Kainatdakı Ən Təhlükəli Şey - Açıqlanmış Qəribə Ulduzlar | Kurzgesagt

🎁Amazon Prime 📖Kindle Unlimited 🎧Audible Plus 🎵Amazon Music Unlimited 🌿iHerb 💰Binance

Video

Transkriptlər

Neytron ulduzları qara dəliyi olmayan ən qatı şeylərdir.

Mərkəzlərində mövcud olan ən təhlükəli maddəni tapa bilərik :

“Qəribə maddə”

Kainat qaydalarına son dərəcə zidd olan bu əcaib şey

kontaktda olduğu hər şeyə yoluxub onları məhv edə bilər.

Ya da bizə kainatın necə başlandığını öyrədə bilər.

Bəlkə də ikisi də ola bilər.

Tərcümə: Dr. İsmayıl

Həqiqətdə “qəribə maddə"nin nə qədər ekstremal olduğunu anlamaq üçün

əvvəlcə bir neçə təməl bilgiyə ehtiyacımız olacaq.

Neytron ulduzu nədir və “qəribə maddə” kainatın qanunlarını necə pozur?

Bütün bunları bir videoda cəmləşdirmək üçün bir neçə şeyi bayağı şəkildə sadələşdirəciyik

ancaq daha çox detal istəsəniz, oxumağınız üçün əlavə mənbə ilə də təmin edəciyik.

Neytron ulduzu çox ağır bir ulduzun supernova partlamasından sonra geriyə qalanıdır.

Bu baş verdiyində, ulduzun mərkəzi

nüvəsi və hissəcikləri şiddətli şəkildə sıxan bu cür güclü daxili cazibə qüvvəsi altında çökür.

nüvəsi və hissəcikləri şiddətli şəkildə sıxan bu cür güclü daxili cazibə qüvvəsi altında çökür.

Elektronlar protonların içinə sıxışdırılır, beləliklə onlar neytronlara çevrilir.

Atomların içərisindəki boşluqlar bir-birinə yaxın olmaq istəməyən, ancaq başqa seçimi olmayan zərrəciklərlə anidən dolur.

Atomların içərisindəki boşluqlar bir-birinə yaxın olmaq istəməyən, ancaq başqa seçimi olmayan zərrəciklərlə anidən dolur.

Onlar var gücü ilə cazibə qüvvəsinə, çöküşə qarşı çıxır.

Əgər cazibə qüvvəsi qalib gələrsə, qara dəliyə dönüşəcəklər.

Əksinə onlar qalib gələrsə, neytron ulduzuna dönüşəcək.

Bu da neytron ulduzlarını bir şəhər böyüklüyündə nəhəng atom nüvəsi edir,

ancaq ağırlığı Günəşimiz qədərdir.

Və burada da işlər qəribələşir.

Neytron ulduzunun mərkəzi mühiti nüvə fizika qaydalarını dəyişdirəcək qədər ekstreminaldır.

Neytron ulduzunun mərkəzi mühiti nüvə fizika qaydalarını dəyişdirəcək qədər ekstreminaldır.

Və bu da qəribə və son dərəcə təhlükəli maddəyə gətirib çıxarır.

Ancaq daha da irəli getməyək.

İlk olaraq qaydaları necə pozduqlarını öyrənmədən öncə qaydaları tanıyaq.

Atom nüvəsini əmələ gətirən proton və neytronlar

kvark adlanan çox kiçik hissəciklərdən əmələ gəlir.

Kvarklar gerçəkdə yalnız qalmaq istəməzlər.

Onları “məhdudlaşdırılmış” adlandırırıq.

Onları bölməyə çalışa bilərsiniz, ancaq siz daha güclü dartdıqca,

onlar da geriyə qayıtmaq üçün bir-birlərini daha da güclü çəkməyə çalışacaqlar.

Siz daha çox enerji istifadə etsəniz, onlar da bu enerjini yeni kvarklar yaratmaq üçün istifadə edəcəklər.

Kvarklar sadəcə digər zərrəciklərin qurucu parçaları olaraq var olurlar

və onlar heç vaxt təklikdə müşahidə edilməmişdir.

Bir çox növləri var, sadəcə ikisi sabit maddə əmələ gətirmək üçün üzə çıxır:

Proton və neytronlarda olan yuxarı və aşağı kvarklar.

Görünüşə görə digər kvarklar sürətlə çürüyür.

Ancaq, bu, neytron ulduzunun içərisində fərqli ola bilər.

Mərkəzlərində fəaliyyət göstərən qüvvələr Böyük Partlayışdan sonra əmələ gələn kainata bənzəyəcək qədər qəribədir.

Mərkəzlərində fəaliyyət göstərən qüvvələr Böyük Partlayışdan sonra əmələ gələn kainata bənzəyəcək qədər qəribədir.

Neytron ulduzunun mərkəzi bizə hər şeyin başlanğıcına diqqət yetirməyə imkan verən fosil kimidir

Neytron ulduzunun mərkəzi bizə hər şeyin başlanğıcına diqqət yetirməyə imkan verən fosil kimidir

Beləliklə, kvarkların neytron ulduzu içində necə hərəkət etdiyini öyrənmək

kainatın öz təbiətini anlamağın bir yoludur.

Bir fərziyyəyə görə neytron ulduzunun içindəki

proton və neytronlar sərbəstdirlər.

Bütün zərrəciklər çiyin-çiyinə sıxılır,

həll olur və əriyərək bir növ kvark vannasına çevrilir.

Sayılamayacaq qədər zərrəcik tamamilə kvarklardan əmələ gələn nəhəng bir şey yaradır:

kvark maddəsi

Bundan əmələ gələn ulduz da kvark ulduzu adlanır.

Bununla belə, xaricdən adi bir neytron ulduzdan fərqli görünməyə bilir.

İndi isə ən təhlükəli maddə haqqında danışa bilərik.

Kvark ulduzunun içindəki təzyiq kifayət qədər şiddətlənərsə,

qəribə hal ala bilər.

Eynən.

Neytron ulduzlarının nüvəsindəki kvarkların bəzisi qəribə kvarklara çevrilə bilər.

Qəribə kvarklar əcaib nüvə özəlliklərinə sahibdir və daha ağırdılar.

və daha yaxşı sözlə, daha güclüdürlər.

Onlar birdən çevrilərsə, “qəribə maddə"ni yarada bilərlər.

“Qəribə maddə” maddənin ideal vəziyyəti ola bilər:

mükəmməl sıxlıqda, mükəmməl dayanıqlıqda və pozulmayan.

Kainatdakı maddələrdən daha dayanıqlı.

Elə dayanaqlıdır ki, neytron ulduzları xaricində də varlıqlarını davam etdirə bilərlər.

Vəziyyət belədisə, bir problemimiz var:

yoluxucu ola bilər.

Toxunduğu maddənin hər hissəsi dayanıqlılığından o qədər təsirlənir ki,

onu da həmin anda “qəribə maddə"yə çevirir.

Protonlar və neytronlar həll olur və enerjisi sərbəst qalan, daha çox “qəribə maddə” yaradan kvark vannasının bir hissəsi olur.

Protonlar və neytronlar həll olur və enerjisi sərbəst qalan, daha çox “qəribə maddə” yaradan kvark vannasının bir hissəsi olur.

Bundan qurtulmanın yeganə yolu onu bir qara dəliyə atmaqdır.

Amma, kimin vecinədi?

Bütün bunlar neytron ulduzlarının içindədir.

Ta ki, neytron ulduzlarının digər neytron ulduzlar ilə toqquşduğu ana qədər,

ya da qara dəliklərlə

içərisindəki möhtəşəm kütləni xaricə çıxardırlar,

onlardan bəzisi stranqlet adlanan qeyri-adi maddənin kiçik damlacıqlardan təşkil olunur

Stranqletlər bir neytron ulduzunun nüvəsi qədər qatıdırlar.

Həqiqətən çox kiçik ola bilərlər, hətta subatomik də,

ancaq ən böyük stranqletlər belə bir raketdən daha böyük olmur.

Bu stranqletlər kainat boyu milyonlarla ya da milyardlarla il səpələnə bilirlər.

ta ki, bir ulduz və ya planetlə təsadüfi qarşılaşana qədər.

Əgər biri dünyaya çarpsaydı, dərhal onu “qəribə maddə"yə çevirməyə başlayacaqdı.

Daha çox çevirdikcə, daha çox böyüyəcəkdi.

Sonunda, Dünyayı əmələ gətirən bütün atomlar çevriləcəkdi.

Dünya asteroid ölçüsündə qaynar bir qaya olacaqdı.

Əgər stranqlet Günəşə çarpsaydı,

quru meşəni əhatələyən od kimi qəribə ulduzun içinə çökəcəkdi.

Bu, Günəşin kütləsini çox dəyişdirməyəcək, ancaq onun parlaqlığını azaldacaqdı.

Nəticədə, Dünya ölümcül şəkildə donacaqdı.

Və kiçicik bir virus kimi, bir stranqletin gəldiyini görməyimiz mümkün olmayacaqdı.

Daha da pisi bəzi fərziyyələr stranqletlərin zənn ediləndən daha çox olduğunu irəli sürür,

kainatdakı bütün ulduzların sayından daha çox.

Bu stranqletlər hər yerdəki bir neytron ulduzunun mərkəzi kimi qatı və qaynar olduğunda

Böyük Partlayışdan dərhal sonra əmələ gəlmiş ola bilər.

Kainat genişlədikcə və inkişaf etdikcə, qalaktikanın cazibə qüvvəsi ətrafında yığıla bilərlər.

Kainat genişlədikcə və inkişaf etdikcə, qalaktikanın cazibə qüvvəsi ətrafında yığıla bilərlər.

Stranqletlər o qədər çox və ağırdılar ki,

hətta qalaktikaları bir yerdə tutduğunu düşündüyümüz qaranlıq maddə belə ola bilərlər.

Ancaq, bəlkə də deyillər.

Bu fərziyyədir, dünya, günəş və planetlər

son bir neçə milyard ildir stranqletlərin atəşfəşanlığında yoxa çıxmadığı üçün

bu qəribəliklərin yaxın zamanda gerçəkləşməyəcəyi görünür.

Bu gün bu qəribə obyektləri anlamaq kainatımızın doğuşunu

və niyə indi göründüyü kimi böyüdüyünə anlamağımıza açar yol ola bilər.

Elm adamları ilk dəfə maqnitlər və dalğalarla oynamağa, elektronlar haqqında düşünməyə başladıqlarında

gələcək 100 ildə texnologiyanın necə inkişaf edəcəyinə dair ideyaları yox idi.

Elm adamlarının indi “qəribə maddə” və neytron ulduzları haqqında düşünmələri

insanları çılğın xəyallarımızın uzağında olan gələcək üçün hazırlaya bilər.

Ya da olmaya bilər

Zaman söyləyəcək.

Yəni, kainatın məhv olduğunu görmək üçün gözləyərkən

hələ onun haqqında əlavə məlumat öyrənmək istəyə bilərsiniz.

Sizin üçün varımızdı.

Brilliantdan olan dostlarımız elm dünyasının tamamına aid intuisiyası ola bilər

qara dəliyə və hər şeyə aid.

Brilliant interaktiv problem həlli kursları və riyaziyyat,

məntiq və mühəndisliklə əlaqəli elmi, praktiki yolla çatdıran vebsaytdır.

Hər bir problem mürəkkəb mövzuları özbaşınıza həll etmək üçün ehtiyacınız olan bütün ləvazimatları təmin edir.

Ancaq əllərinizin əvəzinə beyninizlə həll edərək öyrənin.

Tapmaca və kursların əsasına çatmaq üçün həvəsinizdən istifadə edin

klassik mexanizmalar, astronomiya, cazibə qüvvəsi fizikası və daha çoxu!

Açıqlamadakı keçidə klikləsəniz ya da brilliant.org/nutshell ziyarət etsəniz,

pulsuz üzv ola bilər və xəyal etdiyinizdən daha çox şey öyrənə bilərsiniz.

Və Kurzgesagtın izləyicilərinə əlavə imtiyazı da var:

Keçidi istifadə edən ilk 688 nəfər illik üzvlərində 20% endirim əldə edir ki,

Arxivinizdəki gündəlik problemlərin hamısını görəcək,

və bütün kursları aça biləcəksiniz.

Brilliant gününüzü biraz da səmərəli bitirməyinizə kömək edir.

Macərada ilişib qala bilərsiniz.