Yumurta - Qısa bir hekayə | Kurzgesagt

🎁Amazon Prime 📖Kindle Unlimited 🎧Audible Plus 🎵Amazon Music Unlimited 🌿iHerb 💰Binance

Video

Transkriptlər

Evə gedərkən ölmüşdün.

Avtomobil qəzası baş vermişdi.

Qəza ölümcül olsa da diqqət çəkici heç nə yox idi.

Ağrısız bir ölüm idi.

Həkimlər səni xilas etmək etmək üçün əllərindən gələni etdilər,

…ancaq heç biri fayda vermədi.

Bədənin o qədər parçalanmışdı ki,..

inan mənə, beləsi daha yaxşı oldu.

Və budur, mənimlə tanış oldun.

“Nə oldu?”

“Mən haradayam?”

  • “Sən öldün” - dedim, doğruca.

Yumşaq sözlərə ehtiyac yoxdur.

“Maşın … bir yük maşını var idi …

… və yolu sürüşürdü. "

“Bəli.”

“Mən …”

“Mən … öldüm?”

“Bəli.”

“Ancaq buna görə pis olma.”

“Hamı ölür.”

Ətrafına baxdın.

Heç bir şey yox idi.

Sadəcə sən və mən.

“Bura nədir?”

“Bura axirətdir?”

“Aşağı-yuxarı.”

“Sən Allahsan?”

“Bəli, mən Allaham.”

“Uşaqlarım, həyat yoldaşım …”

“Nolub onlara?”

“Yaxşı olacaqlar?”

“Görmək istədiyim davranış budur” -dedim,

“Sən az əvvəl öldün və tək dərdin ailəndir.

Bu yerdə bu yaxşı bir şeydir.”

Mənə ovsunlanmış şəkildə baxdın.

Sənə görə, Tanrıya bənzəmirdim.

Sadəcə bir kişiyə və ya qadına bənzəyirdim.

Ya da qeyri-müəyyən bir səlahiyyət sahibi fiquru…

“Narahat olma”, - dedim, “Ailən yaxşı olacaq.”

“Uşaqların səni hər cəhətdən mükəmməl biri kimi xatırlayacaq.

Onların səni bəyənməyəcək qədər böyüyüb tanımağa vaxtları olmadı.

Həyat yoldaşın üzdə ağlayacaq,

…ancaq daxildən gizlicə rahatlayacaq.

Düzünə qalsa, əslində evliliyin dağılmaq üzərə idi.

Təsəllisi olacaqsa deyim,

…həyat yoldaşın rahatladığı üçün özünü çox günahkar hiss edəcək.

“Ah…

Bəs indi nə olacaq?

Cənnətə, cəhənnəmə və ya başqa bir yerə gedəcəm?”

“Heç bir yerə, reinkarnasiya olacaqsan.”

“Ah”

“…deməli hinduistlər haqlı idilər.”

“Bütün dinlər özündə haqlıdır.

Gedək mənimlə.”

Boşluq boyunca irəliləyərkən məni təqib etdin.

“Hara gedirik?”

“Bəlli bir yerə getmirik…

Sadəcə danışarkən yerimək xoşdur.

“Bəs, onda bu olanların nə mənası var?

Yenidən doğulanda sadəcə boş bir səhifə olacağam, elə deyil?

Bir körpə.

Beləliklə, bütün təcrübələrim və hər şeyim,

…bu həyatda etdiyim heç bir şeyin mənası qalmayacaq?”

“Elə deyil.

Bütün keçmiş həyatlarının bilikləri və təcrübələri hələ də içindədir.

Onları sadəcə hal-hazırda xatırlamırsan.”

Yeriməyi dayandırdım və əlimi çiyininə qoydum.

Ruhun böyük ehtimalla sənin xəyal edə bilməyəcəyin qədər əzəmətli, gözəl və nəhəngdir.

İnsan beyni sənin olduğun şeyin sadəcə çox kiçik bir hissəsini saxlaya bilər.

Bu istiliyini ölçmək üçün barmağını bir fincan suya batırmaq kimidir.

Özünün kiçik bir hissəni bir qaba qoyursan,

…və o hissəni çıxaranda onun bütün təcrübələrini sən də qazanırsan

Son 48 ildir bir insanın içində idin.

…buna görə də hələ şüurunun inkişafı tam olaraq başa çatmayıb.

Əgər burada kifayət qədər uzun qalsaq,

hər şeyi xatırlamağa başlayarsan.

Amma bunu hər həyatının arasında etməyinin heç bir mənası yoxdur.

“Onda mən neçə dəfə yenidən doğulmuşam?”

“Ah, çox.

Lap lap çox.

…və çox müxtəlif həyatlarda.

Bu dəfə,

Miladdan sonra 540-cı illərdə yaşayan Çinli bir kəndli qızı olacaqsan.

“Bir dəqiqə, nə?”

Məni zamanda geriyə göndərirsən? "

Hə, texniki olaraq elədir.

Bildiyin zaman yalnız sənin var olduğun kainatda mövcud olan bir şeydir.

Mənim gəldiyim yerdə işlər fərqlidir.

“Haradan … gəldiyin haradan?”

Hə, təbii ki, mən bir yerdən, başqa bir yerdən gəlmişəm.

Mənim kimi başqaları da var.

Əminəm ki, orada nə olduğunu bilmək istəyirsən,

…amma ciddən sən oranı başa düşməzsən.

“Ah …” -dedin, biraz incimiş şəkildə.

“Ancaq gözlə.

Əgər zamanda başqa yerlərdə reinkarnasiya olsam…

…bir nöqtədə özümlə də əlaqə qura bilərəm.”

“Əlbəttə, bu hər zaman olur.

Və hər iki həyatında da yalnız öz ömrünün fərqində olduğun üçün,

…bunun nə olduğunu anlamırsan.

“Bəs, bunların hamısının məğzi nədən ibarətdir?”

Gözlərinə baxdım.

Həyatın mənası,

…bütün bu kainatı yaratmağımın səbəbi,

…böyüməyin üçündür.

Bəşəriyyəti demək istəyirsən, yetkinləşməyimizi istəmək mənasında?”

“Xeyr, sadəcə sən.

Mən bütün bu kainatı sənin üçün yaratdım.

Hər yeni həyatla sən böyüyür, kamilləşir

…və daha böyük, daha parlaq bir zəka halına gəlirsən.

“Sadəcə mən?

Bəs digər hər kəs?”

“Digərləri yoxdur.

Bu kainatda yalnız sən və mən varıq.

Boş-boş mənə baxdın.

  • Bəs Yer üzərindəki bütün o insanlar?

Hamısı sənsən.

Sənin fərqli təcəssümlərin.”

“Gözlə, mən…

…hər kəsəmmi?”

“İndi anlayırsan.”

“Mən bu günə qədər yaşamış olan hər kəsəm?”

“Və ya yaşayacaq olan.”

“Mən Abraham Lincoln’am?”

“Və də onun qatili John Wilkes Boothsan.”

“Mən Hitlerəm?”

…dedin, qorxmuş şəkildə.

“Və sən öldürdüyü milyonlarsan.”

“Mən İsayam?”

“Və sən onun izi ilə gedən hər kəssən.”

Sükuta qərq oldun.

Hər dəfə birinə zərər verəndə,

…əslində özünə zərər verirdin.

Etdiyin hər yaxşılığı,

…özünə edirdin.

Hər hansı bir insan tərəfindən təcrübə edilən hər bir xoşbəxt və kədərli anın

…sənin tərəfindən təcrübə edilib və ya ediləcək. "

Uzun müddət düşündün.

“Niyə?

Bütün bunlar niyə olur?”

Çünki bir gün sən eyni mənim kimi olacaqsan.

Çünki bu sənsən.

Sən mənim növümdənsən. Sən mənim uşağımsan!

“Vay!"-dedin, inanılmazdır.

“Demək istəyirsən ki, mən bir tanrıyam!?”

Xeyr, hələ yox. Hələ rüşeymsən,

Hələ böyüyürsən.

Bütün zamanlar boyunca mövcud olan insanların həyatlarını yaşadıqdan sonra

…doğulmaq üçün kifayət qədər böyümüş olacaqsan.”

“Deməli, bütün kainat…

Bu sadəcə…”

“Bir yumurtadır!”, -deyə cavab verdim.

“İndi isə növbəti həyatına keçməyinin vaxtı gəldi.”

Və səni yoluna göndərdim.