Kosmos lifti - elə bil ki, insanlığın gələcəyi. | Kurzgesagt

🎁Amazon Prime 📖Kindle Unlimited 🎧Audible Plus 🎵Amazon Music Unlimited 🌿iHerb 💰Binance

Video

Transkriptlər

Kosmosa getmək çətindir.

Hər nə qədər planetimizi qaranlıqda süzülərkən görmək üçün

asan və maddi cəhətdən mümkün bir yol olmağını arzulasaq da

hal-hazırda bunu görə bilməyin yolu ya astronavt, ya da milyarder olmaqdan keçir.

Amma bunu mümkün edə biləcək bir konsept var;

Eyni zamanda bu konsept kainatın kəşfi üçün bir başlanğıc ola bilər.

KOSMOS ELEVATORU

Bəs tam olaraq necə işləyir?

Kosmos elevatorunun bizi kosmosa necə aparacağını anlamaq üçün

əvvəla orbitin nə olduğunu anlamaq lazımdır.

Orbitdə olmaq bir şeyə doğru düşmək,

ancaq çox sürətə görə ötüb keçməkdir.

Yer üzündə topu havaya atanda qövs çəkib

yerə düşəcəkdir.

Kosmosda isə Yerin cazibə qüvvəsi, demək olar ki, eyni şəkildə hərəkət etməyinizi təmin edəcəkdir.

Amma kifayət qədər sürətli bir şəkildə hərəkət etsəniz

Yer kürəsinin əyriliyi Yerin cazibəsinin sizi çəkdiyi sürətdə

Yerüzünün sizdən uzaq qalmasını təmin edər.

Yəni, dünyanın orbitinə girmək üçün raketlər yuxarıya

və yana doğru sürətli bir şəkildə getməlidir.

Əksinə, kosmos elevatoru dünyanın dönmə sürətindəki enerjidən istifadə edərək

daşınan yükün sürətlənməsini təmin edir.

İpə bağlı bir oyuncağı fırladan bir uşaq düşünün,

uşağın əlində bir qarışqa olsun.

Qarışqa ipə dırmanıb yüksəlməyə başladıqca gedərək sürətlənir.

Raketlərlə qarşılaşdırdıqda, elevatorla yuxarı qaldırılan bir yükün

sadəcə qalxması üçün enerji təmin etməlisiniz.

Orbit boyunca hərəkət dünyanın fırlanması ilə təmin olunur.

Amma bir kosmos elevatoru ,şübhəsiz ki,

insanlar tərəfindən tikilən ən böyük ve ən bahalı struktur olacaq.

Yəni, buna dəyər?

Burada hər şey xərclərə bağlıdır.

Raketlər böyük miqdarda yanacaq istifadə edir;

sadəcə kosmosa kiçik bir miqdarda yük çıxarmaq üçün

bugünkü qiymətlərlə, 1 kiloqram yükü kosmosa qaldırmaq 20 min dollara başa gəlir.

Bu, normal bir adam üçün 1.3 milyon dollar,

Maşını üçün də 40 milyon dollar deməkdir.

Yeni bir kosmik stansiya üçün də milyardlarla dollar.

Bu ciddi xərclər hava səfərləri üçün böyük bir maneədir.

İnkişaf edən texnologiyaya baxmayaraq,

bu xərclərin yaxın gələcəkdə hava yolu biletləri ilə müqayisə edilə biləcək vəziyyətə gəlməsi güman olunmur.

Amma bir kosmos elevatoru bu problemi həll edə bilər.

Tikintisindən sonra

bir kosmos elevatorunun bu xərcləri 100 dəfə endirməsi, yəni bir kiloqramın 200 dollara başa gələcəyi gözlənilir.

Əgər bahalı olmayan bir kosmos elevatorunun 20 milyard dollar olacağını fərz etsək,

sadəcə 1 milyard ton yük daşıdıqdan sonra bu itkini kompensasiya edərik.

Bu da təxminən 2 kosmik stansiyanın ağırlığına bərabərdir.

Bəs real həyatda bir kosmos elevatoru necə görünür?

Bir kosmos elevatorunun 4 əsas komponenti var.

hörük (bağlayıcı vasitə), lövbər, qarşı ağırlıq, və qaldırıcı.

Kosmos elevatorunun əsas hissələri hörük və qaldırıcıdır.

Hörük yerin səthindən kosmosa qədər uzanır.

Qaldırıcı ənənəvi bir elevator ekipajı kimidir,

hörüklə yuxarı və aşağı gedən bir kameradır.

Təməlində bir lövbər olur,

hansıki, hörüyü dünyaya sancıb qaldırıcı üçün port vəzifəsini icra edir.

Təpədə isə, hörüyün digər ucunu tutan qarşı ağırlıq var.

Hörük bir ip kimi bərk-bərk tutulur

və qarşı ağırlığın təmin etdiyi gərginliyin sayəsində forması qorunur və dəstəklənir.

Bu qarşı ağırlıq dünyanın səthindən 36 min kilometr yuxarıda yerləşir.

Qarşı ağırlığın yerində bir kosmik stansiya da ola bilər.

Bu kosmik liman qalxacaq sərnişinlər üçün bir uçuş nöqtəsi ola bilər.

Bəs, həqiqətən, birini inşa edə bilərikmi?

Buna cavab vermək çətindir.

Ən böyük çətinlik hörük olacaq.

Hörük yüngül, münasib (maddi cəhətdən)

və hal-hazırda istehsal etdiyimiz materiallardan daha dayanıqlı olmalıdır.

Qrafen və almaz kimi ümidverici maddələr var.

Amma bu ikisi belə kifayət qədər güclü olmaya bilər.

İnanılmaz dərəcədə güclü olmasının başqa

Hörüyün eyni zamanda atmosferik korroziyaya, radiasiyaya,

mikrometeoritlərə və tullantılara qarşı dayanıqlı olması lazımdır.

Eyni zamanda bu elevator ilə kosmosa qalxmaq bir neçə gün çəkə bilər.

Qaldırıcıya necə güc verəciyik?

Bu çox enerji tələb edir.

Elevator ekipajında bir nüvə reaktoruna ehtiyacımız var?

Yerdən super güclü bir lazerləmi güc verəcəyik?

36 min kilometr uzunluğundakı hörgünü hazırlamaq üçün lazım olan xammaddəni haradan əldə edəcəyik?

Dünyada edib kosmosa atacağıq,

yoxsa kosmosda edib Yere doğru atacağıq?

Asteroid mədənçiliyi buna bir cavab ola bilərmi?

Qısacası, aşmalı olduğumuz çoxlu texniki maneələr var.

Eyni zamanda risksiz bir kosmos elevatorundan söhbət gedə bilməz.

Əgər hörük qoparsa möhtəşəm bir şəkildə çökər.

Əgər lövbərə yaxın bir yerdə qopsa,

Qarşı ağırlığın tətbiq etdiyi güc sayəsində bütün elevatorun

kosmosa doğru yüksəlməsi mümkündür.

Əgər qarşı ağırlığın yanında qopsa,

Hörük bu dəfə aşağı düşər;

dünyanın ətrafına sarılaraq bir düyün əmələ gətirər.

Bunun nəticəsində orbitdə yer alacaq dağıntı parçaları gələcək kosmik uçuşlar üçün böyük problemlər yarada bilər.

Əgər bir kosmos elevatoru tikəcəyiksə, ilk dəfədən düz etməliyik.

Bu səbəblərdən ötrü bəzi mütəxəssislər əvvəla Ayda

bir kosmos elevatorunun tikilməsini təklif etdilər.

Ayın cazibə qüvvəsi Yerlə müqayisədə daha çox zəifdir.

Yəni kevler kimi daha zəif, amma mövcud olan bir material

hörük kimi xidmət edə bilər.

Bütün bu maneələrə baxmayaraq

işləyən bir kosmos elevatoruna sahib olmağın dəyəri çox möhtəşəm olacaqdır.

Bu, həqiqətən də, kosmosu kəşf edən bir sivilazasiya olma yolunda ilk addım ola bilər.

Bəlkə də heç bir zaman bir kosmos elevatoru tikə bilməyəcəyik.

Amma bunun üçün çabalayaraq çox şey öyrənə bilərik.

Və məsələ kosmosu kəşf etmək olduqda

möhtəşəm bir gələcək üçün nə qədər xəyal etsək azdır.