Siz təkdirsiz? (Evrendə) | Kurzgesagt

🎁Amazon Prime 📖Kindle Unlimited 🎧Audible Plus 🎵Amazon Music Unlimited 🌿iHerb 💰Binance

Video

Transkriptlər

Kainatda tənhasan?

Yoxsa nə iləsə bağlısan?

Hər şeydən əvvəl, hələ çox cavan olan məməli qrupunun bir hissəsisən

amma artıq YouTube videoları hazırlayıb,

Böyük Hadron Çarxları tikə bilirik!

Həmçinin atomu parçalamış və Pokemonu ixtira etmişik.

Üç yarım milyard il əvvəl yaşamağa başlamış

çox qədim bir kökdən gəlirik.

Planetə sahibik kimi hiss etsək də bu əslində belə deyil.

Kiçik bir asteroid və ya çoxbilmiş bir virus

çox gözəl bir şəkildə axırımıza çıxa bilər!

Bəşəriyyət planeti məhv edə bilmə bacarığı ilə öyünür

amma bütün bu nüvə oyuncaqlarımızla belə

yəqin ki, ən yaxşı halda, böyük kütləvi tükənməyə səbəb ola bilərik.

Bəlkə də, planetdə yaşayanların 90% məhv edə bildik.

Əla imiş ki!

Bir neçə milyon il sonra həyat hər yerdə yenidən baş qaldıracaq.

Mikroskopik həyatın və yeraltındakı canlıların əksəriyyəti,

ehtimal ki, buna görə narahat belə olmayacaq.

Coğrafi zaman miqyasında, Yerə təsirimiz

bir az gülüncdür.

Əslində o qədər də güclü deyilik.

Kosmos boyunca süzülən balaca yaş daşın üstündə

kütləli yanan plazma topunu izləyən yerdə yaşayırıq.

Bir gün, bu plazma topu yanmağı dayandıracaq

və çox güman ki, bu prosesdə də bizi öldürəcək.

Günəşin ölümündən sağ çıxıb qalaktikada koloniya qursaq

nəzəri cəhətdən kainatdakı son ulduz

sönənə qədər həyatda qala bilərik.

Bundan sonra, həyat olduqca qeyri-mümkünləşir.

Yaxşı, hər şeyin bir sonu var.

Bu səni bir fərd kimi hara aparır?

Həyatının bir nöqtəsində, yarım saatlığına

ana bətnində tək bir hüceyrədən ibarət idin.

0.1 mm diametində bir məxluq.

Bu gün isə 50 milyar hüceyrədən ibarətsən

Valehedici qarmaqarışıqlıda 50 milyard kiçik bioloji mexanizm

Bu orta hesabla hər bakteriyadan daha böyük və daha qarışıqdır.

Onlar fizika və kimya qanunlarına əsasən fəaliyyət göstərirlər

və protein yaradan, enerjiyi istifadəediləbilər hala gətirən, yemək udan,

məlumat ötürən və çoxalan mikromaşınlardan istifadə edirlər.

Onlar ünsiyyət qurub, çoxalıb, özlərinə qəsd edib, çağırılmamış qonaqlarla döyüşüb,

hətta sən uşaq sahibi olasan deyə səni həyatta tuta bilmək üçün super-özəl

vəzifələr yerinə yetirirlər.

Bəs əgər sən trilyonlarla kiçik şeylərdən ibarətsənsə, bunun “sən” hissəsi haradadı?

“Sən” üçün başlıca məlumat DNT-də saxlanılıb.

Bu, bilinən bütün canlıların inkişaf və işləməyində istifadə olunan

genetik təlimatları kodlayan bir molekuldur.

Əgər açsan, iki metr uzunluğunda olardı!

Əgər siz bütün hüceyrələrinizdəki kiçik DNT iplərini birləşdirsəniz

Plutona və geri Dünyaya qayıdacaq qədər uzun bir ip əldə edərsiniz

Nə yaman uzun imiş!

Və DNT-niz ən birinci əcdadınızla birbaşa əlaqəlidir.

Bir az bu barədə fikirləşin:

bədəninizin hər bir hüceyrəsində

3.4 milyar il ərzində cürbəcür formalara bürünmüş kiçik bir ip mövcuddur

O, trilyon dəfə təkamülə uğrayıb, dəyişib, çoxalıb,

amma səni bu planetdəki ilk canlı ilə birbaşa birləşdirir.

Hətta deyə bilərik ki, sən DNT-nlə səndən əvvəl yaşamış hər bir canlıya

“toxunuş” sayılırsan.

Amma sən DNT-ndən daha çoxusan.

Bədənin yeddi oktilyon atomdan ibarətdir.

Bu da yeddi dəfə milyar dəfə milyar dəfə milyar edir.

Kobud dillə desək, insan bədəninin 93%-i üç elementdən ibarətdir:

oksigen, karbon və hidrogen.

Oksigen və hidrogen əsasən bədənin ağırlığının 60%-i təşkil edən

suda mövcuddur

Karbon isə bəlkə də, həyat üçün ən vacibli elementdir.

Digər atomlarla asanlıqla əlaqəyə girər

və bu da sənin bərk hissələrini təşkil edən uzun qarmaşıq molekul zincirlərinin yaranmasına şərait yaradar

Yerdə qalan 7% isə dövri elementlər cədvəlindəki bir gəzintidir:

azot, kalsium, fosfor, kalium, kükürd, sodyum, xlor, maqnezium,

dəmir, florin, sink, mis, yod, selenyum, xrom, manqan,

molibden, kobalt, lityum, stronsiyum, alüminium, silikon, qurğuşun, vanadium,

arsenik və brom… oyh!

Yeri gəlmişkən, sevimli musiqinin nə olduğuna baxmayaraq

bu, sənin 0.5% metaldan təşkil olunduğun mənasını verir.

Hər nəysə, bu elementlər müxtəlif funksiyaları yerinə yetirir.

Oksigenin daşınması, sümük və hüceyrə strukturunun qurulması,

siqnalların ötürülməsi, kimyəvi reaksiyaların davam etdirilməsi və daha bir çox belə şey kimi.

Bədənin davamlı keçiş halındadır.

Belə ki, hər 16 gündə bir “sən"in 75%-in yerlərini dəyişdirir,

çünkü sağlam bir insan bu vaxt ərzində bədənindəki suyun 100%ini dəyişir.

Hər il atomlarının 98%-i yeniləriylə əvəz olunur

və hər 5 ildə, bədənini təşkil edən atomların demək olar ki, hamısı

5 il əvvəl yox idilər.

Yəni ki, özünü müvəqqətii atom kolleksiyası kimi saya bilərsən.

Bəs bu atomlar haradan gəlir?

Kainatın başlanğıcında daha çox hidrogen və helium atomu var idi.

Nəhəng qaz buludları minilliklər ərzində formalaşdı və daha sıx, daha qatı hal alaraq

ilk ulduzlar yaranana qədər öz cazibələrinin içinə çökdülər.

Bu ulduzların özəyində

hidrogen ekstremal vəziyyətdə heliuma çevrildi.

Milyon illər sonra hidrogen tükəndi

və ulduzlar ölməyə başladı.

Super-ekstremal vəziyyətdə, bu gün bildiyimiz bütün elementlər

öldükdən və supernova partlamalarından bir saniyədən az bir vaxtda meydana gəldilər.

Məzmununun əksəriyyətini kosmosa tulladıqlarında

nüvələr dağıldı və Qara dəliklər əmələ gəldi.

Kosmosda bütün bu elementlər kim bilər nə qədər uzun müddət səyahət etmiş,

ehmalca yeni bir ulduzun əmələ gəldiyi fərqli bir buluda çatmışlar-

Bizim Günəşə.

O vaxtlar bir ulduzun daxilində yerləşən həmin bu elementlər

planetləri əmələ gətirib Yerin yolunu tutdular

beləliklə, həyatın başlamağına təkan verdilər.

Yəni ki, kainatda əmələ gələn ilk ulduzlarla birbaşa əlaqəmiz var.

Biz kainatın bir hissəsiyik.

Belə nəhəng bir strukturun dərindən bağlantılı kiçik bir hissəsi olma düşüncəsi

həqiqətən ağılları başdan alır.

Bütün bunların mənasını bilmirik, ya da bir mənaya gəlib-gəlmədiklərini.

Bunu bilirik ki, bizi kainatdakı hər şeyə,

hər şeyin başlanğıcına bağlayan kiçik parçalardan ibarətik.

Bu gözəl bir düşüncə növüdür:

tənha deyilsən; heç vaxt olmamısan; heç vaxt da olmayacaqsan.