Sərhədsiz resurslar kosmik mənbələrdən - asteroid madenciliyi. | Kurzgesagt

🎁Amazon Prime 📖Kindle Unlimited 🎧Audible Plus 🎵Amazon Music Unlimited 🌿iHerb 💰Binance

Video

Transkriptlər

Ah, bəşəriyyətin bir neçə on il əvvəl yarada biləcəyindən daha güclü bir kompüterdə, Youtube-da təsadüfi bir video izləmək…

Bu inkişaf və adi şey kimi qəbul etdiyiniz bütün gözəl maşınlar Terbium, Neodimium və ya Tantalum kimi bir neçə nadir və qiymətli material üzərində qurulmuşdur.

Bu nadir materialları torpaqdan çıxarıb, cihazlarınıza çevirmək çox çirkli bir işdir.

Dağ-mədən sənayesi hava və suyun çirklənməsi və bütün mənzərələrin məhv edilməsindən məsuldur.

Siyanid, kükürd turşusu və ya xlor kimi təhlükəli kimyəvi maddələr resursları yerdən çıxarmaq üçün istifadə olunur və biomüxtəlifliyə, işçilərə və yerli əhaliyə zərər verir.

Və nadir mənbələr həm də siyasi alətlərdir, məsələn, ölkələr öz işləri üçün onlara çıxışı məhdudlaşdırır.

Bəs yer üzündəki mədən sənayesini heç kimə zərər verməyəcək, təmiz bir proseslə əvəz edə bilsək, nə olar?

Əslində, bunu edə bilərik, ehtiyacımız olan yeganə şey yuxarı baxmaqdır.

Asteroidlər milyonlarla trilyon ton daş, metal və buzdan ibarətdir.

4.5 milyard il əvvəl planetə çevrilmiş buludun qalıqlarıdır.

Onlar bir metr və ya proto-planetlər qədər balaca, yaxud da bütöv ölkələrin ölçüsü boyda ola bilirlər.

Onların çoxu asteroid və Kuiper kəmərində cəmlənib, digər yüz minlərlə sayı isə planetlər arasında öz işləri ilə məşğuldur.

Fəza səyahətləri daha mümkün hala gəldikcə, elm adamları və iqtisadçılar bu asteroidlərdə olan qaynaqları araşdırmağa başladılar.

Hətta nisbətən kiçik metal asteroidlərdə belə, platin kimi trilyonlarla sənaye və qiymətli metal ola bilər.

Və 16 Psyche kimi daha böyük asteroidlər milyonlarla il dünyanın metal ehtiyaclarını ödəyəcək qədər dəmir nikel ehtiva edə bilər.

Mövcud bazar qiymətləri ilə təkcə nadir xammal materialları katrilyonlarla dollar dəyərində olardı.

Yəni lap elə olmasa da, texniki olaraq.

Məsələn, okean suyunda təxminən 750 trilyon ABŞ dolları dəyərində 20 milyon tondan çox qızıl var.

Ancaq qızılları filterləmək o qədər bahalı olardı ki, onları satarkən pul itirərdiniz.

Hal-hazırda asteroid mədən sənayesində də bu problem var.

Yer kürəsində mədənçiliyi əvəzləmək çox bahalıdır.

Fəzadanın milyardlarla dollar dəyərindəki qiymətli resurslarını əldə etmək üçün trilyonlar lazımdırsa, bu onları tamamilə dəyərsiz edir.

Bunu bu qədər çətinləşdirən nədir?

Asteroid mədənçiliyinin arxasında duran prinsiplər sadədir.

Əsas fikir budur ki, bir asteroidi seçirsən, onu emalının asan olduğu bir yerə köçürürsən və sonra onu faydalı məhsullara çevirmək üçün ayırırsan.

Təəssüf ki, bütün bunlar insanların hələ həll edə bilmədiyi fundamental problemlərlə toqquşur.

Fəzaya səyahət çox bahadır.

Yerin aşağı orbitinə çıxmaq üçün belə, hər kiloqramına minlərlə dollar raket yanacağı sərf olunur.

Fəzanın daha dərinlərinə səyahət bundan minlərlə dollar daha baha başa gəlir.

Asteroid mədənçiliyini gəlirli etmək üçün daha ucuz fəza səyahətinə ehtiyacımız var.

Həll yollarından biri klassik raketlərdən elektrik kosmik gəmilərə keçməkdir.

Elmi missiyalarda bir çox kosmik zond üçün artıq elektrik raket mühərriklərindən istifadə edirik.

Prinsipcə, bizə sadəcə bir az daha böyükləri lazımdır.

Elektrik mühərrikləri fəzaya uçmaq üçün kifayət qədər güclü olmasa da, fəzaya çatdıqdan sonra daha uzaqlara getmək üçün çox az miqdarda yanacaq tələb edir.

Bu o deməkdir ki, sırf fəzaya yanacaq daşımaqdan ötrü yanacağa çoxlu pul xərcləməyə ehtiyac yoxdur.

Bu, bütün xərc problemini həll etmir- ancaq ilk missiyamıza başlamağı asanlaşdırır.

İndi ki elektrik asteroid-çıxaran kosmik gəmimiz var, bizə düzgün asteroidi tapmaq və ora çatmaq lazımdır.

Artıq kosmik zondlarla asteroidləri uğurla ziyarət etmişik və hətta nümunələr də toplamışıq.

Yenə də işimizi asanlaşdırmaq və daha ucuz etmək üçün ilk hədəflərimiz yəqin ki, Yerə yaxın asteroidlər olacaq.

Yer kürəsinə daha yaxın fırlanan asteroidləri yəni.

Bir neçə atlıq səyahətdən sonra kosmik gəmimiz nəhayət ki, bir asteroidə çatır.

Qəribə bir şəkildə yaranmış, kiçik zərbə kraterləri ilə dolu və milyardlarla ildir o qədər də dəyişməmişdir.

İlk etməli olduğumuz şey asteroidi bərkitmək və fırlanmağını dayandırmaqdır.

Bunun lazerlə buxarlandırma və ya itələyicilərlə fırlanmanın dayandırılması kimi bir çox yolu var.

Stabil bir asteroidə sahib olduqdan sonra gözləməliyik.

Orbit mexanikası mürəkkəbdir, ancaq bir şeyi doğru zamanda və doğru istiqamətdə itələsəniz, çox böyük şeyləri çox az qüvvə ilə hərəkət etdirə bilərsiniz.

Ona görə də doğru zaman üçün gözləməliyik.

Gəmimiz itələyicilərini yandırır və asteroidi Ayın yaxınlığına aparan bir traektoriyaya doğru itələyir.

Ay bizim üçün faydalıdır, çünki asteroidi Yer ətrafında sabit bir orbitdə yerləşdirmək üçün cazibə qüvvəsini borc ala bilərik ki, bu da daha çox yanacağa qənaət edir.

Bu səyahət aylarla davam edir.

Ancaq gəmimizin işə başladığından bəri keçən vaxt boşuna xərclənmir.

İlk kosmik mədən və emal avadanlığı orbitə qoyulub və indi ehtiyyatla asteroidə doğru irəliləyir.

Prosessor Yerdəkindən çox daha fərqli işləyir.

Nəhəng güzgülər günəş işığına fokuslanır və qazları çıxarmaq üçün asteroid qayasını qızdırır.

Cilalayıcılar qurumuş süxurları çınqıl və tozlara parçalayır, sentrifuqalar isə sıx elementləri yüngüllərdən ayırır.

Asteroid kütləsinin yalnız 0.01%-ni qiymətli metallardan çıxarsaq belə, bu, yerdəki eyni miqdarda filizdən alacağımızdan bir neçə dəfə çoxdur.

Bəs indi nə? Qiymətli metallarımızı təhlükəsiz şəkildə yerə necə gətirək?

Bunun bir neçə yolu var, məsələn, onları fəzadan Yerə qayıdan, təkrar istifadə edilə bilən raketlərə yükləmək.

Və ya prosessorumuzda 3-D printerlər varsa, daha sürətli və daha ucuz çatdırılma sistemini çap edə bilərik.

Qaz köpükləri ilə dolu istilikdən qorunan kapsullar.

Bunlar sadəcə olaraq, gəmilərin çəkdiyi okeanlara atıla bilər.

Bu, bəşəriyyətin Günəş sistemini kolonizə etmək yolunda ilk real addımlarının başlanğıc nöqtəsi ola bilər.

İnfrastrukturumuz və təcrübəmiz artdıqca missiyalarımız daha da mürəkkəbləşə bilər.

Asteroidlərdə istehsal olunan hissələr və yanacağın Yerdən atılmasına ehtiyac yoxdur.

Birinci mədən əməliyyatı ikincisini asanlaşdırır və s.

Fəza sənayesi böyüdükcə və qiymətli materiallar ucuzlaşdıqca, nəhayət Yer üzündəki mədən sənayesini dayandıra bilərik.

Zəhərli mədən sənayesinin fikri belə, qəribə və anaxronik bir şeyə çevrilə bilər, qonaq otağınızın ortasında açıq alovun olmağı kimi.

Çirklənmə nəticəsində zərər görmüş mənzərələr sağalacaq, texnoloji möcüzələr isə daha ucuzlaşacaq və daha az zəhərli olacaq.

Bunların heç biri elmi fantastika deyil.

Asteroid mədənçiliyini reallaşdırmaq üçün fantastik materiallara və ya yeni fizikaya ehtiyacımız yoxdur.

Bu gələcəyi bu gün inşa etməyə başlaya bilərik.

Bizə lazım olan yalnız ilkin təkandır!

Bəlkə də təkcə asteroid mədənçiliyi kimi iddialı bir şeyin ardınca getmək yox, sadəcə yeni və əyləncəli bir şey sınamaq üçün də bir az təkandan istifadə edə bilərsiniz.

Gəlin sizə bir az səmt küləyi verək.

Biz Skillshare ilə- qrafik dizayn, musiqi, fotoqrafiya, illüstrasiya və animasiya kimi hər cür yaradıcılıq qabiliyyətində minlərlə dərsdən ibarət bir onlayn öyrənmə cəmiyyəti ilə əməkdaşlıq etdik.

Onların hər bacarıq səviyyəsinə uyğun nələrisə var, buna görə haradan başlamağınızdan asılı olmayaraq, araşdıracağınız bir çox şey olacaq!

Animasiyalarımızın pərdəarxasına baxmaq istəyirsinizsə, məsələn, video dərsləri və praktiki layihələrlə videolarımızdan səhnələri necə canlandırdığımızı öyrədən bir neçə Skillshare dərsləri hazırlamışıq.

Ya da öz personajlarınızı yaratmaq və canlandırmaq istəsəniz, Matt Kaufenberg’in “Character Illustration: from Concept to Final Artwork” dərsini tövsiyə edirik.

Ancaq işə başladığınız, bacarıqlarınızı artırdırdığınız və əyləndiyiniz müddətdə nəyi seçdiyinizin əhəmiyyəti yoxdur.

Bütün dərslərə limitsiz giriş və illik premium üzvlük ayda yalnız 10 dollardır.

Açıqlamadakı linkə daxil olacaq ilk 1000 Kurzgesagt izləyiciləri üçün hədiyyəmiz də var: iki aylıq pulsuz sınaq.

Yeni bacarıqlar öyrənmək və Kurzgesagt -ı dəstəkləməklə komfort zonanızdan çıxmaq istəyirsinizsə, mütləq sınayın!