Güneş Sistemi - kosmosda evimiz. | Kurzgesagt

🎁Amazon Prime 📖Kindle Unlimited 🎧Audible Plus 🎵Amazon Music Unlimited 🌿iHerb 💰Binance

Video

Transkriptlər

Günəş sistemi — kainatdakı evimiz.

Biz Süd yolunun sakit hissəsində yaşayırıq.

Bizim evimiz Günəş sistemidir;

dörd milyard yarım il yaşı olan

və qalaktikanın mərkəzi ətrafında

saatda 200.000 kilometr sürətlə

hər 250 milyon ildə bir dövr edən törəmə.

Günəş sisteminin mərkəzində bizim ulduzumuz Günəş yerləşir.

Onun ətrafında səkkiz planet, trilyonlarla asteroid və komet

və bir neçə cırtdan planet dövr edir.

Səkkiz planet bizimkinə bənzər dörd planetə

Merkuri, Venera, Yer və Mars

və dörd qaz nəhənginə bölünür: Yupiter, Saturn, Uran və Neptun.

Merkuri bütün planetlər arasında ən balacası və ən yüngülüdür.

Bir Merkuri ili bir Merkuri günündən qısadır və bu da çox böyük temperatur dəyişmələrinə gətirib çıxarır.

Merkurinin nə atmosferi var, nə də peyki.

Venera Günəş sistemində ən parlaq obyektlərdən biridir,

şübhəsiz ən isti planetdir və atmosfer təzyiqi Yerdəkindən 92 dəfə çoxdur.

İdarəolunmayan parnik effekti nəticəsində Venerada temperatur 437 dərəcə selsidən aşağı düşmür.

Veneranın da peyki yoxdur.

Yer bizim evimizdir

və suyun maye vəziyyətdə qalmasına imkan verən kifayət qədər mülayim temperatura malik olan yeganə planetdir.

Bundan əlavə, hələ ki həyatın mövcud olduğu bilinən yeganə yerdir.

Yerin bir peyki var.

Mars Günəş sisteminin ikinci ən kiçik planetidir

və ancaq çox nazik atmosfer təbəqəsinə malik olacaq qədər ağırdır.

Oradakı Olimp dağı Günəş sistemindəki ən hündür dağdır

və hündürlüyü Everest dağının hündürlüyündən üç dəfədən də çoxdur.

Marsın iki balaca peyki var.

Yupiter Günəş sistemindəki ən böyük və ən ağır planetdir.

Tərkibi əsasən hidrogen və heliumdan ibarətdir

və bizə məlum olan ən böyük və ən güclü qasırğaların tüğyan etdiyi yerdir.

Onun ən böyük qasırğası olan Böyük qırmızı ləkə Yerdən üç dəfə böyükdür.

Yupiterin 67 peyki var.

Saturn ikinci ən böyük planetdir və bütün planetlər arasında ən az sıxlığa malikdir.

Əgər kifayət qədər böyük vannanız olsaydı, Saturn onun içərisində üzərdi.

Saturn həmçinin çox yaxşı görünən geniş halqalar sistemi ilə məşhurdur.

Onun 62 peyki var.

Uran üçüncü ən böyük planetdir və ən soyuq olanlardan biridir.

Qaz nəhəngləri arasında o, ən kiçiyidir.

Uranın səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, digər yeddi planetdən fərqli olaraq, onun fırlanma oxu yan tərəfə əyilmişdir.

Onun 27 peyki var.

Neptun Günəş sistemindəki sonuncu planetdir və Urana oxşayır.

O, Günəşdən o qədər uzaqdır ki, bir Neptun ili 164 Yer ili qədərdir.

İndiyə qədər ən böyük külək sürəti Neptunda qeydə alınmışdır: saatda 2100 kilometrdən bir qədər az.

Neptunun 14 peyki var.

Planetlərin ölçülərini müqayisə etsək, onların arasındakı fərqlər daha aydın görünər.

Yupiter ölçüdə və kütlədə liderdir.

Balaca Merkuri isə Yupiterin peyklərindən biri olan Qanimeddən də kiçikdir.

Yupiter o qədər ağırdır ki, təkcə onun kütləsi bütün planetlərin kütlələrinin cəminin təxminən 70%-i qədərdir

və ətrafındakılara çox böyük təsiri var.

Bu, Yer üçün çox yaxşıdır,

çünki Yer üzərindəki həyatı məhv edə biləcək qədər təhlükəli olan böyük asteroidləri Yupiter özünə cəzb edir.

Amma hətta Yupiter bizim ulduzumuz olan Günəşlə müqayisədə cırtdandır.

Günəşi sadəcə “ağır” adlandırmaq elə də ədalətli deyil.

Onun kütləsi bizim Günəş sistemindəki bütün kütlənin 99,68%-ni təşkil edir.

O da əsasən hidrogen və heliumdan ibarətdir.

Onun yalnız 2%-dən az hissəsini oksigen və ya dəmir kimi ağır elementlər təşkil edir.

Günəş öz nüvəsində saniyədə 620 milyon ton hidrogen əridir

və illərlə bəşəriyyətin ehtiyaclarını təmin etmək üçün kifayət qədər enerji yaradır.

Lakin bizim Günəşin ətrafında fırlanan təkcə səkkiz planet deyil.

Trilyonlarla asteroid və komet də onun ətrafında dövr edir.

Onların çoxu iki qurşaqda cəmləşib:

Marsla Yupiter arasındakı asteroid qurşağı

və Günəş sisteminin kənarındakı Koyper qurşağı.

Bu qurşaqlarda saysız-hesabsız obyektlər var, bəziləri toz hissəcikləri boyda, bəziləri isə cırtdan planetlər boyda.

Asteroid qurşağındakı ən məşhur obyekt Sereradır.

Koyper qurşağındakı ən məşhur obyektlər isə Pluton, Makemake və Haumeadır.

Biz adətən asteroid qurşağını daim bir-biri ilə toqquşan cisimlərin sıx toplusu kimi təsvir edirik,

amma əslində asteroidlər elə təsviredilməz dərəcədə böyük sahəyə paylanmışdır ki,

hətta eyni zamanda iki asteroidi görmək çətindir.

Milyardlarla obyekti olmasına baxmayaraq, asteroid qurşağı kifayət qədər boşluqlardan ibarətdir,

bununla belə dönə-dönə toqquşmalar baş verir.

Hər iki qurşağın kütləsi də ifadəsizdir.

Asteroid qurşağının kütləsi bizim peykimiz olan Ayın kütləsinin 4%-indən bir qədər azdır,

Koyper qurşağının kütləsi isə Yerin kütləsinin iyirmi beşdə biri ilə onda biri arasındadır.

Bir gün Günəş sistemi mövcud olmayacaq.

Günəş öləcək. Merkuri, Venera və bəlkə də Yer məhv olacaq.

Beş yüz milyon il sonra getdikcə daha isti olacaq, o vaxta qədər ki o, yer qabığını əridəcək.

Sonra Günəş getdikcə böyüyərək ya Yeri udacaq, ya da ən azından onu lava dənizinə döndərəcək.

Öz yanacağının hamısını yandırıb qurtardıqdan və kütləsinin çox hissəsini itirdikdən sonra

o, ağ cırtdana qədər kiçiləcək və bütünlüklə sönməzdən əvvəl daha bir neçə milyard il ərzində sakitcə yanacaq.

Nəhayət, Günəş sistemində həyat qeyri-mümkün olacaq.

Süd yolu isə bunu heç hiss etməyəcək.

Onun qollarından birində yerləşən kiçik bir hissəsi bir az qaranlıq olacaq

və bəşəriyyət mövcud olmayacaq,

ya da yeni məskən axtarışı üçün Günəş sistemini tərk etmiş olacaq.

Subtitles by the Amara.org community