Optimistik Nihilizm. | Kurzgesagt

🎁Amazon Prime 📖Kindle Unlimited 🎧Audible Plus 🎵Amazon Music Unlimited 🌿iHerb 💰Binance

Video

Transkriptlər

İnsanın mövcudiyyəti qorxulu və çaşdırıcıdır.

Bir neçə yüz min il əvvəl şüurlu hala gəldik

və özümüzü yad bir yerdə tapdıq.

Bu yer başqa canlılarla dolu idi.

Biz onların bəzilərini yeyə bilərdik, bəziləri də bizi yeyə bilərdi.

İçə biləcəyimiz mayelər, daha çox şeylər düzəldə biləcəyimiz şeylər var idi

Gündüz vaxtı dərimizi isidən kiçik, sarı bir top var idi.

Gecələr isə səma bir-birindən gözəl işıqlarla bəzənmişdi.

Bu yer əlbəttə ki, bizim üçün yaradılmışdı.

Nəsə bir şey isə bizə nəzarət edirdi.

Evimizdəydik.

Bu, hər şeyi daha az qorxuducu və qarışıq hala gətirdi.

Lakin, zaman keçdikcə, Dünya və özümüz haqqında daha çox öyrəndik.

Sayrışan işıqların bizim üçün parıldamadığını, sadəcə belə olduğunu öyrəndik.

Hal-hazırda Kainat adlandırdığımız şeyin mərkəzində olmadığımızı

və kainatın bizim düşündüyümüzdən çox daha yaşlı olduğunu öyrəndik.

Bir çox kiçik şeylərin bir araya gələrək

bizləri əmələ gətirdiyini öyrəndik.

Öyrəndik ki, bizlər sadəcə olaraq zamanın keçici bir mərhələsiyik

və bu zaman milyardlarla ili əhatə edir.

Nəmli, kiçik bir toz parçasında yaşadığımızı,

orta ölçüdə bir ulduzun ətrafında döndüyümüzü,

ortalama bir qalaktikanın səssiz bir küncündə yerləşdiyimizi

Bu qalaktikanın yerləşdiyi, heç vaxt tərk edə bilməyəcəyimiz qalaktikalar qrupunu

Və bu qalaktika qurupunun minlərləsindən sadəcə bir dənəsi olduğunu və bunların birləşib galaktika superküməsi əmələ gətirdiyini öyrəndik.

Amma bizim galaktika superküməmizin minlərcə başqalarından sadəcə biri olduğunu öyrəndik.

Qalaktika görülə bilən hissəsindən milyon dəfələrlə böyük ola biləcəyini, amma bunu əsla öyrən bilməyəcəyimizi öyrəndik.

Bu tərz sözlərlə deyə bilərik: iki yüz milyard galaktika,

trilyonlarca ulduz və ya bazillionlarca planet…

Ancaq, bütün bu rəqəmlər bir şey ifadə etmir.

Beyinlərimiz bu konseptləri qavraya bilmir.

Kainat çox böyükdür. Həddindən artıq şey var.

Amma ən böyük problem onun ölçüsü deyil.

Ən böyük problem zamandır.

Daha doğrusu, geriyə qalan zamanımız.

Əgər 100 yaşına qədər yaşayabiləcək qədər şanslısınızsa,

deməli, sizin ixtiyarınızda 5200 həftə var.

Əgər hal-hazırda 25 yaşındasınızsa, o zaman sizin 3900 həftəniz qaldı.

Əgər 70 yaşında ölsəniz, o zaman 2340 həftəniz qaldı.

Bir xeyli kimidi, amma həmçinin də elə deyil.

Bəs sonra?

Sizin bioloji prosesləriniz sıradan çıxacaq,

və sizi siz edən dinamik hərkətləriniz dayanacaq.

Sizdən əsər-əlamət qalmayana qədər beləcə davam edəcək.

Bəziləri bizim görə bilmədiyimiz və ya ölçə bilmədiyimiz bir hissəmiz olduğuna inanır,

amma bunu öyrənə biləcəyimiz bir yol yoxdur.

Yəni, bu həyat sahib olduğumuz hər şeyimiz ola bilər və biz əbədi ölü qala bilərik.

Əslində bu səslənildiyi kimi qorxunc deyil.

Əgər siz var olmamışdan əvvəl yaşanmış 13.75 milyard ili xatırlamırsınızsa,

Sizdən sonra yaşanacaq olan trilyon, trilyon, trilyon il bir anın içində ötüb keçəcək.

Gözlərini yum. Birə qədər say.

Bax, əbədiyyət elə bu qədər uzun gəlir.

Və bildiyimiz qədərilə, sonda Kainat da öləcək və heç nə bir daha dəyişməyəcək.

Bizim videolarımız bir çox insanda varlıqsal qorxu əmələ gətirir

və, ehtimal ki, bu son bir neçə dəqiqə də bir fayda etmədi.

Beləliklə, bütün bunlara bu dəfə başqa bir bucaqdan baxacağıq:

elmi olmayan, fərdi bir baxış bucağı. Buna Kurzgesagt fəlsəfəsi də deyə bilərik.

Xahiş edirik, bunu çox da ciddiyə almayın.

İnsanın varlığı haqqında sizdən daha çoxunu bilmirik.

Biz mövcudiyyət qorxusuna optimistik nihilizmlə qarşı qoyuruq.

Biz bununla nə demək istəyirik?

Belə desək, 200 trilyon trilyon ulduzun sırf bizim üçün yaradılması elə də ağılabatan deyil.

Bir sözlə, bu, bizə oynanılmış qəddar bir zarafat kimidir.

Varlığımızan xəbərdar olduq və bu hekayənin yalnızca bizdən ibarət olmadığını anladıq

Elektronların və hüceyrənin enerji mənbəyini bilmək əladır, amma

elm bunu daha az depresif görünüşlü etmir.

Yaxşı, bəs sonra?

Həyatda bircə şamsın var və bu qorxuducudur! Ancaq, bu, sizi həm də azad edir.

Əgər kainat istiliyini itirtib ölərsə, həyatınız boyu çəkdiyiniz bütün alçaldılmalarınız, utanclıqlarınız unudalacaq.

Etdiyin hər bir səhvin sonda heç bir önəmi qalmayacaq.

Etmiş olduğun hər bir pis şey yararsız olacaq.

Əgər həyatımız yaşamaqdan ibarətdirsə, o zaman yeganə vacib olan şey bundan ibarətdir.

Əgər kainatın prinsipləri yoxdursa, yeganə vacib prinsiplər bizim özümüzün yaratdıqlarımızdır.

Əgər kainatın bir məqsədi yoxdursa, bu məqsədi biz bərqərar edirik.

İnsanlar demək olar ki, mütləq bir müddət sonra yox olacaqlar,

amma yox olmazdan əvvəl özümüzü və ətrafımızı kəşf etmək imkanımız var.

Duyğuları yaşamaq imkanımız var.

Yeməyi, kitabları, günəşin doğuşlarını və birlikdə olmağı yaşamaq imkanımız var.

Gerçək budur ki, bu cür şeyləri düşünə bilməyimiz belə inanılmazdır!

Özümüzü hər şeydən təcrid olunmuş olaraq düşünmək asandır,

amma bu doğru deyil.

Biz, neytron ulduzu qədər kainat hesab olunuruq.

Bir Qara Dəlik, Nebula qədər.

Ən yaxşı halda, biz kainatın düşünən və hiss edən hissəsiyik:

Kainatın mərkəzi orqanları.

Biz, həqiqətən, kainat ölçülü bir oyun meydançasında azadıq.

Beləliklə, biz xoşbəxt olmalı və ulduzlarda bir növ ütopya qurmağı bacarmalıyıq.

Kəşf ediləbiləcək hər şeyi kəşf etmiş də sayılmırıq.

Biz, kainatın qanunlarının niyə belə işlədiyini bilmirik.

Həyatın necə başladığını, həyatın nə olduğunu bilmirik.

Şüur nədir və ya kainatda təkik, yoxsa yox, bilmirik.

Ancaq, bəzi cavablar tapmağa cəhd edə bilərik.

Hələ baş çəkiləcək milyardlarla ulduz,

müalicə olunacaq xəstəliklər,

kömək ediləcək insanlar, yaşanacaq xoşbəxt duyğular

və bitiriləcək video oyunlar var.

Ediləcək hələ çox şey var.

Yığcamlaşdırsaq, ehtimal ki, sizə aid olan zamanın böyük bir hissəsini xərcləmisiniz.

Əgər bu, həyatdakı yeganə şansımızdırsa, əylənməmək və xoşbəxt olmamaq üçün bir səbəbimiz yoxdur!

Və mümkün olduğu qədər xoşbəxt yaşayın.

Əgər başqalarının da həyatını daha yaxşı etsəniz, bonus xal!

Əgər qalaktik insan imperiyasını inşa etməyə kömək etsən, əlavə daha bonus xal!

Səni xoşbəxt edən şeyləri et.

Bunun sizin üçün nə ifadə etdiyini özünüz qərarlaşdırın.

“Düşünən Vətəndaş” tərəfindən tərcümə edildi.