Kim İklim Dəyişikliyindən Sorumludur? - Kim Düzəltməli? | Kurzgesagt

🎁Amazon Prime 📖Kindle Unlimited 🎧Audible Plus 🎵Amazon Music Unlimited 🌿iHerb 💰Binance

Video

Transkriptlər

Sənaye inqilabından bəri insanlar Yerin atmosferinə 1,5 trilyon tondan çox karbon qazı və ya CO₂ buraxıblar.

2019-cu ildə biz hələ də, təxminən 37 milyarddan çox karbon qazı buraxmağırıq

Bu rəqəm 2000-ci ildən 50 faiz, 50 il əvvəlkindən isə demək olar ki, üç dəfə çoxdur.

Və bu, təkcə CO₂ deyil, biz həm də metan və azot oksidi kimi digər istixana qazlarını da artan həcmdə atmosferə buraxırıq.

Bütün istixana qazlarını birləşdirsək, biz hər il 51 milyard ton miqdarında karbon qazı ekvivalenti emissiya edirik.

Və emissiyalar artmağa davam edir.

Ancaq onlar sıfıra enməlidir.

Son illər ərzində bunun nəticələri daha ciddi və gözəçarpan hala gəldi.

Demək olar ki, hər il dəhşətli bir rekord qırılır:

Daha çox istilik dalğası, buzlaqların çoxunun əriməsi və indiyə qədər Şimal qütbündə qeydə alınan ən az buz miqdarı.

Son 22 ilin 20-si tarixdə ən isti illər olub.

Bu sürətli iqlim dəyişikliyini məhdudlaşdırmağın yeganə yolu kollektiv emissiyalarımızı tez bir zamanda azaltmaqdır.

Bütün ölkələr bu məqsəddə prinsipcə həmfikir olsalar da, kimin bundan məsul olması və ya ən ağır yükü kimin daşıması barədə razılığa gələ bilmirlər.

İnkişaf etmiş ölkələr emissiyaları azaltmaq yolunda öz səylərini və böyük inkişaf etməkdə olan ölkələrin, xüsusən də Çinin hazırda daha çox CO₂ buraxdığını fakt kimi qeyd edirlər.

Digər tərəfdən, inkişaf etməkdə olan ölkələr Qərbin emissiyalarının həyat tərzi emissiyaları olduğunu, inkişaf etməkdə olan ölkələr üçün isə bunun sağ qalma emissiyaları olduğunu iddia edirlər.

Digərləri varlı ölkələri ikiüzlü adlandırırlar ki, onlar heç bir məhdudiyyət olmadan, atmosferi çirkləndirərək varlanıblar və indi isə başqalarının sənayeləşməməyini və yoxsul qalmağını gözləyirlər.

Bəs iqlim dəyişikliyinə və CO₂ emissiyalarına kim cavabdehdir?

Və keçmişdən asılı olmayaraq, bu gün ən çox kim nəsə etməlidir?

Bu videoda biz eksklüziv olaraq dövlətlər haqqında danışacağıq.

Fosil yanacaq sənayesinə isə başqa bir videoda baxacağıq.

Sual 1/3: Bu gün ən çox karbon qazı emissiya edən ölkələr hansılardır?

2017-ci ildə insanlar təxminən 36 milyard ton CO₂ emissiya ediblər.

Bunun 50%-dən çoxu Asiyadan, 18% və 17%-i isə Şimali Amerika və Avropadan gəlib.

Afrika, Cənubi Amerika və Okeaniya isə birlikdə cəmi 8% karbon qazı emissiya edib.

Çin hər il 10 milyard ton CO₂ və ya qlobal emissiyaların 27%-i ilə dünyanın ən böyük emissiyaçısıdır.

Ondan sonra sırada 15%-lə ABŞ və 10%-lə Avropa İttifaqı gəlir.

Birlikdə bu, dünyadakı CO₂ emissiyalarının yarısından çoxunu təşkil edir.

Beləliklə, aydındır ki, bu üç sənaye blokunun istəyi və hərəkəti olmadan bəşəriyyət karbon-neytral ola və kəskin iqlim dəyişikliyinin qarşısını ala bilməyəcək.

Sonrakı siyahıda Hindistan 7%, Rusiya 5%, Yaponiya 3%, İran, Səudiyyə Ərəbistanı, Cənubi Koreya və Kanada isə 2% azdır.

Birinci üçlüklə birlikdə ilk 10-luq qlobal emissiyaların 75%-nə cavabdehdir.

Ancaq yalnız indiki vəziyyətə baxsaq, tam mənzərəni əldə edə bilmərik.

Sual 2/3: Ümumilikdə ən çox emissiya etmiş ölkələr hansılardır?

Bu günə qədərki tarix boyu emissiyalara baxsaq, baxış bucağımız kəskin şəkildə dəyişər.

ABŞ və Avropa İttifaqı birlikdə Çini birinci pillədən kənarlaşdırır.

ABŞ, əsasən 20-ci əsrdə 400 milyard ton emissiya etmiş olub, dünyanın tarixi emissiyalarının 25%-nə cavabdehdir.

İkinci yerdə 22%-lə Avropa İttifaqı qərarlaşıb.

Çin 13%-dən bir qədər az, ABŞ-ın emissiyalarının təxminən yarısı ilə 3-cü yerdədir.

Hindistanın emissiyalara olan töhfəsi bütün Afrika və Cənubi Amerika ilə birlikdə 3%-ə qədər azalır.

Böyük Britaniya illik qlobal emissiyaların 1%-ə cavabdehdir, lakin tarixi məsuliyyətin 5%-ni öz üzərinə götürür.

Bu gün ildə emissiyaların 2%-i istehsal edən Almaniya, tarix boyu bütün Afrika və Cənubi Amerikanın cəmi qədər, demək olar ki, 6% emissiya etmişdir.

Beləliklə, sürətli iqlim dəyişikliyinin həqiqətən inkişaf etməkdə olan dünyanın məsuliyyətində olduğu hekayəsini, əgər faktlar sizin üçün əhəmiyyətlidirsə, müdafiə etmək çətindir.

Lakin bu hələ də tam mənzərə demək deyil, çünki ölkələrə diqqət yetirmək iki şeyi bir-birinə qatır: əhalinin sayı və ümumi emissiya.

Əgər ölkədə daha çox insan varsa, təbii ki, onun emissiyaları daha yüksəkdir.

Sizin kimi fərdlərə baxsaq, hər şey çox fərqli görünür, əziz izləyici.

Sual 3/3: Adambaşına ən çox karbon qazı emissiya edən ölkələr hansılardır?

Orta hesabla insan hər il təxminən beş ton CO₂ üçün cavabdehdir, lakin orta göstəricilər yanıldıcı ola bilər.

Adambaşına düşən CO₂ emissiyalarının ən çox olduğu ölkələr dünyanın əsas neft və qaz istehsalçılarından bəziləridir.

2017-ci ildə Qətər adambaşına 49 tonla ən yüksək tullantılara sahib olub, ondan sonra sırada Trinidad və Tobaqo, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Bruney, Bəhreyn və Səudiyyə Ərəbistanı gəlir.

Ancaq onlar ümumi qaydadan kənar çıxan rəqəmlərdir.

Avstraliyalılar adambaşına düşən ən yüksək karbon ayaq izlərindən birinə sahibdir: ildə 17 ton.

Bu, qlobal orta göstəricidən 3 dəfə və ABŞ və Kanadalıların 16 tonluq orta göstəricisindən bir qədər çoxdur.

Almanlar 10 tona yaxın bir rəqəmlə bu mövzuda bir az daha yaxşıdırlar, lakin bu hələ də qlobal orta göstəricidən 2 dəfə çoxdur.

Çin dünyanın ən böyük emissiya edən ölkəsi ola bilər, lakin eyni zamanda 1,4 milyarddan çox insan və dünya əhalisinin 18,5%-i ilə dünyanın ən sıx məskunlaşdığı ölkədir.

7 tonla bu, adambaşına düşən orta göstəricidən yüksəkdir.

CO₂ emissiyaları tarixən yüksək həyat standartı ilə sıx bağlı olub.

Sərvət karbon izimizin ən güclü göstəricilərindən biridir, çünki kasıbdan varlıya doğru hərəkət etdikcə biz elektrik enerjisi, istilik, kondisioner, işıqlandırma, müasir yemək bişirmə, avtomobil və ya təyyarələr, smartfonlar, kompüterlərə çıxış əldə edirik və dünyanın hər yerindəki insanlarla onlayn ünsiyyətdə oluruq.

Çinin CO₂ emissiyalarının böyük artımı yoxsulluğun tarixdə ən böyük azalma göstəriciləri ilə əlaqəlidir.

CO₂ emissiyalarını gəlirə görə sıralasaq, görərik ki, ölkələrin ən zəngin yarısı qlobal emissiyaların 86%-ə, alt yarısı isə cəmi 14%-ə cavabdehdir.

Orta bir alman orta bir hindistanlıdan beş dəfə çox emissiya istehsal edir.

Cəmi 2,3 gündə orta bir amerikalı orta bir nigeriyalının bir ildə etdiyi qədər emissiya istehsal edir.

Və məsələ təkcə bu deyil, sərt reallıq ondan ibarətdir ki, sürətli iqlim dəyişikliyindən ən çox əziyyət çəkənlər problemə ən az töhfə verən ölkələrdir.

Ən çox zərbə alan inkişaf etməkdə olan dünya olacaq.

Nəticələr ərzaq təhlükəsizliyi, resurslar üzərində münaqişələr, daha sərt və daha tez-tez baş verən təbii fəlakətlər və böyük ölçüdə iqlim qaçqın hərəkatları ola bilər.

Sual 4…/3: Bəs məsuliyyəti kim öz üzərinə götürməlidir?

İndiki ən zəngin ölkələrin bir çoxu əlverişli vəziyyətdədir.

Onlar əsrlər boyu fosil yanacaqların yandırılması və sənaye istehsalı sayəsində varlanıblar.

Onların böyük tarixi izləri var və sərvətlərinin olması o deməkdir ki, onlar hələ də adambaşına çoxlu miqdarda emissiya istehsal edirlər.

Lakin onların ölkələrinin illik emissiyaları indi digər ölkələrlə müqayisədə balaca görünür, çünki nəhəng Çin nəhayət ki, onlara yetişməkdədir və Hindistan kimi digər nəhənglər də yoldadır.

Məsələn, bir çox almanlar maraqlanır ki, əgər Almaniya illik emissiyaların yalnız 2%-ni təşkil edirsə, o, emissiyaların azaldılmasına necə mənalı təsir göstərə bilər?

Cavab sadədir.

Birinci növbədə, ən zəngin ölkələrin aşağı qiymətli, aşağı karbonlu həllər hazırlamaq və bütün dünyaya yaymaq üçün resursları, yüksək təhsilli işçi qüvvəsi və texnologiyası var.

Əgər yoxsul ölkələrin də bizim kimi fosil yanacaqlardan asılı olmasını istəmiriksə, aşağı karbonlu texnologiyanın ucuz və əlçatan olmasına ehtiyacımız var.

Və biz ona yaxınlaşırıq.

Bərpa olunan mənbələrin qiyməti sürətlə aşağı düşür və üfüqdə bir çox müxtəlif sektorlar üçün müxtəlif həllər görünür.

Ancaq bu, daha sürətli baş verməlidir.

Qərbin varlı ölkələri sürətli iqlim dəyişikliyi ilə ciddi mübarizə aparmaq qərarına gəlsələr, dünyanın qalan hissəsi də onun ardınca gedəcək, çünki onların başqa seçimi yoxdur.

Necə ki, Avropa İttifaqı texnologiya üçün enerji səmərəliliyi standartlarını tətbiq edərkən dünyanın qalan hissəsi də onları qəbul etdi, çünki onlar blokla ticarətə davam etmək istəyirdilər.

Lakin yenə də bu, başqalarını məsuliyyətdən azad etmir.

Çin bu gün ən böyük CO₂ emissiyaçısıdır və Çinin üzərinə düşən vəzifə zamanla sıfır karbonlu dünyaya keçidi mümkün edəcək şəkildə böyüməkdir.

Digərlərinin dünənki məsuliyyətsiz hərəkətləri bu gün də eyni səhvləri təkrarlamaq üçün dəhşətli bir bəhanədir.

İqlim dəyişikliyi qlobal problemdir və heç bir ölkə onu təkbaşına həll edə bilməz.

Kimin məsuliyyət daşıdığını araşdırmaq göründüyü qədər sadə deyil və müəyyən mənada bu, axmaq, lakin onilliklər ərzində beynəlxalq siyasəti narahat edən bir sualdır.

Nəticədə isə bu, olduqca sadədir.

Hər kəs əlindən gələni etməlidir və bu dəqiqə biz hamımız bunu etmirik.

Ancaq bu gündən etibarən başlaya bilərik.

Bu video, təmiz enerji sərmayəsini genişləndirmək və dünyanı xalis sıfır karbon emissiyasına aparacaq innovasiyaları dəstəkləmək üçün çalışan Bill Qeyts tərəfindən yaradılmış koalisiya Breakthrough Energy tərəfindən dəstəklənən iqlim dəyişikliyi ilə bağlı seriyanın bir hissəsidir.

Həmçinin, məlumat və araşdırma ilə bağlı bizə kömək etdiyi üçün Our World in Data komandasına xüsusi təşəkkür edirik.