Tənhalıq | Kurzgesagt

🎁Amazon Prime 📖Kindle Unlimited 🎧Audible Plus 🎵Amazon Music Unlimited 🌿iHerb 💰Binance

Video

Transkriptlər

Hər kəs zaman-zaman özünü tənha hiss edir

Naharda yanında oturacağımız birisi olmayanda,

Yeni şəhərə köçəndə,

və ya həftəsonu heç kimin bizə ayıracaq vaxtı olmayanda.

Ancaq son bir neçə onillikdə, arabir hiss edilən bu duyğu milyonlarla insan üçün xroniki oldu.

Birləşmiş Krallıqda 18-34 arası yaş qrupunun 60%-in tez-tez tənhalıq duyduğunu söyləyir.

ABŞ-da əhalinin 46%-i özünü müntəzəm şəkildə tənha hiss edir.

Biz insanlıq tarixində əlaqənin ən yaxşı olduğu zamanda yaşayırıq.

Və yenə də, misilsiz sayıda insan yalqızlıq çəkir.

Tənha olmaq və tək olmaq eyni şey deyil.

Öz-özünə xoşbəxt ola bilərsən və dostlarınla olduğun hər saniyədən nifrət edə bilərsən.

Tənhalıq tamamilə subyektiv, şəxsi təəssüratdır.

Əgər özünü tənha hiss edirsənsə, tənhasan

Bir ortaq stereotipdə, tənhalıq yalnız insanlarla necə danışacağını

ya da başqalarının ətrafında necə hərəkət edəcəyini bilmədikdə baş verir.

Ancaq əhali əsaslı çalşmalar göstərir ki, sosial əlaqələr başladığında

sosial bacarıqlar yetişkinlər üçün praktik olaraq fərqlənmir.

Tənhalıq hər kəsə təsir edə bilər:

pul, şöhrət, güc, gözəllik, sosial bacarıq, mükəmməl şəxsiyyət;

Heç nə sizi tənhalığa qarşı qoruya bilməz, çünki o sizin biologiyanızın parçasıdır.

Tənhalıq nədir?

Tənhalıq bədənin bir funksiyasıdır, eyni aclıq kimi.

Aclıq sizin fiziki ehtiyaclarınıza qarşı həssas yanaşmağınızı təmin edər.

Tənhalıq isə sizin sosial ehtiyaclara qarşı həssas olmağınızı təmin edir.

Bədəniniz sosial ehtiyaclarınızın marağındadır,

çünki, o milyon illər öncə sağ qalmağınızın böyük göstəricisi idi.

Təbii seçmə əcdadlarımızı birgəlik

və digərlərilə etdiyi münasibəti formalaşdırdığı üçün mükafatlandırdı

Beynimiz inkişaf etdi və başqalarının nə fikirləşdiyini və hiss etdiyini

və sosial əlaqələri formalaşdırmaq, davam etdirmək üçün getdikcə daha da nizamladı.

Sosial olmaq biologiyamızın bir hissəsi olmağa başladı.

Həyatınızı, adətən, 50-150 insan qrupu arasında davam etdirmək üçün doğuldunuz.

Kifayət qədər kalori əldə etmək, rahat və isti qalmaq

və ya tək övladların qayğısına qalmaq imkansız idi.

Birlikdə olmaq həyatda qalmaq demək idi.

Tək qalmaq isə ölüm demək idi.

Buna görə də başqaları ilə birlikdə olmaq mühüm idi.

Əcdadlarınıza görə həyatda qalmaq üçün ən böyük qorxu, aslanlar tərəfindən yeyilmək deyildi,

qrupun sosyal mühitinə uymaması

və xaric edilməsi idi.

Bunun qarşısını almaq üçün bədəniniz “sosial ağrı” yaratdı.

Bu cür ağrı rədd edilməyə qarşı bir təkamül adaptasiyasıdı:

təcrid edilmənizə səbəb olacaq davranışı dayandırdığınızdan əmin olmaq üçün

bir növ erkən xəbərdarlıq sistemi.

Təcrid edilməyi daha da acı bir şəkildə təcrübə edən əcdadlarınızın

rədd edildiklərində davranışlarını dəyişdirmək daha ağlabatan idi

beləliklə, onlar qrupda qalarkən

dəyişməyənlər isə böyük ehtimalla ölürdü.

Buna görə də rədd edilmək ağırdır.

Və beləcə tənhalıq daha çox ağrılıdır.

Əlaqə saxlamağımızı təmin edən bu mexanizmlər

tariximizin əksəriyyəti üçün böyük iş gördü,

ta ki, insanlar özləri üçün yeni bir dünya qurana qədər.

“Çağdaş Dünyamızın Mənfi Cəhətləri”

Bu gün gördüyümüz tənhalıq epidemiyası

İntibah dövrünün (Renesans) sonunda başladı.

Qərb mədəniyyəti fərdlərə fokuslandı.

Gənc Protestant teologiyası fərdi məsuliyyəti vurğulayarkən

Ziyalılar Orta Əsrlərin kollektivizmindən uzaqlaşırdı.

Bu cərəyan Sənaye inqilabına qədər sürətləndi.

İnsanlar fabrikalara girmək üçün kəndlərini və əkin yerlərini tərk edirdi.

Yüz illərdir var olan cəmiyyətlər

şəhərlər inkişaf edərkən məhv olmağa başlayırdı.

Dünyamız sürətlə müasirləşdikcə, bu cərəyan getdikcə daha da yayıldı.

Bu gün biz uzaq məsafələri

yeni iş, sevgi və təhsil üçün qət edirik

və sosial mühitimizi geridə qoyuruq.

Daha az insanla tanış olur

və onlarla keçmişdəkindən daha az görüşürük.

ABŞ-da

1985-ci ildə yaxın dost sayısı 3 ikən

2011-də bu sayı 2-ə düşmüşdür.

Bir çox insan xroniki tənhalığa təsadüflə düşür.

Yetkin olursan və iş,

univesitet, romantika, övladlar və Netflixlə məşğul olmağa başlayırsan.

Yetərli zamanın qalmır.

Fəda ediləcək ən əlverişli və asan şey

dostarınla keçirdiyin vaxt.

Ta ki, bir gün yuxudan oyanıb

və yaxın əlaqələr üçün darıxdığınızı, təcrid olduğunuzu hiss edənə qədər.

Ancaq yetkin olduğunuz üçün yaxın əlaqələr qurmaq çətindir

və buna görə tənhalıq xroniki olmağa başlayır.

İnsanlar iPhone və kosmik gəmilər kimi şeylərlə özünü xoşbəxt hiss edərkən,

bədənimiz və zehnimiz əsas etibarilə 50 min əvvəlki ilə eynidir.

Biz hələ də biolojik olaraq bir-birimizlə bağlantılı haldayıq.

Tənhalıq Necə Öldürür?

Geniş miqyaslı araşdırmalar göstərdi ki, xroniki tənhalıqdan qaynaqlanan stres

insanlar olaraq, yaşaya biləcəyimiz ən zərərli şeylər arasındadı.

Bu, sizi daha tez qocaldır, xərçəngi daha ölümcül edir,

Alzeymer daha sürətli inkişaf edir, immun sisteminizi zəiflədir.

Tənhalıq piylənmədən 2 qat

ya da gündə 1 paket çəkilən siqaret qədər ölümcüldür

Ən təhlükəli tərəfi isə bir dəfə xroniki olduğunda

öz-özünə davam edə bilməsidir.

Fiziki və sosial ağrı beyninizdə ortaq mexanizmləri istifadə edir.

İkisi də təhdid kimidir

və beləliklə sosial ağrı qıcıqlandığı zaman

ani və müdafiə hərəkətinə rəhbərlik edir.

Tənhalıq xroniki olduğunda, beyniniz özünü-müdafiə rejiminə keçir

Hər yerdə təhlükə və düşmənlik görməyə başlayır.

Ancaq hamısı bu qədər deyil.

Bəzi çalışmalar tənha olduğunda, beyninizin sosial siqnallara qarşı daha çox qəbuledici və çevik olduğunu

eyni zamanda, bunları düzgün şərh etməkdə daha da pisləşdiyini tapdı.

Başqalarına daha çox diqqət yetirirsiniz,

ancaq onları daha az anlayırsınız.

Beyninizin simaları tanıyan hissəsi pozulmağa başlayır

və neytral simaları etibarsız edən düşmən kimi kateqoriyalaşdırmağa başlayır .

Tənhalıq başqalarının sənə qarşı niyətlərini ən pisi hesab edir.

Dərk edilən bu cür düşmənlik dünyasına görə, özünüzü qorumaq üçün qapanıq ola bilərsiz,

bu da sizi sosial olaraq gerçəkdə olduğunuzdan daha soyuq,

düşmən kimi göstərə bilər.

“Bu Barədə Nə Edə Bilərik?”

Əgər tənhalıq həyatınızda ciddi şəkildə başlayırsa,

edə biləcəyiniz ilk şey

tələyə düşə biləcəyiniz qəddar dövrü tanımağa çalışmaqdır.

Adətən bu şəkildə olur:

Təcriddəki ilk hiss

diqqətinizi başqaları ilə mənfi qarşılıqlı əlaqələrə yönəldən

gərginlik və kədər emosiyası yaradır.

Bu da özünüz və digərləri haqqında mənfi düşüncələri yaradır,

sonra da davranışınız dəyişir.

Siz daha çox təcrid hissi yaradan

sosial qarşılıqlı əlaqədən çəkinməyə başlayırsınız.

Bu, çıxılmaz vəziyyət hər dəfə şiddətli hala gəlir

və qaçmaq daha da çətinləşir.

Tənhalıq sizi sinifdə digərlərindən uzaq oturmağa,

dostlarınız zəng etdiyində cavab verməməyə,dəvətləri rədd etməyə vadar edir,

ta ki, dəvət edilməyənə qədər.

Hər birimizin özümüz haqqında bir hekayəsi var

və sizin hekayənizdə insanların sizi çıxdaş etdiyini düşündüyünüz bir nöqtəyə gəlirsinizsə,

onlar da buna görə hərəkət edər

və beləliklə, xarici dünyanız sizin onu hiss etdiyiniz kimi ola bilər.

Bu, tez-tez, illərlə davam edən, yavaş bir prosesdir

və bunun sonu depresiya ilə,

hətta istəsəniz belə əlaqə qurmağınıza mane olan psixoloji vəziyyətlə nəticələnə bilər.

Qurtulmağınız üçün birinci şey

tənhalığın tamamilə normal duyğu olduğu

və utanılacaq bir şey olmadığını qəbul etməkdir.

Həqiqətən, hər kəs həyatının bir hissəsində özünü tənha hiss edir

bu, universal insan təcrübəsidir.

Sehrli bir şəkildə itənə qədər,

bir duyğuyu aradan qaldıra və ya gözardı edə bilməzsiniz.

ancaq, hiss etdiyinizi və bu səbəbkardan qurtulacağınızı qəbul edə bilərsiniz.

Diqqətinizi nəyə fokuslayacağınızı öz-özünüzə yoxlaya bilər

və xüsusilə, seçdiyiniz mənfi şeylərə diqqət yetirib, nəzarət edə bilərsiniz.

Kollektivlə olan münasibət həqiqətən mənfidirmi

ya da neytralmı, hətta müsbətdirmi?

Münasibətin əsl məzmunu nə idi?

Digər şəxs nə demişdi?

Və mənfi bir şeymi söyləmişdi ya da sözlərinə əlavə bir mənamı əlavə etdiniz?

Bəlkə də, həqiqətən digər şəxs mənfi reaksiya vermirdi,

sadəcə kifayət qədər vaxtı yox idi.

O zaman xarici dünya haqqında düşüncələriniz var.

Başqalarının niyətləri haqqında ən pisini düşünürsüz?

Sosial situasiyaya daxil olursunuz

və necə davam edəcəyinə aid qərar verdinizmi?

Digərlərinin sizi ətrafında istəmədiyinimi güman edirsiniz?

İncitməkdən

və başqalarına açılma riskindən uzaq durmağamı çalışırsınız?

Əgər belədirsə,

digərlərinə şübhə etməməyə çalışa bilərsiniz?

Əslində sənə qarşı olmadıqlarını güman edə bilərsiniz?

Digərlərinə açılmağı və müdafəsiz qalmağı risk edə bilərsiniz?

Və son olaraq, sizin davranışınız.

Digərləri ətrafında olmaq fürsətlərindən çəkinirsiniz?

Yoxsa özünüzü qorumaq məqsədilə onlardan uzaqlaşırsınız?

Hücuma məruz qalmış kimi davranırsınız?

Həqiqətən yeni münasibətlər qurmağa çalışırsınız?

yoxsa situasiyanızdan məmnunsunuz?

Əlbəttə hər bir şəxs və situasiya fərdi və fərqlidir

və təkcə özünü təhlil təklikdə yetərli olmaya bilər.

Situasiyanızı özbaşınıza həll edə bilmədiyinizi düşünürsünüzsə,

lütfən peşəkar köməyi almağı sınayın.

Bu bir zəiflik deyil, əksinə cəsarət göstəricisidir.

Ancaq biz tənhalığa fərdi xoşbəxtlik və ya ictimai səhiyyə böhranı yaratmaq üçün həlledici olan,

tamamilə fərdi problem kimi baxırıq,

bu, daha çox diqqətə layiq bir şeydir.

İnsanlar inanılmaz dərəcədə dünya qurdular

halbuki, etdiyimiz parlaq şeylərdən heç biri

münasibət üçün əsas bioloji ehtiyacımızı təmin edə və ya əvəz edə bilmir.

Bir çox heyvan ehtiyaclarını fiziki çevrələrindən alır.

Biz isə ehtiyaclarımızı bir-birimizdən alırıq,

və süni insan dünyamızı bunun əsasında qururuq.

Gəlin birlikdə bir şey sınayaq

bu gün birilə əlaqə quraq,

heç nəyə baxmayaraq, biraz tək hiss edirsinzsə,

ya da bir şəxsin gününü daha yaxşı hala gətirmək istəyirsinizsə.

Bəlkə də bir müddətdir danışmadığınız dostunuza yazın.

Ailənizdən uzaqlaşdığınız birinə zəng edin.

Bir iş dostunu qəhvə içməyə dəvət edin,

Ya da getməyə çəkindiyiniz və ya tənbəllik edib getmədiyiniz

sosyal fəaliyyət və ya idman klublarına gedin.

Hər kəs fərqlidir, ona görə sizin üçün nəyin yaxşı olduğunu bilin.

Bəlkə də bunlardan heç biri uyğun olmaz.

Bunları hər hansı gözlənti ilə etməyin.

Məqsəd sadəcə açılmaq üçün əlaqə əzələlərini məşq etdirməkdir;

buna görə onlar zaman keçdikcə daha da güclənə bilər.

ya da başqalarına münasibət üçün kömək edərsiniz.

Bu video haqqında araşdırma edərkən oxuduğumuz kitablardan ikisini tövsiyə etmək istəyirik

Qay Vinçin yazdığı “Emosiyonal İlk Yardım” (Emotional First Aid),

digər mövzulardan əlavə, tənhalıq ilə necə mübarizə aparmağı vurğulayan

faydalı və tətbiq edilə bilən bir kitab

və Con Kaçiyapo və Vilyam Patrikin yazdığı “Tənhalıq: İnsan Təbiəti və Sosial Əlaqədə Ehtiyac” kitabı

Tənhalığı bioloji səviyyədə açıqlayan, əyləncəli və elmi araşdırma.

Tənhalığın cəmiyyətdə necə yayıldığını

və ondan necə uzaqlaşmağı söyləyən kitab.

Hər iki kitabın keçidi videonun açıqlama hissəsindədir.

Tərcümə: Dr. İsmayıl