Geoengineering: Edə biləcəyimiz bir qorxulu fikir. | Kurzgesagt

🎁Amazon Prime 📖Kindle Unlimited 🎧Audible Plus 🎵Amazon Music Unlimited 🌿iHerb 💰Binance

Video

Transkriptlər

21-ci əsrin sonlarında bəşəriyyət çarəsizliyə qapılır.

Onillərlə davam edən istilər və quraqlıqlar qeyri-adi dərəcədə kasad məhsul yığılmasına səbəb olur, istiləşən okeanlar isə hər il daha az balıq verir.

Tropik zonalarda milyonlarla insan aclıqdan əziyyət çəkir və resurs müharibələri milyonlarla insanın şimala qaçmasına səbəb olur.

İşlər sürətlə pisləşdikcə, ümidsizliyə qapılaraq, dünya dövlətləri fövqəladə vəziyyət planı qəbul etmək qərarına gəlir …

Bunun kimi qorxunc bir senarinin baş verəcəyi əslində, həqiqətdən uzaqdır.

Lakin dünya liderlərinin iqlim dəyişikliyi ilə effektiv mübarizə apara bilməməsi bu ehtimalı mümkün edir.

Beləliklə, yaxın gələcəkdə sürətli iqlim dəyişikliyini yavaşlatmaq üçün radikal bir şey sınamaq lazım gələ bilər: geomühəndislik.

Bu, ölçü baxımından o qədər kütləvi müdaxilələrdir ki, əsrlər boyu davam edən insan davranışlarının nəticələrini ləğv edə bilər.

Və ya hər şeyi olduğundan daha da pis edə bilər.

Geomühəndislik nədir? O həqiqətən bir seçimdirmi? Və hər şey yanlış istiqamətə olarsa, nə etməli?

Geomühəndislik metodları kosmosda nəhəng işıq yelkənləri qurmaq kimi fantastik metodlardan tutmuş, duz ilə buludları yaratmağa və ya trilyonlarla yosun hüceyrələrinin böyüməsini sürətləndirmək üçün okeanların dəmirlə bəslənməsi kimi çılğın üsullara qədər dəyişir.

Bu videoda sağ olduğumuz müddətdə şahidi ola biləcəyimiz bir müdaxilə üzərində dayanacağıq: Stratosferin aerozol inyeksiyası.

Bu, günəşi uzaq tutmaq üçün atmosferə, çox böyük bir yüksəkliyə maddələr səpmək mənasını verən mürəkkəb bir termindir.

Günəşi uzaq tutmaq

CO2 öz-özünə planeti qızdırmır, yer üzündəki enerjinin demək olar ki, hamısı elektromaqnit şüalanması şəklində Günəşdən gəlir.

Bu enerjinin təxminən 71%-i Yer səthi və atmosfer tərəfindən hopdurulur.

Bu udulmuş enerji yenidən infraqırmızı şüalanma kimi yayılır.

Və CO2 bu infraqırmızı radiasiyanı tutub bir müddət atmosferdə saxlaya bilir.

Bu təsiri səhərlər yorğanın altında olmaqla müqayisə edə bilərsiniz.

Hətta çox soyuq bir otaqda belə, bədəniniz infraqırmızı şüalar yayır və bədəninizlə yorğan arasındakı hava onu tutaraq isti və rahat bir hiss yaradır.

Planeti soyutmağın bir yolu, enerjimizin planetimizdə ilişib qalmağının qarşısını almaq olardı.

Bu da təbii olaraq artıq baş verir.

Yerə düşən günəş radiasiyasının təxminən 29%-i buz, səhra, qar və ya bulud kimi parlaq səthlərdən kosmosa qayıdır.

Daha çox refleksiya, daha az enerji, daha az istiləşmə.

İlham üçün təbiətə baxa bilərik: Xüsusilə də 1991-ci ildə Pinatubo dağına - 20-ci əsrin ikinci ən böyük vulkan püskürməsi.

Kütləvi dağıntılar və 900-ə yaxın ölü sayından başqa, elm adamları bunun qlobal iqlimə güclü təsirini də qeyd etdilər.

Partlayış milyonlarla ton hissəcik və qazı Stratosferə çatacaq qədər yüksəkiyə püskürdü, onlar da bir müddət orada asılı qaldı.

Geomühəndislik üçün maraqlı olan şey kükürd dioksididir.

İyrənc qoxusu olan və görünməz bir qaz.

Atmosferdə, yüksəklikdə olan bu qaz su ilə qarışan və nəhəng örtüklər yaradan bir sulfat turşusu damlası əmələ gətirdi.

Bu örtüklər günəş işığının yer səthinə çatmasını təxminən 1% azaltdı.

Qlobal orta temperatur 0.5° C düşdü.

Bu soyuma effektinin dayanması üç il çəkdi.

İnsanlar kükürd hissəciklərini birbaşa stratosferə vuraraq bu prosesi təqlid edə bilərlər.

Bəzi elm adamlarına görə, bunu etmək təəccüblü dərəcədə asan ola bilər və bunun üçün bir çox yeni texnologiyaya belə ehtiyacımız yoxdur.

Bir araşdırmaya görə, sürətli iqlim dəyişikliyi ilə müqayisədə bu, olduqca ucuz ola bilər.

Kiçik bir ixtisaslaşdırılmış təyyarə donanması ildə bir dəfə qalxa və aerozolları dünyanın hər yerinə yayılacağı yerdən ekvator boyunca paylaya bilər.

Proqnozlar ildə beş ilə səkkiz meqaton arasında bir maddənin inyeksiya edilməsinin qlobal istiləşməni yavaşlatmaq və ya hətta dayandırmaq üçün kifayət qədər günəş işığını əks etdirəcəyini ehtimal edir.

Bu da bizə fosil yanacaqlardan uzaqlaşmaq üçün qiymətli vaxt verir.

Təəssüf ki, bunun bəzi xoşagəlməz yan təsirləri ola bilər.

Aerozol inyeksiyaları ilə əlaqədar bir çox potensial problem var: yağış nümunələri əkinçiliyə mənfi təsir göstərə və aclığa səbəb ola bilər.

Milyardla insan bundan çox pis bir şəkildə təsirlənə bilər.

Həm də 1991-ci il Pinatubo dağının püskürməsindən sonra, turşu/su pərdələri nəinki səthi soyutdu, həm də Stratosferi qızdırdı.

Məlum oldu kii, turşu ozon təbəqəsi üçün pisdir və Antarktida üzərindəki ozon çuxuru indiyə qədərki ən böyük halındadır.

Onilliklər ərzində kükürd hissəciklərinin inyeksiya edilməsi oxşar təsir göstərə bilər.

Alimlər ozon təbəqəsinə daha az zərərli təsir göstərə biləcək fərqli mineralların birləşməsini istifadə etməyi artıq təklif etmişdilər, lakin bunun işləyə biləcəyinə əmin olmaq üçün daha çox araşdırma və təcrübə aparılmalıdır.

Ancaq hətta ozon qatına zərər verməsək belə, burada başqa risklər də var.

Siyasətçilər və sənaye karbon təsiri olmayan bir iqtisadiyyata keçidi gecikdirmək üçün bu üsulu bəhanə olaraq istifdə edə bilərlər.

Geomühəndislik qlobal istiləşməni yavaşlatsa da, insanlar hələ də atmosferə CO2 əlavə edir.

Havada daha çox CO2 olması, okeanların daha çox CO2 udması deməkdir və bu da onları daha asidik edir.

Bu, mərcan qayaları kimi nəhəng ekosistemlər üçün artıq ölümcül olmağa başlayır.

Və bu nə qədər davam edərsə, təsirləri də bir o qədər şiddətli olacaq.

Lakin bu getdikcə daha da pisləşir: kütləvi miqyasda atmosferə hissəciklər vurmağa başladıqda, uzun müddət bunu etmək məcburiyyətində qala bilərik, yən ki, sonlandırma şoku ilə üzləşə bilərik.

Əgər insanlıq atmosferi CO2 ilə zənginləşdirməyə davam etsə və eyni zamanda günəş radiasiyasına maneə törətməklə planetin istiləşməsinin qarşısını alarsa, bu o deməkdir ki, biz zaman bombasının üzərində oturmuşuq.

Geomühəndisliyi dayandırdıqdan sonra təbii dövr yenidən başlayacaq və Yer yenidən istiləşəcək.

Bir neçə onillik ərzində kütləvi miqdarda CO2 buraxaraq planetimizi süni şəkildə soyuq vəziyyətdə saxladıqdan sonra Yer çox daha tez istiləşəcək.

Bu gün 50 il vaxt alacaq temperatur artımı yalnız 10 il ərzində baş verə bilər.

Qısa müddətdə belə bir temperatur şoku Yer üzündəki hər əsas sistemi o qədər pozacaq ki, zamanla buna uyğunlaşmaq mümkün olmayacaq.

Ən pis senari dəhşətli aclıqlar və ekosistemlərin sürətlə məhv olması ola bilər.

Bəşəriyyət sağ qala bilər, ancaq sağ qalanlar tanış olmayan və ədavətli bir dünyada yaşayardılar.

Ən yaxşı ssenari isə budur ki, dünya nəhayət sürətli iqlim dəyişikliyinin mövcud təhlükəsini başa düşdükdən sonra geomühəndislik bizə vacib bir on il qazandıra bilər.

İqtisadiyyatlarımızda keçid edə biləcəyimiz və hətta CO2-ni atmosferdən çıxara biləcəyimiz bir vaxt.

Bəlkə də gələcək bir videoda müzakirə edəcəyimiz texnologiyalarla.

Nəticə:

Geomühəndislik qorxulu bir anlayışdır.

Bu, iqlim dəyişikliyinə bir həll deyil və hətta fosil yanacaq sənayesi üçün fosil yanacaq dövrünün sonunu gecikdirməyə xoş bir bəhanə ola bilər.

Son bir neçə onillikdə geomühəndislik o qədər mübahisəli oldu ki, bir çox alim onu daha yaxşı başa düşmək üçün lazım olan təcrübələri dayandırdı.

Ancaq boş bir şəkildə geomühəndisliyə qarşı çıxmaq uzaqgörənlik deyil.

Acınacaqlı həqiqət budur ki, biz artıq geomühəndislik üzrə təcrübə aparırıq.

Hər il təxminən 40 milyard ton CO2 əlavə etsək, dünyanın nə qədər sürətli dəyişəcəyini sınayırıq.

Bu sınaq həqiqətən, həyəcanlı olacaq.

Ümid edirik ki, heç vaxt geomühəndislikdən istifadə etməyə məcbur qalmayacağıq.

Ancaq gələcəkdə bunu etməli olsaq, elmi araşdırmalarımızı etmiş olmalıyıq.

Buna hazır olmalıyıq.

Yoxsa təşvişə düşən insanlıq səhvən özünü məhv etmə düyməsini sıxa bilər.

Yəqin ki, bunları özünüz etmək məcburiyyətində olmayacaqsınız - amma kim bilir!

Hər ehtimala qarşı elmi biliklərinizi inkişaf etdirsək, yaxşı olar.

Brilliant-dakı dostlarımız sizə bu mövzuda kömək edə bilər.

Brilliant elmə praktiki olaraq əlçatan problemləri həll edən bir veb sayt və tətbiqdir, və sizə riyaziyyat, məntiq və mühəndislikdəki problemləri özünüzün həll etməyi üçün 60-dan çox interaktiv kurs və vasitələr verir.

Brilliant klassik bir mühazirə formatı əvəzinə, sizi əyləndirmək və məşğul etmək üçün hekayə danışma, kod yazma və praktiki problemlərdən istifadə edir.

Bu yolla kiçik bir gündəlik məşq sizə real, uzunmüddətli elm anlayışına və STEM məqsədlərinizə çatmağa kömək edə bilər.

Bir sözlə, Brilliant sizi təəccübləndirir və tikan üstündə saxlayır, əslində siz fərqinə varmadan başınıza biliklər səpir - doğrudan da, əsl bizlik işdir.

Elmə yeni bir baxış əldə etmək üçün Brilliant.org/Nutshell saytına daxil olun və pulsuz qeydiyyatdan keçin.

Və Kurzgesagt izləyiciləri üçün xüsusi bir hədiyyələri var: linkdən istifadə edən ilk 200 nəfər illik üzvlük haqqını 20% endirimlə əldə edə bilər ki, bu da bütün gündəlik problemləri arxivlərdə görmək və hər kursu açmaq imkanı verir.

Brillant, gününüzü bir az daha ağıllı başa vurmanıza kömək edir- bu da gələcək üçün düşünə bildiyimiz ən yaxşı hazırlıqdır.