Kurzgesagt videolarına güvənə bilərsiniz? | Kurzgesagt

🎁Amazon Prime 📖Kindle Unlimited 🎧Audible Plus 🎵Amazon Music Unlimited 🌿iHerb 💰Binance

Video

Transkriptlər

Kurzgesagt videolarına etibar edə bilərsinizmi?

Bu suala cavab vermək üçün əvvəlcə onları necə araşdırdığımızı izah edəcəyik, sonra keçmiş videolar və bu kanalla nəyə nail olmaq istədiyimiz haqqında danışacağıq.

Kurzgesagt videosunun hazırlanması həmişə hansısa bir sual və ya problemlə başlayır.

Məsələn, bizim ət videomuzdan sonra bir çox izləyicilər ətin insan sağlamlığına təsiri ilə bağlı sual verdilər.

Bizim bu haqda heç bir fikrimiz yox idi, ancaq özümüzə də maraqlı idi, ona görə də sadəcə olaraq bunun üzərində işləməyə qərar verdik.

İlk addım araşdımadır.

Biz ümumi anlayış əldə etmək üçün kitablar və elmi məqalələr axtarmağa başlayırıq və sadəcə çoxlu oxuyuruq.

Məqsədimiz haqqında danışmağa dəyər hekayə tapmaqdır.

Öyrənmək üçün təəccüblü bir şey varmı?

Daha geniş kontekst və ya yeni perspektiv varmı, yoxsa bu ümumi baxış və ya giriş olacaq?

İlk oxuna bilən versiyanı əldə etdikdən sonra biz ekspertlər və ya elm adamları ilə əlaqə saxlayırıq və onlardan faktları yoxlayıb düzəltmələrini xahiş edirik.

Çox vaxt onlar bir səhv tapırlar və ya bizi ziddiyyətli araşdırma istiqamətinə yönəldirlər.

Bu nöqtədə bir çox ssenarilər silinir.

İdeyamız özünü doğrultsa, onun üzərində işləməyə davam edirik.

Bu proses həftələr və ya aylar çəkə bilər.

Məsələn, bizim “Tənhalıq” ssenarimizin bitməsi bir il yarımdan çox çəkdi.

Ən çətin tərəfi çox sadələşdirməməklə yanaşı, qısa olmasıdır.

Uzun bir ssenari yazmaq qısadan daha asandır.

Nəhayət, işimiz bitdikdə, biz növbəti araşdırma raundunu həyata keçiririk və ssenarini prosesin əvvəlində danışdığımızdan fərqli ekspertlərə yenidən göstəririk.

Biz hansısa fikir bildirəndə onu belə də qeyd edirik.

Bu o demək deyil ki, biz tədqiqatdan nəticə çıxarmırıq.

Homeopatiya işləmir və ət həqiqətən planet üçün pisdir.

İqlim dəyişikliyi realdır, lakin orqanik qida onu həll etmək üçün yaxşı bir yol deyil.

Əgər faktlar bir nəticəyə aydınlıq gətirirsə, onu belə təqdim etmək olar.

Təbii ki, biz həmişə hamını xoşbəxt edə bilmərik.

Hər hansı bir mövzu haqqında çox məlumatı olan insanlar bəzən vacib hesab etdikləri bir cəhət qeyd olunmadıqda, ya texniki terminləri buraxdıqda əsəbiləşirlər.

Videolarımızın təbiətinə görə bu, az-çox həll olunmazdır.

Ssenarilərdə təxminən 1300 söz olur, ona görə də həmişə müəyyən dərəcədə sadələşdirmə var.

Araşdırmalarımızın və mənbələrimizin siyahısını və əlavə oxu materialını həmişə videonun açıqlama hissəsində tapa bilərsiniz.

Sadəcə mənbələrə istinad etmək işinizi dəqiq və ya araşdırmanızı yaxşı etmir, buna görə də mövzuya özünüzün diqqət yetirməyiniz və daha çox öyrənməyiniz üçün mənbə sənədimizdən başlanğıc nöqtəsi kimi istifadə etməyi tövsiyə edirik.

Ancaq həmişə bu cür işlədiyimizi demək saxtakarlıq olardı.

Bəzi köhnə videolar bu gün bizim təyin etdiyimiz standartlara uyğun gəlmir.

Bizi ən çox narahat edən Qaçqın və Asılılıq videolarıdır.

Onların hər ikisində biz balanslı bir perspektiv təqdim etməyə çalışmamışdıq, əksinə, bir seçim etmişdik və onunla da davam etmişdik.

Qaçqın videosu 2015-ci il qaçqın böhranının ən yüksək vaxtında dünya ilə bağlı dərin qəzəb və məyusluq hissi ilə hazırlanmışdır.

Biz kvotalarla bağlı mübahisə etdiyimiz vaxt, sahillərimizdə ölmüş uşaqlar var idi.

Həmin ssenari bazar günü günortadan sonra yazılmış və bir həftə ərzində illüstrasiya və animasiya edilmişdi.

Bu, yorucu, stresli və təşvişedici idi.

Biz hələ də inanırıq ki, Avropa ölkələri kömək etməli idi, lakin bu barədə toksik olmaq tamamilə yersiz idi.

Biz insanları təhqir etdik və onların real və dərin çətinliklərlə bağlı narahatlıqlarını görməzlikdən gəldik.

O video bölücü və emosional idi, halbuki həmin vaxtda debat sakit və aydın bir icmal tələb edirdi.

Asılılıq videosu yalnız bir mənbəyə əsaslanmışdı və illər ərzində çoxlu tənqidlə üzləşdi.

Və təəssüf ki, videonun tezisinə əsas olan sənədlərlə bağlı nə alimlərlə əlaqə saxladıq, nə də əlavə araşdırma apardıq.

“Asılılıq sırf psixolojidir və fərdin həyat şəraitindən asılıdır.”

Bu mövqe hələ də bir sıra asılılıq mütəxəssisləri tərəfindən qorunur və biz bunun yanlış olduğunu demirik, lakin bir çoxları bununla razılaşmır və bunu həqiqət kimi təqdim etmək düzgün deyil.

Asılılıq həll olunmaqdan bir xeyli uzaqdır və bizim videolarımız hansısa tərəfi tutmaq əvəzinə, bunu əks etdirməli idi.

Biz ideyanı o qədər sadələşdirdik ki, ondan əla hekayə yarandı, lakin təhrif olundu.

Hər iki video iki ay ərzində hazırlanıb və bu günə qədərki ən uğurlu videolarımızdan ikisidir.

Biz, həqiqətən işləyən bir düstur tapdıq.

Ancaq bir daha heç vaxt onlara bənzər bir şey etmədik və onlarla nə edəcəyimizi uzun müddət müzakirə etdik.

Hər iki videonun çoxları tərəfindən sevilməsi işləri bir az da çətinləşdirir.

Biz işimizlə fəxr etmək istəyirik və bu iki video bizi qürurlandırmır.

Ona görə də, bu gün onları sildik.

Bu, onları internetdən təmizləməyəcək, onsuz da məqsəd bu da deyil.

Onları başqa yerə yükləməkdən çəkinməyin.

Kimyəvi və psixoloji səbəblərə nəzər salacağımız yeni bir asılılıq videosu üzərində işləyirik.

Biz ona çoxlu vaxt sərf edəcəyik, buna görə də xahiş edirik ki, səbirli olun.

Qaçqın videosu daha aktual deyil, ona görə də onu yeniləməyəcəyik.

Biz həm də növbəti bir neçə ay ərzində mənbələr, əlavə oxu və şərhlər əlavə etmək üçün köhnə videolarımızı nəzərdən keçiririk.

İndi biz əsas qurumlara etibar etməkdənsə, etibarlı məlumat üçün tez-tez internetdəki yaradıcılara nəzər salırıq.

Biz onların diqqətli və ciddi olmalarına və addımları maddi maraqlara əsasən atmadıklarına etibar edirik.

Və biz onlardan ictimaiyyət qarşısında səhvlərini etiraf etmələrini və onları minimuma endirmək üçün çalışmalarını gözləyirik.

Beləliklə, edəcəyimiz şey budur:

Etibar bir dəfə qazanıb, sonra əbədi olaraq saxlayacağımız bir şey deyil.

Bunun üçün daim çalışmaq lazımdır.

Bəs onda Kurzgesagt-a etibar edə bilərsinizmi?

Hazırladığımız hər bir videonun müxtəlif ekspertlər tərəfindən hərtərəfli araşdırılaraq təsdiqləndiyinə etibar edə bilərsiniz.

Etibar edə bilərsiniz ki, biz qərəzlərimiz olduğunu bilirik və onları aradan qaldırmağa çalışırıq.

Biz Kurzgesagt-ı spektrin etibarlı sonuna doğru irəlilətmək istəyirik.

Dünya sadə cavablar üçün çox mürəkkəbdir və biz bu cavabları verən tərəf olmaq istəmirik.

Son altı ildə bu videoların hazırlanması çox əla təcrübə idi və biz buna görə çox minnətdarıq.

Ümid edirik ki, siz də növbəti bir neçə il ərzində bizimlə olacaqsınız.

Kainatın və həyatın nə olduğunu anlamaq yolundakı səyahətimizə siz də qoşulun.

İzlədiyiniz üçün təşəkkürlər.