Dünyanı daha yaxşı bir yer etmək üçün özünü düşünən bir mübahisə. | Kurzgesagt

🎁Amazon Prime 📖Kindle Unlimited 🎧Audible Plus 🎵Amazon Music Unlimited 🌿iHerb 💰Binance

Video

Transkriptlər

Son vaxta qədər dünya əhalisinin əksəriyyəti fermalarda işləyirdi

və dünya iqtisadiyyatının ümumi istehsalı

əksərən kənd təssərrüfatı idi.

Və bu istehsal torpağın müəyyən ölçüsü ilə məhdudlaşdırılmışdı.

İqtisadiyyatın ümumi hasilatı ildən-ilə dəyişmirdi.

Kökənin ölçüsü müəyyənləşdirilmişdi; dünya sıfır-cəmli oyun idi.

Belə bir durğunlaşmış dünyada, faydalanmağın yeganə yolu başqasının zərərlənməsindən ibarət idi.

Sən kökənin böyük hissəsini götürsən, başqası balacasını gotürməli olur.

Sən daha çox qida istəyirsənsə, onda fəth, qarət və oğurluğ etmək yaxşı ideyadır.

Sənin qonşunun itkisi sənin qazancındır.

Min illərlə vəziyyət bu cür idi.

Kökənin daha böyük hissəsini əldə etmək ücün cəmiyyətlər bir-birilərini mütəmadi olaraq işğal edirdilər.

İqtisadi bərabərsizlik həddinnən artiq idi.

Bəzilərdə istədikləri qədər kökə olan vaxtı, başqaları qırım-qırıntılar ilə yaşayırdılar.

Sonradan isə Sənayə İnqilabı baş verdi və hər şey dəyişdi.

Biz mexanizmlərlə birlikdə, daha yaxşı məhsullar və gübrələr yaratdıq.

Kənd təsərrüfatın hasilatı çoxlu sayda artdı, ancaq biz təkcə qida istehsal etmirdik - bütün sənayə sektorların məhsuldarlığı artdı

1700-1870-ci illərdə Britaniyada dəmirin istehsalı 137 dəfə artdı.

Sənayə İnqilabı iqtisadiyyatın hasilatında öncə inanılmaz artıma gətirdi,

Bu bizim cəmiyyətlərimizin təbiətini dəyişdi.

İqtisadi artım dünyani sıfır-cəmli oyundan müsbət-cəmli oyuna gətirdi.

Müsbət-cəmli oyun

Biz daha böyük kökə yaratmağın yolunu tapdıq, lakin təkcə daha böyük yox, ildən-ilə ölçudə artan kökəni yaratmağın yolunu tapdıq.

Daha çox insanlar eyni zamanda daha çox əldə edə bilərlər.

İnkişaf bu gün də yayılır və davam edir.

Antibiotiklər bakteriyaları öldürür.

Elektrik stansiyalar enerji paylayırlar.

Mobil telefonlar bizi əlaqələndirirlər.

Təyyarələr ucuz səyahət etməyə imkan yaradır.

Soyuducular yeməkləri saxlayır.

Bu gün iqtisadiyyatın bütün sektorlarında davam edən tərəqqi bizə normal görsənir,

lakin durğunluqdan iqtisadi artıma olan keçid insan tarixində ən kəskin dönüş idi.

Bu necə mümkün idi?

Bu kütləvi transformasiyanın əsasında innovasiyaya aparan yeni ideyalar dayanırlar.

İnnovasiyanın çoxlu tərifləri var,

lakin bu videonun kontekstinda biz onu mövcud problemlərin daha yaxşı həlləri

və mövcud olmaqlarını bilmədiyimiz problemlərin həlləri kimi tərif etmək istəyirik.

Sən nə qədər çox yeniliklər gətirirsənsə,

o qədər mürəkkəb və marağlı problemlər kəşf edirsən, çünki sənin arzuların və tələbatların inkişaf edir.

Ola bilsin ki, 250 il əvvəl ortalama Norveç vətəndaşı çox yaxşı ayaqqabı istəyirdi.

150 il əvvəl, ola bilsin ki, velosiped.

80 il əvvəl, maşın.

30 il əvvəl, ucuz hava səyahəti. Və sairə.

Biz istədiyimizi əldə edəndən sonra dayanmırıq;

biz əşyaların yaxşılaşdırmağını və əşyaların daha yaxşı necə etməyimizi görürük.

Yeni müsbət-cəmli dünya insan tarixinin 0.1%-da mövcüd olub və biz hələ ki, ona oyrəşməmişik.

Onun qeyri-intuitiv olan nətisi var.

Müsbət-cəmli dünyada,

yer kürəsində hər insanın fayda alması sənin öz şəxsi maraqındadır.

Adlarını eşitmədiyin ölkələrin ucqar yerlərində insanların müvəffəq olması sənin xeyirinədir.

Dünyanı daha yaxşı bir yer etmək üçün əsl həqiqi xudbin dəlil mövcuddur.

Müsbət-cəmli dünyada, nə qədər ki, insanlar fayda alırlarsa, sənin öz həyatın o qədər də yaxşıdır.

Bu innovasiyanın təbiətinə görədir;

o, tələb və təklif ilə idarə olunur.

Daha çox insanlar azadlıq və təhsil eldə etdikdə, təklif artir.

Onlar yeni ideyalar gətirən ixtiraçılar, tədqiqatçılar, mühəndislər ve ya mütəfəkkirlər olurlar.

İnsanlar varlılandıça və yeni həlləri odəyə bacardıqca, ideyalara tələb artır.

Onlar innovasiyaların bazardakı payını artırırlar.

İnnovasiya stimulların ardı ilə gəlir.

Təbii ki, çoxlu sayda insanlar nəyəsə pul xərcləmək istəyirlərsə və bunu bacarırlarsa, bu innovatorların diqqətini və enerjilərini cəlb edəecək.

Aztəminatlıların həyatlarını yaxşılaşdırmağın çarpanacağ effekti vardır.

Bu, ideyaların tələbatını artırır və eyni zamanda

yeni ideyaların yaranmasını asanlaşdırır.

Gəlin maraq üçün bir misal gətirək - xərçəngin müalicəsi.

Dünyada 1 milyard insanın xərçəngin müalicəsinə pul odəməyin kifayət qədər imkanı varsa,

innovasiya bu tələbatın ardınca gedəcək.

Belə ki, yüzlərlə milliard dollarlar tibbi tədqiqata sərmayə kimi yatızdırılmışdı.

Bunun böyük effekti var idi, lakin biz hələ də xərçəngin bütün novlərin müalicəsinə yaxın deyilik.

Bu gün, hər 6-cı insan xərçəngə görə olür və sən onlardan biri ola bilərsən.

İndi təssəvür edin ki, əgər tələbat daha yüksək olsaydı nə olardı.

Təssəvür edin ki, 1 milyard insanın əvəzinə 4 və ya 7 milyard insan xərçəngin müalicəsinə pul odəyə bilərdi.

Təsəvvür edin ki, əhər biz 7 dəfə çox pul sərmayə qoya bilsəydik, tibb nə qədər inkişaf edə bilərdi.

Bundan əlavə olaraq, indiki zamanədə o qədər insanın potensiyalı boşa çıxır ki.

İnkişaf etmiş dövlətdə kasıb fermerin işi sənin üçün faydalı deyil.

Lakin o varlansa, onun uşaqları universitetə qəbul oluna bilər

və sənin üçün faydalı olan əşyalar yarada bilərlər.

İnkişaf etmiş dünyada innovasiyaların bir-iki isti-noqtəsinin əvəzinə,

bütün dünyada bu cür noqtələr olardı.

Bəşəriyyətin araşdırma hasilatı indiki halından qat-qat yüksək olardı.

Belə olsaydı, biz xərçəngi müalicə edə bilərdikmi?

Ola bilsin ki, hə.

Araşdırmalara 7 dəfə çox xərclənsəydi, 7 dəfə çox insan o sahədə işləsəydi,

və tibb araşdırmasının qlobal şəbəkəsi yaratsaydıq, işlər əlbəttə ki, daha irəlidə olardılar.

Və bu dəlilin əsasıdır:

nə qədər çox insan səninlə birgə eyni şeyi istəsə,

daha böyük ehtimal ilə sən onu eldə edecəksən.

Bu, müsbət-cəmli dünyada yaşamaq dəməkdir

Kasıb yerlər kasıb qalırlarsa, sən daha çox kökə əldə etmirsən.

Əksinə, kasıblar varlı olsalar, ideyaları paylaşsa və qlobal kökəni artırsa, sən daha çox əldə edirsən

Kosmik səyahəti xoşlayırsınızmı?

Təsəvvür edin ki, Afrikada və Asiyada milyardlarla insanların öz kosmik proqramları

və peyklərə tələb və Ayda bazalar və Marsda şəhərlər olardı.

Yaşamağı sevirsən?

Bir neçə milyard insanın tibbi araşdırmalara pul odəməsi sənin həyatını xilas edə bilər.

Ətrafdaki insanların varlanması sənin öz marağındadır.

Nə qədər ki, tez biz dünyanın bu versiyasına çatsaq, o qədər sənə şəxsən yaxşıdır.

Sənin motivasiyandan asılı olmayaraq, daha yaxşı dünya üçün çalışmaq çox yaxşı şeydir -

həm başqaları, həm də sənin üçün.

Bu video Max Roser and Our World in Data ilə əməkdaşlıq idi.

Bill and Melinda Gates Foundation tərəfindən dəstək almışdır.

Bizim daha çox video etməyimizi istəyirsinizsə,

bizə Patreonda dəstək ola bilərsiniz və ya bizim posterlərimizdən əldə edə bilərsiniz.