Video
Transkriptlər
Beynəlxalq bank sistemi çox əsrarəngizdir.
Dünyada 30.000-dən çox müxtəlif banklar mövcuddur
və onlar inanılmaz miqdarda mal-mülkə sahibdirlər.
Təkcə ilk 10-luqdakı banklar hesablarında təqribən 25 trilyon ABŞ dolları saxlayır.
Bu günlərdə bank sistemi çox mürəkkəb görünə bilər,
ancaq ilkin ideya həyatı daha da asanlaşdırmaq üçün idi.
11-ci əsrdə İtaliya Avropa ticarətinin mərkəzi idi.
Qitənin hər tərəfindən tacirlər alver üçün burada görüşürdü.
Amma onlar bir problemlə üzləşmişdi:
dövriyyədə çox pul vahidləri var idi.
Pisada tacirlər 7 müxtəlif pul vahidi ilə işləyirdilər
və daim pullarını dəyişməyə məcbur idilər.
Bu pul dəyişmə prosesi kənarda, skamyaların üzərində baş tuturdu,
və “bank” sözü də elə buradan yaranmışdır.
(italiyanca skamya mənasına gələn “banco” sözündən)
Səyahətin, saxta pulların təhlükəsi və borc almağın çətinliyi
insanları düşünməyə vadar etdi.
Yeni bir biznes modelinin zamanı gəlmişdi.
Sələmçilər iş adamlarına kredit verməyə başlamışdırlar,
eyni zamanda Cenevrəli tacirlər nağdsız ödənişi inkişaf etdirirdilər.
Kredit verən bank şəbəkələri bütün Avropaya yayıldı,
buna həmçinin kilsələr və avropalı krallar da daxil idi.
Bəs indiki dövrdə?
Uzun sözün qısası, banklar riskin idarəolunması işinə daxildirlər.
Bankların necə fəaliyyət göstərdiyinin qısa təsviri belədir:
İnsanlar pullarını bankda saxlayaraq kiçik miqdarda faiz əldə edirlər.
Banklar isə bu pulu daha yüksək faizlərdə borc - kredit olaraq verirlər.
Bu hesablanmış riskdir, çünki bəzi borcverənlər təəhhüdləri yerinə yetirməyəcək.
Bu prosess iqtisadi sistemimiz üçün çox zəruridir,
çünki bu insanlara ev almaq üçün
və ya bir şirkətin böyüməsi və yayılması üçün vəsaitləri təmin edir.
Beləliklə, banklar bankda pul saxlayanların işlənməyən pulunu götürür,
və onu cəmiyyətin işlədəbiləcəyi vəsaitlərə çevirir.
Bankların digər gəlir mənbələrinə
kredit kartı biznesi, valyuta satışı, əmanətlərin qəbulu, mühafizə,
və nəğd idarə sistemləri kimi bir çox servis daxildir.
Hal-hazırda bankların əsas problemi
onların ənənəvi uzunmüddətli maliyyə məhsulları yerinə
qısa müddətli lakin gəlirli məhsulları seçməsidir
və bu əvvəlkindən daha risklidir.
Maliyyə partlayışı zamanı bankların əksəriyyəti çox çətin anlaşılan
konstruksiyalar qəbul etdilər,
icraçılara və ticarətcilərinə milyonlar qazandırmaq üçün
bir tenderdə alver edərək sürətli pul qazandılar.
Amma bu qumardan başqa bir şey deyildi
və bütün cəmiyyətlərə, iqtisadiyyata zərər vurdu.
Məsələn, 2008-ci ildə
“Lehman qardaşları” kimi banklar
ev almaq istəyən hər kəsə kredit verdilər
və bununla da bankları son dərəcə təhlükəli risk vəziyyətinə qoydular.
Bunun nəticəsində ABŞ və Avropanın bəzi ərazilərində
mənzil bazarı çökdü, səhm qiymətləri düşdü
və bu da qlobal bankinq krizisinə və
tarixdəki ən böyük iqtisadi krizislərdən birinə yol açdı.
Milyardlarla dollarlar bir göz qırpımında yox oldu.
Milyonlarla insan işlərini itirdi və çox miqdarda pullarından məhrum oldu.
Dünyanın aparıcı banklarının çoxu milyardlarla cərimə ödəməli oldu
və bununla da bankerlər ən az güvənilən mütəxəssisə çevirildilər.
ABŞ hökuməti və Avropa İttifaqı nəhəng xilasetmə paketləri toplayaraq
yararsız mülkləri aldı və bankları iflas etməkdən qurtardı.
Bank işini tənzimləmək üçün yeni nizamlamalar qüvvəyə mindi.
Başqa bir krizis hadisəsində şokları udmaq üçün
məcburi təcili bank fundları yaradıldı.
Amma bu güclü nizamnamələrin digər hissələri bank lobbisi tərəfindən müvəffəqiyyətlə bloklandı.
İndi isə maliyyələşdirmənin digər növləri sürətlər artır,
buna misal olaraq illik məbləğ tələb edən lakin satışlardan kommisiya almayan investisiya banklarını göstərmək olar
və bunlar müştərilərin maraq dairəsində hərəkət etmək üçün motivasiya təmin edir.
Başqa bir misal olaraq, kredit ittifaqı 19 - cu əsrdə yaranmış
və kredit fırıldaqçılığını dəf etmək üçün yaranan əməkdaşlıq təşəbbüskarlığını göstərmək olar.
Qısaca olaraq, onlar banklarla eyni maliyyə servislərini təmin edir
amma maksimum gəlir yerinə paylaşılan dəyərə diqqət göstərir.
Dediklərinə görə onların məqsədləri yeni bizneslər yaratmaq, fermaları genişlətmək,
və ya cəmiyyətə investisiya qoyaraq ailə evləri tikmək fürsətləri üçün kömək etməkdir.
Onlar icraçılar şurasını demokratik olaraq seçən üzvlər tərəfindən idarə olunur.
Dünya çapında kredit ittifaqları
barmaqla sayılacaq üzvə malik olandan
bir neçə milyard ABŞ dolları dəyərində və
yüz minlərlə üzvü olan təşkilatlara qədər dəyişiklik göstərirlər.
Üzvlərin gəlirlərinə diqqət göstərmək
kredit ittifiaqlarının götürmək istədiyi riski baltalayarş
Bu da kredit ittifaqlarının ziyanla işləməsinə baxmayaraq
sonuncu maliyyə krizisində sağ qalmaqlarını açıqlayır.
Son illərdəki “crowdfunding” partlayışını da unutmamaq lazımdır.
Möhtəşəm oyunların yaradılmağını bir kənara qoysaq,
bankı ortancıl şəxs kimi dəf edərək
kiçik investorlardan borc alan insanlar da möhtəşəm platformalar yaratmışdır.
Amma bu sənaye üçün də doğrudur.
Yeni texnologiya şirkətlərinin çoxu Kickstarter və ya İndiegogo-da başladı.
İnvestor şəxs böyük bir şeyin parçası olmaqdan həzz alır
və güvəndikləri fikirlərə yatırım edir.
Riskin çox geniş olmağına baxmayaraq
proyekt uğursuz olsa, dəymiş ziyan limitlidir.
Axırıncı amma sonuncu olmayan : mikro kreditlər.
Bunlar inkişaf etməkdə olan ölkələrdə səfalətdən çıxmaq,
fikirləri dəyərsiz sayıldığı üçün
biznes yaratmağa pula əlçatmayan insanlara
verilən borclardır.
Bu günlərdə, mikro-kredit işi multi-milyard dollarlıq işə çevrilib.
Banklar sizə görə olmaya bilər
amma bankların insanlara bə işlərə vəsait təmin etməyi
cəmiyyət üçün çox vacibdir və edilməsi gərək idi.
Gələcəkdə kimin edəcəyi və necə ediləcəyi isə
bizim ixtiyarımızdadır.