Koronavirusun izahı: siz nə etməlisiniz? | Kurzgesagt

🎁Amazon Prime 📖Kindle Unlimited 🎧Audible Plus 🎵Amazon Music Unlimited 🌿iHerb 💰Binance

Video

Transkriptlər

2019-cu ilin dekabr ayında Çin hökuməti

əhalisi arasında bir virusun yayıldığını dünyaya bildirdi.

Sonrakı aylarda bu virus başqa ölkələrə yayılmaqla bir neçə gün ərzində yoluxanların sayını ikiqat artdı.

Bu virus Kəskin Tənəffüs Sindrom Koronavirusu 2-dir

hansı ki, Covid-19 adlı xəstəliyə səbəb olur və hamı onu sadəcə koronavirus adlandırır.

İnsan bu xəstəliyə yoluxanda əslində nə baş verir və biz nə etməliyik?

[Giriş Musiqisi]

Virus əslində sadəcə genetik material və bir neçə zülal ətrafında örtükdür, ehtimal ki, heç canlı orqanizm də deyil.

Virus yalnız canlı hüceyrəyə daxil olaraq öz sayını artıra bilir.

Koronavirus səthlərin üstü ilə yayıla bilər,

amma bu virusun səthlərin üzərində nə qədər yaşaya biləcəyi hələ də qeyri-müəyyəndir.

Virusun yayılması əsasən öskürəndə hava damcı yolu ilə, ya da xəstə insana toxunduqdan sonra üzünüzə əl vuranda,

məsələn gözünüzü ya burnunuzu ovuşduranda olur.

Virus öz səyahətini belə başlayır və bədənə daha dərinə daxil olur.

Onun istiqaməti ən kəskin təsir göstərəcəyi bağırsaqlar, dalaq və ya ağciyərlərədir.

Hətta sadəcə bir neçə korona virusu olduqca ağır bir vəziyyətə səbəb ola bilər.

Ağciyərlər milyardlarla epitel hüceyrəsi ilə düzülmüşdür.

Bunlar vücudunuzun sərhəd hüceyrələri kimi yoluxmağa hazır orqanlarınızı və selikli qişanı örtür.

Korona genetik materialını inyeksiya etmək üçün qurbanının membranlarında xüsusi bir reseptora bağlanır.

Baş verənlərdən xəbərsiz olan hüceyrə virusdan gələn yeni təlimatları yerinə yetirir:

surətini çıxar və yenidən birləşdir.

Hüceyrə orijinal virusun surətləri kritik vəziyyətə çatana qədər dolmaqda davam edir və ən sonuncu təlimatı alır,

özünü məhv et.

Hüceyrə sanki əriyir, daha çox hüceyrəyə hücum etməyə hazır olan yeni korona hissəciklərini yayır.

Yoluxmuş hüceyrələrin sayı kəskin artır

Təxminən 10 gündən sonra milyonlarla bədən hüceyrəsi yoluxur və milyardlarla virus ağciyərləri doldurur.

Bu mərhələdə bədəninizə hələ çox zərər olmayıb, amma indi virus sizin üzərinizə əsl təhlükəni buraxacaq,

sizin öz immun sisteminizi.

Sizi qoruyan immun sistemi əslində özünüz üçün olduqca təhlükəli ola bilər, və möhkəm tənzimləməyə ehtiyacı var.

Virusla mübarizə üçün immun hüceyrələri ağciyərlərə axışarkən Korona onlardan bəzilərinə yoluxur və çaşqınlıq yaradır.

Hüceyrələrin nə qulaqları var, nə də gözləri.

Əsasən sitokinlər adlanan kiçik məlumat zülalları ilə əlaqə qururlar.

Təxminən hər vacib immun reaksiyası onlar tərəfindən idarə olunur.

Korona yoluxmuş immun hüceyrələrin həddən artıq reaksiya verməsinə və qətl qışqırmasına səbəb olur.

Müəyyən mənada, virus immun sistemini quduz döyüşə salır və lazım olandan çox əsgər göndərir, resurslarını israf edir və zərər verir.

Xüsusilə iki növ hüceyrə məhv olur.

Birincisi, hüceyrələrimiz də daxil olmaqla maddələri öldürməkdə güclü olan neytrofillər.

Onların sayı minlərə çatdıqda, düşmənlə yanaşı çox dostu məhv edən fermentlər buraxırlar.

Qəzəblənən digər vacib hüceyrələr, adətən yoluxmuş hüceyrələrə intihar etmələrini əmr edən qatil T-hüceyrələrdir.

Çaşqın olduqları üçün onlar, sağlam hüceyrələrə də özlərini öldürmələrini əmr etməyə başlayırlar.

Nə qədər çox immun hüceyrələr gəldikcə, onlar, həm də sağlam ağciyər toxumasını öldürür.

Bu o qədər pisləşə bilər ki, bərpa olunmayan daimi ziyana səbəb ola bilər ki, bu da ömürlük əlilliyə apara bilər

Əksər hallarda immunitet sistemi yavaş-yavaş nəzarəti bərpa edir.

Yoluxmuş hüceyrələri öldürür, yeniləri yoluxdurmağa çalışan virusları tutur və döyüş bölgəsini təmizləyir.

Sağalma başlayır.

Korona ilə yoluxmuş insanların əksəriyyətinin nisbətən yüngül simptomları olacaq.

Lakin əksər hallar ağır və ya hətta kritik olur.

Virusa yoluxanların nisbətini bilmirik, çünki bütün hallar müəyyən edilməmişdir,

ancaq koronavirus xəstələrin sayının qripdən daha çox olduğunu söyləmək olar. Daha ağır hallarda,

Milyonlarla epitel hüceyrəsi ölür və onlarla birlikdə ağciyərlərin qoruyucu astarları sıradan çıxır.

Bu o deməkdir ki, alveolalar (nəfəs alan kiçik torbacıqlar) normal halda təhlükəli olmayan bakteriyalara yoluxa bilər.

Və xəstələr sətəlcəmə tutulur (pnevmoniya).

Tənəffüs çətinləşir və hətta mümkünsüz olur, xəstələrin sağ qalması üçün havalandırıcılara ehtiyac duyulur.

İmmun sistemi həftələr boyu tam gücü ilə mübarizə aparıb və milyonlarla virus əleyhinə silah hazırlayıb.

Minlərlə bakteriya sürətlə çoxaldıqca, immun sisteminə daha çox yük düşür.

Qanda və bədəndə bakteriyaların sayı hədsiz böyüyür; bu halda ölüm ehtimalı yüksəkdir.

Koronavirus tez-tez qriplə müqayisə olunur, amma əslində o, daha təhlükəlidir.

Ölüm dərəcəsini pandemiya zamanı demək çətin olsa da,

əminik ki, bu, daha çox yoluxucudur və qripdən daha sürətlə yayılır.

Korona kimi pandemiya üçün bizi iki gələcək gözləyir: sürətli və yavaş.

Hansı gələcəyi görəcəyimiz, ilk günlərdə hamımızın buna necə reaksiya göstərməyimizdən asılıdır.

Sürətli pandemiya dəhşətli olacaq və çoxlu insanın həyatını alacaq;

yavaş bir pandemiya tarix kitablarında xatırlanmayacaqdır.

Sürətli bir pandemiya üçün ən pis ssenari, çox sürətli bir yoluxma sürəti ilə başlayır,

çünki yavaşlatmaq üçün heç bir əks tədbir yoxdur.

Sürətli pandemiya niyə elə pisdir?

Sürətli bir pandemiyada bir çox insan eyni vaxtda xəstələnir.

Say artdıqca səhiyyə sistemləri onları idarə edə bilmir.

Tibb işçilərinin və ya havalandırıcı avadanlıqların sayı kifayət qədər deyil.

Bu halda insanlar müalicə almadan öləcəklər.

Daha çox tibb işçisi xəstələndikcə səhiyyə sistemlərinin gücü daha da aşağı düşür.

Əgər belə olarsa, kimin yaşayıb-yaşamayacağı barədə dəhşətli qərarlar qəbul edilməlidir.

Belə bir ssenaridə ölənlərin sayı əhəmiyyətli dərəcədə artır.

Bunun qarşısını almaq üçün bütün dünya - yəni biz hamımız! - bunu yavaş bir pandemiyaya çevirməliyik.

Doğru cavab davranışları pandemiyanı yavaşladır.

Xüsusilə erkən mərhələdə, hər xəstənin müalicə ala bilməsi üçün və həddindən artıq yüklənmiş xəstəxanalar qıtlığa düşməsin deyə.

Korona üçün hələ ki, peyvənd olmadığına görə davranışlarımızı düzəltməliyik,

sosial peyvənd kimi hərəkət etmək üçün. Bu sadəcə iki şey deməkdir:

  1. Virusa yoluxmamaq; və 2. Başqalarını yoluxdurmamaq.

Adi səslənsə də, edə biləcəyiniz ən yaxşı şey əllərinizi yumaqdır.

Sabun əslində güclü bir vasitədir.

Koronavirus əsasən yağ qatı ilə örtülüdür;

sabun o yağı parçalayır və beləcə virus sizə yoluxa bilmir.

Sabun əllərinizi sürüşkən edir və mexaniki yuma hərəkətləri virusları parçalayır.

Bunu düzgün etmək üçün istiotlu əllərlə gözünüzə linza taxmaq istədiyinizi təsəvvür edib əllərinizi yuyun.

Növbəti edəcəyimiz isə heç də xoş olmayan sosial uzaqlaşmadır (təcrid),

amma bunu etmək faydalıdır. Bu o deməkdir ki: qucaqlaşma, əl sıxma olmaz.

Cəmiyyətin işləməsi üçün çöldə olmalı olanları qorumaq üçün evdə qalın:

həkimlərdən kassirlərə və ya polislərə qədər. Siz onların hamısından asılısınız; onların xəstələnməməyi də sizdən asılıdır.

Bundan başqa, səyahət məhdudiyyətləri və ya evdə qalmaq üçün verilən əmrlərdən tutmuş fərqli şeyləri ifadə edə biləcək karantinlər mövcuddur.

Karantinlər çox da maraqlı və əlbəttə heç kəs tərəfindən sevilən deyil.

Ancaq bizə vaxt qazanmaq üçün vacibdir - xüsusən də, dərman və peyvənd üzərində çalışan tədqiqatçılar üçün

Buna görə karantin altına alınsanız, bunun səbəbini anlamalı və hörmət etməlisiniz.

Bunun heç biri əyləncəli deyil. Ancaq böyük mənzərəyə baxsaq, bu ödəyəcəyimiz kiçik bir qiymətdir.

Pandemiyanın necə bitəcəyi onun necə başlamasından asılıdır;

sürətlə və kəskin artaraq başlasa, pis başa çatacaq.

Yavaş-yavaş, kəskin artmadan başlasa, axırı nisbətən normal ola bilər.

Və bu gün pandemiyanın sonu, həqiqətən, hamımızın əlimizdədir.

Sözün həqiqi və

və məcazi mənasında.

Bu videoda qısa müddətdə bizə kömək edən mütəxəssislərə çox təşəkkür edirik.

[Çıxış Musiqisi]