncəli videolar izləyərkən nələrsə öyrənməyi sevirsinizsə, bu sizin üçündür.

Məsələn, bu videonun mükəmməl davamı olan David Attenborough’un Qarışqa Dağı, sizə bir az daha qarışqa aləmində qalmağınıza imkan verir.

Ayda cəmi 2.99 dollar qarşılığında minlərlə sənədli və qeyri-bədii TV şoularına baxa bilərsiniz.

Və Kurzgesagt izləyiciləri üçün xüsusi bir hədiyyə var:

İnboksdakı linkə daxil olaraq və Kurzgesagt kodundan istifadə edərək illik planın 25%-i dəyərində endirim əldə edə bilərsiniz.

Bu isə bütöv il üçün sadəcə $14.99 deməkdir.

Bizi dəstəklədikləri və bu video kimi iddialı və gözəl layihələr reallaşdırdıqları üçün CuriosityStream-dəki dostlarımıza təşəkkür edirik.

İzlədiyiniz üçün təşəkkürlər.