Yadplanetli Sivilizasiyalar Nəyə Bənzəyir? Kardaşev şkalası | Kurzgesagt

🎁Amazon Prime 📖Kindle Unlimited 🎧Audible Plus 🎵Amazon Music Unlimited 🌿iHerb 💰Binance

Video

Transkriptlər

Müşahidə edilə bilən kainat 13 milyard ildən artıqdır mövcud olan böyük bir yerdir.

20,000 milyard milyard ulduzdan ibarət 2 trilyona qədər qalaktika bizim evimiz olan qalaktikamızı əhatə edir.

Elm adamları təkcə Süd Yolunda, ulduzların yaşayış zonasında təxminən 40 milyard Yer kürəsinə bənzər planetlərin olduğunu düşünürlər.

Bu rəqəmlərə baxanda orada bizdən başqa heç kimin olmadığını təsəvvür etmək çətindir.

Başqalarını tapsaydıq, özümüz haqqında anlayışımızı sonsuza qədər dəyişərdik.

Sadəcə bu geniş yerin ölü olmadığını bilmək belə, baxışımızı içəridən çölə doğru dəyişər və əlaqəsiz mübahisələrimizi aradan qaldırmağımıza kömək edərdi.

Ancaq ən yaxşı dostlarımızı və ya ən pis düşmənlərimizi axtarmazdan əvvəl həll etməli olduğumuz bir problem var: biz əslində nə axtarırıq?

Bu cür böyük və yaşlı bir kainatda, sivilizasiyaların milyonlarla il bir-birindən ayrı yarandığını və fərqli istiqamətlərdə və sürətlərdə inkişaf etdiyini düşünməliyik.

Beləliklə, biz nəinki onlarla, yüz minlərlə işıq ili məsafələrindəki ərazilərə baxırıq, biz həm də mağara adamlarından super inkişaf etmişlərə qədər bir mədəniyyət axtarırıq.

Bizim daha yaxşı axtarış etməyimiz və daha yaxşı düşünməyimiz üçün konseptual bir müstəviyə ehtiyacımız var.

Ağıllı növlərin əməl etdiyi hansısa universal qaydalar varmı?

Hazırda sivilizasiyanın nümunə ölçüsü yalnız birdir, buna görə də təkcə özümüzə əsaslanaraq yanlış fərziyyələr irəli sürə bilərik.

Yenə də bu, heç nədən yaxşıdır.

Bilirik ki, insanlar təkcə ağılları və alətlər düzəldə biləcək əlləri ilə işə başlayıblar.

Bilirik ki, insanlar maraq dolu, rəqabətcil, resurslara qarşı həris və ekspansionistdirlər.

Əcdadlarımız bu xüsusiyyətlərə nə qədər çox sahib idilərsə, sivilizasiya qurma oyununda da bir o qədər müvəffəqiyyətli idilər.

Təbiətlə bir olmaq xoşdur, amma bu, suvarma sistemlərinə, barıta və ya şəhərlərə aparan yol deyil.

Buna görə də planetlərini ələ keçirə biləcək yadplanetlilərin də bu keyfiyyətlərə sahib olduğunu düşünmək məntiqlidir.

Və əgər yadplanetlilər də eyni fizika qanunlarına riayət edirlərsə, tərəqqi üçün ölçülə bilən bir vahid var: enerji istifadəsi.

Bəşəri tərəqqi ətraf mühitdən nə qədər enerji çıxardığımız və onu necə istifadə edilə bilən hala gətirdiyimizlə dəqiq ölçülə bilər.

Biz əzələlərlə işə başladıq, ta ki odu idarə etməyi öyrənənə qədər.

Daha sonra su və küləyin kinetik enerjisindən istifadə edən maşınlar düzəltdik.

Maşınlarımız yaxşılaşdıqca və materiallar haqqında biliklərimiz genişləndikcə yerdən qazdığımız ölü bitkilərdən toplanmış enerjini istifadə etməyə başladıq.

Enerji istehlakımız sürətlə artdıqca, sivilizasiyamızın bacarıqları da artdı.

1800-2015-ci illər arasında əhalinin sayı yeddi dəfə artmış, bəşəriyyət isə 25 dəfə çox enerji istehlak etməkdədir.

Ehtimal ki, bu proses uzaq gələcəkdə də davam edəcək.

Bu faktlara əsaslanaraq, alim Nikolay Kardaşev, mağara sakinlərindən qalaktikalar üzərində hökmranlıq edən tanrılara qədər sivilizasiyaların təsnifat metodunu hazırladı: Kardaşev şkalası; sivilizasiyaların enerji istifadələrinə görə sıralanması üsulu.

Şkala on illər ərzində təkmilləşdirilmiş və genişləndirilmişdir, lakin ümumilikdə sivilizasiyaları dörd fərqli kateqoriyaya bölür.

1-ci tip sivilizasiya öz ev planetinin mövcud enerjisindən istifadə edə bilir.

2-ci tip sivilizasiya öz ulduzunun və yerləşdiyi planetar sistemin mövcud enerjisindən istifadə edə bilir.

3-cü tip sivilizasiya öz qalaktikasının mövcud enerjisindən istifadə edə bilir.

4-cü tip sivilizasiya bir neçə qalaktikanın mövcud enerjisindən istifadə edə bilir.

Bu səviyyələr böyüklük sıralarına görə fərqlənir.

Bu, bir qarışqa müstəmləkəsini insanlığın metropolitan ərazisi ilə müqayisə etmək kimidir.

Qarışqalara görə, biz çox mürəkkəb və güclüyük, hətta onlar üçün tanrı belə ola bilərik.

Ona görə, şkalanı daha faydalı etmək üçün bizim alt kateqoriyalara ehtiyacımız var.

Spektrumun aşağı ucunda 0 və 1-ci tip sivilizasiyalar var:

Ovçu-yığıcılardan tutmuş, gələcək bir neçə 100 il ərzində əldə edə biləcəyimiz şeylərə qədər hər şey.

Bunlar əslində, Süd Yolunda çox bol ola bilər.

Ancaq radio siqnallarını kosmosa aktiv şəkildə ötürməyən bir sivilizasiya bizə ən yaxın ulduz qonşumuz Alpha Centauri sistemi qədər yaxın ola bilər, ancaq onların var olduğunu dərk etmək üçün heç bir imkanımız olmayacaq.

Lakin onlar hətta biz etdiyimiz kimi radio siqnallarını ötürsələr belə, bu elə də faydalı olmaya bilər.

Ulduzlararası miqyasda bəşəriyyət praktiki olaraq görünməzdir.

Siqnallarımız 200 işıq ilini əhatə edə bilər, amma bu Süd Yolunun yalnız kiçik bir hissəsidir.

Kimsə dinləsə belə, bir neçə işıq ilindən sonra siqnallarımız səs-küyə çevrilir, onu ağıllı bir növün mənbəyi kimi təyin etmək mümkün deyil.

Bu gün insanlıq təxmini 0.75-ci səviyyədə yer tutur.

Biz planetimizi dəyişdirmişik: nəhəng strukturlar yaratmışıq, dağları, cəngəllikləri dağıtmışıq və bataqlıqları qurutmuşuq.

Çaylar və göllər yaratmışıq, atmosferin tərkibini və temperaturunu dəyişmişik.

Əgər bu inkişaf davam etsə və Yer kürəsini yaşanmaz hala gətirməsək, önümüzdəki bir neçə yüz il ərzində tam 1-ci tip sivilizasiyaya çevriləcəyik.

1-ci tipə çevrilən hər bir sivilizasiya ətrafa baxmaq məcburiyyətindədir, çünki ehtimal ki, o hələ də maraq dolu, rəqabətli, acgöz və ekspansionistdir.

2-ci tipə keçid etmək üçün ağlabatan növbəti addım digər planetləri və birlikləri dəyişdirməyə çalışmaq və mədənlərini ələ keçirməkdir.

Bu, fəzadakı kosmik məntəqələrlə başlaya bilər, ev planetinə yaxın infrastruktur və sənayelərə keçid, daha sonra müstəmləkələr, sonda isə digər planetlərin atmosferlərini, fırlanmalarını və vəziyyətlərini dəyişərək terraformasiya etmək.

Sivilizasiyalar genişləndikcə məkandan və başqa şeylərdən daha çox istifadə edir və enerji istehlakı da böyüyür, ona görə də bir nöqtədə onlar aşağı bir 2-ci tip sivilizasiyanın edə biləcəyi ən böyük layihəyə başlaya bilərlər: bir Dayson Sferası inşa edərək ulduzlarının enerjisini toplamaq.

Bu meqastruktur tamamlandıqdan sonra uyğun gördükləri ev sistemini formalaşdırmaq üçün enerji praktiki olaraq məhdudiyyətsiz hala gəlir.

Əgər onlar hələ də maraq dolu, rəqabətcil, acgöz və ekspansionistlərsə və indi ev sisteminə, ulduz infrastrukturuna və bir ulduzun enerji çıxışına tam nəzarət etdirlərsə, növbəti sərhəd bir neçə işıq ili qədər uzaqda olan digər ulduzlara keçir.

2-ci tip sivilizasiya üçün digər ulduzlara qədər olan məsafə bu gün Yer ilə Pluton arasındakı məsafə kimi hiss oluna bilər:

Texniki cəhətdən bir-birilərinə əlçatandırlar, ancaq bu yaınız vaxt, ixtiraçılıq və qaynaqlar baxımından böyük investisiyalarla mümkündür.

Bu, onların 3-cü tipə doğru keçidini başladır.

Bu addım bizdən o qədər uzaqdır ki, bu çətinliklərin tam olaraq necə görünəcəyini və onların necə həll ediləcəyini təsəvvür etmək çətinləşir.

Çox geniş ərazilərə və yüzlərlə, minlərlə il müddətində səyahət üçün bir həll yolu tapa biləcəklərmi?

Aralarında işıq ili qədər fərq olan koloniyalar ilə ünsiyyət qura və ortaq bir mədəniyyət və biologiya saxlaya biləcəklərmi?

Yaxud fərqli 2-ci tip sivilizasiyalara ayrılacaqlar?

Bəlkə hətta fərqli növlərə?

Ulduzlar arasında ölümcül çətinliklər varmı?

Yəni bir növ 3-cü tipə nə qədər yaxınlaşırsa, onun əslində necə görünə biləcəyini başa düşmək bir o qədər çətinləşir.

Ola bilər ki, onlar yeni fizika kəşf edə bilərlər, qaranlıq maddəni, enerjini anlaya və idarə edə bilərlər və ya işıqdan daha sürətli səyahət edə bilərlər.

Biz onların səbəblərini, texnologiyalarını və hərəkətlərini anlamaya bilərik.

İnsanlar qalaktikanın metropolitan ərazilərini başa düşməyə çalışan qarışqalardır.

Yüksək dərəcəli bir 2-c tip sivilizasiya bəşəriyyəti hətta ünsiyyət qurmaq üçün belə, çox primitv hesab edə bilər.

3-cü tip sivilizasiya haqqımızda bizim qarışqa yuvasında yaşayan bakteriyalar haqqında hiss etdiyimiz kimi hiss edə bilər.

Hətta bəlkə onlar bizi şüurlu belə hesab etmir və ya sağ qalmağımızı münasib görmürlər.

Biz yalnız dua edə bilərik ki, onlar yaxşı tanrılardır.

Ancaq şkala burada bitmir.

Bəzi elm adamları təsirinin minlərlə qalaktikalar və trilyonlarla ulduzdan ibarət qalaktika qrupları və ya superklasterlər üzərində uzanan 4-cü və 5-ci tip sivilizasiyaların ola biləcəyini də irəli sürürlər.

Hətta bütün kainatı və ehtimal ki, başqalarını da manipulyasiya edə bilən Omega tipli bir sivilizasiya da mövcud ola bilər.

Omega tipli sivilizasiyalar bizim anlaya bilmədiyimiz səbəblərdən kainatımızın əsl yaradıcıları belə ola bilər.

Bəlkə də onlar sadəcə darıxırdılar.

Bu təsnifat nə qədər qüsurlu olsa da, bu fikir təcrübəsi bizə artıq maraqlı şeylər söyləyir.

Ulduzlararası sivilizasiyalar meydana gətirən növlərin təbiəti ilə bağlı fikirlərimiz bir qədər doğrudursa, Süd Yolu yaxınlığında 3-cü tip və ondan sonra heç bir sivilizasiyanın olmadığına əmin ola bilərik.

Onların təsiri ehtimal ki, hər şeyi əhatə edə bilərdi və texnologiyaları bizimkindən o qədər üstün olardı ki, onları nəzərdən qaçıra bilməzdik.

Qalaktika onların minlərlə ulduz sistemindəki fəaliyyətləri ilə parlamalı idi.

Biz onların imperatorluqlarının fərqli hissələri arasındakı əsərlərini və ya hərəkətlərini görə bilməliydik.

Hətta keçmişdə 3-cü tip bir sivilizasiya mövcud olsaydı və əsrarəngiz bir şəkildə ölsəydi belə, onların imperiyasının bəzi qalıqlarını aşkar edə bilməliydik.

Ancaq elm adamları axtardıqları zaman yığılmış ulduzların qalıqlarını, çürüyən meqastrukturlarını və ya böyük ulduzlararası müharibələrin yara izlərini tapmadılar.

Yəni böyük ehtimal ki, onlar mövcud deyillər və heç vaxt da olmayıblar.

Bu, bir növ həm kədərli, həm də çox təskinləşdiricidir.

Bu, qalaktikanı bizə və digər bizə bənzəyənlərə qoymuş olur.

Beləliklə, axtarılmalı ən perspektivli sivilizasiyalar, 1.5-ci tipdən 2.5-ci tipə qədər bir spektrumda ola bilər.

Onları və motivlərini başa düşə bilməyəcəyimiz qədər çox inkişaf etmiş olmazlar.

Ola bilsin ki, onlar ilk meqastrukturlarını bitiriblər və ulduzlar arası işçi köçürmə prosesindədirlər, təsadüfən və ya məqsədli şəkildə fəzaya böyük miqdarda məlumat ötürürlər.

Yəqin ki, onlar da ulduzlara baxaraq başqalarını axtarırlar.

Ancaq bəlkə də biz hər şeyi səhv başa düşmüşük.

Bəlkə də 2-ci tipə doğru irəliləmək xaricə doğru genişlənmək demək deyil və insanlıq bunu başqa cür təsəvvür edə bilmək üçün hələ çox yetişməmişdir.

Hələlik bildiyimiz yeganə şey budur ki, heç kimi görməmişik.

Ancaq biz hələ təzəlikcə axtarmağa başlamışıq.

Nəhayət dostcanlı yadplanetlilər tapıb onlardan kainatın qanunlarını bizə izah etmələrini istəyənədək bir çoxumuz özümüz öyrənməklə məşğul olmalıyıq.

İstər məktəbə geri qayıtmağınızdan, istərsə də evinizi ilk dəfə tərk etməyinizdən, ya da həyatınızda yeni bir mərhələyə qədəm qoymağınızdan asılı olmayaraq, mağazamız dolu və məktəb üçün ehtiyacınız olan hər şeyə hazırdır.

İşinizi təşkil etmək üçün dəftərlər, əşyaların gözəl görünməsi üçün stikerlər və fincanlar, yataqxananızı və ya otağınızı ruhlandırıcı bir bilik ocağına çevirmək üçün çoxlu sayda posterlər.

Yeni köynəklərimiz və ilk dəfə olaraq Kurzgesagt Yür kürəsi sviterimiz var.

Bu məhsulların hamısı Kurzgesagt tərəfindən sevgi ilə dizayn və istehsal edilmişdir.

Məhsullarımız etdiyimiz işi dəstəkləməyin və videolarımızı hər kəs üçün pulsuz saxlamağın ən asan yoludur.

İzlədiyiniz üçün təşəkkürlər.