İnsanlığın gerçek sınırları - asla aşamayacağımız son sınır. | Kurzgesagt

🎁Amazon Prime 📖Kindle Unlimited 🎧Audible Plus 🎵Amazon Music Unlimited 🌿iHerb 💰Binance

Video

Transkriptlər

Heç vaxt keçə bilməyəcəyimiz bir sərhəd varmı?

Nə qədər çalışsaq da, heç vaxt çatmayacağımız yerlər varmı?

Belə görünür ki, var.

Elmi fantastika texnologiyası ilə belə, içindəki sonlu şeylərlə birlikdə kainatın limitli ciblərinin birində ilişib qalmışıq.

Kainatın bizim üçün mövcud olan hissəsi nə qədərdir və biz nə qədər uzağa gedə bilərik?

Gecə səmasına baxanda elə düşünə bilərsiniz ki, o həmişə orada olacaq.

Ulduzlar sanki sonsuz bir dövrə içərisində doğulur və ölürlər.

Amma bu belə deyil.

Süd Yoluna nəzər salaq:

200,000 işıq ili diametrində 100-400 milyard arası ulduzu özündə saxlayır.

Sizcə, burada hər il neçə ulduz doğulur?

Minlərlə? Milyonlarla?

Cavab təxminən 3-dür.

Hər il 3 yeni ulduz.

Kainatda mövcud ola biləcək bütün ulduzların 95%-i artıq doğulub və biz ulduz formalaşmasının son dövründə yaşayırıq.

Biz bildiyimiz kainatın sonunun başlanğıcındayıq, yeni ulduzların formalaşması yavaşlamağa davam edəcək.

Ancaq bundan daha artığı var.

Belə görünür ki, kainat tələsə-tələsə bizdən uzaqlaşır.

Süd Yolu tək deyil, Andromeda qalaktikası və 50-dən çox cırtdan qalaktika ilə birlikdə onlar kosmosun 10 milyon işıq ili diametrindəki bir ərazisi olan Lokal Qrupu formalaşdırırlar.

Bizim qalaktik qonşuluğumuz.

Lokal Qrup kimi yüzlərlə qalaktika qrupları Laniakea Superqrupunu yaradır, bu da sonsuz sayda superqruplardan yalnız biridir.

Ümumilikdə, hazırki müşahidə edilə bilən kainatı iki trilyona yaxın qalaktika yaradır.

Təəssüf ki, hətta işıq sürəti ilə səyahət edə bilsək belə, görə biləcəyimiz qalaktikaların 94%-i artıq bizim üçün həmişəlik əlçatmazdır.

Bu rəqəmi bir anlıq qavramağa çalışaq.

Bizim üçün bir limitin və insanın heç vaxt toxuna bilməyəcəyi böyük ölçüdə bir kainatın mövcud olması faktı bir qədər qorxuludur.

Niyə bütün bu qalaktikalar artıq əlçatmazdır?

Bu, ilk növbədə elə qalaktikaların mövcudluğu ilə əlaqəlidir: yəni Böyük Partlayışla.

Biz bunu sadələşdirib izah edirik, ancaq Böyük Partlayışdan təxminən 10^-36 saniyə sonra cavan kainatımız çox balaca bir enerji qovuqcuğu idi.

Amma o tamamilə eyniformalı deyildi, bəzi hissələri digər hissələrindən bir balaca sıx idi, bu da çox böyük nəticələrə səbəb oldu.

Müşahidə edilə bilən kainat Kosmik İnflyasiya adlanan bir prosesdə sürətlə genişləndi, saniyənin trilyonda bir hissəsində ölçüsü balaca bir mərmər topdan trilyonlarla kilometrə qədər böyüdü.

Bu elə sürətlə baş verdi ki, həmin o balaca sıxlıq fərqlilikləri subatomik məsafədən qalaktik məsafəyə çevrildi.

Buna görə də kainat daha az və ya daha çox sıx ərazilərdən ibarətdir.

Kainatın cibləri ətraflarındakı kosmosdan əlavə, başqa şeylərlə də doludur.

O qısa, ancaq güclü inflyasiya başa çatdıqdan sonra cazibə qüvvəsi hər şeyi geri, yerinə dartmağa başladı.

Daha sıx ciblərin içindən cazibə qüvvəsi qalib çıxdı və vaxt keçdikcə onlar qalaktika qruplarına çevrildilər, eynilə bu gün içində yaşadığımız biri kimi.

Lokal Qrup kainatda bizim məxsus olan cibimizdir.

Ancaq böyük ölçüdə, daha sıx ciblərin xaricində kosmosun genişlənməsi heç vaxt dayanmadı.

Bu o deməkdir ki, bizim Lokal Qrupumuz çoxlu şeylərlə əhatələnib, ancaq həmin struktur və qalaktikaların heç biri bizə cazibə qüvvəsi ilə bağlı deyil.

Kainat genişləndikcə bizimlə digər cazibə qüvvəli ciblər arasıındakı məsafə də böyüyür.

Ən pisi də odur ki, kainatın genişlənməsi sürətlənir.

Bunun nə üçün baş verdiyini bilmirik, ona görə də “qaranlıq enerji” nəzəriyyəsini yaratmışıq.

Elə təsəvvür edin ki, sanki görünməz bir qüvvə kainatın genişlənməsini sürətləndirir.

Biz bu konseptləri başqa bir videoda ətraflı izah edəcəyik, hələlik bilməyiniz lazım olan şey budur ki, kainat artan sürətlə genişlənir!

Bu genişlənmə o mənaya gəlir ki, ətrafımızda kosmoloji bir üfüq var.

Ondan o tərəfdəki hər şey bizə nisbətən işıq sürətindən böyük bir sürətlə hərəkət edir.

Deməli, bu üfüqü keçən hər şey bizim üçün geri dönülməz bir şəkildə, həmişəlik əlçatmazdır və biz onunla heç vaxt qarşılıqlı əlaqə qura bilməyəcəyik.

Bu bir növ qara dəliyin tədbir üfüqü kimidir, ancaq bütün ətrafımızdadır.

Bu gün gördüyümüz qalaktikaların 94%-i artıq o üfüqü keçib və bizim üçün həmişəlik yoxa çıxıblar.

Bir dəqiqə, necə olur ki, biz onlarla əlaqə qura bilmirik, amma hələ də onları görürük?

Biz hər şeyi işıq vasitəsilə görə bilirik.

İşıq sürəti kainatı səyahət etmək üçün ən sürətli vasitə olsa da, bir yerdən başqa yerə getməsi üçün onun da vaxta ehtiyacı var.

İşıq hər saniyə artıq üfüqü keçmiş trilyonlarla qalaktikadan bizə çatır, çünki işıq yola çıxan zaman onlar bizə çox daha yaxın idilər.

Biz onların qədim keçmişlərinə və mövqelərinə baxırıq.

Beləlikə, müşahidə oluna bilən kainat bizim qarşılıqlı əlaqə qura bildiyimiz kainatdan qat-qat daha böyükdür.

Bir növ, kainat bizim üçün əla bir şou göstərir, artıq əlçatmaz olan şeyləri bizə göstərir.

Bu qalaktikalar bu gün necə görünürlər, heç bir fikrimiz yoxdur, heç vaxt da bilməyəcəyik.

Ancaq işıqları teleskoplarımızda göründüyü müddətcə onları müşahidə edə bilərik.

Maraqlı odur ki, hazırkı müşahidə oluna bilən kainat hələ də böyüyür və bizdən çox uzaqda olan qalaktikalardan milyard illər bundan əvvəl yaranan daha çox işıq gəlib qapımıza çatır.

Amma yenə də…

Lokal Qrupdan kənardakı kainatın bütün cibləri bir gün bizim kosmoloji üfüqümüzü keçəcəklər.

Keçdikləri zaman, artıq onların işıqları bizə gəlib çatmayacaq və bizim nəzərimizdə onlar qaranlığa çevriləcəklər.

Həyatınızın hər saniyəsində 60,000 ulduz o üfüqü keçir.

Bu videonu izləməyə başladığınız andan 22 milyon ulduz bizim üçün həmişəlik əlçatmaz bir yerə köçdülər.

Müşahidə oluna bilən kainatın 94%-i artıq kosmik üfüqdən o tərəfdə və həmişəlik yoxa çıxmış olsa belə, texniki cəhətdən 6%-ə hələ də əlimiz çatır, bu da tonlarla şey deməkdir:

18 milyard işıq ilindən daha az uzaqlıqda olan bütün qalaktika cibləri.

Onlar da bizdən uzaqlaşırlar, ancaq kifayət qədər yavaş hərəkət edirlər və fiziki olaraq onlara çata bilirik, ancaq hər saniyə keçdikcə bu ehtimal azalır.

5 milyon işıq ilindən çox bizdən aralı olan hər şey bizdən uzaqlaşır.

Ancaq ən yaxın qalaktika qrupları ən yavaş irəliləyirlər, yəni onlara çata bilmək üçün vaxtımız var.

Ancaq bu 3-cü tip sivilizasiyalar üçün belə çox çətin bir işdir.

Lokal Qrupdan kənardakı ən yaxın cib olan Maffei Qrupuna işıq sürəti ilə belə getsək, 11 milyon ildə çata bilərik.

Əgər hansısa super motivasiyalı və üstün bir sivilizasiya bu işi öz üzərinə götürsə, onun təsir dairəsi yüzlərlə və ya minlərlə qalaktikaya qədər böyüyə bilər.

Ancaq vaxt keçdikcə və kainat böyüdükcə, onlar həmişəlik ayrılacaqlar.

Rahatlıqla güman etmək olar ki, insanlar üfüqdə görünən texnologiyalarla belə bu səyahətə çıxa bilməyəcəklər.

Böyük ehtimal ki, Lokal Qrup bizim nə vaxtsa bir hissəsi olacağımız strukturlardan ən böyüyüdür.

Sadəcə ulduzlar arası səyahət belə bizim üçün dastanlara yazılacaq bir uğur olardı.

Əgər kosmik bağçamızı belə kolonizə edə bilsəydik, çox müvəffəqiyyətli olardıq.

Bu da müşahidə oluna bilən kainatın 0.00000000001%-i qədərdir.

Qaranlıq enerji kainatın geri qalanını bizdən itələdikcə Lokal Qrup daha da sıxlaşacaq.

Bir neçə milyard ilə böyük, kiçik bütün qalaktikaları nəhəng eliptik bir qalaktikada birləşəcək və “Milkdromeda” kimi qeyri-orijinal bir adı olacaq.

Bu proses hətta böyük qaz buludlarını bir-birilə toqquşdurub ulduz yaranmasını bir müddətlik yenidən başlada bilər!

Və bu yeni işıq çox xoş qarşılanacaq, çünki nə vaxtsa Milkdromedadan kənardakı qalaktikalar bizdən o qədər uzaqlaşacaq ki, artıq onları ayırd etmək mümkün olmayacaq.

Bu baş verən andan etibarən Lokal Qrupdan kənardakı hər hansı bir məlumat bizə heç vaxt gəlib çatmayacaq.

Kainat baxış üfüqümüzdən uzaqlaşacaq.

Uzaq gələcəkdə Milkdromedada anadan olan elə biləcək ki, kainat öz qalaktikasından başqa heç nədən ibarət deyil.

Onlar boş kosmosun dərinliklərinə baxanda ancaq daha çox boşluq və qaranlıq görəcəklər.

Kosmik arxaplan radiasiyasını görməyəcəklər və Böyük Partlayış haqqında öyrənə bilməyəcəklər.

Ola bilər ki, onlar bizim bu gün bildiyimizi heç vaxt bilməsinlər: genişlənən kainatın təbiəti, nə vaxt başlayıb necə bitməsi.

Onlar fikirləşə bilər ki, kainat statik və əbədidir.

Milkdromeda qaranlqda getdikcə daha çox qaranlıqlaşan bir ada olacaq.

Ancaq sözsüz ki, Lokal Qrup özünün trilyonlarla ulduzları ilə bəşəriyyəti uzun bir müddət əyləndirəcək qədər böyük bir oyun meydançasıdır.

Axı biz heç öz günəş sistemimizdən necə çıxa biləcəyimizi belə müəyyən etməmişik və qalaktikamızı kəşf etmək üçün ən az onlarla milyard il vaxtımız var.

Biz dəhşətli dərəcədə şanslıyıq ki, zamanın ən möhtəşəm anında mövcuduq, sadəcə gecə səmasına baxmaqla nəinki gələcəyimizi, həm də ən uzaq keçmişimizi görə bilirik.

Hər nə qədər təcrid olunsa da, Lokal Qrup bizim evimizdir.

Və o həqiqətən də möhtəşəm bir yerdir.

İndi isə səhnəarxası məzmun vaxtıdır.

Yəqin fikir vermisiniz ki, biz bu videonu bir neçə il əvvəl artıq hazırlamışdıq.

Ancaq orijinal videoda peşman olduğumuz bir səhv var idi.

Orada biz demişdik ki, Lokal Qrupdan başqa qalaktika qruplarına çata bilməyimiz fiziki olaraq imkansızdır.

Ancaq bu videoda da göstərdiyimiz kimi, bizim səyahət limitimiz əslində, çox daha böyükdür.

Bunu edə biləcəyimiz fiziki olaraq mümkünsüz deyil, sadəcə baş vermə ehtimalı çox kiçikdir.

Bəs nə üçün o videonu saxladıq?

Bu, həmin səhvin təbiəti ilə bağlıdır.

Biz astrofiziklərlə danışdıq və onlar dedilər ki, bunun əhəmiyyəti yoxdur.

Onların vacib hesab etdiyi hissələr doğru idi və onlar düşündülər ki, biz videonu olduğu kimi saxlayıb davam etməliyik.

Onların rəyi ilə həmin videoya dəyməməyə qərar verdik.

Lakin 2016-cı ildən bəri sizin sayənizdə Kurzgesagt-ı böyüdə, komandamıza fakt yoxlama əlavə edə, bu cür səhvləri təkrarlamamaq və işimizi şəffaf görmək üçün mütəxəssislərlə və detallı mənbə sənədlərimizlə hərtərəfli bir proses yarada bilmişik.

Hərdən səhv etməkdən qaça bilməsək də, daha yaxşı olmaq üçün çox çalışa bilərik.

Bu video isə bizi narahat edirdi.

Ona görə də nəhayət qərara gəldik ki, onu dəyişək, yenidən yükləmək əvəzinə onu daha uzun və daha yaxşı etdik, maraqlı kainat faktları da əlavə etdik.

Bağışlayın ki, gec oldu.

Köhnə videonu saxlayacayıq, ancaq ora bir rəy əlavə edib, başlığı da dəyişəcəyik.

Bizi və bəzən yorucu, amma ümid edirik dəyərli metodlarımızı dəstəkləmək istəyirsinizsə, “zəngi vura” və paylaşa və mağazamızdan nəsə əldə edə bilərsiniz.

Bu videonun mövzusundan ilhamlanaraq “Süd Yolu” və “Lokal Qrup” posterləri hazırlamışıq və hazırda bütöv kainat haqqında seriyalar üzərində işləyirik.

Sevgi ilə dizayn olunub qayğı ilə istehsal olunan elm və Kurzgesagt mövzulu məhsullarımızı görmək üçün mağazamızı ziyarət edin.

Hər bir halda, izlədiyiniz üçün təşəkkürlər.