Həyat nədir? Ölüm həqiqətən varmı? | Kurzgesagt

🎁Amazon Prime 📖Kindle Unlimited 🎧Audible Plus 🎵Amazon Music Unlimited 🌿iHerb 💰Binance

Video

Transkriptlər

Həyat təməli etibarilə ölmüş şeylərdəm tamamilə fərqlidir - Yoxsa elə deyil?

Fizik Erwin Schrödinger həyatı belə xarakterizə edir:

Canlılar, natarazlığa yayınıb balansı itirməkdən çəkinirlər.

Bu nə mənaya gəlir?

Gəlin endirilənlər qovluğunuzun kainat olduğunu fərz edək.

O, əvvəlcə nizamla irəliləsə də vaxt ötdükcə daha qarış-quruş bir hal almışdır.

Enerji sərf edərək nizam-intizamı bərpa edə bilərsiniz.

Canlıların etdiyi şeylər də bunlardır.

Bəs həyat nədir?

Bu planetdə yaşayan hər bir canlı hüceyrələrdən təşkil olunmuşdur.

Təməldə, bir hüceyrə nəsə hiss etməyəcək qədər kiçik protein əsaslı bir robotdur.

O, həyata dair təyin etdiyimiz xüsusiyyətlərə malikdir:

onu xarici mühitdən ayıran bir divarı var, nizamı qoruyur;

özünü tənzimləyir və sabit vəziyyətdə saxlayır;

həyatda qalmaq üçün bir şeylər yeyir;

böyüyür və inkişaf edir;

ətraf mühitə reaksiya verir;

və təkamülə məruz qalır

və özünü çoxaldır.

Amma bütün bu şeylər -hansı ki, onlar hüceyrəni təşkil edir- canlı deyillər

Bir şeylər başqa şeylərlə kimyəvi reaksiyalara girən,

digər reasiyaları başladan başqa reaksiyaları başladır.

Tək bir hüceyrədə hər saniyədə qarışıq bir orkestr formasında

milyonlarla müxtəlif kimyəvi reaksiya baş verir.

Hüceyrə bəziləri çox sadə, bəziləri isə çox mürəkkəb mikro maşınlara bənzər

minlərlə müxtəlif protein yarada bilir:

Təsəvvür edin ki, 100 km/s sürətlə bir maşın sürürsünüz və küçədən topladığınız şeylərlə

hər bir hissəsini yenidən bərpa edirsiniz.

Baxın hüceyrələr bunu edir.

Lakin, hüceyrənin heç bir hissəciyi canlı deyil;

hər biri təbiət qanunlarıyla hərəkət edən cansız maddədir.

Bəs həyat bütün bu baş verməktə olan reaksiya proseslərinin məcmusundan ibarətdir?

Nəticə etibariylə, yaşayan hər bir canlı ölümü dadacaq.

Bütün bu prosesin məqsədi yeni varlıqlar yaradaraq bunun qarşısını almaqdır.

Və bununla biz DNT-ni nəzərdə tuturuq.

Həyat, bir baxıma, ətrafda genetik informasiya daşıyan bir növ şeylərdən ibarətdir.

Hər bir canlı varlıq təkamülə tabedir və

ətrafdakı ən yaxşı canlını inkişaf etdirən DNT oyunda davam edəcəkdir.

Beləliklə, DNT həyatdır? Bəs sonra?

Əgər DNT-ni qabığından çıxartsanız, onun sözsüz ki, çox mürəkkəb bir molekul olduğunu görərsiniz,

amma özbaşına heç nə edə bilməz.

Bu yerdə, viruslar hər şeyi daha da qəlizləştirir.

Onlar, təməldə kiçik bir qabıq içindəki RNA və ya DNA cərgəsidir

və bir şey etmək üçün hüceyrəyə ehtiyac duyur.

Biz əmin deyilik onları canlımı, cansızmı götürməliyik.

Və hələ də Yer planetində 225,000,000 m³ virus mövcuddur.

Barələrində düşündüklərimiz veclərinəymiş kimi də görsənmirlər.

Hətta ölü hüceyrələrə soxulub onları yenidən canlandıran viruslar belə mövcuddur.

Beləcə, viruslar üçün sığınacaq olub cizgini daha da bulanıq bir hala gətirirlər.

Hələ mitokondriya…

Onlar ən mürrəkkəb hüceyrələrin enerji stansiyalarıdır və

əvvəlcədən daha böyük hüceyrələrlə əməkdaşlıq edən azad bakteriyalardır.

Hələ də öz DNT-ləri vardır və öz-özlərinə çoxala bilirlər, lakin

daha canlı deyillər; ölüblər.

Yəni, öz həyatlarını DNT-lərinin sağ qalmağı üçün dəyiş-düyüş etdilər.

Hansı ki bu, canlıların, genetik koduna xeyir verdiyi müddətcə ölü şeylərə çevrilə biləcəyi mənasına gəlir.

Deməli, bəlkə də həyat davam etməkdə olan mövcudiyyətini təmin edən informasiyadır.

Bəs süni intellekt?

Ən ümumi təriflərimiz baxımından kompüterlərdə süni həyat yaratmağa çox yaxınıq.

Quraşdırdığımız texnologiyanın oraya çatması sadəcə olaraq zaman məsələsidir.

Və bu da elmi fantastika deyil.

Bu sahədə aktiv fəaliyyətdə olan bir çox alim var.

Kompüter viruslarının canlı olduğunu artıq müzakirəyə yatıra bilərsiniz.

Hm, yaxşı. Bəs onda həyat nədir?

Cisimlər, inkişaf, DNT, informasiya?

Məsələ necə də sürətlə qarmaqarışıq bir hal aldı belə!

Əminlik üçün bir şey qeyd edək:

Bəzi qeyri-fiziki elementlərə görə

yaşamın cansızlardan təməldə fərqli olması və ya

tamam fərqli prinsiplər əsasında idarə olunması düşüncəsi

səhv çıxdı.

İnsanlar, Charles Darwin’dən əvvəl özləri ilə yerdə qalan canlılar arasında bir cizgi çəkmişdi;

bizləri xüsusi qılan sehrli nəsə var idi.

Bir gün, biz də yaşamaqda olan hər canlı kimi təkamülün məhsulu olduğumuzu qəbul etməli olduq

və bambaşqa bir xətt çəkdik.

Amma kompüterlərin nələr edə bildiyi və canlı həyatın necə işlədiyini daha dərindən öyrəndikcə

həyat təsvirimizə uyğun gələn ilk maşını yaratmağa bir o qədər yaxınlaşırıq

öz əksimiz isə yenidən bir o qədər təhlükəyə girir.

Bu gec ya tez baş verəcək.

Sizə bir başqa sual daha:

Əgər hər şey kainatda eyni şeylərdən təşkil olunubsa,

bunun mənası kainatdakı hər şey cansızdır?

Yoxsa tam tərsi hamısı canlıdır?

Yoxsa bu sadəcə qarmaşlıqlıq məsələsidir?

Bu, heç vaxt ölməyəcəyimiz,

çünkü başından bəri onsuz da canlı olmadığımız mənasınamı gəlir?

Yoxsa həyat və ölüm yersiz sualdır və biz hələ bunun fərqinə varmamışıq?!

Kainatın fikirləşdiyimizdən çox daha böyük bir hissəsi olmağımız mümkündür?

Bizə baxmayın; bizim sizə verəcək hər hansı bir cavabımız yoxdur.

Sadəcə fikirləşməyiniz üçün soruşuruq.

Hər şeydən əlavə, bu kimi suallar barədə düşünmək bizi canlı hiss ettirir

və bizə təsəlli verir.