Gözəl Şeylər Niyə Bizi Xoşbəxt Edir? - Gözəllik İzah Olundu | Kurzgesagt

🎁Amazon Prime 📖Kindle Unlimited 🎧Audible Plus 🎵Amazon Music Unlimited 🌿iHerb 💰Binance

Video

Transkriptlər

Bir çox şey gözəl ola bilər.

Landşaftlar, üzlər, təsviri sənət və ya epik memarlıq; göydəki ulduzlar.

Və ya sadəcə günəşin boş bir şüşə üzərində əks olunması.

Gözəllik maddi bir şey deyildir.

O yalnız xoş bir hiss kimi ağlımızda mövcuddur

Əgər gözəlliyi müəyyənləşdirməli olsaq,

onu dərk etdiyimiz qədəri ilə,

rəngi, şəkli, forması və ya ölçüsü

necəsə bizə cazibədar və ya zövqlü olanı təyin edərdik.

Gözəllik çox insani bir təcrübədir ki,

milyonlarla il bizimlə olmuşdur

Hətta ilk alətlərimiz belə simmetrik bir formaya salınıb.

Tədqiqatçılar əcdadlarımızın alətlərinin gözəl görünməsi üçün niyə vaxt ayırdıqlarına dair real səbəbləri tapmağa çalışsalar da

həqiqətən heç bir şey təyinləşdirə bilmədilər.

Görünən odur ki, ibtiadi insanların alətlərini göz yaşı formasında etməsinin səbəbi

sadəcə olaraq o şəkli daha çox bəyənmələri olmuşdur.

Tariximiz boyu gözəlliyin tərifi çox dəyişdi.

İdeallar dəyişdi və ya tərsinə çevrildi.

Ancaq şəxsi və müasir zövqlərdən savayı bəzi şeylər əsla dəbdən düşmədi

Qızıl kəsik, simmetriya və ya fraktal naxışlar

başlanğıcdan bu günə kimi mədəniyyətlərin incəsənət və memarlıq nümunələrində tapıla bilər.

İnsanlar, görünür, bəzi şeylərin gözəlliyi ilə bağlı əsrarəngiz, daxili bir razılığa varıblar.

Qarşımıza çıxan nümunələrin hamısının təbiətdən gəlməsi.

Onlar atalarımızın həyatda qalmağına kömək etdilər

bu səbəbdən də biologiyamızın bir parçasına çevrildilər.

Gözəllik Niyə Bizi Xoşbəxt Edir (Tərcümə: İLAHE UMUD)

Məsələn, fraktal naxışlara təbiətin hər yerində rast gəlinir

İlbiz qabıqlarında, çiçəklərdə, dalğalarda və ya buludlarda.

Bu modelləri müəyənləşdirib onları qiymətləndirmək yüksək dərəcədə həyati önəm daşıyırdı.

Bu buludlar tezliklə yağış yağacağınamı işarədir? Bu sular üzmək üçün təhlükəsizdirmi? Bunu yeyə bilərəmmi?

Bir digər yayılmış şey də simmetriyadır

Təbiətdə hər şeyin lazımi qaydada olduğunu göstərir.

Budaqlar və ağaclar, yarpaqlar və çiçəklər- hamısı simmetrik olaraq böyüyür

Görkəmli buynuzlara sahib maral, ehtimal ki, qidalı ət mənbəyidir.

Yarpaqları deformasiyaya uğramış buğda yarpağı isə yemək üçün etibarlı olmaya bilər

Simmetrik bir üzün sağlam və səmərəli bir cütləşmə partnyoruna aid olması isə daha böyük ehtimaldır.

Canlılarda və bitkilərdə çox yayılmış olduğuna görə simmetriya beynimizə son dərəcə tanışdır.

Bu, əcdadlarımıza ətraf mühiti daha asan dəyərləndirmədə və təhlükəyə tez reaksiya vermədə kömək etdi.

Həyatda qalmağımıza yarayan bəzi şeylər beynimizdə mükafat mərkəzini aktivləşdirir.

Təhlükəsizlik və qida siqnallarını almaq, içimizdə xoş hisslər oyandırdı.

Beləliklə, gözəllik anlayışımız, yəqin ki, naxışları tanımağımız üzərə inkişaf etdi

Amma bunun da ötəsində, indi insanların gözəllik üçün

içimizə dərindən bağlantılı bir instinkt inkişaf etdirdikləri görünür.

Beynimizdəki digər proseslər özünü dayandırsa belə, o, qalır.

Alzheimer xəstələrindən bir neçə rəsm əsərinin gözəlliyinə görə sıralanması istənildi

İki həftə sonra bu təcrübə yenidən təkrarlandı

Xəstələr rəsmləri çoxdan unutmuşdular, amma yenə də rəsmlərin gözəlliyini eyni qaydada sıraladılar

Biri bunun çox da bir şey ifadə etmədiyini iddia edə bilər. Yəni, bəlkə insanlar şəxsi seçimərinə sadiq qaldılar?

Ancaq digər araşdırmalar göstərdi ki, gözəllik mövzusunda çox az ortaq məxrəcə sahibik.

Müxtəlif təcrübələrdə, insanlardan abstrakt rəsmlərin saxtalarını və əsillərini ayırmaları istənildi.

Bəziləri fraktal naxışlar kimi sərt qaydalara əsaslanan original Mondrian və Pollock tərzi rəssamlara aidkən

tədliqlər belə deyildi.

Əksəriyyət original sənət əsərlərini seçdi.

Əsərləri çox fərqli olsa da, bu, fərqli üslubdakı rəssamlar üçün də keçərli idi

Digər bir təcrübədə yenə abstrakt rəsmlərdən istifadə edildi,

lakin bu dəfə insanlardan uşaqların və heyvanların çəkdiyi rəsmlər arasından oxşarları seçmələri istənildi.

İnsanlar yenidən naxışları təsadüfi olmayan, diqqətlə çəkilmiş rəsm əsərlərini seçdilər.

Yəni ki, gözəlliyin nə olduğunu və ya nəyə əsaslandığını başa düşməkdə çətinlik çəksək də

onu gördüyümüzdə bir yolla ayırd edə bilirik.

Niyə Gözəllik Önəmlidir?

İnsanlar artıq günbəgün təbiət arasında gəzib həyatda qalmağa çalışmırlar

Təbii yaşamı geridə qoymuşuq və özümüzünkünü yaratmışıq.

Bizi əhatə edən geydiyimiz, istifadə etdiyimiz və baxdığımız şeyləri yaratmışıq.

Planetdə yayıldıqca və sayımız artdıqca tamamilə süni bir mühit formalaşdırdıq.

Bunu edərkən, əksərən, funksionallıq, maliyyət ya səmərəliliyi hesabına gözəlliyi ikinci plana atdıq

İçində heç kəsin yaşamaq istəməyəcəyi sıra-sıra beton yaşayış binaları inşa etdik.

Çirkin metro stansiyalarımız, köhnə-kürüş ictimai binalarımız və böyüyən mall’larımız var.

Yana yana boş, standart qutular.

İnsanlar monotonluğu sevmirlər.

Göz izləmə proqramı insanların düz divarlara bir göz gəzdirib keçərkən

memarlıq əsərlərin detallarına və naxışlarına diqqətlə fokslandıqlarını göstərdi.

Və insanlar bunlara baxdıqda nəinki əylənmirlər, hətta onlar bizi acınacaqlı vəziyyətə gətirirlər

Dəri sensorları ilə aparılan təcrübələr göstərdi ki,

geniş, darıxdırıcı fasadlara baxmaq cansıxıcı və narahat hiss etməyimizə səbəb olur.

Bu cür can sıxıntısının ürək döyüntüsü və stres səviyyəsinin artması ilə əlaqələndirildi.

Və bunun əksi də doğru ola bilər

Son onilliklər ərzində getdikcə daha çox aparılan tədqiqatlar nəticəsində

həqiqətən estetik cəhətdən xoş olan ətraf mühit rifahımızı, davranışımızı, idrak səviyyəmizi və əhvalımızı yaxşılaşdıra bilər.

Bədənimiz və beynimiz bizi əhatə edən təbiətə ölçüləbilən və gözləgörünən şəkildə reaksiya verir

Xüsusilə də gözəllik bizim rifahımıza elə güclü təsir göstərir ki, faydalı şeyləri gözəl hala gətirmək, əslində, onları daha yaxşı edə bilər

2017-ci ildə bir xəstəxana xəstələrlə aparılan müşahidələr və görüşlər əsasında sağalma faktorlarını araşdırdı

və salondakı estetik nümunələrin onları ümumi mənada daha rahat və daha xoşbəxt hiss ettirdiyi aşkar edildi.

Digər bir araşdırmada iki palatalı bir xəstəxanada xəstələrin nə qədər müddətə sağalacaqları incələndi

Palatalardan biri çox köhnə və olduqca çirkinkən, digəri yenicə təmir olunmuşdu

Tədqiqatçılar yenilənmiş palatada qalan xəstələrin köhnə palatadakılara nisbətən

daha az ağrıkəsici dərmana ehtiyac duymasıına

və onlardan 2 gün erkən evə buraxılmalarına heyrət etdi.

Daha gözəl olan ətraf mühit onlara fiziki cəhətdən də xoş təsir etdi.

Gözəllik həmçinin gündəlik olaraq da bizə təsir edir.

Ümumi xoşbəxtliyimizi artırır

Yetkinlərin xoşbəxtliyinə təsir edən əsas amilləri araşdıran bir təcrübə gözlənilməz bir nəticə ortaya qoydu.

Uyğun bir ailə həyatı və sağlamlıq kimi şeylərdən əlavə,

fərdi xoşbəxtliyə yaşadığınız şəhəri gözəl sayıb saymamağınız da təsir göstərir.

Gözəllik təmizlik və ya təhlükəsizlikdən daha yüksək xal topladı

Bəs bütün bunlardan nə öyrənə bilərik?

Milyonlarla ildir vizual girişi emal etmək və ətrafımızı qiymətləndirmək üçün

biz insanların ahəngdar şəkildə, incəliklə işlədiyini bilirik

Bu sadəcə etməyə proqramlaşdırıldığımız şeydir və bir mülkiyyət olaraq

gözəlliyin bizə həqiqətən necə təsir etdiyi haqqında daha çox məlumat əldə etməyə başlayırıq.

Gözəllik, mənalı arayışa xas olan daxili bir ehtiyacı qarşılayır.

Bəlkə də ona yaratdığımız bu bəşəri dünyada daha çox yer verməyə dəyər.

Bu video qarşıdan gələn gözəllik sərgisinə töhfə olaraq yaradıcı agentlikləri, Sagmeister və Walsh ilə əməkdaşlıq təşkil edir

Sərgi 23 oktyabr 2018-ci il - 31 mart 2019-cu il tarixində Mak Vienna’da

və Mak Frankfurt’da 01 May 2019 - 30 sentyabr 2019 tarixlərində nümayiş etdiriləcəkdir

Əgər gözəlliyin təsiri haqqında daha çox məlumat əldə etmək və tonlarca möhtəşəm qurğular və multimedia obyektləri görmək istəyirsinizsə,

gedin və nəzər salın!