Veneranı (Sürətli şəkildə) terraformalaşdırmaq üçün necə etmək olar. | Kurzgesagt

🎁Amazon Prime 📖Kindle Unlimited 🎧Audible Plus 🎵Amazon Music Unlimited 🌿iHerb 💰Binance

Video

Transkriptlər

Kosmosda yeni ev tapmaq üçün Yer kürəsini tərk etmək bəşəriyyətin köhnə arzusudur və gec-tez sağ qalmağımız üçün lazım olacaq.

Bu mövzuda ən çox diqqət çəkən planet Marsdır, kiçik, toksik və enerji yoxsulu bir planet, ancaq yeraltı şəhərlərdə yığılıb qalan depressiv insan koloniyaları üçün kifayət qədər yaxşı görünür.

Bəs daha böyük düşünsək?

Günəş sisteminin ən ədavətli və ölümcül yerlərindən biri olan Veneranı götürüb, məhz onu koloniyaya çevirsək nə olar?

Yüksək bulud şəhərləri qurmaqla da yox, əməlli bir ikinci dünya yaratmaqla?

Bu düşündüyünüzdən daha asan ola bilər.

Venera günəş sistemində 460° C səth istiliyinə malik olan ən isti planetdir və bu istilik qurğuşunu belə əridəcək dərəcədədir.

Bu istilik Günəş sistemindəki ən ifrat istixana təsirindən qaynaqlanır.

CO2 istiliyi tutub saxlamaqda əladır - hətta Yerin atmosferində sadəcə 0,03%-dən 0,04%-ə olan artış belə, planetimizi hal-hazırda istiləşdirir.

Veneranın atmosferi 97% CO2-dən ibarətdir.

Bununla yanaşı, Veneranın atmosferi Yerin atmosferindən 93 dəfə daha sıxdır.

Veneranın səthində dayanmaq okeanın 900 metr dərinliyinə dalış etməklə eyni hissi verərdi.

Təzyiq sizi dərhal öldürərdi.

Bura həqiqətən də qorxunc bir yerdir! Bəs onda nə üçün özümüzü yoruruq?

Ən birinci növbədə, Venera təxmini Yer kürəsi qədər böyükdür və səthinin 90%-i cazibə qüvvəsindən ibarətdir.

Səth cazibə qüvvəsi Günəş sistemi kolonizəsində böyük bir problemdir, çünki aşağı cazibə qüvvəsi olan yerlərdə uzun müddət qalmağın sağlamlığa mənfi təsir göstərəcəyi ehtimalı yüksəkdir.

Veneranın ölçüsü, Günəş sistemində ikinci ən böyük yaşayış yeri ola biləcəyi mənasına gəlir.

Milyardlarla insan və trilyonlarla heyvan üçün yeni bir ev.

Okeanlar, zəngin meşələr və gözəl, mavi səması ilə.

Düzgün terraformasiya edilmiş Venera, Yerdən kənarda yaşamaq üçün ən xoş yer ola bilər.

Bu gün Veneranı tam olaraq terraformasiya edə bilməsək də, bizim daha iddialı, gələcək versiyamız bu layihəni öz üzərinə götürə bilər.

Bu çox böyük bir iş olacaq və onu başa çatdırmaq üçün bir neçə nəsillər lazım olacaq, eynilə əcdadlarımız üçün əzəmətli piramidaları tikmək kimi.

Ancaq zatən insanlar əvvəllər də bir ömürdən çox davam edən layihələrə başlayıblar.

Yaxşı! Gəlin bunu edək!

Hər şeydən əvvəl, Veneranı soyutmalı və atmosferini son dərəcə ağırlaşdıran qazı çıxarmalıyıq.

Dediyimiz kimi, bu çoxdur.

Təxminən, 465 milyon milyard ton.

Bunu necə edək?

Bunun üçün bir neçə yol var.

Çoxlu lazer şüası ilə işləyən nəhəng günəş kollektorları yarada bilərik ki, atmosferi o qədər qızdırsın ki, onu kosmosa uçursun.

Bütün bəşəriyyətin enerji istehsal gücündən minlərlə dəfə daha çox gücə ehtiyacımız olsa da, yenə də atmosferi çıxarmaq minlərlə il vaxt alardı.

Başqa bir yol atmosferi ayırmaqdır.

Yəni karbon dioksidi kimyəvi reaksiyalar vasitəsilə fərqli birləşmələrə bağlamaq.

Merkuridən Kalsium və ya Maqnezium kimi elementləri çıxarıb kütləvi sürücü sistemləri- kiçik planetlərdə raketləri lazımsız hala gətirən elektrik xətləri vasitəsi ilə Veneraya vura bilərik.

Metallar birləşərək karbon dioksidi sonsuza qədər fərqli karbonatlara çevirirlər.

Ancaq miqyaslarına görə bütün bunlar qeyri-praktikdir.

Karbon dioskidi bu şəkildə ayırmaq üçün bir neçə yüz milyard ton materiala ehtiyacımız olardı.

Bu isə material israfıdır və çox uzun çəkə bilər.

Eyni dərəcədə gülməli, ancaq mümkün ola biləcək başqa bir ideya budur ki, Veneranı kölgədə saxlayaq.

Hərfi mənada.

Günəşi bağlamaq üçün nəhəng bir güzgü quraraq atmosferi dondurmaq olar.

Güzgünün nəhəng və mürəkkəb olmağına da ehtiyac yoxdur, bir az struktur dəstəyi ilə nazik bir folqa təbəqəsi kifayətdir.

Günəşə çox yaxın düz bir səth qurmaq, onu günəş yelkəninə çevirəcək və öz mövqeyindən itələyəcək, buna görə də nəhəng bir dairəvi cisim əvəzinə, güzgümüz bir neçə fərqli parçalardan ibarət olacaq.

Bucaqlı güzgülərin dairəvi lövhələri günəş işığını bir güzgüdən digərinə əks etdirə bilər.

Güzgülər bucaqlı olardı ki, işıq arxaya yönlənənə qədər işığı bir-birindən əks etdirsin və öndəki qüvvəni tarazlayaraq onları yerində saxlasın.

İnfrastruktur qurulduqdan bir neçə il sonra işlər yavaş-yavaş başlayır, sonra isə kəskinləşir.

İlk bir neçə onillikdə atmosfer yavaş-yavaş soyuyur, lakin sıx və ölümcül olaraq qalır.

Ta ki, təxminən 60 ildən sonra isə kritik temperatura, 31°C-ə çatana qədər.

Birdən Venerada Böyük Tufan başlayır, çünki CO2 bu təzyiqdə maye halına gəlir və yağmağa başlayır - 30 il davam edəcək inanılmaz böyüklükdə qlobal bir fırtına.

Təzyiq və temperatur birdən-birə düşməyə başlayır. Təxminən bir əsr ərzində gölməçələr göllərə və okeanlara çevrilir.

Səth istiliyi indi -56°C-dir və təzyiq Yer üzündəki təzyiqdən yalnız yeddi dəfə aşağı düşüb.

Nəhayət, həqiqətən də xoşagəlməz -81° temperaturda karbon-dioksid okeanları donmağa başlayır və yağış qara çevrilir.

Bu, bizi qaya qədər sərt okeanlarla örtülmüş və donmuş Venera və nəhəng karbon-dioksid buzlaqları ilə üz-üzə qoyur.

Atmosferdən geri qalan təzyiqi Yerin səth təzyiqindən 3 dəfə artıq olan nitrogendir.

Donmaq və boğulmaq sizi narahat etmirsə, indi Veneranın səthində gəzməyə çıxa bilərsiniz.

Ancaq donmuş karbon-dioksid hələ də problem olaraq qalmaqdadır.

Nə vaxtsa planeti yenidən qızdırmaq istəyirik, ancaq bunu etsək, karbon-dioksid buzları əriyərək atmosferi yenidən dolduracaq.

Bunun qarşısını almaq üçün bir yol tapmalıyıq.

Birinci yol, hamısını ucuz plastik izolyasiya ilə örtmək və yerdəki Venera qayaları və ya okeanlar ilə bağlamaqdır.

Hərçənd ki, bəzi alimlər bizim belə bir potensial zaman bombasına malik yeni bir planet qurmağımızdan çox narahat olacaqlar.

Bir neçə uyğunsuz vaxtda püskürən vulkan çoxlu karbon-dioksidi eyni vaxtda əridib, hər şeyi korlaya bilər.

Başqa bir aydın həll yolu, hamısını kosmosa atmaq və gələcəkdə yenidən istifadə etmək üçün kiçik bir aya yığmaqdır.

Bunu daha səmərəli etmək üçün raket əvəzinə, kütləvi sürücülərdən istifadə edə bilərik, ancaq yenə də o qədər kütləni köçürmək həll edilməsi üçün vaxt tələb olunan çətin bir işdir.

Atmosferlə sonda nə etsək də, irəli getmək üçün bizə su lazımdır, onu isə buzla örtülü planet peyklərindən əldə edə bilərik.

Yupiterin peyklərindən olan Europa Yer kürəsinin okeanlarından 2 dəfə çox suya sahibdir.

Ancaq bir peyk tutub, onu Günəş sistemi ilə bir yerdən başqa yerə daşımaq elə də asan deyil.

Bunun əvəzinə, inşaat dronları ordusu ilə Europadan buz parçalarını kəsmək və daha çox kütləvi sürücülərdən istifadə edərək, onları Veneraya atmaq daha asan ola bilər.

Kosmos kəndirləri burada çoxlu cəhd və enerjiyə qənaət edə bilərdi, onların necə işlədiklərini izah edən başqa bir videomuz var, amma qısaca, onlar hər iki tərəfində də yük götürə bilən sapanlardır.

Europada buzları Veneraya atmaq üçün işin əsas hissəsini onlar görürlər.

Buz Venera kəndirlərini vurur, onu yumşaq bir şəkildə atmosferə atır və o qar kimi yerə düşür.

Bunun müqabilində, Veneradakı kəndirlər Yerdən atılan karbon dioksid buzlarını tutaraq onların orbitə çıxmalarını sürətləndirir.

Bu üsuldan istifadə edərək, artıq nitrogeni çıxarıb atmosfer təzyiqini daha da aşağı sala bilərik.

Beləliklə, bir neçə onilliklər və ya əsrlər sonra Venera bir neçə yüz metr dərinlikdə gözəl, dayaz və donmuş bir okeanla əhatə olunardı.

O, bu günkündən tamamilə fərqli görünərdi.

Artıq bir neçə kontinent və saysız adalar əmələ gəlir.

Bu, getdikcə bizim planetimizə oxşamağa başlayır!

İndi isə terraformasiyanın son və ən möhtəşəm mərhələsi başlayır: atmosferi nəfəs alına biləcək bir hala gətirmək və ona həyat əlavə etmək.

İlk növbədə işığa ehtiyacımız var və planetimizi yenidən qızdırmalıyıq.

Venerada gün 2802 saat uzunluğundadır. 116 Yer günündən daha çox.

Yəni nəhəng güzgümüzü çıxarsaq, planetimizin yarısını bişirərik.

Nəhəng atmosferimiz olmasaydı, temperatur dözülməz həddə çatardı.

Gündüz/gecə dövrü və yenidən enerjiyə yaratmağın ən sadə yolu, qitələrimizi işıqlandırmaq və su okeanlarımızı əritmək üçün başqa bir güzgü dəstindən istifadə etməkdir.

Bu, bizə nə qədər enerji əldə etdiyimizi və onun hara getdiyini tamamilə idarə etməyə imkan verəcəkdir.

Atmosfer indi ancaq nitrogendən ibarətdir və oksigen demək olar ki, mövcud deyil.

Beləliklə, ilk sakinlər, ehtimal ki, fotosintez edərək oksigen xaric edə bilən trilyonlarla Siyanobakteriyalar olacaq.

Bilirik ki, onlar planetin atmosferini sürətli bir şəkildə dəyişə bilirlər, çünki ehtimal ki, milyardlarla il əvvəl gənc Yerimizin zəhərli atmosferini daha mürəkkəb heyvan həyatı üçün kifayət qədər oksigeni olan bir atmosferə çevirməkdən məsul idilər.

Təkcə o da deyil, Siyanobakteriyalar azotu atmosferdən çıxarıb canlılar tərəfindən istifadə edilə bilən qida maddələrinə çevirə də bilirlər.

Bu yolla onlar ölü okean sularımızı mayalandıracaq və daha mürəkkəb orqanizmlər üçün hazırlayacaqlar.

Quru üzərində isə kolonistlərimiz azot fiksasiya edən bitkilərin böyüməsi üçün torpaq hazırlamaq məqsədilə keçmiş Venera səthinin bir hissəsini üyütməlidirlər.

Nəticədə milyardlarla ağac böyük meşələr yaradaraq və kontinentik böyük hissələrini əhatə edərək ətrafa yayılacaq.

Venera yaşıla çevriləcək.

İşləri sürətləndirmək üçün karbon-dioksid bitkiləri və siyanobakteriyanı təmin etmək üçün strateji olaraq xaric ediləcək.

Artıq bitkilərlə örtülmüş ərazilər orbital güzgülərimizdən əlavə gün işığı ala bilər ki, bitkilər günün çox hissəsində aktiv olsun.

Bəlkə də bu gün bildiyimiz bitki və heyvanlarla bunu etmək məcburiyyətində olmayacağıq.

Gen mühəndisliyi inkişaf etdikcə və genetika və həyat mexanizmləri haqqında anlayışımız genişləndikcə həyatı ehtiyacımıza uyğun təşkil edə bilərik.

Ümumilikdə atmosferin insanlar tərəfindən nəfəs alına bilən olması üçün bir neçə min il lazım olacaq.

Bu müddətdə isə sadəcə adi paltar və oksigen maskası ilə ətrafda gəzə bilərsiniz.

Köçkünlər zəngin resurslarla dolu və günəş işığından bol, geniş bir yeni planetdən zövq alacaqlar.

Onlar kosmosdakı çoxlu miqdarda karbon qazı və azotdan istifadə edə üçün yeni yollar düşünə bilərlər.

Kiçik Mars Venera kimi sənaye prosesləri, raket yanacağı və ya hətta başqa bir planetin tarraformasiyasının gücləndirilməsi tam olaraq tərtib edilir.

Heyvanlar geniş ekosistemlərdə gəzirlər.

Şəhərlər inşa edilir.

Milyardlarla köçkün və onların davamçıları bu dünyanı öz evlərinə çevirirlər.

Onlar keçmişin görüntülərini görəcəklər.

Veneranın necə bir vaxtlar ən bədxah planet olduğunu.

Necə cəhənnəmi dondurmaq və okeanları gəmilərlə daşımaq üçün yüz illər, sərbəst nəfəs almağımız üçün isə bir neçə min il lazım olduğunu.

Onlar buna inanmaqda çətinlik çəkəcəklər.

Yaxşı, bəlkə də Veneranı terraformasiya etmək o qədər də asan deyil və bu gələcəyin gerçəkləşməsi üçün çox şey düzgün getməlidir.

Ancaq kosmosu kəşf etmək istəyən, motivasiyalı və bir qədər də inkişaf etmiş bir bəşəriyyətin əlində olan texnologiya ilə bu mümkündür.

Buna mane olan yeganə şey bizim təxəyyülümüzdür.

Və bu, heç olmasa, həll edilməsi asan bir problemdir.

Əgər haqqında bir az düşünsəz, sizi hər hansı bir işi görməyə mane olan yeganə şey təxəyyülünüzdür.

Sizə lazım olan tək şey balaca bir təkandır və ehtimal ki, işə başlamağınız üçün biz ən lazımlı şeyə sahibik.

Biz Skillshare-in böyük pərəstişkarlarıyıq: illüstrasiya, animasiya, film və ya video kimi bütün bacarıq səviyyələri və tonlarla yaradıcı fənlər üçün minlərlə dərs təklif edən bir onlayn öyrənmə icması.

Ya da ev dekorasiyası, bitki yetişdirmək və ya gitara çalmaq üçün dərslər sınaya bilərsiniz, burada hamı üçün nəsə var.

Və aşağıdakı linkə daxil olacaq ilk 1000 Kurzgesagt izləyiciləri pulsuz sınaq qazanacaqlar.

Skillshare ilə işləməyə başladığımızdan bəri izləyicilərimiz ümumilikdə 100 000 saatlıq dərslər götürüblər, bura animasiya düzəltməklə bağlı özümüzün 3 dərsi də aiddir.

Motion graphics-lə bağlı daha çox öyrənmək istəyirsinizsə, onları sınayın.

Başlamaq üçün sizə bir az əlavə təkan lazımdırsa, motivasiya və ilhamla bağlı məsləhətləri yoxlaya bilərsiniz.

Biz Kendyll Hillegas’ın “The Scientific Methods for Artists: Find Inspiration, Get Motivation and Grow Your Creative Skills” dərsini çox bəyəndik.

Bu dərsdə Kendyll bir sənətkar kimi istiqamətinizi araşdırmaq və müəyyənləşdirmək üçün dörd fazalı prosesi izah edir.

Bu, bizim üçün nələrsə yaratmaq axınına girmək üçün əla bir yol idi.

Ancaq sizi həyəcanlandıran və yeni fikirlər yaradan hər şey əla bir ilk addımdır.

Yeni bacarıqlarla yaradıcı olmaq və Kurzgesagt-a dəstək vermək istəyirsinizsə, mütləq sınayın.