Dinozorların öldüyü gün - dəqiqə-dəqiqə. | Kurzgesagt

🎁Amazon Prime 📖Kindle Unlimited 🎧Audible Plus 🎵Amazon Music Unlimited 🌿iHerb 💰Binance

Video

Transkriptlər

Həyatdakı ən böyük illüziyalardan biri davamlılıqdır.

66 milyon il bundan əvvəl dinozavrların davamlılığı haradasa 165 milyon il idi ki, davam edirdi və bu yaxın zamanda dəyişəcək kimi də görünmürdü.

Dünya isti və xoş idi, torpaqların çoxu yamyaşıl meşələrlə, inanılmaz çeşidlilikdə ağaclarla, çiçəklərlə, ayıdöşəyi bitkisi ilə və trilyonlarca başqa varlıqlarla örtülmüşdü.

Dinozavrlar hər yerdə mövcud idi və istənilən forma və ölçüdəki yüzlərlə növlə çeşidlənmişdi.

İri, nəzakətli nəhənglər olan Titanozavrlar dünyanı tirannozavrlar və Edmontozavr kimi məşhur heyvanlarla bölüşürdülər.

Pektinodonlar kolluqlarda ovlanarkən Edmontozavrlar sahil və bataqlıqlarda gəzişirdilər.

Qədim bir cənnət kimi, bolluq və həyatla dolu bir dünya.

66 milyon il əvvəl, bəlkə də hansısa bir Çərşənbə axşamı, günorta həyat bir gün əvvəl, hətta min il əvvəl, hətta demək olar ki, bir milyon əvvəl olduğu kimi eyni idi.

Hər şey bizim lələkli, dinozavr dostlarımız üçün yaxşı gedirdi.

Ta ki, göy üzündə çox xırda bir detal dəyişənədək.

Əgər o vaxt ulduzları seyr edən dinozavrlar var idisə, bir gecə onlar yeni bir ulduzun yarandığını sezə bilərdilər.

Həftələrlə, yavaş-yavaş böyüyərək daha çox parlaqlaşan bapbalaca bir nöqtə.

Günün birində həmin nöqtə gecə səmasında digər balaca aylardan biri kimi görünməyə başladı.

Daha sonra Yer kürəsinin kölgəsində bataraq gözdən itdi.

Növbəti bir neçə saat davamlılıq illüziyası davam etdi.

Ta ki, bu yox olanadək.

Səhərisi gün həmin cism yenidən meydana çıxdı.

İndi o, göy üzündə demək olar ki, günəş böyüklüyündə idi və hər an böyüyərək Yukatan yarımadasının yaxınlığındakı sahilə doğru irəliləyirdi.

Asteroidin kosmos ilə yer arasındakı nazik təbəqəni keçib yerə toxunması bir neçə saniyə çəkir.

Səsin sürətindən haradasa 60 dəfə böyük bir sürətlə atmosferə daxil olarkən…

Gəlin vaxtı saxlayaq.

Biz burada canlılar qırğını etməyə hazır olan adsız asteroid görürük.

Everestdən daha böyük olan bu asteroid okean yüksəkliyindən atmosferə qədər çatır, milyon illər sonra sərnişin təyyarələrinin uçacağı yüksəklikdən daha yüksəyə.

Həmin an dünya əvvəlki kimi idi.

Ancaq saniyənin bir hissəsindən sonra köklü şəkildə dəyişəcəkdi.

Gəlin bu keçidi edək.

Asteroid dayaz okeana və altındakı qayaya dəydiyi an buxarlandığı üçün milyardlarla nüvə silahının enerjisi bir anda sərbəst buraxılır.

Meksika körfəzi üzərində tük ürpərdici, parlaq və ağ bir kürə böyüyür, işığn parıltısı səmanı aydınladır.

Okean altındakı qaya on minlərlə Selsi dərəcəsində əriyən qaynar plazmaya çevrilir.

Partlayışdan yaranan termal radiasiya işıq sürətilə hərəkət edir və 1500 km radiusda olan hər şeyi dərhal yandırıb kül edir.

Zərbənin təsirindən yaranan enerji Yer qabığını o qədər sərt itələyir ki, qabıq bütün gücünü itirir və təkan yerindən maye imişcəsinə axıb gedərək 25 km dərinliyində və 100 km genişliyində bir dəlik yaradır.

Okean bir uşaq gölməçəyə atlanırmış kimi yüzlərlə km geri çəkilir.

Yer qabığı yenidən yüksələrkən ərimiş və axan qabıq 10 km hündürlüyündə səmaya uzanan müvəqqəti bir dağ yaradır.

Asteroidin original çəkisindən 60 dəfə böyük, inanılmaz bir material kütləsi atmosferin yuxarı qatlarına, hətta kosmosdan kənara püskürülür.

Zərbənin şiddəti dəqiqələr içərisində Yür kürəsinin hər yerində hiss edilir.

11 maqnitud şkalası böyüklüyündəki bu zəlzələ bəlkə də milyard illər ərzində Yer üzündəki hər hansı bir canlının şahid olduğu ən güclü zəlzələ idi.

Bu titrəyiş o dərəcə güclü idi ki, o Hindistinda nəhəng lava sahələrini titrədə və 30,000 il davam edə biləcək və Hindistan subkontinentinin yarısını lava ilə örtə biləcək vulkanik partlayışlara səbəb ola bilərdi.

Hətta təkan bölgəsinin tamamilə əks tərəfində olan yer belə bir neçə metr hərəkət etmişdi.

Belə bir gündə heç kim yata bilməzdi.

Nəhəng partlayış görünməmiş bir şiddətlə atmosferlə toqquşur və təkan bölgəsinin yaxınlığında saatda 1000 km-dən böyük bir sürətlə hərəkət edən şok dalğasına səbəb olur, eynilə Neptun kimi qaz nəhənglərindəki hiper qasırğalar kimi.

Orta Amerikada demək olar ki, bütün torpaq, bitki və heyvanlar parçalara ayrılaraq minlərlə km uzağa atılmışdı.

İndi isə əvvəl yeri dəyişilmiş okean geri qayıdır.

Təkan bölgəsindəki müvəqqəti dağ çökərkən insanların inşa edə biləcəyi bütün göydələnləri örtə biləcək, 1 km hündürlüyündə sunamilər halqası bütün istiqamətlər üzrə hərəkət etməyə başlayır.

Dalğalar təkanın ətrafındakı qitələrin sahilləri ilə toqquşduqları an sahil xəttinin minlərlə kilometrlik hissəsini su altında qoyurlar.

15 saat sonra Cənubi Amerika ətrafında qırılan dalğaların bəziləri hələ də səmaya doğru 100 metr hündürlüyündə uzanırlar.

Ancaq biz hələ də ən pis şey haqqında danışmamışıq.

Kosmosa atılan töküntülərin böyük bir hissəsi Yür kürəsinin orbitində hələ min illər ərzində hərəkət edəcək, hətta bəziləri Aya və Marsa da çatacaq.

Ancaq onların bir çoxu geri qayıdır.

Atmosferdən bu sürətlə yerə düşən şeylər yüzlərcə dərəcə isti olur.

Və bu hər yerdə milyonlarca ton material üçün baş verir.

Bu hadisə atmosferi çox sürətlə, inanılmaz tempraturlara qədər qızdırır.

Biz Yer kürəsinin nə qədər qızdığını və ya bu istilik şokunun nə qədər davam etdiyini dəqiq bilmirik, ancaq burada iki fikir var.

Ya hava bir neçə dəqiqəliyinə yüzlərcə dərəcə qızmışdı,

ya da bir dəqiqəliyinə minlərcə dərəcə.

İstənilən halda hava sənaye sobasının içi qədər isti hala gəlmişdi.

Bunun qlobal təsirinin nə qədər pis olduğu mübahisəlidir, ancaq əgər yetəri qədər istilik Yerin səthinə çatsaydı və bitki və heyvanların çoxusu torpağın altına girə bilməsəydilər və ya mağaralara qaça bilməsəydilər, çox tezliklə öləcəkdilər.

Yür kürəsi yandırıcı istiliyin altında fırlanarkən istiliklə birlikdə yerə yağan töküntülər meşə qatlarındakı maddələri alışdırmış və meşə yanğınlarına səbəb olmuş ola bilər.

Yəqin ki, bir neçə saat içərisində dünyanın hər yerində kütləvi meşə yanğınları başlamışdı.

Bəzi yanğınlar aylarla davam etmiş və Yer kürəsini qorxunc, alovlu bir cəhənnəmə çevirmiş ola bilər.

Partlayış günü sona yaxınlaşdıqca dinozavrların çoxusu artıq ölmüşdü, ancaq ən dəhşətlisi hələ qabaqda idi.

Buxarlaşmış cismlərin yaratdığı nəhəng duman buludu atmosferin yuxarı qatlarına çatmış və bütün Yer kürəsinin ətrafını sarmışdı.

Yanan planetdən çıxan his və partlayış zamanı yaranmış aerozollarla birlikdə planet dərin bir qaranlığa bürünür və hələ də davam edən yanğınlardan başqa ətrafı heç nə işıqlandırmır.

Yanğın fırtınasından sağ çıxan planetlər qlobal fotosintez prosesi müvəqqəti dayandığı üçün indi gün işığına həsrət idilər.

Günlər içərisində temperatur 25 Selsi dərəcəyə qədər düşür.

Okeanlara, xüsusilə, pis zərbə dəymişdi.

Gün işığının yoxluğu sualtı həyatın qida şəbəkəsi bazasını yaradan planktonların 90 faizdən çoxunu öldürmüşdü.

Bu, nəticədə bir vaxtlar dənizlərə ağalıq edən sualtı sürünənlərini və ammonitləri öldürəcəkdi.

İndi sağ qalanlardan ibarət olan biosfer yadplanetli bir yerin mənzərəsinə oxşayır.

Kül, cismlər və keçmiş canlı, çiçək açan həyatın yanmış qalıqları torpaq səthini örtüb.

Səma qaranlıqdır, hava soyuqdur və təzə qida qıtdır, göbələklər isə inkişaf edir.

Aylar, illər boyunca planet ədavətli və ölümcül bir yer olacaq.

Qəfil qlobal qış on illərlə davam edəcək.

Yer kürəsindəki canlı növlərinin ən az 75 faizinin mövcudluğu yox olacaq.

Və beləliklə, gün bitdikcə, dünya birdən-birə tamamilə fərqlidir.

Milyonlarca il davam edən davamlılıq artıq mövcud deyil.

Dinozvarların erası artıq sona yetdi.

Beləcə. Birdən-birə.

Nəhayət, sağ qalanlar köhnə dünyanın küllərindən üzə çıxmağa başladılar.

Əcdadları birbaşa dinozavrlar olan quşlar və sonda planetin əsas heyvanları olacaq məməlilər.

O asteroid olmasaydı, kim bilir, Yer üzündə həyat bu gün necə olacaqdı.

Planeti və planetdəki bütün həyatı tamamilə dəyişdirən dinozavr davamlılığının qəfil pozulması olmasaydı, bəlkə də heç vaxt bu gün olduğumuz kimi olma imkanımız olmayacaqdı.

İnsan erasının nə qədər davam edəcəyi aydın deyil.

Hələ ki, müasir insanlar dinozavrların mövcud olduğu vaxtın 0.1%-i qədər mövcud ola biliblər.

Bu qısa zaman ərzində biz dünyanı özümüzünkü etməkdən kosmosa çatmağa və atomu parçalamağa qədər təsirli uğurlar əldə etmişik.

Ancaq bizim gələcəyimiz və uzunmüddətli həyatda qalmağımız bəlli deyil.

Əgər ehtiyatlı olmasaq, bu Dinozavrlar Erasının bitdiyi kimi, bircə saniyə içində bitə bilər.

Elə olduğunu hiss etməsək belə, bilirik ki, dinozavrlarla müqayisədə bizim davamlılığımız kövrəkdir.

Biz hazırlıqlı, gözüaçıq və ümidli ola bilərik.

Əgər şanslıyıqsa, bizim səyahətimiz çox uzun müddət davam edəcək.

Səyahətlərdən danışmışkən şəffaflıqla bağlı bir şeyə toxunmaq istəyərdik.

Kurzgesagt son iki il ərzində çox dəyişib: biz bir Youtube kanalından və animasiya studiyasında daha artığına çevrilmişik, indi özümüzün minlərlə təqvim, poster və dəftər satan bir kağız mağazamız var.

Bu, sadəcə xoşbəxt bir təsadüf deyil, çoxumuzun qrafik dizayn keçmişi var.

Kağız məhsulları bizim kökümüzdür və biz indi posterlər və kitablar düzəltməyə və infoqrafiklər çap etməyə başlamışıq.

Onlara toxuna və iyləyə bilməyinizi və çap texnikasının xırda detalları ilə maraqlanmağınızı sevirik.

Eynilə bu kanal kimi, kiçik bir formada başladıq və böyük məqsədlərimiz yox idi.

Addım-addım doğru printer və kağızları tapdıq, daşınma haqqında öyrəndik və mağazamızı genişləndirdik.

Böyük ölçüdə araşdırma, sevgi və vaxtımızı bu işə sərf etmişik, çünki hansısa bir işi necə etməli olduğumuz haqqında bildiyimiz yeganə yol budur.

Biz sadəcə ümumi məhsullar yox, elmi daha maraqlı etmək və gözəl şeylər yaratmaq missiyamıza uyğun məhsullar yaratmaq istəyirik.

Yüksək keyfiyyət və sevgi ilə yaradılmış dayanıqlı məhsullar.

Bizim mağazamız bizə imkan verir ki, bunu edək və xoş bir yan təsir kimi, bu kanalda etdiyimiz hər şey üçün bizim əsas gəlir mənbəyimizə çevrilib.

Bu, həm də bizi müstəqil saxlayır və videolarımızı hamı üçün pulsuz edir.

Buna görə də, bunun üzərində bir az da işləyib uzun müddət davam edəcək nələrsə yaratmaq istəyirik.

Təzəlikcə gələcəkdə genişləndirəcəyimiz, “Cib Gündəliyi” adlanan yeni bir dəftər seriyasına başlamışıq.

Birinci buraxılış dinozavr mövzulu kolleksiyadır və ümid edirik ki, gələcəyin paleontoloqlarının işinə yarayacaq.

Elm mövzulu daha çox jurnal, təqvim və infoqrafiklər üçün çoxlu planlarımız var!

Otağınız, uşaqlarınız, sinif otaqlarınız və özünüz üçün bizdən nə etmək istədiyinizi bizə bildirin.

Nəticədə bizim gördüyümüz işlər ona görə alınır ki, siz onları xoşlayırsınız və bizə də imkan yaradırsınız ki, minlərlə saat videolarımıza, yüzlərlə saat da poster və jurnallarımıza vaxt ayıraq.

Bunun üçün sizə çox təşəkkür edirik.

Sizin üçün daha çox elm mövzulu şeylər yaratmaq üçün səbirsizlənirik, fərqi yoxdur bu video, poster və ya tamamilə başqa bir şey olacaq.

İzlədiyiniz üçün çox sağ olun.