Ay Yerə çarparsa nə baş verər? | Kurzgesagt

🎁Amazon Prime 📖Kindle Unlimited 🎧Audible Plus 🎵Amazon Music Unlimited 🌿iHerb 💰Binance

Video

Transkriptlər

Bu gün biz çox qədim, elmi və vacib bir suala cavab veririk:

Ay Yer kürəsi ilə toqquşsaydı, nə olardı?

Bu, düşündüyünüzdən daha maraqlı və qəribədir.

Gəlin əsaslardan başlayaq: Nə üçün Ay bizimlə toqquşmaq üçün üzərimizə gəlmir?

Biz bilirik ki, Yerin cazibə qüvvəsi hər şeyi, o cümlədən Ayı özünə doğru çəkir, lakin o, hansısa əks qüvvə tərəfindən saxlanılırmış kimi öz yerində qalır.

Ancaq cazibə qüvvəsinə əks olan hansısa bir güc yoxdur, sadəcə olaraq “yanakı” bir hərəkət var, biz buna orbit deyirik.

Siz orbitləri hər gün görürsünüz, bir top atırsınız və o balaca bir orbit yaradır.

Topun orbiti ilə Ayın orbiti arasındakı yeganə fərq odur ki, top nəticədə yerə düşür.

Bunun əsas səbəbi sürətdir.

Əgər topunuzu kifayət qədər sürətli ata bilsəydiniz, o, Yer ətrafında fırlanıb sizə geri qayıdacaqdı.

Əgər onu ləngidən hava olmasaydı, o, əbədi olaraq orbitdə dövrə vura bilərdi.

Ayın etdiyi də məhz budur:

Yerin ətrafında onu yavaşladacaq hava olmadan çox sürətlə fırlanır.

O, Yerin ətrafında 3600 km/h sürətlə, 27 günə dövrəni tamalayır.

Beləliklə, Ayı öz orbitində dayandırmaq və Yerə çırpılmasını təmin etmək üçün fizikanın bir çox qanunu pozmalıyıq ki, bunların hamısını izah etməyə vaxtımız çatmaz.

Bəs Ayı Yerlə necə toqquşduraq?

Bir sözlə, bir cismin orbitini dəyişdirmək üçün onun sürətini dəyişmək lazımdır, bu da cazibə qüvvəsinin onun apardığı yeri dəyişir.

Ancaq hətta kiçik dəyişikliklər də böyük qüvvələr tələb edir, Günəş sistemindəki bütün böyük obyektlər ona görə belə sabitdir.

Elmə əsasən, Ay çox nəhəngdir.

Hətta səthində milyardlarla raket mühərrikini yandırmaq belə, Ayı çətinliklə hərəkət etdirə bilər.

Belə görünür ki, sehrdən başqa heç nə Ayı Yerə yıxıda bilməz.

Ona görə də, Ayı hədsiz yavaşladaraq Yer ətrafındakı orbitini dəyişdirmək üçün sehrdən istifadə edəcəyik.

Təcrübədən maksimum yararlanmaq üçün ayın Yerə çatması düz bir il çəkəcək.

Hazırsınız? 3, 2, 1. Sehr

1-ci ay

İlk bir neçə gündə, əslində, heç nə dəyişmir.

Ay bir az daha parlaq olur və elm adamları təəccüblənir, amma qalanlarımız fərqli bir şey görmürük.

Ayın yer üzündə yeganə nəzərə çarpan real təsiri qabarma və çəkilmələrdir.

Qabarma və çəkilmələr ona görə mövcuddur ki, Yer Ayı özünə çəkərkən, Ayın cazibə qüvvəsi də Yeri özünə çəkir.

Məsafə ilə cazibə qüvvəsi zəiflədiyi üçün yerin müxtəlif hissələrində fərqli çəkilmələr hiss olunur.

Bu, Yerin, xüsusən də okeanların, Ay onların üstündə olduqda qabarmasına və olmadıqda bir az çəkilməsinə səbəb olur.

Yer hər gün Ayın altında fırlandıqca, Ayın təsiri dəyişkən olur və okeanların su səviyyəsinin gündə iki dəfə, təxminən yarım metr qalxıb-enməsinə səbəb olur.

Ancaq Ay getdikcə yaxınlaşdıqca, qabarmalar hər gün yüksəlir.

Bu, əvvəlcə demək olar ki, hiss olunmur, ancaq bir ay ərzində Ay Yerə qədər olan məsafənin yarısını qət etir və okean qabarma-çəkilmələri 4 metrə qədər yüksəlir.

Hər gün yüksək qabarmalar baş verir və dalğalar sahil şəhərlərini su altında qoyur.

Və bunun sonu görünmür.

Ay getdikcə yaxınlaşdıqca, qabarmalar daha da yüksəlir, hər gün başqa bir şəhəri və daha çox məskunlaşmış əraziləri duzlu su ilə basdırır.

2-ci ay

2-ci ayın sonunda Ay Yerə qədər olan məsafənin üçdə ikisini qət etir və qabarmalar on metrdən yuxarı qalxdıqca qlobal infrastruktur dağılır, sahil xətləri yaxınlığında yaşayan bir milyarda qədər insanı yerindən didərgin salır.

Limanlar qeyri-işlək vəziyyətə düşdükcə daşınmalar dayanır.

Bu, təkcə Kurzgesagt məhsullarının yox, yemək kimi daha az həyəcanverici şeylərin də çatdırılmasını yavaşladacaq.

Qlobal kommunikasiyalar bərbad vəziyyətə düşür – internetin 95%-i okeandan keçən kabellərlə daşınır və su onlara əsasən mane olmasa da, qurudakı terminallara problem yaradır.

Daxili ərazilərdə yaşamaq da təhlükəsizliyə zəmanət vermir, qabarma çuxurları çayların geri axmasına səbəb olur və yerüstü və yeraltı su ehtiyatlarını çirkləndirmək üçün duzlu su daşıyır.

Sahil yaxınlığındakı neft emalı zavodları tərk edildiyi üçün benzin çatışmazlığı yaranır.

Ölkələr öz rəflərində olan tədarüklərin ümidinə qalır və ciddi qənaət başlayır.

Şəhərlərdə, aşağı qabarma saatlarında xaos hökm sürür, sağ qalanlar isə su qayıdanda yüksək dağlara sığınır.

3-cü ay

Artıq üç ay keçib, Ay rabitə və naviqasiya peyklərini korlayacaq qədər yaxındadır.

Normalda cazibə qüvvəsi peyklərimiz üçün hər hansı böyük problem yarada bilməyəcək qədər uzaq olsa da, yaxınlaşdıqca onların orbitləri bir o qədər korlanır.

Orbital korreksiyalar üçün yanacaq bitdikcə peyklər nəzarətdən çıxır.

4 və 5-ci aylar

Yer üzündə qabarmalar sürətlə, təxminən 30 metrə qədər böyüyür və bir neçə həftə ərzində hündürlüyü 100 m-ə çatacaq.

Qabarmanın aşağı olduğu yerlərdə okean yüzlərlə kilometr geri çəkilərək kontinental şelfi geniş səhralar kimi açıqda qoyur, yüksək qabarmada isə dalğalar kənd təsərrüfatını, evləri və göydələnləri su altında qoyur.

İndi isə artıq 5 ay keçib və apokalipsis öz isinmə hərəkətlərini bitirib.

Okeanların dərinliyi orta hesabla cəmi 3 kilometr olduğundan, qabarmalar maksimum həddə çatmışdır.

İndiyə qədər okeanlardakı su ayın cazibə qüvvəsinin böyük hissəsini udaraq axa bilirdi, lakin indi Yerin özü yaxınlaşan ayın qravitasiyasını həqiqətən hiss edir.

Bunlar dənizlərin yox, daha çox qayaların qabarma-çəkilmələridir.

Planetə olan təzyiq tektonik plitələrin üzərindəki və kənarda sıçrayan kvintilyonlarla ton suyun ağırlığı ilə birləşərək aşağıda böyük gərginliklər yaradır və artan miqyasda və intensivlikdə zəlzələlərə səbəb olmağa başlayır.

Bu zəlzələlərin nə dərəcədə ciddi olduğunu və harada baş verəcəyini demək mümkün deyil, amma eynilə uşaqların çarpayının üstündə sınana qədər tullandığı kimi, burada yaxşı heç nə baş verə bilməz.

Güclü qabarma-çəkilmə qüvvələri digər planetlərdə və aylarda vulkanizmə səbəb olur.

Yer üzündə planetin sıxılması Yer qabığının içindəki maqma rezervuarlarını pozur, Çili, Yeni Zelandiya, Yellowstone və başqa yerlərdə böyük, iqlimi dəyişdirən püskürmələrə səbəb olur.

Bütün bunlar baş verən zaman Ay yuxarıdan səbirlə baxır.

O hələ də səmada balaca bir bulud kimi görünür.

Yerdən 75.000 km məsafədə gecə səmasını alaqaranlıq kimi işıqlandıracaq qədər parlaqdır.

6 və 7-ci aylar

Yarım ildən sonra Ay bir vaxtlar geosinxron peyklərin tutduğu kosmosa daxil olur və burada hər 24 saatdan bir Yer ətrafında dövr edir.

O, səmanın bir nöqtəsində üzür, hərəkətsizdir, hər gün tam fazalar dəstindən keçir, ancaq planetin yalnız yarısı tərəfindən görünür.

Ayın Yerin üstündə “stasionar” olması ilə, qabarma-çəkilmələr donmuş kimi görünür – dünyanın yarısı su altında qalıb, yarısı su ilə dənizə qayıdıb, sanki Yer ən pisinə hazırlaşmaq üçün nəfəsini tutub.

Ay daha da yaxınlaşdıqca düşünə bilərsiniz ki, onun cazibəsi Yer kürəsinin cazibəsini üstələyərək sizi özünə çəkib əzablarınıza son qoya bilərmi?

Xoşbəxtlikdən, xeyr.

Yer səthinin cazibə qüvvəsi Aydan təxminən 6 dəfə güclüdür, buna görə də ay düz üstünüzdə olsa belə, siz yenə də yerdə qalacaqsınız.

Ayın səthində isə hər şey fərqlidir: Ayın yaxın tərəfi yerin cazibə qüvvəsindən daha güclü təsirlənir, ona görə də növbəti bir neçə ay ərzində o, Yerə doğru irəliləməyə, yumurta kimi uzanmağa başlayır və qayalar bükülüb formalarını dəyişdikcə dərin ay zəlzələlərinə səbəb olur.

İndi demək olar ki, nəzərə çarpmasa da, bu, bir neçə ay ərzində yüzlərlə kilometrə qədər böyüyəcək.

8-11-ci aylar

Artıq apokalipsis gəlib çatıb və biz qəzadan əvvəlki ayları ümumiləşdirsək, deyə bilərik ki, “sağ qalan hər kəs həqiqətən çox pis vaxt keçirib”.

Yeri əhatə edən qabarma-çəkilmələr yavaşlayır və sonra istiqamətlərini dəyişir, çünki ay indi Yerdən daha sürətli fırlanır.

Planet çoxlu zəlzələ və vulkanizmlə qarşılaşacaq.

Kütləvi miqdarda vulkanik aerozollar stratosferə yüksəlir, onlar günəş işığını kosmosa əks etdirəcək qədər parlaqdır.

Keçə bilən kiçik işıq paslı qırmızıdır və gündəlik tutulmalarla vaxtaşırı azalır.

Nəticədə qlobal soyuma başlayır, turşu yağışları və yay qarları ən möhkəm bitkiləri belə öldürür.

Sivilizasiyanın vaxtı sona çatır.

Yumurta şəkilli ay axınlaşmağa davam edir, milyardlarla insan artıq həlak olub.

Gəlin möhtəşəm finala hazırlaşaq.

12-ci ay

Nəhayət, ilin sonunda, Ay “Roche” limitinə çatır.

Bu o nöqtədir ki, Yerin Aydakı cazibə qüvvəsi Ayın özünün cazibə qüvvəsindən daha güclüdür.

Ayın səthindəki cisimlər Yerə doğru düşməyə başlayır və o, 10.000 km məsafəni keçəndə bütün Ay dağıntılara çevrilir, Yerin ətrafındakı nəhəng bir halqa sisteminə çevrilir.

Xoşbəxtlikdən, Ayın parçalanması Yerdəki əzabların sona çatması deməkdir.

Ayın yoxluğu cisimlərin ümumi apokaliptik təbiətinin dayanması deməkdir.

Okeanlar geri çəkilir, son dəfə qurunun üzərindən axır.

Sağ qalanlar səmanı əhatə edən, günəş işığında parıldayan, gecə səmasını hər hansı bir bütöv aydan daha parlaq şəkildə işıqlandıran nəhəng tağların mənzərəsini izləyirlər, ay tozundan ibarət meteor yağışları isə səmanı doldurur.

Bundan sonra nə olacağını demək çətindir, lakin bu sakitlik qısa çəkə bilər.

Əgər çoxlu ay tozu yağarsa, sürtünmə atmosferi qızdırır - ola bilsin ki, okeanlar qaynamağa başlayır.

Əks təqdirdə, halqaların yaratdığı nəhəng kölgələr, bütün vulkanik və meteor aerozolları ilə birləşərək, daha çox günəş işığını bloklayır, Yer səthinin bərk hissəsinin əksəriyyətini donduran soyuma dövrü başlaya bilər.

İstənilən halda, nə vaxtsa insanlar yenidən ortaya çıxacaqlar- sualtı qayıqlardan, bunkerlərdən və ya dağ zirvələrindən.

Sivilizasiyanı bərpa etməmiş onlar üçün çətin olacaq və uğurlu olacaqlarına da zəmanət verilmir, amma ən azı səmada gözəl halqalarla bunu etməyə çalışacaqlar.

Bəs bütün bunları necə hesablamaq olar?

Bunun üçün sadəcə bir az dəlilik və riyaziyyat lazımdır.

Əgər ikinci ilə maraqlanırsınızsa:

Brilliantdan olan dostlarımız sizin marağınızı praktik bacarıqlara çevirmək üçün mükəmməl məşqçilərdir.

Brilliant praktiki yanaşma ilə elmi əlçatanlaşdıran, problem həll edən vebsayt və proqramdır.

“Problemin həllinin sevinci” və ya “Elmi təfəkkür” kimi 60-dan çox interaktiv kurs sizə riyaziyyat, elm və informatika sahəsində problemləri ev tapşırığını yerinə yetirməkdən daha çox oyun oynamaq kimi hiss etdirəcək şəkildə həll etmək üçün vasitələr verir.

Dərslər sizi hekayələr, kod yazma tapşırıqları və interaktiv çətinliklərlə təəccübləndirəcək, onlar bunu əsasən sizi maraqlandıran və əyləndirən hər hansı bir şeydən istifadə etməklə edirlər.

Bütün məzmun interaktivdir: sadəcə izahatları oxumaq və dinləmək əvəzinə siz formaları və diaqramları idarə edirsiniz, seçimlər edirsiniz və suallara cavab verirsiniz.

Bu yolla özünüz də hiss etmədən nələrisə öyrənmiş olursunuz.

Beləliklə, addım-addım elmlə bağlı uzunmüddətli anlayışınızı inkişaf etdirəcək və STEM hədəflərinizə yaxınlaşacaqsınız.

Elm dünyasına fərqli prizmadan baxmaq üçün Brilliant.org/Nutshell saytına daxil olun və pulsuz qeydiyyatdan keçin.

Kurzgesagt izləyiciləri üçün əlavə üstünlük var: linkdən istifadə edən ilk 200 nəfər illik üzvlükdən 20% endirim əldə edir ki, bu da Brilliantın riyaziyyat, elm və kompüter elmləri üzrə bütün kurslarına giriş verir.

Kurzgesagt-da biz ilk baxışda qeyri-mümkün görünən şeylər yaratmağı sevirik, Brilliant sizə bunu etmək üçün bacarıqlar əldə etməyə kömək edə bilər.

Bu il biz məhdud sayda 3 çox xüsusi sancaq buraxacağıq.

Bunlardan birincisi, Moon Crash Pin Set-idir.

Öncədən sifariş vermək üçün 72 saat vaxtınız var, ona görə də bunu yalnız indi edə bilərsiniz.

12,022 kolleksiyanızı tamamlamaq üçün 2 və 3 nömrəli sancaqlar diqqətinizdə olsun.