Immun sisteminin HƏQİQƏTƏN necə işlədiyi - İMMUN | Kurzgesagt

🎁Amazon Prime 📖Kindle Unlimited 🎧Audible Plus 🎵Amazon Music Unlimited 🌿iHerb 💰Binance

Video

Transkriptlər

İnsanın immun sistemi beynindən sonra bildiyimiz ən mürəkkəb bioloji sistemdir, lakin bir çoxumuz bunun necə işlədiyini heç vaxt öyrənmirik.

Və ya nə olduğunu.

İmmun sisteminiz yüzlərlə kiçik və iki böyük orqandan ibarətdir.

Onun bədəninizə yayılmış öz nəqliyyat şəbəkəsi var.

O, hər gün ordu kimi təşkil edilmiş yüz milyardlarla təzə hüceyrə hazırlayır.

Əsgərlərlə, kapitanlarla, kəşfiyyatçılarla, ağır silahlarla və çılğın kamikadzelərlə.

Bu, mücərrəd bir varlıq deyil.

Sizin immun sistemi elə sizsiniz.

Biologiyanız sizi tükətmək istəyən milyardlarla mikroorqanizmdən və xərçəngə çevrilə bilən pozulmuş hüceyrələrinizdən qoruyur.

Bu, o qədər növbənövdür ki, bir video ilə hamısını əhatə etmək mümkün deyil, buna görə də müxtəlif aspektləri araşdıran bir neçə seriya video çəkəcəyik.

Bu gün - Bədəniniz işğal edildikdə və ilk müdafiə xəttiniz həyat və ölüm üçün mübarizə aparanda nə baş verir?

Normal bir gün idi… Ancaq birdən dünya partlayır və bir asteroid səmanı yarır.

Şəhərləri və infrastrukturu dağıtmağa və sivil insanları yeməyə hazır olan saysız-hesabsız yadplanetlilər işğala başlayırlar.

Əslində hüceyrələrimiz bunu yaşayır.

Parkda çirkli bir budaqla kəsdiyiniz, qanayan baş barmağınıza baxırsınız.

Necə zəhlətökəndir!

Yaranın içərisində isə dəhşətli bir fəlakət baş verib.

Ölü hüceyrələr, hər yerdə qan və kir var.

Daha da pisi, saysız-hesabsız bakteriya, yeni evlərini kəşf etmək, resurslarınızı oğurlamaq və hər yeri batırmaq üçün köməksiz hüceyrələriniz arasındakı isti mağaraları işğal edir.

Dərhal müdafiənizin ilk mərhələsi işə düşür.

Zərbədən sağ çıxan və ya yaralanan, ölməkdə olan hüceyrələr çaxnaşma içində immun sisteminizi oyadan kimyəvi həyəcan siqnalları buraxaraq qışqırır.

İlk görünən hüceyrələr makrofaqlardır.

Ortalama bir hüceyrə insan ölçüsündə olsaydı, makrofaqlar qara kərgədan boyda olardı.

Əslində, o stoik bir hüceyrədir, amma onu əsəbiləşdirmək məsləhət deyil.

Bakteriyalar isə onları həqiqətən əsəbləşdirir.

Saniyələr içərisində böyük hüceyrələr onlara hücum edir və mərhəmət etmədən onları öldürməyə başlayırlar.

Səkkizayağın qolları kimi öz hissələrini uzadırlar, bakteriyanı tutub, bütöv şəkildə udurlar və onları canlı-canlı həzm edirlər.

Makrofaqlar yorulanadək 100 bakteriya yeyə bilirlər.

Ancaq düşmənlər çoxdur, buna görə də makrofaqlar dəstək axtarırlar.

Qanınızdakı yüz minlərlə neytrofil onların siqnallarını alır və döyüş meydanına gedirlər.

Neytrofillər yalnız öldürmək üçün yaşayan güclü kamikadzelərdir.

Onlar öldürməyə o qədər həvəslidirlər ki, doğulduqdan bir neçə gün sonra özlərini öldürürlər ki, təsadüfən bədəninizi içəridən məhv etməsinlər.

Neytrofillər çatan kimi bakteriyalara ölümcül kimyəvi maddələr boşaltmağa başlayırlar və ya onları yeyirlər.

Hücumlarında o qədər ehtiyyatsızdırlar ki, hətta sizin öz hüceyrələrinizə də ziyan vururlar.

Lakin yan zərər indi, ya da heç vaxt onları narahat etmir.

Bəzi neytrofillər intihar düyməsini basıb partlayır və ölümcül kimyəvi maddələrlə dolu, öz DNT-sindən hazırlanmış geniş və zəhərli bir tor ataraq bakteriyaları tutub, öldürürlər.

Bəzən hətta bundan sonra da döyüşə davam edirlər, qismən ölü olsalar belə.

Onlar üçün öldürmək bu qədər əyləncəlidir!

Döyüş qızışarkən, qan damarlarınız vadiyə açılan bir bənd kimi mayenin döyüş meydanına axmasına imkan verir.

Siz bunu iltihablanma kimi görürsünüz.

Baş barmağınız bir az şişir, qızarır və isti olur.

Maye səssiz bir qatili, milyonlarla tamamlayıcı zülalı döyüş bölgəsinə gətirir.

Bakteriyanı deşərək öldürən, bir növ avtomatlaşdırılmış maye silah.

Onları ətraflı izah edən başqa bir video hazırlamışıq.

İndi isə yol kəsişməsinə çatırıq.

Əgər işlər yaxşı getsə, ilk müdafiə xəttiniz işğalçıları tez öldürəcək.

Ancaq bəzən düşmənlər çox güclü olur və nəticədə müdafiənizi aşırlar, bu isə sizin üçün, yəni insan üçün ölüm deməkdir.

İndi isə immunitet sisteminin kəşfiyyat işçisi olan dendritik hüceyrənin vaxtıdır.

Əsgərləriniz baş əzərkən o, bakteriyanı kiçik parçalara ayıraraq və özünü onlarla örtərək nümunələr toplayırdı.

Ölü düşmənin bağırsağı ilə özünü bəzəyən bir əsgər kimi.

Hüceyrə döyüş sahəsini tərk edir və bütün toxumalarınızı immun qərargahınızla birləşdirən immun sisteminizin super magistralına girir.

Limfa düyünləriniz başlarını tərpədir.

Döyüş sahəsindən gələn dendritik hüceyrə immunitet ordunuzda bir növ çox məqsədli komandir hüceyrəsi olan köməkçi T hüceyrəsini axtarır.

Ancaq hər köməkçi T hüceyrəsini yox, yaranıza yoluxan bakteriyalar üçün ən doğru silah olanını axtarır.

Beləliklə, o ətrafda dolaşır və özünü hələ də bakteriya hissələri ilə örtülmüş vəziyyətdə qarşılaşdığı hər köməkçi T hüceyrəsinə sürtür.

T hüceyrələrinin çoxu bundan iyrənir və maraqlanmır.

Ancaq bir neçə saatdan sonra nəsə baş verir.

Köməkçi T hüceyrəsi bakteriya hissələrini tanıyır.

Bu hüceyrə hazırda lazım olan silahdır.

Dendritik hüceyrə çox sevinir və köməkçi T hüceyrəsini aktivləşdirir.

Yaxşı, gözləyin.

Necə olur ki, immun sisteminiz məhz sizə yoluxmuş bakteriyalara qarşı silahı olan hüceyrəyə malikdir?

İmmunitet sisteminiz kainatdakı hər mümkün xəstəliyə qarşı mükəmməl bir silaha malikdir.

Qara ölümə, koronavirusa və ya Marsda 100 ildən sonra ortaya çıxacaq hər hansı bir infeksiyaya qarşı.

Növbəti videoda bu barədə danışacağıq, çünki bu məsələ çox mürəkkəbdir.

Hələlik isə bilin ki, hər bir düşmənə qarşı silahı olan milyardlarla unikal köməkçi T hüceyrəniz var.

Doğru T hüceyrəsi aktivləşdirildikdən sonra ikinci müdafiə xəttiniz oyanır və məktəb günündə oyanmalı olan bir yeniyetmə kimi yüksəlir.

Çox yavaş-yavaş.

Ağır silahlarınız inanılmaz dərəcədə təsirli olsalar da, sürətli deyillər.

Aktivləşdirilmiş köməkçi T hüceyrəsi dəfələrlə özünü klonlamağa başlayır.

Bir iki olur, iki dörd olur, ta ki, onlardan minlərlə olana qədər.

İndi isə onlar 2 qrupa bölünür.

Birinci qrup əsgərlərinizə kömək etmək üçün sürətlə hərəkət edir.

Döyüş meydanında aləm bir-birinə dəyib.

Yorulmuş makrofaqlar təslim olmağa hazırdır.

Günlərlə döyüşdükdən sonra digər dostları kimi onlar da yatmaq istəyirlər.

Ancaq indi köməkçi T hüceyrələri gəlir.

Onlardan biri yorğun makrofaqlara doğru gəlir və xüsusi kimyəvi siqnallardan istifadə edərək qulaqlarına nəsə pıçıldayır.

Bir anın içində ruhdan düşmüş əsgər özünü yenilənmiş hiss edir.

Ancaq başqa bir şey də var.

Qızğın, ağ bir qəzəb.

Makrofaq nə etməli olduğunu bilir…

Öldürmək.

Yenidən canlanaraq özünü bir daha düşmənlərə doğru atır.

Bu, bütün döyüş meydanında baş verməyə başlayır.

Bu arada köməkçi T hüceyrələrinin ikinci qrupu başqa bir müdafiə xəttini aktivləşdirmək üzərində işləyir: B hüceyrələri, antikor fabrikləriniz.

Antikorlar düşmənləri tutmaq üçün iki sıxaclı kiçik yengəclərə bənzəyən zülal super silahlarıdır.

Köməkçi T hüceyrələri kimi bədəninizdə hər bir düşmən üçün doğru antikor hazırlaya bilən B hüceyrələri də vardır.

Və köməkçi T hüceyrəsi məhz bu B hüceyrələrini axtarır.

Bir-iki gün sonra doğru B hüceyrəsi tapılır və özünü klonlamağa başlayır.

Kifayət qədər klon hazırlanan kimi hər bir B hüceyrəsi saniyədə 2000-ə qədər antikor buraxmağa başlayır!

Özünüzü zədələdiyinizdən və bakteriyaların hücumundan təxminən bir həftə sonra ikinci müdafiə xəttiniz nəhayət tam qüvvə ilə özünü yetirir.

Balaca ordu döyüş meydanını hopdurmağa başlayır, ümidsiz bakteriyaları sıxır və sarsıdır.

Antikorlar onları bir yerə yığır və hərəkət etmələrinə, döyüşmələrinə əngəl olur, əsgərləriniz isə bu vaxt müdafiəsiz qurbanları qırır.

Vəziyyət sürətlə düzəlməyə başlayır.

Son düşmənlər də təmizləndikcə əsgərləriniz artıq onlara ehtiyac olmadığını anlayır və resurslara qənaət etmək üçün özlərini öldürməyə başlayırlar.

Ancaq hamısı yox.

Bir neçə köməkçi T hüceyrəsi qalır və yaddaş hüceyrələrinə çevrilir.

Onlar toxumanı illərlə qoruyacaqlar, eyni bakteriyaların bir daha burada ayaq aça bilməmələrinin təminatçısı olacaqlar.

Eyni zamanda bir neçə B hüceyrəsi də sağ qalacaq və az miqdarda antikor istehsal etməyə davam edəcək, bu da ömrünüzün sonuna qədər bu bakteriyalara qarşı sizdə immunitet yaradır.

Bir gün oyanıb görürsünüz ki, yara artıq sağalıb və solğun qırmızı ləkədən başqa heç nə qalmayıb.

Siz isə hüceyrələrinizin həll etməli olduğu dramadan tamamilə xəbərsiz idiniz.

Sizin üçün bütün bu sınaq bir balaca narahatlıqdan ibarət idi.

Ancaq milyonlarla hüceyrə üçün bu, ölüm-qalım savaşı idi.

Ancaq bu, hər gün daxilinizdə baş verən epik hekayənin yalnız başlanğıcıdır və Kurzgesagt-ın qurucusu və baş yazarı Philipp Dettmer tərəfindən yazılmış “İmmun: sizi həyatda saxlayan sirli sistemə səyahət”-də tam şəkildə izah olunub.

Bu kitab bədəniniz haqqında düşüncələrinizi əbədi olaraq dəyişdirəcək və haqqında kifayət qədər bilmədiyiniz, ancaq ən vacib şey olan immunitet sisteminə gözəl bir şəkildə daxil edilmiş dərin bir dalışdır.

Kitab mümkün qədər sadə və əyləncəli yazılmışdır, demək olar ki, on ildir davam edən bir həvəs layihəsidir, çünki immunitet sistemi ən heyrətləndirici və cazibədar mövzulardan biridir.

Səyahətə çıxın və sirli orqanlardan, cinayət universitetlərinə və kainatdakı ən böyük kitabxanaya qədər öz bədəninizi tanıyın.

İmmunitet sisteminizin nə qədər geniş olduğunu və əslində necə işlədiyini araşdırın.

Xərçəngdən İİV-ə və ya sadəcə qripə qarşı düşmənlərlə necə mübarizə apardığını.

İmmunitetinizi necə artıra biləcəyinizi və bunun həqiqətən yaxşı bir fikir olub olmadığını öyrənin.

Kitab altı həftə sonra çıxacaq və bunu əvvəlcədən sifariş edə bilsəz, bizim və Philipp üçün dünya mənasına gələr.

Kitab dünyasında ön sifarişlər çox önəmlidir və video oyunların əksinə, kitabın həqiqətən hazır olduğunu qarantiya edə bilərik.

Açıqlama hissəsində link var.

Bu, on illik bir şəxsi səyahətin sonudur və nə düşündüyünüzü bilmək istərdik.

İzlədiyiniz üçün təşəkkürlər.