Doğumdan ölümə qədər izah edilən qara çuxurlar. | Kurzgesagt

🎁Amazon Prime 📖Kindle Unlimited 🎧Audible Plus 🎵Amazon Music Unlimited 🌿iHerb 💰Binance

Video

Transkriptlər

Qara dəliklər mövcud olan ən qəribə varlıqlardan biridir.

Heç məntiqli görünmürlər, onlar hardan gəlir və

Siz onlardan birinin içinə düşsəniz nə baş verər?

Ulduzlar öz qravitasiyaları səbəbilə nəhəng qaz buludlarından çökərək əmələ gələn

əsasən hidrogen atomlarından ibarət inanılmaz ağır kütlə yığınlarıdır.

Hidrogen atomları özəklərində istilik-nüvə reaksiyaları hesabına

çox böyük miqdarda enerji yayaraq helium atomlarına çevrilir.

Radiasiya formasında olan bu enerji qravitasiyaya qarşı gələrək

2 qüvvə arasında həssas balansı saxlayır.

Özəkdə istilik-nüvə reaksiyaları davam etdikcə ulduz sabit qalır.

Bizim Günəşimizdən daha ağır ulduzlarda isə

istilik və təzyiq sayəsində dəmirə qədər olan

daha ağır elementlər əmələ gəlir.

Əmələ gələn digər elemntlərdən fərqli olaraq

dəmirin yaranma prosesində enerji yaranmır.

Dəmir kritik həddə çatıb radiasiya ilə qravitasiya arasındakı

balansı birdən qırılana qədər ulduzun mərkəzində yığılır.

Balans qırılandanda özək çökür.

Ulduz saniyənin hissəsi qədər zaman ərzində

işıq sürətinin dörddə biri sürətlə mərkəzə daha çox

kütlə toplayaraq içəri doğru partlayır.

Ulduzun söndüyü bu supernova partlayaşı anında kainatdakı

dəmirdən daha ağır elementlər yaranır.

Bu zaman ya neytron ulduz yaranır, ulduz kifayət qədər kütləli

olduqda isə özəkdəki bütün kütlə qara dəliyə çökür.

Əgər qara dəliyə baxsanız, görəcəyiniz şey hadisə üfqüdür.

Üfqü keçən şey burdan çıxmaq üçün

işıqdan daha sürətli hərəkət etməlidir.

Başqa sözlə, bu mümkünsüzdür.

Yəni biz heç nəyi əks etdirməyən qara sferaya baxırıq.

Bəs əgər hadisə üfqü “qara” hissəsidirsə,

onda “dəlik” hissəsi nədir?

Təklik.

Əslində biz bunun nə olduğuna tam olaraq əmin deyilik.

Təklik bütün kütlənin səthsiz və həcmsiz şəkildə kainatda bir nöqtəyə

toplaşması mənasında sonsuz dərəcədə qatı ola bilər.

Və ya tamamilə başqa bir şey.

Hələlik, bilmirik.

Bunu sıfıra bölmək kimi fikirləşmək olar.

Yeri gəlmişkən, qara dəliklər tozsoran kimi hər şeyi içlərinə çəkmirlər.

Əgər Günəşin yerində eyni kütləli bir qara dəlik olsaydı

Yerdə çox bir dəyişiklik baş verməzdi,

əlbəttə, donub ölməyimiz istisna olmaqla.

Qara dəliyin içinə düşsəniz, nə baş verər?

Qara dəlik ətrafında zaman fərqlidir.

Kənardan Siz hadisə üfqünə yaxınlaşdıqca yavaşladığınız görüləcək,

yəni zaman Sizin üçün yavaşlayır.

Bir nöqtədə Sizin dayandığınız, qırmızıya çervrildiyiniz

və yox olduğunuz görüləcək.

Siz isə öz perspektivinizdən kainatı sürətli şəkildə,

gələcəyi görmək kimi izləyə biləcəksəniz.

Hələlik, daha sonra nə baş verdiyini bilmirik

amma ,bizcə, bu iki şeydən biri ola bilər.

Bir: tez ölürsünüz.

Qara dəlik kosmosu çox bükdüyü üçün hadisə üfqünü keçəndən sonra

yalnızca bir istiqamətdə hərəkət mümkündür.

Bunu eynilə başa düşə bilərsiniz: hadisə üfqünün daxilində

yalnızca bir istiqamətdə irəliləyə bilərsən.

Bu dar bir aralıqdan keçəndə hər addımdan sonra arxanızdan bağlanması kimi bir şeydir.

Qara dəliyin kütləsi elə sıxdır ki, bir neçə

santimetrlik kiçik məsafələrdə belə cazibə qüvvəsi

bədəninizin müxtəlif hissələrinə milyon

dəfələrlə daha çox təsir edir.

Bədəniniz gərildikcə hücəyrələriniz atom genişliyində

qaynar plazma axınına çevrilənə qədər parçalanır.

İki: daha sürətli ölüm

Siz hadisə üfqünü keçən kimi alov divarına dəyəcək

və bir anda yox olacaqsınız.

Variantlardan heç biri o qədər də xoşa gələn deyil.

Nə qədər müddətdə öləcəyiniz qara dəliyin kütləsindən asılıdır.

Kiçik qara dəlik Sizi hələ hadisə üfqünü keçmədən öldürəcək ikən,

yəqin ki, çox nəhəng kütləli bir qara dəliyin içində bir müddət

səyahət edəcəksiniz.

Göz qərarı olaraq təklikdən nə qədər uzaq olsanız

o qədər uzun yaşayacaqsınız.

Qara dəliklər müxtəlif ölçülərdə olurlar.

Kütləcə Günəşdən bir neçə dəfə böyük və asteroid

diametrli qara dəliklər mövcuddur.

Bir də hər kainatın ürəyində yerləşib

milyard illərdir bəslənən

inanılmaz kütləli qara dəliklər var.

Hal-hazırda S5 0014+81 kimi qeyd olunan qara dəlik

Günəşdən 40 milyard dəfə ağırdır.

Diametrinin ölçüsü Günəşlə Pluton arasındakə məsafədən

47 dəfə çox olub 236.7 milyard kilometrdir.

Nə qədər güclü olsalar da, qara dəliklər Havkinq radiasiyası

adlanan proses ərzində buxarlanacaqlar.

Bunu anlamaq üçün biz boş məkanı nəzərdən keçirməliyik.

Boş məkan əsldən də boş deyil. O yoxdan yaranıb yenidən

bir-birini yox edən virtual hissəciklərlə doludur.

Bu hadisə qara dəliyin kənarında baş verəndə

virtual hissəciklərdən biri dəliyin daxilinə çəkildiyi zaman

digəri qara dəlikdən xilas olub gerçək hissəcik olur.

Yəni qara dəliklər enerji itirirlər.

Bu ilk olaraq yavaş, qara dəlik kiçildikcə isə

daha sürətlə baş verir.

O böyük bir asteroid kütləsinə çatanda

otaq temperaturunda istilik yayacaq.

Bir dağ kütləsinə çatanda günəşinki qədər istilik yayacaq.

Həyatının son anına gələndə isə bir qara dəlik

milyardlarca nüvə bombasının partlayanda yaydığı qədər enerji yayacaq.

Amma bu proses çox yavaş gedir.

Bizə tanış olan ən böyük qara dəliklərin buxarlanması təxmini quqol il çəkəcək.

Bu o qədər uzun bir müddətdir ki, ən axırıncı qara dəlik

şüalananda, ətrafda şahidlik etməyə heç kim olmayacaq.

Kainat bundan çox daha əvvəl yaşanmaz olacaq.

Bu hələ hekayəmizin sonu deyil;

qara dəliklər barədə daha maraqlı fikirlər var.

Biz onları 2-ci hissədə araşdıracağıq.

Fraser Cain"e bu video üçün köməyinə görə dərin təşəkkürlər.

Bu arada, müxtəlif ölçülərdə 4K olaraq Kurzgesagt

divar kağızları hazırlamışıq.

Onları Patreon səhifəmizdən əldə edərək bizə həm də daha çox video hazırlamağa da kömək etmiş olarsınız.

Bu dekabr olduğu kimi; ilk dəfədir ki, eyni ayda 3 video hazırladıq!

Subtitles by the Amara.org community