Dünyadakı ən ölümcül varlıq - Bakteriyofaq | Kurzgesagt

🎁Amazon Prime 📖Kindle Unlimited 🎧Audible Plus 🎵Amazon Music Unlimited 🌿iHerb 💰Binance

Video

Transkriptlər

(Musiqi)

Milyard illərdir ki, amansız müharibə davam edir

Hər gün trilyonlarla varlığı öldürür, biz isə bunu heç sezmirik də.

Bu müharibəni aparan planetimizdəki ən ölümcül varlıq:

Bakteriyofaq

və ya qısaca “faq”

(Giriş + Musiqi)

Faq virusdur

nə tam canlıdır,

nə də tam ölüdür.

Həmçinin görünüşü sanki kiminsə tərəfindən düzəldildiyi təsirini bağışlayır.

Başı ikosaedr formasındadır,

20 üzü və 30 küncü olan zər kimidir.

Özündə virusun genetik məlumatlarını ehtiva edir

və adətən ayağa oxşayan lifləri olan uzun quyruq üzərində oturmuş formada olur.

Yer kürəsindəki faqların sayı digər bütün canlıların cəmindən daha çoxdur,

bakteriyalar da daxil olmaqla.

və güman ki, canlı varlıqların yaşadığı hər yerdə mövcuddurlar.

Hal-hazırda milyardlarla faq əllərimizdə, daxilimizdə və göz qapaqlarımızda yaşayır.

Bu sizi əsəbləşdirə bilər, çünki faqlar Yer kürəsindəki əksər ölümlərin səbəbkarıdırlar.

lakin siz şanslısınız.

Onlar çox asanlıqla soyqırım törədərkən

sadəcə bakteriyaları öldürürlər.

Hər gün okeanlardakı bütün növ bakteriyaların təxminən 40 faizi faqlar tərəfindən öldürülür.

Lakin faqların da böyük qüsurları var.

hər bir virus kimi faqların da yaşamaq və çoxalmaq üçün bir sahibə ehtiyacı var.

onların gövdələrindəki genetik məlumatlar yığınından artıq bir şey deyillər

və ixtisaslaşırlar.

Adətən, faq müəyyən bir bakteriyanı seçir

və onun yaxın qohumlarından bəziləri də ola bilər

Onlar faqların şikarıdır.

Təsəvvür edin ki, faq dəniz raketi kimi yalnız bir bədbəxt ailənin üzvlərini ovlayır və öldürür.

Faq öz qurbanını tapdıqda

öz quyruğundakı lifləri qəbuledicilərlə birləşdirir və səthi deşmək üçün quyruğundan şpris kimi istifadə edir.

Qəribə bir hərəkətlə faq öz quyruğunu bakteriyanın daxilinə soxur və genetik məlumatları inyeksiya edir.

Bir neçə dəqiqə sonra bakteriya üzərində idarə faqın əlinə keçir

indi bakteriya yeni faqların bütün hissələrini hazırlamaq məcburiyyətindədir.

yalnız bakteriya yeni faqlarla tamamilə dolduqda bu proses dayanacaq.

Ən sonda

onlar “endolizin” istehsal edirlər

  • bakteriyada deşik aça bilən güclü ferment.

təzyiq o qədər güclü olur ki, bakteriya sanki qusaraq bütün daxilindəkiləri xaric edir və ölür.

Yeni faqlar xaricə buraxılırlar və yeni dövrə başlayır.

Son bir neçə ildə

bakteriyofaqlar dünyadakı ikinci ən ölümcül varlıqların diqqətini çəkə bildilər:

  • İnsanların.

son zamanlarda biz bədənimizə milyonlarla faq inyeksiya etməyə başlamışıq

çünki çarəsiz vəziyyətdəyik;

vəziyyəti pisləşdirmişik.

Keçmişdə tək kəsik və ya yanlış mənbəyindən bir qurtum su sizi öldürə bilərdi.

Bakteriyalar bizim faqlarımız idi.

mərhəmətsizcə bizi ovlayan kiçik canavarlar

Lakin sonra, təxminən 100 il əvvəl, həll yolunu təbiətdə tapdıq.

Təsadüfən bakteriyaları öldürən birləşmələri yaradan göbələyi tapdıq;

antibiotiklər.

Anidən bizim super güclü silahımız oldu.

Antibiotiklər o qədər effektiv idilər ki, biz bakteriyalardan canavar kimi düşünməyi dayandırdıq.

bakteriyalar yalnız qoca və zəifləri öldürürdü.

Biz getdikcə yüngül və daha yüngül xəstəliklər üçün çox və daha çox antibiotik istifadə etdik.

Biz canavarlara olan hörmətimizi və beləcə silahımızı itirdik

Lakin bakteriyalar təkamül edən canlı varlıqlardır və bir-birinin ardınca silahlarımıza qarşı dözümlü olmağa başladılar.

bu proses biz “super bakteriyalar” yaradana qədər davam etdi,

  • bizdəki demək olar ki bütün vasitələr qarşı dözümlü olan bakteriya

Biz danışdıqca bu dözümlülük - immunitet getdikcə yayılır.

2050-ci ilə qədər super bakteriyalar ildə xərçəngdən daha çox insan öldürə biləcəklər.

Kəsiyin, məsanə infeksiyasının və öskürəyin sizi və sevdiklərinizi öldürə biləcək günlər geri qayıdır.

Təkcə ABŞ-da 23 mindən çox insan hər il dözümlü bakteriyadan ölür.

Lakin bu nəticəyə gəlirik ki, bizim kiçik qatil virus robotlar bizi xilas edə bilər.

biz infeksiyalardan müalicə olunmaq üçün onları bədənimizə inyeksiya edə bilərik.

Bir dəqiqə, milyonlarla virusu infeksiyaya inyeksiya etmək necə yaxşı fikir ola bilər?

Faqlar bakteriyaları öldürməkdə xüsusi ixtisaslaşıblar.

o qədər ixtisaslaşıblar ki, əslində insanlar da faqlara qarşı tamamilə dözümlüdürlər.

biz çox fərqliyik.

hər gün milyardlarla faqla qarşılaşır və sadəcə nəzakətlə onları qulaq ardına vururuq.

antibiotiklər xalça bombardmanı kimidir,

hər şeyi, hətta daxilimizdəki zərər vurmaq istədiyimiz bakteriyaları da öldürür.

faqlar isə yönləndirilmiş raketlər kimidirlər, yalnız lazım olanlara hücum edirlər.

Bir dəqiqə, əgər biz faqlardan bakteriyaları öldürmək üçün istifadə etdikdə

bakteriya müdafiə yolları tapmayacaq mı?

Bu bizim düşündüyümüzdən daha qəlizdir; faqlar da təkamül edirlər.

indiyə qədər milyard illərdir ki, faqlar və bakteriyalar arasında silahlanma yarışı gedir

və bu prosesdə faqlar kifayət qədər yaxşıdırlar.

bu faqları mütəmadi olaraq öldürmə prosesində daha da yaxşı edən ağıllı silahlardır.

Lakin əgər bakteriya faqa qarşı immunitet qazansa belə, bizim yenə də qalib gəlmək şansımız var.

Araşdırmalar göstərir ki, bakteriyalar

faqların yalnız müəyyən bir neçə növünə qarşı da immunitet qazansalar belə,

bu arada antibiotiklərə qarşı immunitetlərini itirmək məcburiyyətində qalırlar.

Biz onları çıxılmaz vəziyyətə sala bilərik.

Bu test artıq ümidsiz bir xəstə üzərində uğurla həyata keçirilib.

“Pseudomonas Aeruginosa” bakteriyası - ən qorxulu bakteriyalardan biri

bir şəxsin sinə boşluğuna sirayət etmişdir.

Onlar təbiətcən biz çox antibiotiklərə qarşı dözümlüdür

və hətta spirtli əl gelində belə sağ qala bilirlər.

İllərlə əzab çəkdikdən sonra bir neçə min faq birbaşa sinə boşluğuna inyeksiya edildi.

bakteriyanın dözümlü olduğu antibiotiklərlə birlikdə.

bir neçə həftə sonra infeksiyalar tamamilə yox oldu.

Təəssüf ki, bu müalicə üsulu hələ də təcrübə mərhələsindədir

və əczaçılıq şirkətləri bu sahəyə lazımi milyardları yatırmaq istəmirlər.

və müalicə rəsmi qurum tərəfindən təsdiq olunmayıb.

Lakin, nəhayət ki, işlər dəyişir.

2016-cı ildə bu günə qədər ki ən böyük faq tibbi testi həyata keçirildi

və faqlara getdikcə daha da çox diqqət verilir.

və biz buna öyrəşirik, çünki antibiotiklərin super silahlarımız olduğu dövr sona yaxınlaşır.

Dünyadakı ən ölümcül varlığı bədənimizə inyeksiya etmək qəribə səslənə bilər,

lakin milyonlarla həyatı xilas da edə bilər.

Bu video Bill & Melinda Gates Fondunun təmin etdiyi qrant sayəsində hazırlanmışdır.

Kurzgesagtı dəstəkləmək istəsəniz, bunu patreon.com/Kurzgesagt saytında edib, əvəzində maraqlı əşyalar əldə edə bilərsiniz.