Dinozavrlar HƏQİQƏTƏN necə görünürdü? | Kurzgesagt

🎁Amazon Prime 📖Kindle Unlimited 🎧Audible Plus 🎵Amazon Music Unlimited 🌿iHerb 💰Binance

Video

Transkriptlər

Keçmiş - böyük partlayışla başlamış və indiki zamanda bitən, hər an genişlənən böyük və sirli bir diyardır.

Bu, əvvəldən gələn hər şeyin evidir, bu günümüzü başa düşməyin açarıdır.

Burada biz planetimizdə indiyə qədər dolaşan ən heyrətamiz canlıları tapırıq, yüz milyonlarla növü ilə o qədər müxtəlifdir ki, bizim təxəyyülümüz onları təsəvvürünə gətirə bilmir..

Təəssüf ki, keçmiş sirlərini ehtiyatla qoruyur.

Keçmişlə bağlı bildiyimiz çox şey olsa da, bilmədiyimiz daha çox şey var.

Ən pisi isə budur ki, yəqin ki, haqqında bilmədiyimizi belə bilmədiyimiz daha çox şey var.

Həyatın möcüzəsini düşünün: indi biz təxminən 1,5 milyon eukaryotik növü tanıyırıq, lakin bu gün təxminən 10 milyona qədər canlı növü var.

Hər il kollektiv biliklərimizə təxminən 15.000 yeni növ əlavə etsək də, yer üzündəki həyatın böyük əksəriyyəti hələ də kəşf edilməmişdir.

Bu gün ətrafda olan yalnız budur.

Keçmiş dövrlərdə planetimizdə təxminən dörd milyard növ yaranmışdır.

Lakin onların ən azı 99%-i insanlar hətta ilk sözlərini belə deməzdən əvvəl ölmüşdü.

İndiyə qədər mövcud olan bütün müxtəlif növlərin böyük əksəriyyəti o qədər tamamilə silinmişdir ki, onlar keçmişin “naməlum” hissəsinin bir hissəsinə çevrilmiş və bizim üçün əbədi olaraq itmişdir.

Bu, həqiqətən belədirmi?

Elm və təxəyyülümüzdən istifadə edərək əlçatmaz keçmişin kölgəsinə işıq sala bilərikmi?

Gəlin bildiyimizdən başlayaq.

Keçmiş canlılar haqqında məlumat əldə etmək üçün bizə fosillər, keçmiş geoloji dövrlərdən qorunmuş istənilən növ qalıqlar - sümüklər və ya qabıqlar, təəssürat və ya izlər, kəhrəbada qorunan əşyalar lazımdır.

Yer üzündəki bütün fosillərin məcmusuna fosil qeydləri deyilir və bu, keçmişimizə dair ən mühüm pəncərədir.

Ölü bir heyvanın fosilləşməsi üçün bir sıra şeylər düzgün getməlidir: düzgün mühit, zaman və şərait.

Daha sonra fosil milyonlarla və ya yüz milyonlarla il sağ qalmalı və sonra yenidən səthə çıxmalı və təbii proseslər onu həll etməzdən əvvəl kəşf edilməlidir.

Ona görə də indi sahib olduqlarımız və bildiklərimiz bir növ möcüzədir.

Məsələn, dinozavrları götürək, çünki onlar təxminən 165 milyon il ərzində ən böyük və ən uğurlu heyvan qruplarından biri olublar və həm də onları animasiyaya çevirmək çox əyləncəlidir.

Onlar əslində necə idilər və bizdə nə çatışmır?

Son 200 ildə 1000-dən çox dinozavr növünə aid on minlərlə fosil tapmışıq.

Son vaxtlar biz qızıl bir kəşf dövrünə qədəm qoymuşuq və hər il 50-yə yaxın yeni dinozavr növü kəşf edilir, onlar haqqında bildiklərimizi və bilmədiklərimizi genişləndirir, bu isə heyrətamizdir.

Ancaq bu həm də bizi keçmişə dair itirdiyimiz hər şeydən xəbərdar edir.

Təsəvvür edin ki, son 50 milyon il ərzində yaşayan bütün heyvanları götürüb təsadüfi olaraq fosilləşmək üçün 1000 növdən 10000 fərd seçmişik.

Gözdən qaça biləcək və ya həqiqət ola bilməyəcək qədər qəribə görünən hər şeyi düşünün.

Məsələn, zürafə kimi: atla antilopun balasına oxşayan, uzun boğazlı və iki balaca tüklü buynuzları olan, qəhvəyi naxışlı sarı bir heyvan.

Neçə belə “zürafə dinozavrlar” olub?

Çox qəribə olan və təkamülün ekoloji nişlər üçün bədənlərini absurd şəkildə formalaşdırdığı, bu gün bizə uydurulmuş kimi görünə bilən heyvanlar.

Biz bilirik ki, bir çox növ məhz yaşadıqları mühitə görə əbədi olaraq yoxa çıxıblar.

Məsələn, zəngin cəngəlliklər fosilləşmənin qarşısını alır, çünki bir heyvanın burada basdırılma ehtimalı minimaldır.

Hər ölçülü, saysız-hesabsız zibil yığanlar, təzə ölmüş heyvanları son dərəcə tez parçalayır və torpaq o qədər turşdur ki, onların sümükləri əriyir.

Və buna görə də cəngəlliklərdə dinozavr fosilləri praktiki olaraq yoxdur.

Bu gün məlum olan bütün növlərin yarısı Yer kürəsinin yalnız 2%-ni tutan bir neçə cəngəllikdə yaşayır.

Milyonlarla il əvvəl dinozavrlar yer üzündə gəzərkən cəngəlliklər planetin daha çox hissəsini əhatə edirdi.

Kəhrəba içərisində qalan bəzi böcəklər və digər kiçik heyvanların yanında heç bir iz buraxmadan ortaya çıxan və yox olan milyonlarla növ olmalıdır.

Onlar bilinməyən bilinməyənin dərinliyində ilişib qalıblar.

Ancaq ümumiyyətlə, biologiya bizi büdrədir.

Öz bədəninizə baxın.

Əsasən, yumşaq, süngər və yapışqan kimidir.

Hansı ki, çox da yaxşı qorunmur.

Geriyə ən uzun qalan isə sümüklərinizin kristallaşmış hissələridir və buna görə də dinozavr fosillərinin əksəriyyəti sümüklər və ya dişlərdir- ümumiyyətlə, bütün skeletlər deyil, parçalardan ibarətdir.

Bu da o deməkdir ki, bütün sümüksüz və ya qabıqsız heyvanlar demək olar ki, fosil qeydlərindən silinmişdir.

Bu gün qurdlar, meduzalar və çılpaq ilbizlər kimi qəribə heyvanların heyrətamiz müxtəlifliyinə nəzər salsaq, yox olanları yalnız fərz edə bilərik.

Ancaq şükürlər olsun ki, bir çox yumşaq və yapışqan növlər də keçmişimiz haqqında bizə çox şey söyləyən inanılmaz çeşidlikdə qabıqlar qoyub gedib, heç olmasa onlara sahibik.

Yenə də son yarım milyard ildə mövcud ola biləcək bütün sümüksüz növlər haqqında düşünsək də, onları təsəvvür etmək üçün etdiyimiz ən yaxşı cəhd belə uğursuz olur.

Lakin nələrisə sümüklərinə əsasən təsəvvür emtək çox da sadə bir iş deyil, ona görə də dinozavrların əslində necə göründüyünü təsəvvür etmə tərzimiz son bir neçə ildə çox dəyişib.

Keçmişdə bir çox illüstrasiyalar şiddət və təhlükəni ifadə edən dişli gülümsəmə ilə sümüklü, minimalist görünüşə malik idi.

Amma indiki heyvanları sırf əylənmək üçün skeletlərinə əsaslanaraq oxşar şəkildə çəksək, ən qəribə canlıları əldə edərik.

Fillər, qu quşları və babunlar kabuslardakı canavarlara bənzəyər.

İndiki heyvanlara oxşar tərzdə, biz dinozavrları daha yumşaq toxumalara, piyli qarınlar və ya sinələrə, dəri qapaqları, dodaqlar və diş ətləri kimi qəribə yumşaq hissələrə və onları daha xoş yoldaşlar kimi göstərəcək daha qabarıq xüsusiyyətlərə malik təsəvvür etməliyik.

Bəzi yumşaq xüsusiyyətlər, əslində, nəsli kəsilmiş heyvanların skeletlərində axtara biləcəyimiz sümüklərdə səciyyəvi izlər buraxır və oxşar xüsusiyyətlərə malik olan bugünkü heyvanlar həqiqətən faydalıdır.

Rənglə bağlı da oxşar hekayədir.

Canlı quşların lələklərinin nəyə bənzədiyini bildiyimiz üçün müasir texnologiya və lələklərin qorunub saxlanmış son dərəcə nadir fosilləri bizə nəsli kəsilmiş dinozavrların əsl rənglərinə nəzər salmağa imkan verir.

Kiçik Sinosauropteryx-in zolaqlı bir quyruğu olduğunu və kiçik dinozavr yoldaşı Anchiornis huxleyi-nin ağ və qara olduğunu və başının ətrafında parlaq qırmızı lələklər olduğunu bilirik.

Ancaq yenə də, əslində nəsli kəsilmiş növlərin böyük əksəriyyəti üçün onların hansı rəngdə olduqları barədə heç bir məlumatımız yoxdur.

Ancaq müasir dinozavrların, quşların nəyə bənzədiyini bilirik və burada ən heyrətamiz müxtəlifliyə şahid oluruq.

Bəzi dinozavrlar arxa planda qalmağa çalışarkən, digərləri isə yoldaşlarını cəlb etmək və ya təhlükəli görünmək üçün aqressiv rəng sxemləri tətbiq etmiş ola bilər.

Bəzilərinin görkəmli bəzəkləri və ya rəngli dimdiyi olmuş ola bilər.

Bəziləri zolaqlı və ya naxışlı olmuş ola bilər.

Eynilə, dinozavrların davranışı haqqında çox şey bilmirik, baxmayaraq ki, mövcud heyvanlardan nəticə çıxara bilərik.

Məsələn, hətta aslan kimi ən zirvədəki yırtıcılar belə, vaxtlarının çox hissəsini ətrafda uzanaraq, bir-birlərini qucaqlamaq, yalamaq və oynamaqla keçirirlər.

Nə üçün dinozavrlar fərqli olsun ki?

Qüdrətli dişləri ilə kəllə sümüyünü və yəqin ki, indiyə qədərki hər hansı bir quru heyvanının ən böyük dişləmə gücünü ilk dəfə tapanda biz T-reksi rəhmsiz və axmaq bir heyvan olaraq təsəvvür etmişdik.

Lakin müasir skan texnologiyası T-reksin bəzi əvvəlki nəhəng ət yeyənlərə nisbətən, daha böyük beyin-bədən nisbətinə malik olduğunu ortaya qoydu.

Və yəqin ki, onun çox kəskin eşitmə, görmə və qoxu hissi var idi və çox güman ki, axmaq bir heyvan deyildi.

Ola bilsin ki, T-reks vaxtının çoxunu oynamaqla keçirən və ya ac olmadıqda potensial yoldaşının diqqətinin cəlb edə bilən sevimli bir məxluq idi.

Eyni şəkildə, buynuzları və qalxanları Seratopsidləri təbii doğulmuş döyüşçülər kimi göstərsə də, yəqin ki, onlar bundan daha artığı idilər.

Müasir heyvanların davranışlarına və bəzilərinin cütləşmək üçün etməli olduqları kompleks rəqslərə əsaslansaq, bəlkə də onların qalxanları inanılmaz dərəcədə rəngarəng idi, bəlkə də bu gün bir çox quş kimi onlar da yoldaşları üçün rəqs edirdilər.

Bu canlılar necə də heyrətamiz olmalı imişlər.

Və onları birinci əldən təcrübə edə bilməmək bizim üçün necə böyük bir itkidir.

Daha da böyük itki odur ki, onlar haqqında heç vaxt bilməyəcəyimiz nə qədər çox şey var və daha da faciəlisi odur ki, cəfəng və gözəl varlıqlar izsiz yoxa çıxıblar.

Ancaq həyat belədir- zaman hisslərimizə əhəmiyyət vermədən irəliləyir və keçmiş hər keçən an genişlənir.

Bu gün yaşayan vəhşi heyvanların çoxu böyük ehtimalla geridə fosillər qoymayacaq və sadəcə əbədi olaraq yox olacaqlar.

Ancaq bununla bağlı nəsə edə bilərik- şahidi olduğumuz məhvi sürətləndirmək əvəzinə, həyatın keşikçiləri ola və onu tapdığımız yerdə qoruya bilərik.

Əgər mümkündürsə, vəhşi təbiətdə, olmasa da muzeylərdə, filmlərdə və beynimizdə.

Çünki bizim təxəyyülümüz nə qədər heyrətamiz olsa da və bilinməyən naməlumların bir hissəsi olan heyvanlar haqqında düşünmək nə qədər valehedici olsa da- indiki zamanda onlara şahid olmaq daha yaxşıdır.

Əslində yaşadığımız, həyatı baş verdiyi vaxt təcrübə etdiyimiz torpaq.

Bu il dinozavrlarla qarşılaşmağın daha bir maraqlı yolu var: 12.022 İnsan Era Təqvimi: Eonlar Nəşri.

Həmişə olduğu kimi, biz insan dövrünü təmsil etmək və dünyanın bütün mədəniyyətlərini əhatə etmək üçün adi təqvimə 10.000 il əlavə etdik.

Lakin bu il biz nəhəng zirehli balıqlar, dərrak kərtənkələləri və ya nəhəng ərincəklər kimi Fanerozoy dövrünün bütün unudulmuş heyvanlarını və bitkilərini 12 mükəmməl səhifədə nümayiş etdirmək üçün əhatə dairəmizi bəşəriyyətdən kənara da genişləndirdik.

Çoxhüceyrəli həyatın necə asteroidlərin təsirindən, vulkanlardan və donmuş okeanlardan sağ çıxaraq yarım milyard ildən çox davam etdiyinə şahid olun.

Və əlbəttə ki, pandemiyalar.

Sonda həyat həmişə bir yolunu tapır və biz bunu qeyd etməliyik!

Çox parlaq, yüksək keyfiyyətli və bitdikdən sonra bir daha satışa çıxmayacaq məhdud buraxılışı əldə edə bilərsiniz.

Bu kanalda gördüyümüz işlərə dəstək olmaq, ruhunuzdakı boşluğu doldurmaq və ya sadəcə gözəl bir şeyə baxmaq üçün.

Hər il olduğu kimi bəzi sevimli məhsullarınızla paketlərimiz və xüsusi təqvim hədiyyələrimiz də var.

Hər il təqvimi alan minlərlə insana çox təşəkkürlər, hər kəs üçün video yaratmağımıza və onları pulsuz olaraq yayımlamağımıza imkan verirsiniz.

Sizə xoşbəxt bir 12,022-ci il arzulayırıq.