1200 saatda bir Kurzgesagt videosu necə hazırlanır? | Kurzgesagt

🎁Amazon Prime 📖Kindle Unlimited 🎧Audible Plus 🎵Amazon Music Unlimited 🌿iHerb 💰Binance

Video

Transkriptlər

İllərdir insanlar videolarımızı necə düzəltdiyimizi soruşur.

Yaxşı, gəlin nəhayət ki, bu haqda danışaq.

1200 saat və ya daha çox müddətdə bir Kurzgesagt videosunu necə hazırlamaq olar.

İlk növbədə, bizə bir mövzu lazımdır.

Potensial mövzu siyahımız onsuz da sonsuzdur və biz hər dəfə nəyisə araşdırdıqda bu siyahı daha da uzanır.

Buna görə də, biz sadəcə olaraq, maraqlı hesab etdiyimiz mövzusun üzərində işləyirik.

Bu, ciddi, maraqlı, şəxsi və ya sadəcə axmaq bir şey ola bilər.

Bu müxtəliflik əyləncənin yarısıdır.

Biz mürəkkəb şeyləri asanlıqla başa düşülən şəkildə izah etmək və elmi mövzuları valehedici və gözəl etmək istəyirik.

Ancaq biz həm də zaman-zaman hekayələr danışmaq və kainat haqqında hisslərimizi ifadə etmək istəyirik.

Təməli qoymaq: ssenari

Araşdırmamız kitablar və ya elmi məqalələr oxumaqla və bizi düzgün istiqamətə yönəldən müxtəlif ekspertlərlə söhbət etməklə başlayır.

Biz faktlara əsaslanan dünyagörüşünə sahib olmaq istəyirik və videolarımız da bunu əks etdirməyə çalışır.

Ona görə də biz bir mövzu üzərində işləyərkən ona olan baxışımızı tez-tez dəyişməli oluruq.

Adətən bir neçə həftəlik araşdırmadan sonra yazmağa başlayırıq.

Ssenari dağınıq bir qaralama ilə başlayır, sonra yenidən yazılır və təkrar-təkrar redaktə edilir.

Nəyisə təhrif etmədiyimizdən əmin olmaq üçün ekspertlərdən faktları yoxlayıb düzəlişlər etmələrini xahiş edirik.

Yazmaq videolarımızın ən çətin hissəsidir və bu prosesi sürətləndirmək çox çətindir.

Adətən, bir ssenarinin hazırlanması bir neçə həftə və sözün həqiqi mənasında tamamlanması isə illər çəkir.

Gəlin vizuallaşdıraq: illüstrasiya

Ssenari hazır olduqda videonun eskizini çəkməyə başlayırıq.

Vizual metaforaları, fikirlər arasında keçidləri düşünməyə və hansı səhnələrin daha çox diqqətə ehtiyacı olduğuna qərar verməyə çalışırıq.

Adobe Illustrator proqramında orta hesabla 200 panel çəkilməlidir.

İllüstrasiya kitabxanası yaratmağımıza baxmayaraq, videolarımıza daha unikal görünüş vermək üçün hələ də əksər illüstrasiyaları sıfırdan edirik.

Ümumi fikir, mümkün qədər aydın şəkildə izah etmək üçün ssenaridəki sözlərə düzgün təsvirlər tapmaq, eyni zamanda izləmək üçün maraqlı şeylərin olmağıdır.

Həmçinin, burada biz bütün vizual detalları əlavə edirik.

Ümumilikdə, iki-üç illüstrator videonun illüstrasiyasına 8-12 həftə vaxt sərf edir.

İndi növbə məndədir: səsləndirilmə

Bütün video illüstrasiya edildikdə, hekayə səsləndirilməsi Neumann TLM 103 mikrofonu və Pro Tools vasitələri ilə kiçik səsyazma studiyasında yazılır.

Axını qorumaq vacibdir, ona görə də mən bir versiyanı tamamladıqdan sonra paraqraflara və cümlələrə geri qayıdıram, ta ki, onlar düzgün hiss olunana və tam versiya hazır olana qədər.

O artıq canlıdır: animasiya

İndi isə səhnələr və audiolar canlandırılmalıdır.

Biz Adobe After Effects-də hər şeyi hərəkətə gətiririk və bu yaxınlarda Cinema 4D ilə təcrübə aparmağa başlamışıq.

Edilməli olan ilk şey illüstrasiyalı səhnələri ayırmaq və onları düzməkdir.

Daha sonra yüzlərlə və ya minlərlə hissə After Effects-ə yüklənir.

Hər personaj elə hazırlanıb ki, onları daha təbii şəkildə hərəkət etdirmək olar.

Vaxta qənaət etməyimizə kömək edən bir neçə əlavədən başqa, ekranda hərəkət edən hər bir şey əl ilə hərəkət etdirilir.

Beləliklə, iki-üç animator ümumilikdə təxminən 8-10 həftə ərzində bütün səhnələri canlandırırlar.

Zirvədə sonlandırmaq: Musiqi və səs dizaynı

Axırıncı mərhələ musiqidir.

Hər bir mahnı unikal atmosfer yaratmaq və vacib hissələri vurğulamaq məqsədilə hazır video üçün bəstələnmiş orijinal musiqilərdir.

Bütün mahnıları SoundCloud və Spotify-dan dinləyə bilərsiniz.

Nəhayət, tortun üstündəki krem isə səs effektləridir.

Ola bilsin ki, çoxunuz heç onları diqqətə almırsınız, bu isə təəssüfedicidir, çünki onlar həqiqətən videoya əlavə çox şey qatırlar.

Odur ki, videonun tam dərindən başa düşmək istəyirsinizsə, qulaqlıq ilə videoya baxmağa çalışın.

Bütün bu addımlar paralel olaraq baş verir, çünki biz adətən eyni anda, müxtəlif mərhələlərdə iki-dörd video üzərində işləyirik.

Burada qeyd etmədiyimiz saysız-hesabsız təftişlər və düzəlişlər də var.

Bir neçə gündən bir birlikdə oturub işimizi nəzərdən keçiririk və hər şey düzgün olana qədər onu düzəldirik.

Və budur - bir Kurzgesagt videosu üçün ən azı 1200 saat lazım olur.

Təsəvvür etdiyiniz kimi, böyük bir komanda olaraq minlərlə saat videolar hazırlamaq və sonra onları pulsuz olaraq internetə yerləşdirmək qəribə bir biznes modelidir.

Biz bu illər ərzində ayaqda qalmaq üçün bir sıra müxtəlif şeylərə arxalanmışıq.

QHT-lər, startaplar və ya korporasiyalar üçün kommersiya işi, şirkətlər və ya təşkilatlar tərəfindən sponsorluqlar və qrantlar.

Alman kanalını canlandırmaq üçün Alman ictimai yayımından Funk ilə və İspan kanalını açmaq üçün Wix ilə müqavilə bağladıq.

Amma həqiqət budur ki, biz yalnız sizin sayənizdə etdiklərimizi edə bilirik.

Bizim ən vacib iki gəlir mənbəyimiz sizin birbaşa dəstəyiniz, yəni məhsullarımız və Patreondur.

Beləliklə, əgər Kurzgesagt-a birbaşa dəstək olmaq və bizim davamlı olmağımıza və daha çox video çəkməyimizə kömək etmək istəyirsinizsə, bunu mağazamızdan gözəl bir şey əldə etməklə, patreon hesabımıza üzv olmaqla və ya quş ordumuza qoşulmaqla edə bilərsiniz.

Ancaq özünüzü məcbur hiss etməyin.

Videolarımızı izləmək və paylaşmaq belə, bizə çox kömək edir.

Lakin bizi birbaşa dəstəkləmək istəyirsinizsə, çox sağ olun.

Siz videolarımızı hər kəs üçün pulsuz edirsiniz.

Siz bizə təcrübə keçməyə və təkmilləşməyə, müstəqil qalmağa və çox qorxulu və ya çox böyük görünən, iddialı layihələr üzərində işləməyə imkan verirsiniz.

Kurzgesagt başlayanda ağlımızda müəyyən bir məqsəd yox idi.

Bu, şəxsi bir layihə kimi başlamışdı, çünki vaxt və sevgi ilə nəsə etmək yaxşı bir hiss idi və bu, bu gün üçün də doğrudur.

Bizim məqsədimiz bu videoları yaratmaqdır.

Bu işi hər gün görüb, getdikcə daha da təkmilləşmək.

Elmi daha gözəl və daha maraqlı etmək.

İlk abunəçimizdən on milyonuncuya qədər, yeddi ildir bizimlə qaldığınız üçün çox sağ olun!

Bu səyahət çox çılğın və çox əyləncəli idi və biz hazırda üzərində işlədiyimiz materialları bir ildən, bəlkə də iki ildən sonra sizinlə bölüşmək üçün səbirsizlənirik.

Biz vaxtaşırı bunun kimi videolar çəkmək istəyirik.

Cavablandırmağımızı istədiyiniz suallarınızı Reddit-də bizə verə bilərsiniz.

Link videonun açıqlama hissəsində qeyd olunub.