Güneşi necə hərəkət etdirmək: Ulduz mühərrikləri | Kurzgesagt

🎁Amazon Prime 📖Kindle Unlimited 🎧Audible Plus 🎵Amazon Music Unlimited 🌿iHerb 💰Binance

Video

Transkriptlər

Kainatda heç nə statik deyil.

Süd Yolunda milyardlarla ulduz qalaktik mərkəz ətrafında fırlanır.

Bəziləri, bizim Günəşimiz kimi, olduqca ardıcıldır, qalaktik mərkəzdən təxminən 30.000 işıq ili məsafə saxlayır və hər 230 milyon ildən bir orbitini tamamlayır.

Bu rəqs nizamlı bir balet deyil, daha çox sərxoş uşaqlarla dolu konkisürmə meydançasına bənzəyir.

Bu xaos qalaktikanı təhlükəli edir.

Bizim günəş qonşuluğumuz daim dəyişir, ulduzlar saniyədə yüzlərlə kilometr hərəkət edir.

Yalnız cisimlər arasındakı böyük məsafələr bizi oradakı təhlükələrdən qoruyur.

Ancaq gələcəkdə bəxtimiz gətirməyə bilər.

Bir gün biz bir supernova partlayışı ilə və ya yanımızdan keçib Yerə asteroidlər yağdıran nəhəng bir obyektlə qarşılaşa bilərik.

Əgər belə bir şey baş versə, çox güman ki, minlərlə il, bəlkə də milyonlarla il əvvəldən xəbərimiz olacaq.

Amma bununla da bağlı edə biləcəyimiz çox şey olmayacaq.

Təbii ki, bütün günəş sistemimizi tamamilə yerindən tərpətmədikcə.

Günəş sistemini hərəkət etdirmək üçün bizə ulduz mühərriki, yəni ulduzu qalaktikada idarə etmək üçün istifadə olunan meqastruktur lazımdır.

Bu elə bir şeydir ki, gələcəklərini milyonlarla il qabaqdan düşünən Dyson sferası səviyyəli texnologiya ilə inkişaf etmiş bir sivilizasiya tərəfindən inşa edilə bilər.

Bəs günəş sistemindəki yüz minlərlə obyekti necə hərəkət etdirə bilərik?

Yaxşı xəbər odur ki, bizim digər obyektlər haqda düşünməyimizə ehtiyac yoxdur.

Bizə yalnız Günəşi hərəkət etdirmək lazımdır; bütün digər şeylər cazibə qüvvəsi ilə ona bitişikdir və o hara getmək qərarına gəlsə, onu izləyəcəklər.

Ulduz mühərrikinin necə görünə biləcəyi və necə işləyəcəyi ilə bağlı çoxlu fikirlər var.

Biz indiki fizika anlayışımıza əsaslanaraq ikisini seçdik, nəzəri cəhətdən onlar inşa edilə bilərlər.

Ən sadə ulduz mühərriki nəhəng bir güzgü olan Şkadov itələyicisidir.

O, eynilə raket prinsipi ilə işləyir.

Eynilə raket yanacağı kimi, günəş radiasiyasından buraxılan fotonlar çox olmasa da, hərəkətə sövq etməyə başlayır. Çox yox, azca.

Məsələn, bir astronavt kosmosda fənər yandırsa, o, onu çox yavaş-yavaş geriyə itələyərdi.

Ulduz mühərriki fənərdən bir az daha yaxşı işləyəcək, çünki Günəş çoxlu foton istehsal edir.

Şkadov itələyicisinin əsas ideyası təkan yaratmaq üçün günəş radiasiyasının yarısını əks etdirmək və yavaş-yavaş Günəşi istədiyimiz yerə itələməkdir.

Şkadov itələyicisinin işləməsi üçün o, Günəş ətrafında orbit etməli deyil, sabit yerdə saxlanmalıdır.

Günəşin cazibə qüvvəsi onu içəri çəkməyə çalışsa da, güzgünü yuxarı qaldıran radiasiya təzyiqi onu dəstəkləyəcək.

Bu o deməkdir ki, güzgü çox yüngül olmalıdır, mikron qədər nazik və özündən əks etdirən folqadan, alüminium ərintiləri kimi materiallardan hazırlanmalıdır.

Güzgünün forması da vacibdir, Günəşi nəhəng sferik qabıqla əhatə etmək alınmayacaq, çünki bu, işığı yenidən Günəşə yönəldəcək, onu qızdıracaq və hər cür xoşagəlməz problemlər yaradacaq.

Bunun əvəzinə biz fotonların çoxunu Günəşin ətrafına və eyni istiqamətə göndərən paraboladan istifadə edirik ki, bu da itələmə gücünü artırır.

Həddindən artıq çox və ya həddindən artıq az günəş işığı ilə Yerin təsadüfən yanmasının və ya donmasının qarşısını almaq məqsədi ilə Şkadov itələyicisini inşa etmək üçün yeganə təhlükəsiz yer Günəş qütbləri üzərindədir.

Bu o deməkdir ki, biz Günəşi yalnız Günəş sisteminin müstəvisində şaquli istiqamətdə və Süd Yolunda yalnız bir istiqamətdə hərəkət etdirə bilərik ki, bu da səyahət imkanlarımızı məhdudlaşdırır.

Lakin məsələ əsas etibarilə yalnız bundan ibarətdir.

Dyson Sferası inşa etmə bacarığı olan bir sivilizasiya üçün bu, nisbətən sadə bir təşəbbüsdür.

Mürəkkəb deyil, sadəcə onu qurmaq çox çətindir.

Maksimum səylə edilsə, günəş sistemi 230 milyon il ərzində ehtimal ki, təxminən yüz işıq ili qədər hərəkət etdirilə bilər.

Bir neçə milyard il ərzində o, bizə qalaktikada Günəşin orbitinə tam nəzarət etmək imkanı verir.

Ancaq qısa müddətdə bu, ölümcül bir supernovadan yayınmaq üçün kifayət qədər sürətli olmaya bilər.

Ona görə də biz düşündük ki, bundan daha yaxşısını edə bilərik.

Bir astrofizik dostumuzdan bu video üçün daha sürətli bir ulduz mühərriki dizayn edə bilib-bilməyəcəyini soruşduq.

O, bunu etdi və bu haqda bir məqalə yazdı və həmin məqalə bu barədə araşdırma aparan bir jurnalda dərc edildi.

Onu bizim mənbələr sənədimizdə tapa bilərsiniz.

Biz bu yeni ulduz mühərrikimizi Kaplan itələyicisi adlandıracağıq.

O, ənənəvi bir raketlə olduqca eyni formada işləyir: bir istiqamətə doğru qaz buraxır və özünü onun əksinə tərəf itələyir.

Bu, nüvə sintezini gücləndirmək üçün Günəşdən maddə toplayan Dyson sferası ilə təchiz edilmiş böyük bir kosmik stansiya platformasıdır.

O, günəş sistemindən işıq sürətinin təxminən 1 faizi qədər çox sürətli hissəciklər püskürür.

İkinci jet Günəşi yedək (buksir) gəmisi kimi itələyir.

Kaplan itələyicisi çox böyük miqdarda yanacaq tələb edir, saniyədə milyonlarla ton.

Bu yanacağı toplamaq üçün mühərrikimiz günəş küləyindən hidrogen və heliumu mühərrikə ötürmək məqsədi ilə çox böyük elektromaqnit sahələrindən istifadə edir.

Günəş küləyi təkbaşına kifayət qədər yanacaq təmin etmir və məhz burada Dyson sferası işə qarışır.

Öz gücündən istifadə edərək, günəş işığı Günəşin səthinə yenidən fokuslandırıla bilər.

Bu, kiçik bölgələri ifrat temperaturlara qədər qızdırır, milyardlarla ton kütləni Günəşdən qaldırır.

Bu kütlə toplanaraq hidrogen və heliuma ayrıla bilər.

Helium termonüvə birləşmə reaktorlarında partlayıcı şəkildə yandırılır.

Təxminən bir milyard dərəcə temperaturda radioaktiv oksigen cərəyanı atılır və bizim ulduz mühərrikimizdən əsas hərəkət mənbəyimiz olur.

Mühərrikin Günəşə çırpılmasının qarşısını almaq üçün o, özünü tarazlaşdırmalıdır.

Bunun üçün biz hissəcik sürətləndiricilərindən istifadə edərək toplanmış hidrogeni elektromaqnit sahələri ilə sürətləndiririk və Günəşə jeti geri vururuq.

Bu, itələyicini tarazlaşdırır və mühərrikimizin qüvvəsini Günəşə qaytarır.

Təxminən bir milyon il ərzində bu mühərrik Günəşi 50 işıq ili qədər irəli apara bilər ki, bu da supernovadan yayınmaq üçün kifayətdir.

Maksimum səylə edilsə, Günəş sistemi 10 milyon ildən sonra öz qalaktik orbitində tamamilə yönləndirilə bilər.

Amma bir dəqiqə, biz Günəşi bu şəkildə istifadə edəcəyikmi?

Xoşbəxtlikdən Günəş o qədər nəhəngdir ki, hətta milyardlarla ton material belə, səthi çətinliklə cızır.

Əksini, bu meqastruktur Günəşimizin ömrünü, uzadacaq, çünki daha aşağı kütləli ulduzlar daha yavaş yanır və Günəş sistemini daha milyardlarla il yaşamağa yararlı vəziyyətdə saxlayır.

Kaplan itələyicisi vasitəsilə biz bütün günəş sistemini kosmik gəmimizə çevirə bilərik.

Məsələn, qalaktikada geriyə doğru orbit edərək və yolumuzda qarşımıza çıxan yüzlərlə və ya minlərlə ulduzu koloniyalaşdıra bilərik.

Hətta qalaktikadan tamamilə çıxaraq və Süd Yolundan o tərəfə getmək belə mümkün ola bilər.

Ulduz mühərrikləri illər və ya onilliklər deyil, eonlar haqqında düşünən sivilizasiyalar tərəfindən qurulan maşın növləridir.

Günəşimizin bir gün öləcəyini bildiyimizə görə, bir ulduz mühərriki insanların uzaq gələcək nəsillərinə heç vaxt ulduzlararası kosmosun qorxunc qaranlıq uçurumuna girmədən başqa ulduzlara səyahət etməyə imkan verə bilər.

Bir ulduz mühərriki inşa edənə qədər biz axınla hərəkət etməyə məcburuq və Qalaktika dənizinin şıltaqlığına tabeyik.

Onun bizi apardığı yeri bəyənməyə bilərik.

Bəlkə də bizim nəsillərimiz milyonlarla il ərzində ulduzlararası növlərə çevriləcəklər.

Bu, bəşər erasının 12,019-cu ili üçün son videomuz idi və bu il necə də bir il idi!

Çoxlu müxtəlif insanların başına hər yerdə çoxlu şeylər gəldi.

Təqvimlər və bayramlar sadəcə təxəyyülümüzdədir, lakin onlar həyatımızı beynimizin idarə edə biləcəyi parçalara ayırmağa kömək edir.

Biz xəyal qırıqlığı və ümidin qəribə qarışığı ilə 12,019-u geridə qoyuruq.

Dünya bərbad vəziyyətdədir, amma biz onu düzəldə bilərik.

Bir neçə gündən sonra bu il başa çatacaq və biz yenidən cəhd edəcəyik.

Videolarımızı izlədiyiniz üçün və uzun illərdir bizimlə olduğunuz üçün təşəkkür edirik.

12,020-də görüşənədək.