Kanınızdakı kiçik bombalar - Tamamlayıcı Sistem. | Kurzgesagt

🎁Amazon Prime 📖Kindle Unlimited 🎧Audible Plus 🎵Amazon Music Unlimited 🌿iHerb 💰Binance

Video

Transkriptlər

Hər bir canlı onları yemək istəyən digər canlılarla mübarizə aparmalıdır.

Beləliklə, çoxhüceyrəli həyat milyardlarla il ərzində təkamül etdikcə, özünü müdafiə etməyin yollarını tapdı.

Bu gün insanların fiziki maneələr, müdafiə hüceyrələri və silah fabrikləri kimi inkişaf etmiş müdafiə şəbəkəsi var.

Ancaq bədənimizin ən vacib müdafiələrindən biri böyük ölçüdə müəmmalıdır:

Tamamlayıcı sistem

O, 700 milyon il əvvəl təkamül edib və müdaxiləçiləri dayandırmaq üçün mürəkkəb və zərif rəqsdə birlikdə işləyən 30-dan çox müxtəlif zülaldan ibarət bir ordudur.

Ümumilikdə, onların təxminən 15 kvintilyonu hazırda bədəninizdəki hər mayeni doyurur.

Kimyadan başqa heç nəyi rəhbər tutmayan bu zülallar işğalçılara qarşı əlimizdə olan ən təsirli silahlardan biridir.

İmmunitet sisteminin bir çox digər hissələri sadəcə tamamlayıcı sistemi aktivləşdirmək üçün mövcud olan vasitələrdir.

Amma bu həm də həqiqətən təhlükəlidir.

Təsəvvür edin ki, qanınızda hər an partlaya biləcək trilyonlarla kiçik bomba var.

Hüceyrələrimiz tamamlayıcının təsadüfən onlara hücum etməsinin qarşısını almaq üçün çoxsaylı mexanizmlərdən istifadə edir.

Yaxşı, o, tam olaraq nə edir və onu bu qədər təhlükəli edən nədir?

Bir sözlə, Tamamlayıcı Sistem üç şeyi edir: düşmənləri şikəst edir, immunitet sistemini aktivləşdirir və üzləşdikləri şeylərdə ölənə qədər deşiklər açır.

Bəs bunu necə edir?

Axı nəticədə bunlar iradəsiz və ya istiqamətsiz şəkildə təsadüfən ətrafda sürüklənən ağılsız zülallardır.

Bəli, bu, əslində strategiyanın bir hissəsidir.

Tamamlayıcı zülallar bir növ passiv rejimdə hərəkət edir.

Onlar aktivləşənə və formalarını dəyişənə qədər heç nə etmirlər.

Zülallar dünyasında sizin formanız nə edə biləcəyinizi və edə bilməyəcəyinizi müəyyən edir.

Çünki forma sizin nə ilə və hansı şəkildə qarşılıqlı əlaqə qura biləcəyinizi müəyyən edir.

Məsələn, siz passiv formada heç nə edə bilməzsiniz.

Bununla belə, aktiv formada siz, məsələn, onları aktivləşdirən digər zülalların formasını dəyişdirə bilərsiniz ki, onlar da başqalarını aktivləşdirə bilsinlər.

Bu kimi mexanizmlər çox tez yayılan kaskadları başlada bilər.

Tamamlayıcı zülalları bir-birinə çox yaxın olan milyonlarla kibrit kimi təsəvvür edin.

Biri alovlandısa, ətrafındakıları da alovlandırır.

Onlar get-gedə alovlanır və birdən-birə böyük bir yanğın başlayır.

Tamamlayıcı Sistemin faktiki mexanizmlərini göstərmək bir qədər mürəkkəb və yorucudur.

Ona görə, burada sadələşdirmə edəcəyik.

Gəlin təsəvvür edək ki, siz özünüzü yaralayırsınız və bir dəstə bakteriya yaraya daxil olur və ətrafdakı toxumalara yayılır.

Bizim tamamlayıcı hücumumuz C3 ilə başlayır.

C3 birinci kibritdir, alovu yaradacaq ilk qığılcımdır.

Bunu etmək üçün C3 passivdən aktivə keçməlidir.

Bunun necə baş verməsi mürəkkəbdir, ancaq belə deyə bilərik ki, o, düşmənlərə bağlanan digər tamamlayıcı zülallar və ya antikorlar vasitəsilə təsadüfi baş verə bilər.

Sadəcə bunu bilməyiniz lazımdır ki, C3 indi aktivləşdirilmiş iki kiçik zülala, C3a-ya və C3b-ə parçalanır.

Bu hissələrdən biri olan C3b zülalı, bakteriya, göbələk və viruslar üzrə ixtisaslaşmış bir axtarış raketi kimidir.

Onun qurban tapmaq üçün saniyənin bir hissəsi qədər vaxtı var, əks halda su molekulları tərəfindən zərərsizləşdiriləcək.

Əgər C3b özünə hədəf tapırsa, özünün onun səthinə çox möhkəm yapışdırır və buraxmır.

Bununla zülal yenidən öz formasını dəyişir.

O, indi yeni formasında digər zülalları tuta və kiçik bir kaskad başlada, formasını dəfələrlə dəyişdirərək özünə başqa tamamlayıcı zülallar əlavə edə bilər.

Nəhayət, o, özünü C3 Konvertasiya kimi tanınan işə götürmə platformasına çevirir.

Bu platforma daha çox bütün dövrü yenidən başladan C3 zülalını aktivləşdirmək üzrə mütəxəssisdir.

İndi bir gücləndirici dövrə başlayır.

Tezliklə minlərlə zülal bakteriyaları əhatə edir.

Bakteriyalar üçün bu çox pisdir.

Bu, bakteriyaları şikəst və köməksiz edə bilər və ya onları yavaşlada bilər.

Minlərlər milçək tərəfindən əhatə olunduğunuzu təsəvvür edin.

Ancaq bundan daha artığı var.

C3-ün digər hissəsi, C3a zülalı yadınızdadır?

C3a fəlakət mayakı kimidir.

Onlardan minlərləsi döyüş yerindən uzaqlaşaraq diqqət üçün qışqırır.

Passiv immun hüceyrələri C3a zülallarını görür və zülal izlərini təqib etmək üçün yuxudan oyanaraq infeksiya sahəsinə gedir.

Onlar nə qədər çox həyəcan zülalları ilə qarşılaşırlarsa, bir o qədər aqressiv olurlar.

Tamamlayıcı bu yolla gücləndiricilərə ən çox ehtiyac olduqları yerə doğru dəqiqliklə bələdçilik edir.

Hələlik tamamlayıcı işğalçıları ləngidib və kömək çağırıb.

İndi isə düşməni öldürmək üçün fəal şəkildə kömək etməyə başlayır.

Döyüş meydanına gələn ilk immun hüceyrələr faqositlərdir.

Onlar sizi bütövlükdə udan, kiçik bir həbsxanaya salan və sonra turşu ilə öldürən hüceyrələrdir.

Ancaq düşməni udmaq üçün əvvəlcə onu tutmaq lazımdır.

Bu isə asan deyil, çünki bakteriyalar tutulmamağa üstünlük verir və bir növ sürüşkəndirlər.

Ancaq indi özünü bakteriyalara bərkitmiş tamamlayıcı bir növ yapışqan rolunu oynayır, bu da immunitet hüceyrələrinin qurbanlarını tutmasını asanlaşdırır.

Amma hadisələr getdikcə daha da maraqlı olur.

Yenidən milçəklər tərəfindən əhatələndiyinizi təsəvvür edin.

İndi isə təsəvvür edin ki, həmin milçəklər arılara çevrilib.

Daha bir kaskad başlamaq üzrədir.

Bakteriyanın səthində C3 işə qəbul platforması yenidən öz formasını dəyişir və yeni zülalları qəbul etməyə başlayır.

Onlar birlikdə daha böyük bir strukturun inşasına başlayırlar: Membran Hücum Kompleksi.

Hissə-hissə uzun nizə kimi formalaşan yeni zülallar bakteriyaların membranlarının dərinliklərinə özlərini lövbərləyirlər, ta ki, bir daha bağlana bilməyəcək bir deşik açana qədər.

Mayelər bakteriyaların içinə daxil olur və onların içərisi çölə tökülür.

Onlar güclü qanaxmaya məruz qalmış bir varlıq kimi ölümə məhkumdurlar.

Qalan bakteriyalar tamamlayıcı tərəfindən zədələnir və diqqəti yayındırılır və gələn immun hüceyrələri tərəfindən tez bir zamanda həll olunur.

İşğal təhlükəli olmağa başlamazdan əvvəl dayanır.

Siz yəqin ki, bunu heç hiss etmədiniz.

Bakteriyalar tamamlayıcıdan məmnun olmasalar da, onlara ən faydalı ola biləcək düşmənlər əslində viruslardır.

Virusların bir problemi var: onlar hüceyrədən hüceyrəyə səyahət etməlidirlər.

Hüceyrələrdən kənarda onlar, əsasən, təsadüfən yoluxmaq üçün hansısa bir hüceyrəyə təsadüfi rast gəlməyə ümid edirlər.

Burada isə onlar tamamilə müdafiəsizdirlər.

Burada tamamlayıcı onları tutmaq və zədələmək iqtidarındadır, buna görə də onlar zərərsizləşirlər və immunitet sistemini onları udmaq üçün istiqamətləndirirlər.

Tamamlayıcı olmadan virus infeksiyaları çox daha ölümcül ola bilər.

Bəs yaxşı, bu cür təsirli bir silahımız varsa, onda biz nə üçün xəstələnirik?

Problem ondadır ki, müharibədə hər iki tərəf adaptasiya olur.

Məsələn, vaccinia virusu bir hüceyrəyə yoluxanda, tamamlayıcı aktivləşdirməni dayandıran bir zülal istehsal etməyə onu məcbur edir.

Bu yolla virus yoluxduğu hüceyrələrin ətrafında təhlükəsiz zonalar yaradır.

O, onları öldürəndə və daha çox yoluxdurmağa çalışanda uğur qazanma şansı daha yüksək olur.

Və ya bəzi bakteriyalar, məsələn, qandan tamamlayıcı sistemini sakit saxlayan və özlərini görünməz edən müəyyən molekulları tuta bilər.

Beləliklə, tamamlayıcı sistem son dərəcə vacib olsa da, immun sistemimiz olan kompleks və gözəl təşkilatda yalnız bir oyunçudur.

Bu, çoxlu ağılsız şeylərin birlikdə ağıllı şeylər edə biləcəyinə gözəl bir nümunədir.

Bu video sizin tərəfinizdən sponsorlaşdırılıb.

Sizin birbaşa dəstəyiniz olmasaydı, bu kanal mövcud olmazdı.

Və bunun üçün nə qədər minnətdar olduğumuzu ifadə etmək çətindir.

2019-cu ildə orta hesabla bir Kurzgesagt videosunun hazırlanmasına ən az 1200 saat sərf olundu.

Ssenarilərimizi araşdırmaq və yazmaq, onları mütəxəssislərlə məsləhətləşmək, hər səhnəni sıfırdan illüstrasiya etmək və canlandırmaq və orijinal musiqi bəstələmək üçün bizə aylar lazımdır.

Bu yalnız sponsorluqlar, sizin Patreon-dakı dəstəyiniz, bu poster və Tamamlayıcı Sistem haqqında hazırladığımız açıqcalar kimi məhsulların satışı ilə mümkündür.

Əgər siz özünüz bizə dəstək olmaq istəyirsinizsə, bunu bizi izləməklə və Patreon-umuza qoşulmaqla edə bilərsiniz.

Və ya təqvimlərimizdən və ya posterlərimizdən birini əldə etməklə.

Kurzgesagt-ın məqsədi əlimizdən gələn ən yaxşı videoları hazırlamaq və elmi daha əlçatan etməkdir.

Bunu mümkün etdiyiniz üçün çox sağ olun.