Hər şeyin başlanğıcı - böyük patlama. | Kurzgesagt

🎁Amazon Prime 📖Kindle Unlimited 🎧Audible Plus 🎵Amazon Music Unlimited 🌿iHerb 💰Binance

Video

Transkriptlər

Hər şeyin başlanğıcı.

Böyük Partlayış.

Kainatın qəfildən yarandığı və sonsuz olmadığı düşüncəsi.

20-ci əsrin ortalarına qədər əksər alimlər

kainatın sonsuz və yaşsız olduğunu düşündülər.

Bu, Einstein-in nisbilik nəzəriyyəsinin köməyiylə cazibə qüvvəsini daha yaxşı başa düşdüyümüz

və Edwin Hubble-ın əvvəlki proqnozlara uyğun şəkildə qalaktikaların

bir-birlərindən ayrı hərəkət etdiyini kəşf etdiyimiz vaxta qədər davam etdi.

1964-cü ildə təsadüfən kosmik fon radiasyası aşkar edildi.

Erkən kainatın bir qalıntısı digər müşahidə ediləbilən sübutlarla birlikdə

Böyük Partlayış-ı elmdə qəbul edilən bir nəzəriyyəyə çevirdi.

O vaxtdan bəri Hubble teleskopu kimi təkmilləşdirilmiş texnologiya bizə

Böyük Partlayışın və kainat strukturunun gözəl bir təsvirini təqdim edir.

Son müşahidələr hətta kainatın genişlənməsinin sürətləndiyini də göstərir.

Bəs bu Böyük Partlayış işi necə oldu?

Necə bir şey heçnədən yarana bilər?

Gəlin bildiyimiz şeylərə bir nəzər salaq.

Hələlik bu başlanğıc hissəsini bir kənara qoyaq.

Hər şeydən əvvəl, Böyük Partlayış tam bir partlayış sayılmazdı.

O, fəzanın hər yerdə bir anda genişlənməsiydi.

Kainat genişlənməyə çox çox kiçik ölçülərdə başladı və

tezliklə bir futbol topu boyuna qədər böyüdü.

Kainat nəyəsə doğru genişlənməmişdi, fəza sadəcə olaraq öz üzərinə genişlənirdi.

O, sərhədləri olmadığından nəyəsə doğru genişləyə bilməzdi.

Tərif olaraq, Kainatda “kənar” deyə bir şey də yoxdur.

Kainat olduğu kimi oradadır.

Bu isti, sıx mühitdə enerji,

özünü zamanın çox kiçik intervallarında movcud olan hissəciklərdə büruzə verdi.

Qlüonlardan kvark cütləri əmələ gəldi.

Onlar, çox yəqin ki, daha çox qlüon əmələ gətirdikdən sonra bir-birlərini məhv etdilər.

Bunlar qarşılıqlı təsir yaradacaq başqa qısaömürlü kvarklar tapıb

yeni kvark cütləri və təkrar qlüonlar əmələ gətirdilər.

Materya və enerji sadəcə nəzəri bərabərlikcə deyil

praktikada da eyni şey idi.

Bu zaman miqyasında maddə anti-maddə üzərində qələbə çaldı.

Bu gün biz, demək olar ki, tamamilə məddə ilə dolu təxminən heç anti-maddə olmayan bir yerdə yaşayırıq.

Elə ya da belə, hər bir milyard anti-maddə zərrəciyinə qarşı,

bir milyard və bir maddə zərrəciyi daha yarandı.

Kainatda əsaslı tək bir qüvvə əvəzinə

onun fərqli qanunlar əsasında işləyən çox sayda saf-çürük edilmiş versiyaları mövcud idi.

Bu yerdə artıq kainat bir milyard kilometr diametrinə qədər genişləndi,

bu da temperaturun azalmasına gətirib çıxartdı.

Kvarkların yaranma və enerjiyə çevrilmə döngüsü qəflətən dayanmışdı.

Bu andan etibarən biz əlimizdə nə varsa onunla irəliləməli oluruq.

Kvarklar proton və neytronlar kimi yeni hadron zərrəcikləri yaratmağa başlayır.

Hər cür hadron növləri əmələ gətirən çox sayda kvark kombinasiyaları var idi,

lakin sadəcə çox azı müəyyən müddət kifayət edəcək qədər davamlı idi.

Lütfən başa düşməyiniz üçün bir az dayanın, çünkü hal-hazırda

kainatın başlanğıcından bu yana sadəcə bir saniyə keçib.

Artıq Kainat yüz milyard kilometrə qədər genişləndi.

O, bundan belə bir çox neytronun protona çevrilməsi və ilk hidrogen atomunun yaranmasına kifayət edəcək qədər soyudu.

Kainatın bu yerdə saysız enerji və zərrəcik ilə dolu

10 milyard dərəcəli bir boşqab şorba olduğunu xəyal edin.

Növbəti bir neçə dəqiqə ərzində hər şey çox sürətlə soyudu və yerinə oturdu.

Hadron və elektronlardan atomlar əmələ gəldi

və sabit və neytral elektrikli mühit yarandı.

Bəziləri bu periodu Qaranlıq Dövr adlandırır, çünkü ətrafda heç ulduz yox idi və

hidrogen qazı gözlə görülən işığının keçməsinə icazə vermirdi.

Bəs ətrafda gözləri olan hər hansı bir canlı yaşamadığı halda

gözlə görülən işıq nə mənaya gəlir ki?

Milyon illər sonra hidrogen qazları birləşti,

qravitasiya qüvvəsi üzərində dəhşətli bir təzyiq əmələ gətirdi və ulduzlar, qalaktikalar formalaşmağa başladı.

Onların radiasiyası da sabit hidrogen qazını plazmaya çevirdi.

Bu da hal-hazırki dövrdə kainata nüfuz edərək görüləbilən işığın keçməsinə şərait yaradır.

Və artıq işıq var!

Yaxşı, bəs müzakirəyə yatırmadığımız mövzular?

Başlanğıcda nə baş verdi?

Bu hissəni Böyük Partlayış adlandıra bilərik.

Bu yerdə nə baş verdiyini bilmirik.

Tam bu nöqtədə bizim alət-ədavatlarımız qırılır.

Fizika qanunları mənasını itirir, zaman laxlayır.

Burda nə baş verdiyini dərk etmək üçün Einstein-in nisbilik nəzəriyyəsi və Kvant mexanikasını birləştirən bir nəzəriyyəyə ehtiyacımız var.

Hal-hazırda saysız-hesabsız alim bunun üzərində işləyir.

Amma bu, bizi çoxsaylı cavabsız sualla üz-üzə qoyur.

Bizimkindən əvvəl başqa kainatlar da mövcud idi mi?

Bu ilk və tək kainatdırmı?

Böyük Partlayışa nə təkan verdi?

Yoxsa bu, təbii şəkildə, hələ başa düşmədiyimiz qanunlar əsasında yarandı?

Bilmirik və bəlkə də heç vaxt bilməyəcəyik.

Bildiyimiz şey budur ki, məlumatlı olduğumuz qədəriylə kainat bu nöqtədə başladı və

zərrəciklərə, qalaktikalara, Ulduzlara, Yerə və sizə həyat bəxş etdi.

Özümüz sönmüş ulduzlardan yarandığımız üçün özümüzü kainatdan ayırmırıq.

Biz onun bir hissəsiyik.

Hətta siz bizləri “kainatın özünü müşahidə etmə yolu” olaraq adlandıra da bilərsiniz.

Son olaraq, soruşacaq başqa sual qalmayanadək biz də onu yaşamağa davam edək. :)